en
Feedback
Hebib Müntezir

Hebib Müntezir

Open in Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

Show more
Azerbaijan410The category is not specified

📈 Analytical overview of Telegram channel Hebib Müntezir

Channel Hebib Müntezir (@hebmun) in the Azerbaijani language segment is an active participant. Currently, the community unites 16 874 subscribers, ranking in the Other category and 410 in the Azerbaijan region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 16 874 subscribers.

According to the latest data from 02 December, 2024, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 0 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

Thanks to the high frequency of updates (latest data received on 03 December, 2024), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Other category.

16 874
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
Erməni mənbələri Vitali Balasanyanın Laçında həbs edildiyini təsdiqlədilər.

Bəzi mənbələr Vitali Balasanyanın da DTX-DSX tərəfindən saxlanması ilə bağlı məlumat yayıb. O, tanınmamış qurumun “təhlükəsizlik şurasının keçmiş katibi” idi və Qarabağı tərk etməyəcəyini bildirmişdi.

İndiyə qədər 50 mindən çox erməni sakinin Xankəndi şəhərini tərk edərək Ermənistana getdiyi bildirilir.

Ruben Vardabyanın saxlanma fotosu yayıldı. Mənbə: DSX
Ruben Vardabyanın saxlanma fotosu yayıldı. Mənbə: DSX

Məndə olan məlumata görə Ruben Vardanyanın Laçın postunda saxlanılaraq, artıq Bakıya gətirildiyi bildirilir.

Erməni mənbələri Azərbaycan Ordusunun Əsgəran şəhərində nəzarəti tamamilə ələ keçirdiyini bildirir.

Rəsmi 180 nəfər şəhidin adı siyahıda məlumdur. 11 nəfərin isə şəxsiyyəti müəyyən olmayıb hələ. Əlavə də 12 nəfər Daxili qoşunların hərbçisidir, MN siyahısında adları yoxdur amma DİN siyahısında var. 1 nəfər də mülki şəxsdir. Ümumilikdə 204 nəfər şəhid edir. Bizim də siyahımızda 202 nəfər vardı. Mülki şəxs siyahıda yox idi. MN və DİN siyahısı ilə bizimki üst-üstə düşür. Bircə soyadlarda fərqliliklər var, məsələn "ov" "zadə" kimi. Adlarda problem var, "Ramil və "Ramin" kimi, yaxud "Elməddin"-"Elmət" kimi". Allah hər birinə rəhmət etsin. Daha şəhid xəbəri olmasın, analar ağlamasın. Bunun üçün bölgəyə sülhün gəlməyi mütləqdir və vacibdir.

Ruben Vardanyanın Qarabağdan çıxarkən saxlanıldığı barədə məlumatlar yayılıb. Bəzi erməni mənbələri məlumatı təsdiqləyirlər.

Azərbaycan Ordusunun rəsmi olaraq 203 nəfər hərbçisinin şəhid olduğu açıqlandı. Onlardan 192 nəfər hərbçi, 1 nəfər isə mülki şəxsdir. 11 nəfərin şəxsiyyəti Məhkəmə Tibbi Ekspertiza tərəfindən genetik müayinələr aparıldıqdan sonra müəyyənləşəcək. 511 nəfər hərbçi, 1 mülki şəxs isə yaralanıb.

2 aydır Söyüdlüdə monitorinq aparan Britaniya şirkətinin nəticələrlə bağlı hesabatına görə kənddə yerləşən qızıl zavodunun ərazisindəki 3 quyu suyunda zəhərli sianid aşkarlanıb. Nazirlər Kabinetinin məlumatında deyilir ki, bu fakt ətraf mühitə potensial risk kimi nəzərə alına bilər. Qeyd edim ki, qızıl şirkətinin fəaliyyəti bərpa olunub. Amma kəndin girişindəki polis postu hələ də götürülməyib.

Ərdoğan: "Ermənistan Zəngəzur dəhlizinə imkan verməsə, bu dəhliz İrandan keçəcək".

Keçmiş Ağdərə rayonunun (Hazırki Tərtərin bir çox kəndləri) Azərbaycan Ordusu tərəfindən nəzarətə götürüldüyü və azad edildiyi bildirilir. Bununla əlaqədar sosial şəbəkələrdə komandanlığa məruzə olunan video görüntülər yayılıb.

Əvvəllər Ağdərənin, hazırda isə Ağdamın inzibati ərazi dairəsinə aid olan Sırxavənd və Ballıqaya (Kəcən) kəndlərinin Azərbaycan Ordusunun nəzarətinə keçdiyi bildirilir. Bununla əlaqədar sosial şəbəkələrdə komandanlığa məruzə olunan video görüntülər yayılıb.

Dünən Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqələrinin birində partlayış baş vermişdi, 200 nəfərdən çox erməni sakin yaralanmışdı. Bu gün rəsmi Bakı Ermənistan Səhiyyə Nazirliyinin helikopterinin Xankəndi şəhərinə gəlməsi üçün hava məkanını açıb.

⚡️Xankəndidəki partlayışda 200 nəfərin qarabağlı erməni sakinin yaralandığı bildirilir. Onların çoxunun vəziyyəti orta ağır qiymətləndirilir. Azərbaycan FHN qüvvələri yardım üçün Xankəndi şəhərinə göndərilib.

Qarabağdakı bir günlük hərbi əməliyyat zamanı şəhid olanların sayı 202 nəfər oldu. Siyahı Meydan TV saytında adbaad paylaşılıb. Qeyd edim ki, siyahıya Qarabağda minaya düşmüş polislərin və avtomobil qəzasında həlak olanların adı daxil edilməyib. Onların da sayı 15 nəfərdir. Son 6 gündə ümumilikdə 217 nəfər şəhid olub.

Xənkəndi şəhərində yanacaqdoldurma məntəqələrinin birində yanacaq çəni partlayıb. Ölənlərin və yaralıların olduğu bildirilir.

Bu gün Xocalı bu məsələlər razılaşdırılıb: 1. Xankəndi və ya Xocalı yaxınlığında Azərbaycan və erməniəsilli tibb heyətlə birgə səhra hospitalının qurulması, 2. Azərbaycan və erməniəsilli tibb işçilərindən ibarət səyyar birgə həkim briqadalarının formalaşdırılması, 3. Azərbaycan və erməni xidmət personalının mobil qida təminatı xidmətinin yaradılması, 4. Yaşlı erməni sakinlərə, xroniki ağır xəstəliklərdən əziyyət çəkən şəxslərə zəruri tibbi yardımın göstərilməsi, 5. Qarabağdakı erməniəsilli vətəndaş cəmiyyəti təmsilçiləri və ictimai fəalların Bakı və Azərbaycanın digər şəhərlərinə səfərlərin təşkili.

Azərbaycanda məmurları cəzalandırma üsuluna növbəti nümunə: Lənkəranda məktəbliyə qarşı zorakılıq edən Lənkəran icrabaşının sabiq müavini Rasilə Arifqızı Lənkəran şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evinin müdiri vəzifəsinə təyinat alıb.

Paşinyan dünən dolayı yolla Rusiyaya "əxlaqsız" demişdi. Rəsmi Kreml açıqlama verib ki, tezliklə Paşinyanın həqiqətə uyğun olmayan açıqlamalarına cavab veriləcək.