KİTABXANA
Open in Telegram
DİNİ KİTABLAR Azərbaycan dilində dini kitabların PDF faylını mütaliə üçün bu kanaldan yükləyə bilərsiniz. Nəzər və təkliflərinizi telegramda +989902370737 nömrəsinə yazın Telegram kanallarımız: _____________________ Rəsmi saytımız: http://almahdi.az
Show more2 871
Subscribers
No data24 hours
+97 days
+1030 days
Posts Archive
2 871
Kitabın say nömrəsi: 246
Kitabın adı:"Ayətullah Xamenei İstiftaat"
Müəllif:Ayətullah Xamenei
Səhifəsinin sayı:441
https://t.me/dini_kitablar
2 871
🔴"AYƏTULLAH XAMENEİ İSTİFTAAT"
Sual 1: Təqlid məsələsi sırf əqli məsələdir, yoxsa onun şəri dəlilləri də vardır?
Cavab: Təqlidin şəri dəlilləri vardır. Həmçinin əql də hökm edir ki, şəriətin hökmlərini bilməyən şəxs camiuş-şərait müctəhidə müraciət etməlidir.
Sual 2: Sizin nəzərinizə görə ehtiyata əməl etmək daha yaxşıdır, yoxsa təqlid etmək ?
Cavab: Ehtiyata əməl etmək ehtiyatın yerlərini və qaydasını bilməyə bağlı olduğuna görə,
habelə, bu iş çox vaxt tələb etdiyinə görə yaxşısı budur ki, şəriət hökmlərində mükəlləf camiuş-şərait müctəhidə təqlid etsin.
Sual 3: Şəriət hökmlərində ehtiyata əməl edərkən hansı hüdudlaradək fəqihlərin fətvaları nəzərə alınır? Yəni keçmiş fəqihlərin fətvalarına da əməl etmək lazımdırmı?
Cavab: Şəriət hökmlərində ehtiyata əməl etmək dedikdə, bütün fiqhi ehtimallara riayət etmək nəzərdə tutulur. Belə ki, mükəlləf öz şəri vəzifəsinə əməl etdiyinə əmin olmalıdır...........
https://t.me/dini_kitablar
http://www.rizvan.az 🔴
2 871
Kitabın say nömrəsi: 245
Kitabın adı:"QƏDR GECƏLƏRİ"
Müəllif:Seyyid Əli Əkbər Ocaqnejad.
Səhifəsinin sayı:472
https://t.me/dini_kitablar
2 871
🔴"QƏDR GECƏLƏRİ"
Allah-təala Həzrət Peyğəmbərə(s) bu ayəni nazil etdi:
ٍ“Qədr gecəsi min aydan daha xeyirlidir (bərəkətlidir,fəzilətlidir).” (Qədr 3)
Yəni Allah öz peyğəmbərinə demək istəyir ki,ey mənim peyğəmbərim, Mən sənin ümmətinə uzun ömür verməmişəm, lakin əvəzində onlar üçün gecələr arasında bir gecə təyin edirəm və adını da Qədr gecəsi qoyuram.Kim o gecəni ibadətlə məşğul olarsa, ona 1000 ayın(müstəhəb)ibadətinin savabından artıq savab verərəm.
Başqa bir hədisdə nəql olunur: İslam Peyğəmbəri(s) Allaha münacat edərkən belə dedi: “İlahi! Sən məndən əvvəlki peyğəmbərlərin ümmətinə uzun ömür vermişdin,onlar da sənə bütün ömrü boyu ibadət edib çoxlu savab qazanıblar. Lakin mənim ümmətimə az ömür vermisən.Onlar da sənə təbii ki, o biri ümmətlərdən az ibadət edib az savab qazanırlar.” Beləcə, Peyğəmbər(s) bu kimi ifadələrlə çox münacat etdi. Allah-təala Həzrət Peyğəmbərə(s) buyurdu: “Düzdür,sənin ümmətinə az ömür vermişəm.Lakin sənə və sənin ümmətinə çox dəyərli bir gecə təyin etmişəm. Bu gecənin ibadəti 1000 ayın ibadətindən daha fəzilətli və daha üstündür.” Beləliklə,Allah-təala bu ayəni nazil etdi: “Qədr gecəsi 1000 aydan daha xeyirlidir.” Bu ayənin ardınca......
https://t.me/dini_kitablar
http://www.rizvan.az 🔴
2 871
Kitabın say nömrəsi: 244
Kitabın adı:"PİŞAVƏR GECƏLƏRİ-3 CÜ CİLD"
Müəllif:Seyid Muhəmməd Musəvi Şirazi
Səhifəsinin sayı:388
https://t.me/dini_kitablar
2 871
🔴"PİŞAVƏR GECƏLƏRİ: 3-cü CİLD"
Gün batana yaxın Nəvvab Əbdülqəyyum Xan, Qulam İmameyn Mövla, Əbdül-Əhəd Qulam Heydər Xan və Seyid Əhməd Əlişah məclisə gələrək, hal-əhval tutduqdan sonra belə dedilər: «Bütün bu açıqlamalardan sonra, xüsusilə də dünən gecə haqq bizim üçün kamil şəkildə aşkar oldu. Biz inadkar deyilik; məqam, mövqe sevdamız da yoxdur. Ömür boyu adətlərlə yaşadıq. Haqqı tapdıqdan sonra adətlərlə yaşamaq insafdan deyil. Bu gecə hər kəsin hüzurunda açıq-aşkar şiə olduğumuzu elan etməyi qərara aldıq».
Sonra rəsmən şiə olub,keçmişlərinə görə istiğfar etdilər.Mən də onlara məclislər bitənə qədər susub, söhbətə müdaxilə etməməyi və fikir bildirməməyi, məclisin axırına kimi son nəticə əldə olunana qədər gözləməyi xahiş etdim........
https://t.me/dini_kitablar
http://www.rizvan.az 🔴
2 871
Kitabın say nömrəsi: 243
Kitabın adı:"İSLAMDA ƏQİDƏ ƏSASLARI"
Müəllif: Dr.Cəfər Sübhani
Səhifəsinin sayı:304
https://t.me/dini_kitablar
2 871
🔴"İSLAMDA ƏQİDƏ ƏSASLARI"
Çağdaş dövrü haqlı olaraq texnika və sənaye əsri adlandırırlar. Çünki son əsrdə bəşər övladı bu sahədə nəzərə çarpacaq nailiyyətlər əldə etmişdir. Lakin eyni zamanda olduqca önəmli bir fenomen də özünü göstərməkdədir. Bu, müasir insanın din və dini dəyərlərə yönəlməsindən ibarətdir.
Dini meyillər tarixdən məlum olduğu kimi insanın köklü və ən qədim meyillərindən biridir. Mötəbər tarixi qaynaqlar sübut edir ki, bəşər həyatı heç zaman dini meyillərdən xali olmamışdır.
Lakin Avropada intibah dövrünün başlanması, elmi metodların dəyişilməsi və nəhayət, insanın maddi aləmi (təbiəti) ram etməsi ilə bir sıra siyasi, mədəni amillər üzündən qərb cemiyyətlərində dinə qarşı etinasızlıq yaranmışdı. Bu xəstəlik şərq ölkələrinə də sirayət etmiş və cəmiyyətin müəyyən qismini öz təsiri altına salmışdı. İnsanlarda belə bir təsəvvür yaranmışdı ki, müasir elm bəşərin bütün ehtiyaclarına cavab verə bilər, hətta yalnız və yalnız dinin təmin etdiyi ehtiyaclari da qarşılaya bilər..
https://t.me/dini_kitablar
http://www.rizvan.az 🔴
2 871
Kitabın say nömrəsi: 242
Kitabın adı:"Əbədiyyət Nuru" Hz.Muhamməd. İslam Peyğəmbərinin həyatı barədə mükəmməl araşdırma .
Müəllif: Dr.Cəfər Sübhani
Səhifəsinin sayı:655
https://t.me/dini_kitablar
2 871
🔴"ƏBƏDİYYƏT NURU" HZ.MUHƏMMƏD. İSLAM PEYĞƏMBƏRİNİN HƏYATI BARƏDƏ MÜKƏMMƏL ARAŞDIRMA.
Bəşəriyyətin ən kamil insanı həzrət Muhəmmədin (s) həyatı bilavasitə İslam tarixi ilə əlaqədar olduğundan, təbii ki, onun həyatı tarixi baxımdan diqqətdən kənar qala bilməz.
Qurani-Kərimdə Allah-taala Həzrət Muhəmmədi(s) insanlara gözəl bir örnək kimi təqdim edərək buyurur: “Həqiqətən, Allahın rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl nümunədir.”(Əhzab surəsi, ayə-23) Quranın bu ayəsi Peyğəmbərin(s) həyatını öyrənməyin nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. İslam dini Allahın göndərdiyi dinlər
arasında sonuncusu və ən mükəmməli olduğu üçün bu dinin banisinin həyatı da dıgər peyğəmbərlərin həyatı ilə müqayisədə daha geniş şəkildə tədqiq edilmişdir.Təsadüfi deyil ki, orta əsr müsəlman tarixçiləri o həzrətin həyatındakı bütün xırdalıqları da qələmə almış və onu nəsildən-nəsilə çatdırmışlar. Bununla əlaqədar olaraq Peyğəmbərin(s) həyatını özündə əks etdirən onlarla kitab yazılmış, hətta onların bəzisi bir çox qərb dillərinə də tərcümə edilmişdir.Belə əsərlər arasında Ayətullah Cəfər Sübhaninin “Əbədiyyət nuru” əsəri özünə-məxsus yer tutur. İslam peyğəmbərinin həyatının mükəmməl şəkildə araşdırıldığı bu kitabda müəllif,həm də bir sıra avropalı şərqşünasların əsassız iddialarına tutarlı cavablar vermişdir........
https://t.me/dini_kitablar
http://www.rizvan.az 🔴
2 871
Kitabın say nömrəsi: 241
Kitabın adı:"Şiə Gəncin Vəhabi suallarına Cavabı"
Müəllif: "Məhəmməd Təbəri:
Səhifəsinin sayı: 271
https://t.me/dini_kitablar
2 871
🔴"ŞİƏ GƏNCİN VƏHABİLƏRİN SUALLARINA CAVABI"
Yaxın vaxtlarda “Şiə gənclərin hidayət edilməsinə səbəb olan suallar” adlı bir kitabça əlimə keçdi. Bu kitabçada müəllifin, tərcüməçinin adı, habelə nəşriyyatın və çap olunduğu mətbəənin adları belə göstərilməmişdi.
Həmin kitabçanın müqəddiməsində belə yazılmışdı: “Mən bu sualları müxtəlif saytlardan və şiə əleyhinə olan kitablardan toplamışam və burada mənim həmin sualları toplamaqdan savayı başqa bir rolum olmamışdır.”
Kitabı tərtib edən və ya tərtib edənlər belə iddia edirlər:“Bu sualların nəticəsində cavanlar hidayət olunmuşlar.” Ancaq onlar həmin gənclərdən yalnız Bəhreyndən olan bir cavanın adını çəkir-lər. Əgər bu məlumat düzgündürsə, deməli yalnız bir gənc Əhli-beyt (ə) vilayətindən ayrılıb və Əməvi vilayətinə qoşulmuşdur.
Lakin kitabı tərtib edənlər həmin gənci heç görməyiblər.......
https://t.me/dini_kitablar
http://www.rizvan.az 🔴
2 871
Kitabın say nömrəsi: 240
Kitabın adı:"Rəcəb Ayının Fəzilətləri"
Müəllif: Şeyx Səduq
Səhifəsinin sayı: 31
https://t.me/dini_kitablar
