en
Feedback
CERT.GOV.AZ

CERT.GOV.AZ

Open in Telegram

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti - Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi

Show more
754
Subscribers
+124 hours
+127 days
+4030 days
Posts Archive
​​Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin saxta “Whatsapp” tətbiqləri ilə bağlı növbəti xəbərdarlığı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi saxta “Whatsapp” tətbiqlərinin yaratdığı təhlükə barədə vətəndaşları yenidən xəbərdar edir. Belə ki, saxta “Pink Whatsapp”, “Whatsapp+” kimi rəsmi vendor tərəfindən təqdim edilməyən tətbiqlər orijinal tətbiqdən fərqlənmək və cəlbedicilik üçün bir sıra əlavə funksionallıqlar təklif etməklə insanların marağına səbəb olur. Davamı...

2023-cü ilin tədbirlər planına əsasən "İnformasiya təhlükəsizliyi təqvimi" layihəsi çərçivəsində DEKABR ayı üzrə 29.12.2023-c
2023-cü ilin tədbirlər planına əsasən "İnformasiya təhlükəsizliyi təqvimi" layihəsi çərçivəsində DEKABR ayı üzrə 29.12.2023-cü il tarixində 16:00-da başlanacaq növbəti canlı seminar "Kiberinsidentlərlə mübarizə ayı" mövzusuna həsr olunur. Məruzəçilər: Fəxri Cəfərov – XRİTDX-nin əməkdaşı Canlı yayımların təkrarını izləmək, eləcə də növbəti canlı yayımlar barədə məlumat almaq üçün bu keçiddən istifadə edə bilərsiniz: https://cert.gov.az/calendar

Repost from NCERT Azərbaycan
Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik e
Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı və uzun ömür, Azərbaycanımızın inkişafı və xalqımızın firavanlığı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti aşağıdakı sahələr üzrə vakansiya elan edir: • GSM/UMTS/LTE/5G texn
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti aşağıdakı sahələr üzrə vakansiya elan edir: • GSM/UMTS/LTE/5G texnologiyaları üzrə Core və RAN elementlərinin (MSC, MGW, SGSN, HLR, BSC, TRC, RNC, BTS, NodeB, eNodeB) şəbəkələri və arxitekturası üzrə təcrübəsi olanlar; • Sabit telefon (PSTN) və İnternet provayderlərinin (ISP) şəbəkə strukturu (BRAS, RADIUS, CGNAT) üzrə təcrübəsi olanlar; • İnformasiya Texnologiyalarının Təhlükəsizliyi (SOC, Pentest) üzrə təcrübəsi olanlar; Qeyd olunan tələblərə cavab verən namizədlərin öz CV-lərini dekabr ayının sonunadək cv@cert.gov.az elektron poçt ünvanına ("Core Network Administrator" mövzusu ilə) təqdim etmələri xahiş olunur.

⚡️ARAŞDIRMA Aysberq-in görünməyən tərəfi "RunPE" metodu ilə işə salınan prosesin aşkar edilməsi üçün PE müqayisəsi Ətraflı: h
⚡️ARAŞDIRMA Aysberq-in görünməyən tərəfi "RunPE" metodu ilə işə salınan prosesin aşkar edilməsi üçün PE müqayisəsi Ətraflı: https://mrl.cert.gov.az/az/articles/view/115

Dərin hörmət və ehtiramla anırıq! #HeydərƏliyev #HeydarAliyev 🇦🇿
Dərin hörmət və ehtiramla anırıq! #HeydərƏliyev #HeydarAliyev 🇦🇿

⚡️ARAŞDIRMA Birbaşa sistem zəngləri ilə "hook" mühərriklərindən yayınma Windows api sistem zəngləri və onlardan yayınma metod
⚡️ARAŞDIRMA Birbaşa sistem zəngləri ilə "hook" mühərriklərindən yayınma Windows api sistem zəngləri və onlardan yayınma metodu haqqında Ətraflı: https://mrl.cert.gov.az/az/articles/view/111

AzTU tələbələri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təqaüdünə layiq görülüb Azərbaycan Respublikası
AzTU tələbələri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təqaüdünə layiq görülüb Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında 2022-ci il 5 noyabr tarixində imzalanan əməkdaşlıq haqqında memorandumda nəzərdə tutulmuş müvafiq bəndin icrası ilə əlaqədar universitetin informasiya təhlükəsizliyi ixtisasında təhsil alan bakalavr və magistr tələbələri üçün növbəti müsabiqə keçirilib. Ətraflı: https://scis.gov.az/az/news/view/171/

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən erməni haker qruplarının Azərbaycan vətəndaşlarına qarş
+2
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən erməni haker qruplarının Azərbaycan vətəndaşlarına qarşı yeni fişinq hücumları müəyyən edilmişdir. Müxtəlif teatrlara və tamaşalara saxta bilet satışı həyata keçirən veb-saytlar hazırlayaraq, sosial mühəndislik yolu ilə vətəndaşları aldadaraq onlara məxsus bank kartı məlumatlarının ələ keçirilməsi və pul vəsaitlərinin mənimsənilməsi üçün yeni metoda əl atırlar. Vətəndaşları bu cür hallara qarşı ayıq-sayıq olmağa, biletləri yalnız rəsmi satış nöqtələrindən və rəsmi satış veb-saytlarından əldə etməyə çağırırıq.

+2

⚡ ARAŞDIRMA Kibertəhlükəsizlikdə virus imzalarının əhəmiyyəti Virusların aşkarlanması üçün istifadə edilən virus imzaları nəd
⚡ ARAŞDIRMA Kibertəhlükəsizlikdə virus imzalarının əhəmiyyəti Virusların aşkarlanması üçün istifadə edilən virus imzaları nədir və necə hazırlanır? Ətraflı: https://mrl.cert.gov.az/az/articles/view/103

2023-cü ilin tədbirlər planına əsasən "İnformasiya təhlükəsizliyi təqvimi" layihəsi çərçivəsində NOYABR ayı üzrə 24.11.2023-c
2023-cü ilin tədbirlər planına əsasən "İnformasiya təhlükəsizliyi təqvimi" layihəsi çərçivəsində NOYABR ayı üzrə 24.11.2023-cü il tarixində 16:00-da başlanacaq növbəti canlı seminar "Uşaqların kibertəhlükələrdən qorunması" mövzusuna həsr olunur.   Məruzəçilər: Günay Əbdiyeva-Əliyeva – XRİTDX-ın əməkdaşı Sevil Rəsulzadə – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminat şöbəsinin böyük məsləhətçisi Məhsəti Quliyeva – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Əməkdaşlıq və Kommunikasiya sektorunun baş məsləhətçisi   Canlı yayımların təkrarını izləmək, eləcə də növbəti canlı yayımlar barədə məlumat almaq üçün bu keçiddən istifadə edə bilərsiniz: https://cert.gov.az/calendar

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertə
İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 - 2027-ci illər üçün Strategiyası”nın icrası ilə bağlı xüsusi iclası keçirilmişdir Cari ilin 21 noyabr tarixində Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası keçirilmişdir. İclasda İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədri, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 - 2027-ci illər üçün Strategiyası” haqqında iclas iştirakçılarına ətraflı məlumat vermişdir. Ətraflı: https://scis.gov.az/az/news/view/169/

🆘Diqqət dələduzluq! Son 1 ayda kiberdələduzluq hallarında ciddi artım hiss olunur. Belə kiberdələduzluq hallarından biri də dövlət qurumları və ya ödəmə platformaları adından istifadə etməklə aşağıda göstərilən adlar və bənzər domen nümunələri ilə yaradılmış saxta səhifələrdir: ❌hxxps://asanodeme.info/kommunal ❌hxxps://asan-cerime.net ❌hxxps://asan-cerime.biz ❌hxxp://asan-cerime.com Belə ki, kommunal xidmətlərin və ya cərimələrin xüsusi endirimlər və bonuslarla ödənilməsi adı altında yaradılan və sosial şəbəkələr vasitəsi ilə reklam olunaraq vətəndaşların marağını cəlb edən belə saytlar vətəndaşları aldatmaqla, onları saxta ödəniş səhifələrinə yönləndirir və kart məlumatlarını ələ keçirərək vəsaitlərini oğurlayır. Belə kiberdələduzluq halları tərəfimizdən araşdırılmaqla və ölkə üzrə bloklanaraq vətəndaşların dələduzların qurbanına çevrilməsinin qarşısının alınması üzərində aktiv işlənilməklə yanaşı hər gün yenilənən saxta səhifələrlə mübarizədə vətəndaşları ayıq olmağa media nümayəndələrini isə vətəndaşları belə dələduzluq halları ilə bağlı maarifləndirmədə köməklik göstərməyə çağırırıq. ℹ️Vətəndaşlara reklam olunan kampaniyalara qarşı həssas davranmağı, alınan məlumatları dəqiqləşdirməyi və yalnız rəsmi səhifələrə etibar etməyi tövsiyə edirik!

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndələri Aşqabad şəhərində keçi
+2
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndələri Aşqabad şəhərində keçirilən beynəlxalq sərgi-konfransda iştirak etmişdir Cari ilin 9-10 noyabr tarixlərində Türkmənistanın Aşqabad şəhərində informasiya təhlükəsizliyi, rabitə, rəqəmsal transformasiya, “ağıllı şəhər” texnologiyaları və innovasiyalara həsr olunmuş “TürkmenTEL-2023” adlı beynəxalq sərgi-konfrans keçirilmişdir. Tədbir çərçivəsində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Türkmənistanın Nazirlər Kabineti yanında Nəqliyyat və Kommunikasiyalar Agentliyi “Türkmenaraqatnaşık” arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumu imzalanmışdır. Ətraflı: https://scis.gov.az/az/news/view/167/