KİTABXANA
Open in Telegram
DİNİ KİTABLAR Azərbaycan dilində dini kitabların PDF faylını mütaliə üçün bu kanaldan yükləyə bilərsiniz. Nəzər və təkliflərinizi telegramda +989902370737 nömrəsinə yazın Telegram kanallarımız: _____________________ Rəsmi saytımız: http://almahdi.az
Show more2 871
Subscribers
No data24 hours
+97 days
+1030 days
Posts Archive
2 871
Kitabın kanalda olan say nömrəsi: 257
Kitabın adı: "AŞURA – TARİXİN ƏN BÖYÜK QƏHRƏMANLIQ
SALNAMƏSİ"
MÜƏLLİF: AYƏTULLAH NASİR MƏKARİM ŞİRAZİ
Səhifə sayı: 1151
2 871
Kitabın kanalda olan say nömrəsi: 257
Kitabın adı: "AŞURA – TARİXİN ƏN BÖYÜK QƏHRƏMANLIQ
SALNAMƏSİ"
MÜƏLLİF: AYƏTULLAH NASİR MƏKARİM ŞİRAZİ
Səhifəsinin sayı: 1151
2 871
AŞURA – TARİXİN ƏN BÖYÜK QƏHRƏMANLIQ
SALNAMƏSİ
🔴 Aşura başlanğıcda bir qəhrəmanlıq hadisəsi kimi meydana çıxsa da, sonralar yalnız ah-nalə, göz yaşları ilə müşayiət olunan qəmli bir hadisə şəklini almışdı. Son dövrdə isə özünün əsl simasını yenidən əldə etdi, yəni Hüseyn (ə) məktəbi aşiqlərinin göz yaşları arasında öz qəhrəmanlıq ruhunu göstərdi və müsəlmanları hərəkətə gətirdi. "Heyhat minnəz-zillət! – Zillət bizdən uzaqdır!", "İnnəl həyatə əqidətun və cihadun! – Həqiqi həyat əqidə və cihaddadır!" kimi Kərbəla tarixindən götürülən inqilabçı şüarlar, kənarında Möhtəşəm Kaşani kimi görkəmli şairlərin göz yaşları ilə söylədiyi şeirlər:
Məzəmmətə yer olmayan müqəddəs
məkanda müqəddəslərin başı qəmli halda
diz üstündədir,
Cinlər, mələklər insana növhə (mərsiyə)
deyir, sanki Adəmin ən şərəfli övladının
əzasıdır!
– xətib, şair və məddahların təfəkküründə çevriliş yaratdı. Eyni zamanda, qədim dəyərlərə malik əzadarlıqla yanaşı
Kərbəlanın qəhrəmanlıq cəhətləri, səciyyələri də şərh edildi...
__
https://t.me/dini_kitablar
https://almahdi.az
https://rizvan.az🔴
2 871
Kitabın kanalda olan say nömrəsi: 256
Kitabın adı: "İMAMƏT AYƏLƏRİ"
Təlif: ƏLYAN NEJADİ
Səhifəsinin sayı: 328
2 871
İMAMƏT AYƏLƏRİ
🔴 Hicri-şəmsi 1379-cu il fərvərdin ayının 26-sının (mart ayına təsadüf
edir) “Qədir-Xum” adlı islami bayrama təsadüf etməsi səbə bi ilə
həmin ili həzrət Əli ibn Əbu Talibin (ə) möhtərəm adı şərəfinə “Əmirəlmöminin ili” adlandırmışlar. Həzrət Əliyə (ə) sevgisi olan şəxslərin
onun fəzilət, kamal, üslub, söz, idarəçilik, əxlaq və digər xüsusiyyətləri
barədə daha ətraflı məlumat əldə etməsi üçün geniş və əhatəli toplantı
və seminarlar təşkil etməsi diqqətəlayiq hesab olunur
Əvvəlki ənənəsinə uyğun olaraq Ayətullah Məkarim Şirazi
Ramazan ayında təfsir dərsləri verirdi. O, qeyd olunan münasibətlə
bağlı “Əmirəl-mömininlə əlaqədar imamət ayələri”nin təfsirinə
başlayır. Ümidvarıq ki, Quran və onun həqiqi təfsirçisi həzrət Əlinin
(ə) vasitəsi ilə iman nuru günbəgün bizim qəlbimizdə artaraq daha
da möhkəmlənər və yalnız bizim deyil, digərlərinin də hidayət
olunmasına səbəb olar.
Hazırkı kitab
Allaha şükürlər olsun ki, möhtərəm ustadın elmi məclislərində
əhatəli, diqqəti cəlb edən və maraqlı şəkildə aparılan bütün söhbətləri
toplanmış və bəhslərdə istifadə edilən mənbələr kifayət qədər tədqiq
olunduqdan və xülasə şəkildə bəyan edilən bəzi mətləblərə geniş şərh
verildikdən sonra, çap olun araq oxucuların xidmətində qoyulmuşdur.
Xatırlatma
1. Ola bilsin ki, Quranda “imamət” və “vilayət”lə bağlı “Peyame
Quran” (Quranın mesajları) kitabının doqquzuncu cildi və imamət
ayələrilə əlaqədar nisbətən müfəssəl və geniş şəkildə bəyan edilən
“Təfsire nümunə”nin (“Nümunə” təfsiri) olması ilə yanaşı, “Bu kitaba
nə ehtiyac vardı?”– deyə zehinlərdə sual yaransın.
Bu kitabda bəyan edilən mətləblər sadalanan iki kitaba nisbətən
ge niş şərhlərlə qeyd edilmişdir. Həmçinin, əhatə dairəsi və ayələrdən
istifadə edilən mesajların əhəmiyyətliliyini ifadə etmək və cəmiyyətin
ehtiyacını ödəmək baxımından da hazırkı kitab önəmlidir. Burada
əvvəlki iki kitabda olmayan yeni mətləblərə toxunulmuşdur.
__
https://t.me/dini_kitablar
https://Al-Mahdi.az
https://rizvan.az🔴
2 871
Kitabın kanalda olan say nömrəsi: 255
Kitabın adı: "KƏRBƏLA STATİSTİKASI"
Təlif: ƏSGƏR NƏSİRAYİ
Səhifəsinin sayı: 95
2 871
KƏRBƏLA STATİSTİKASI
🔴İmam Hüseynin (ə) babası kainatın ən xeyirlisi və üstünü olan
həzrət Məhəmməd (s), atası ədalət simvoluna çevrilmiş Əmirəlmöminin (ə), anası bütün dünya və cənnət xanımlarının üstünü olan
Fatimeyi-Zəhradır (ə). O həzrət vəhy evində dünyaya gəlmiş, vəhyin
nazil olduğu şəxsin nəfəsi ilə nəfəs almış və vəhy sayəsində tərbiyə
edilən insanlardan tərbiyə almışdır. Allahın Rəsulu (s) “Hüseyni
sevən məni sevmişdir.” deməklə imam Hüseynin (ə) Allah
yanındakı, uca məqamını insanlara çatdırdı.
Hər hansı bir şəxsi sevmək üçün ilk öncə onu tanımaq lazımdır.
İnsan tanımadığı birini sevə bilməz. Əlinizdəki “KƏRBƏLA
STATİSTİKASI” adlı bu kitab, Peyğəbərin (s) sevimli nəvəsi imam
Hüseyni (ə) və onun uğrunda canını qurban verənləri tanımaq üçün
bir vasitədir. Bu kitabda, imam Hüseynin (ə) Mədinədən hərəkət
etdiyi gündən, Kərbəlaya qədər olduğu yerlər, görüşdüyü insanlar,
imama qoşulanlar, Kərbəlada şəhidləri, Kərbəlaya qədər yol boyu
məntəqələr, Kərbəlada baş verənlər, Kərbəladan Kufəyə, Kufədən də
Şama qədər aparılan əsirlər və onların qarşılaşdığı hadisələr barədə
məlumat verilmişdir.
Aşura statistikasındakı bir sıra fərqli fikir və rəqəmlər imam
Hüseynin (ə) qiyamında mahiyyətcə elə də əhəmiyyət kəsb etmir.
Çünki tarix boyu aşuranın hədəfləri ilə mübarizə aparılmış, onu
aradan qaldırmaq üçün hər bir yola əl atılmışdır. Bu da fərqli tarixi
yazıların yaranmasına səbəb olmuşdur. Kitabda izlənilən ən əsas
məsələ, imam Hüseynin (ə) hədəf və məqsədlərinin daima yaşadılması və dirçəldilməsinə çalışmaqdır. Müəllif və tərcüməçi ən dəqiq
statistik məlumatları sizə təqdim etməyə çalışmışdır.
___
https://t.me/dini_kitablar
https://Al-Mahdi.az
https://rizvan.az🔴
2 871
Kitabın kanalda olan say nömrəsi: 254
Kitabın adı: "ALLAHI UŞAQLARA NECƏ TANITDIRAQ"
Təlif: Rövşən Əhmədzadə
Səhifəsinin sayı: 170
2 871
ALLAHI USAQLARA NECƏ TANITDIRAQ
🔴Əziz Peyğəmbərimiz (salləllahu ələyhi və alihi və səlləm) buyurur:
“Valideynin xoşbəxtlik əlamətlərindən biri də onun saleh övladı
olmasıdır.”
Allah-təala insanları digər məxluqlardan üstün tutaraq onların bu
dünyada aram, xoşbəxt, sağlam, sülh və əmin-amanlıq içində yaşayışını
təmin etmək üçün müqəddəs Qurani-Kərimi nazil etmiş, həmçinin
kamil və nöqsansız olan İslam dinində cəmiyyətə lazım olan bütün
sahələr üzrə dolğun qanunlar və hədəflər müəyyənləşdirmişdir.
Bunlardan düzgün faydalanmaq üçün isə Əhli-beyti (ələyhimussalam)
bizlərə vasitəçi qərar verərək Onlara məhəbbəti4 və itaəti5 vacib
buyurumuşdur.
Böyük cəmiyyət kiçik hissələrdən təşkil tapır və bu hissələrə “ailə”
deyilir. Əgər ailə islah olunarsa, onda cəmiyyət tez bir zamanda islah
olunar. Xüsusilə müasir dövrümüzdə baş verən fəsadın güclü dalğaları
çox təhlükəlidir. Bu dalğaları zərərsizləşdirmək üçün valideyn öz
övladının əxlaq və tərbiyəsinə ciddi yanaşmalı, öhdəsində olan
vəzifələri bacardığı qədər dəqiq yerinə yetirməlidir.
Məktəblərdə, hətta əksər ailələrdə belə Allah barəsində yanlış
əqidələrin yayılmasını nəzərə alaraq tərtib etdiyimiz bu kitabda İslam
dininə uyğun sağlam və pak övladın dünyaya gəlməsi proqramları,
valideynlərin məsuliyyəti və vəzifələri, məxsusən uşaqlara və
yeniyetmələrə Yeganə Allahın tanıtdırılması mövzusu ön plana
gətirilmişdir.
Hədəfimiz - asimani həqiqətin sevimlisi olan Allah ilə Yer kürəsinin
sevimli mövcudları - uşaqlar və yeniyetmələr arasındakı rabitəni təhlil
etməkdir.
_________________
https://t.me/dini_kitablar
http://www.almahdi.az
http://www.rizvan.az 🔴
2 871
Kitabın kanalda olan say nömrəsi: 253
Kitabın adı: "ALİ-MUHƏMMƏDİN (Ə) SİRLƏRİ"
Müəllif: SÜLEYM İBN QEYS
Səhifəsinin sayı: 312
2 871
🔴
ALİ
-
MUHƏMMƏDİN SİRLƏRİ
SÜLEYMİN KİTABI İSLAMDA YAZILMIŞ İLK KİTABDIR
Allahın kitabı Qurani-Kərimdən və Əhli-Beytin (ə) sahib olduğu mirasdan başqa müsəlman aləmində Süleym ibn Qeys əl-Hilalinin qələmə aldığı bu kitabdan daha qədimi yoxdur. Bu da kitaba digərlərinə nisbətdə xüsusi əzəmət
bəxş edir. Kitabın müəllifi etiqad və İslam tarixi barədə düşünən ilk yazar olmaqla qısa zaman kəsiyində böyük bir işi həyata keçirə bilmişdir.
Həmçinin Süleymin qələmə aldığı tarixi zaman kəsimi İslamın ən əhəmiyyətli, Peyğəmbərdən (s) sonra ümmət arasında əsrlərdən bəri davam edən fikir ayrılıqlarının mənşəyi sayılacaq dövrdür. Bu cəhətdən də Süleymin kitabı
həmin dövrdə baş verən hadisələrə aydın və parlaq işıq salır.
Həmçinin Süleymin hədislərin seçilməsinə və dəqiqləşdirilməsinə xüsusi diqqət göstərdiyi də kitabın mövzularından və baş vermiş hadisələrin əhəmiyyətindən də görünür. Aşağıda hədis kitablarında qeyd edilən, lakin heç bir kitabda Süleymdən əvvəl zikr edilməyən əhəmiyyətli tarixi hadisələri qeyd edirik:
1. Qədir Xum hadisəsi;
2. Səqəleyn hədisi;
3. Mənzilət hədisi;
4. Səfinətun-Nuh (Nuhun gəmisi) hədisi;
5. Hittə qapısı hədisi;
6. Kövsər hovuzu hədisi;
7. Qapıların bağlanması hadisəsi;
8. Kisa hədisi və “Təthir” ayəsi;
9. Mübahələ hadisəsi;
10. Peyğəmbərin (s) yazmaq istədiyi vəsiyyət hadisəsi.
Diqqətəlayiq haldır ki, bu hədislər fərqli yollarla və fərqli şəxslərdən on
illərdən sonra həm əhli-sünnə, həm də əhli-şiə hədis və tarix kitablarında qeyd edilməyə başlanmışdır. Lakin bu kitablardan əsər olmadığı bir dövrdə həmin
hadisələr incəliyi ilə Süleymin kitabında öz əksini tapmışdır.
------
https://t.me/dini_kitablar
2 871
Bismillahir Rəhmanir Rəhim
Allahın salamı, rəhməti və bərəkəti olsun siz dəyərli kitabxana kanalımızın üzvlərinə.
Bildiyiniz kimi yeni dini kitabların PDF faylını əldə etdikcə siz dəyərli oxucular ilə paylaşım edirik.
Qeyd edək ki, sizi maraqlandıran kitablar haqqinda kanalın axtarış bölməsində axtarış etməklə tapa bilərsiniz (təbii ki, kitab kanalda mövcud olsa tapılar).
Hörmətli izləyicilər!
«Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin həm də digər rəsmi teleqram kanalları var ki, o kanallara da üzv ola bilərsiniz. Bİz Rəsmi kanallarımızın linklərini aşağıda sıra ilə paylaşırıq. Siz o kanallara üzv olmaqla yanaşı hər yerdə paylaşa da bilərsiniz ki, yararlanmaq və faydalanmaq istəyənlər istifadə edə bilsin.
«Əl-Məhdi (əc)» İMM - Rəsmi teleqram kanalı:
⤵️⤵️⤵️
https://t.me/almahdi_az
«Əl-Məhdi (əc)» İMM - virtual məscidi
⤵️⤵️⤵️
https://t.me/virtual_mosque
«Əl-Məhdi (əc)» İMM - Quran Evi
⤵️⤵️⤵️
https://t.me/quran_evi
«Əl-Məhdi (əc)» İMM - sağlam həyat kanalı
⤵️⤵️⤵️
https://t.me/national_lifestyle
«Əl-Məhdi (əc)» İMM - fəlsəfi söhbətlər və bəhslər
⤵️⤵️⤵️
https://t.me/PhdVaqifQuliyev
«Əl-Məhdi (əc)» İMM - Rəsmi muraciət üçün əlaqə
Bəylər üçün teleqramda muraciət:
⤵️⤵️⤵️
https://t.me/islamic_institute
Xanımlar üçün teleqramda muraciət:
⤵️⤵️⤵️
https://t.me/almahdi_xanimlar
Xanımlar üçün köməkçi müraciət:
⤵️⤵️⤵️
https://t.me/almahdi_muraciat
2 871
Kitabın say nömrəsi: 252
Kitabın adı: "MƏSUM İMAMLARIN (Ə) TARİXİ"
Müəllif: MEHDİ PİŞVAYİ.
Səhifəsinin sayı:387
