Xəbər.Burda
Open in Telegram
"Xəbər.Burda" Rəsmi Kanalı 📌Ən Son Xəbərlər 🔍Dünyada Baş Verən Xəbərlər ✅ Xəbər.Burda - da 🔶 Instagram Səhifəmiz https://instagram.com/xeber.burda?utm_medium=copy_link ♻️ Reklam üçün əlaqə: @bextiyar_3_1_3 t.me/xeberburda
Show more2 130
Subscribers
-124 hours
-57 days
-2730 days
Posts Archive
2 129
Repost from Express.Xeberler
Hakimiyyətdə böyük kadr dəyişikliyi baş verir?
Azərbaycan hakimiyyətində yüksək vəzifələri əhatə edə biləcək genişmiqyaslı kadr dəyişikliklərinin baş verəcəyi ilə bağlı iddialar yenidən gündəmə gəlib. Siyasi dairələrdə yayılan məlumatlara görə, bu ilin sonunadək hökumətdə mühüm təyinatların həyata keçiriləcəyi ehtimal olunur. İddialara əsasən, hazırkı xarici işlər naziri Ceyhun Bayramov Baş nazir vəzifəsinə gətirilə biləcək əsas namizədlərdən biri hesab edilir. Bildirilir ki, Baş nazir Əli Əsədovun vəzifəsindən ayrılacağı təqdirdə, onun yerinə ən real namizədlər sırasında məhz Ceyhun Bayramovun adı ön planda çəkilir. Məlumatlarda qeyd olunur ki, mümkün ssenari reallaşacağı halda, Ceyhun Bayramovun boşaldacağı xarici işlər naziri postuna isə hazırda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin təyin oluna biləcəyi iddia edilir. Son günlər Ceyhun Bayramov ətrafında müşahidə olunan informasiya axını da bu iddiaları daha da gücləndirib. Xaricdə fəaliyyət göstərən bəzi bloqqerlərin və müxtəlif informasiya resurslarının nazir haqqında tənqidi və kompromat xarakterli materiallar yayması diqqət çəkir. Bəzi müşahidəçilər hesab edirlər ki, bu proses təsadüfi deyil və mümkün təyinatların qarşısını almağa yönəlmiş informasiya kampaniyasının tərkib hissəsi ola bilər. İddialarda həmçinin bildirilir ki, Ceyhun Bayramovun adının Baş nazir postu ilə hallanmağa başlamasından sonra onun barəsində müxtəlif kompromat xarakterli materialların dövriyyəyə buraxılması müəyyən maraq qruplarının fəallaşdığını göstərir. Bu kampaniyada həm daxildəki müxtəlif təsir qruplarının, həm də "Rusiya xətti" kimi xarakterizə olunan xarici təsir dairələrinin iştirak etdiyi irəli sürülür. Digər tərəfdən, Hikmət Hacıyevin uzun illər Azərbaycanın xarici siyasətinin formalaşdırılmasında və beynəlxalq platformalarda ölkənin mövqeyinin müdafiəsində aktiv rol oynaması, onun diplomatik təcrübəsi və dövlət başçısının xarici siyasət üzrə əsas komandasında yer alması səbəbindən XİN rəhbərliyi üçün potensial namizəd kimi qiymətləndirildiyi də qeyd olunur. Bununla belə, nə Ceyhun Bayramovun Baş nazir təyin ediləcəyi, nə də Hikmət Hacıyevin xarici işlər naziri vəzifəsinə gətiriləcəyi barədə hər hansı rəsmi açıqlama verilməyib. Hazırda səsləndirilən bütün məlumatlar müxtəlif siyasi dairələrdə yayılan iddialara əsaslanır. Rəsmi qərar qəbul olunacağı təqdirdə, bu dəyişiklik son illərin ən diqqətçəkən hökumət islahatlarından biri kimi qiymətləndirilə bilər.
2 129
Milli Hidrometeorologiya Xidməti: Hazırda havada tozun miqdarı normadan 1,4-1,7 dəfə artıqdır
● Tozlu hava şəraitinin sinoptik şəraitlə əlaqədar sabah günorta saatlarına qədər davam edəcəyi gözlənilir
● Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28 m/s-yə çatır.
2 129
Azərbaycanda boşanmalar rekord həddə çatıb. Günə 54 boşanma, son beş ayda 8087 boşanma.
2 129
🇮🇷🎙 Aparıcı: “Müctəba Xamenei sağdır”.
Netanyahu: “Düşünürəm ki, bəli”.
#İran #MüctəbaXamenei
2 129
🇧🇾🍺 Belarusda pivəli dondurma hazırlayıblar - bu, mayaotu köpüyü və pivənin zəngin dadı ilə seçilən qaymaqlı plombirdir.
Pivə həvəskarları artıq gözləmə rejiminə keçiblər.
2 129
Repost from Xəzər Xəbər Tv
Dəhşət. Ürəyi zəif olanlar baxmasın
Türkiyədə Araz turizm şirkətinin sürücüsü Naxçıvanlı sərnişini vəhşicəsinə döydü
2 129
Repost from Xəzər Xəbər Tv
👮♂️Bu gün Azərbaycan Polisinin yaranmasından 108 il ötür.
▪️1918-ci il iyulun 2-də yaradılan polis orqanları bu gün də ölkədə ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.
2 129
❗️İspaniyada iyunda anomal istilərlə əlaqədar ölənlərin sayı 900-ə çatıb
Bu ilin iyun ayında İspaniyada havanın temperaturu üzrə rekordlar iki dəfə yenilənib. Bəzi yerlərdə gündüz saatlarında göstəricilər +35°C həddini aşıb, bəzi regionlarda isə ekstremal +40°C-yə çatıb.
2 129
🇺🇦🇷🇺 Rusiyanın Nijeqorod vilayətinə PUA hücumu nəticəsində 2 nəfər ölüb, daha 2 nəfər isə xəstəxanaya yerləşdirilib.
