en
Feedback
ASAPES | ADBTİA

ASAPES | ADBTİA

Open in Telegram

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rəsmi Telegram hesabı ▫️ Official Telegram account of Azerbaijan State Academy of Physical Education and Sport 📍Fatali Khan Khoyski str., 98, AZ 1072 Baku, Baku, Azerbaijan, AZ1072

Show more
997
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
Qeyd edək ki, yay məktəbində əcnəbilərlə yanaşı ASAPES-in yüksək nəticə göstərmiş tələbələri də iştirak etmək şansı qazanacaqlar. #ASAPES #İdmanAkademiyası #DAAD

ASAPES “DAAD Go East” yay məktəbini təşkil edəcək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Xəzərdə idman ma
ASAPES “DAAD Go East” yay məktəbini təşkil edəcək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Xəzərdə idman macəraları” adlı idman mövzusunda təqdim etdiyi beynəlxalq yay məktəbi layihəsi Alman Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən elan olunmuş tenderdə qalib gələrək qrant əldə edib. Layihə çərçivəsində Almaniyanın ən nüfuzlu universitetlərindən olan tələbələrin Azərbaycana iki həftəlik yay məktəbi proqramı təşkil olunacaq. Tələbələr idman sahəsində nüfuzlu mütəxəssislər tərəfindən xüsusi hazırlanmış dərslərdə iştirak edərək, idman oyunlarının təşkili, idman turizmi və marketinqi, idman tibbi haqqında nəzəri və praktiki biliklər əldə edəcəklər. Yay məktəbi macəraları bununla yekunlaşmayacaq. Belə ki, iştirakçılar Azərbaycanda populyar idman növləri və idman infrastrukturu ilə tanış olaraq, Xəzər dənizinin sahilində çimərlik idman növləri ilə məşğul olma şansı əldə edəcəklər.

Biz də mükafatlandırılanlar arasındayıq! Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2023-cü il tarixli 3940 nömrəli sərənc
+3
Biz də mükafatlandırılanlar arasındayıq! Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2023-cü il tarixli 3940 nömrəli sərəncamı ilə “Heydər Əliyev adına təqaüd” təsis edilib. Təqaüdə (3000 azn) layiq görülənlər arasında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının da 2 tələbəsi var. Akademiyanın bakalavriat təhsil səviyyəsinin “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisasının IV tədris ili S130A1 qrup tələbəsi Musayeva Səbinə Nəsimi qızı və “Məşqçilik” ixtisasının III tədris ili S111A1 qrup tələbəsi Rzalı Səbinə Süleyman qızı “Heydər Əliyev adına təqaüd”ə layiq görülüblər. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayının bağlanış mərasimində bu təqaüdə layiq görülən tələbələr mükafatlandırılıblar. #ASAPES #İdmanAkademiyası #Students #Tələbələr #Təqaüd

ASAPES SABAH qruplarının müəllimi, hüquqşünas Elcan Həsənli SABAH qrupu tələbələrinə “İdman və hüquq: İdmançıların bilməli ol
+2
ASAPES SABAH qruplarının müəllimi, hüquqşünas Elcan Həsənli SABAH qrupu tələbələrinə “İdman və hüquq: İdmançıların bilməli olduqları müasir tendensiyalar” mövzusunda seminar keçib. Seminarda tələbələrə idman hüququ sahəsinin aktuallığı, yaranan konfliktlərin həll olunması, idmançıların hüquq və vəzifələri, dopinq və manipulyasiya ilə mübarizə aparma yolları, idmanda ədalət və sağlam rəqabət prinsipləri haqqında məlumat verilib. Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib. #ASAPES #İdmanAkademiyası #ASAPESABAH #students #tələbələr

🩸Qan bağışlayaraq, həyat xilas edək! Dekabrın 15-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində ASAPES və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə professor-müəllim heyəti, tələbə və inzibati işçilərin ənənəvi qanvermə aksiyası keçirilib. Hər il təşkil edilən aksiyanın əsas məqsədi tələbələr arasında humanist ideyaları gücləndirmək, hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlar üçün könüllü şəkildə qan vermək, talassemiyanın yayılmasının qarşısını almaq üçün düzgün marifləndirmə aparmaq, eləcə də qan donorluğunu insanlar və gənclər arasında artırmaqdır. Qeyd edək ki, aksiya çərçivəsində donorlar həkim-hemotoloqlar tərəfindən yoxlanışdan keçirildikdən sonra qan veriblər. Yığılan qan ehtiyatı talassemiya və hemofiliya kimi qan xəstəliklərindən əziyyət çəkən insanlara yardım məqsədilə xüsusi tibb briqadasına təhvil verilib. #ASAPES #İdmanAkademiyası #qanverməaksiyası #qanvermə🩸 #talassemiyasızhəyatnaminə

🇷🇺Magistrantlarımızın Soçi səfəri çərçivəsində növbəti dərs prosesi baş tutub Tələbələrimiz Rusiya Federasiyası Xarici İşlə
+3
🇷🇺Magistrantlarımızın Soçi səfəri çərçivəsində növbəti dərs prosesi baş tutub Tələbələrimiz Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universiteti) Sivilizasiyanın tarixi kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor Melnikova Yuliya tərəfindən tədris edilən “İdmanda davamlı inkişaf” fənninin dinləmələrində iştirak ediblər. İntensiv formada keçirilən tədris zamanı magistrantlarımız bədən tərbiyəsi və idman haqqında elmin formalaşması, idman və fiziki tərbiyə sahəsində elmi- tədqiqatların müasir problemləri, bədən tərbiyəsi və idmanın davamlı inkişafı kimi müxtəlif mövzularda mühazirələr dinləyib. #ASAPES #İdmanAkademiyası #Master #MGİMO #İdmanMenecmenti #Lesson

🤼ASAPES-də Azərbaycan və Tatarıstan komandaları arasında koreş və Azərbaycan milli güləşi üzrə yoldaşlıq görüşü keçirilib Az
+9
🤼ASAPES-də Azərbaycan və Tatarıstan komandaları arasında koreş və Azərbaycan milli güləşi üzrə yoldaşlıq görüşü keçirilib Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli İdman Növləri Assosiasiyası, eləcə də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkil etdiyi yoldaşlıq görüşündə 5 çəki dərəcəsi üzrə 36 idmançı mübarizə aparıb. Dostluq və idman əlaqələrinin gücləndirilməsi məqsədilə təşkil edilən yoldaşlıq görüşü, Beynəlxalq Koreş Federasiyasının və Azərbaycan milli güləşinin mövcud qaydalarına əsasən keçirilib. Yarışın yekun nəticələrinə əsasən dostluq qalib gəlib. Sonda fərqlənən idmançılara diplom və fəxri fərmanlar təqdim olunub. #ASAPES #İdmanAkademiyası

ASAPES-də xarici ekspertlərin dərsləri davam edir Fransanın Amos Biznes məktəbinin (Amos Business School) professoru, İngiltə
+3
ASAPES-də xarici ekspertlərin dərsləri davam edir Fransanın Amos Biznes məktəbinin (Amos Business School) professoru, İngiltərənin Salford Universitetinin (University of Salford) və Şərqi London Universitetinin (University of East London) imtahan eksperti, eyni zamanda menecment konsultantı olaraq fəaliyyət göstərən Nevil Mark Klements (Neville Mark Clements) hazırda akademiyanın tədrisi ingilis dilində aparılan “İdman Menecmenti” ixtisaslaşmasının II tədris ili tələbələrinə “İdman iqtisadiyyatı” fənnini tədris edir. Xarici ekspert tədris prosesi zamanı magistrantlarımıza idman tədbirlərinin müxtəlif iqtisadi aspektlərinin qiymətləndirilməsi, idman hadisələrinin ölkə iqtisadiyyatına təsiri və töhfələrindən bəhs edib. #ASAPES #İdmanAkademiyası #Master #SportManagement #İdmanMenecmenti #Lesson

Təlim zamanı Aynur Bünyatova, inzibati heyətin streslə başa çıxmağına dair əhəmiyyətli bilik və təcrübələrini paylaşaraq, stressiz iş mühitinin yaradılması və müxtəlif stres idarəetmə üsulları haqqında mövzulara geniş diqqət yetirib. Mütəxəssis tələbələrlə görüşü zamanı isə onlara gündəlik və idman həyatında mənfi halların mənbəyini müəyyənləşdirmək və bu vəziyyətlərin qarşısını almaq üçün insanlara anlayışla yanaşmaq, çətin vəziyyətlər qarşısında nəzarətli davranmaq barədə ətraflı məlumat verib. Görüş mütəxəssis və iştirakçılar arasında interaktiv fikir mübadiləsi formatında davam edib. #ASAPES #İdmanAkademiyası #ASAPESABAH

ASAPES-in inzibati heyəti və SABAH qrupu tələbələri üçün “Stresin idarəedilməsi” mövzusunda təlim keçirilib Akademiyanın Sosi
+9
ASAPES-in inzibati heyəti və SABAH qrupu tələbələri üçün “Stresin idarəedilməsi” mövzusunda təlim keçirilib Akademiyanın Sosial Elmlər kafedrasının müəllimi, psixologiya üzrə fəlsəfə doktoru və Elmi-tədris laboratoriyasının psixoloqu Aynur Bünyatova tərəfindən ASAPES-in inzibati heyətinə 12 dekabr, “İdman menecmenti və kommunikasiya”, “Məşqçilik” ixtisaslarında təhsil alan SABAH qrupu tələbələrinə isə 13 dekabr tarixində “Stresin İdarəedilməsi” mövzusunda təlim keçirilib.

Təlim zamanı Aynur Bünyatova, inzibati heyətin streslə başa çıxmağına dair əhəmiyyətli bilik və təcrübələrini paylaşaraq, stressiz iş mühitinin yaradılması və müxtəlif stres idarəetmə üsulları haqqında mövzulara geniş diqqət yetirib. Mütəxəssis tələbələrlə görüşü zamanı isə onlara gündəlik və idman həyatında mənfi halların mənbəyini müəyyənləşdirmək və bu vəziyyətlərin qarşısını almaq üçün insanlara anlayışla yanaşmaq, çətin vəziyyətlər qarşısında nəzarətli davranmaq barədə ətraflı məlumat verib. Görüş mütəxəssis və iştirakçılar arasında interaktiv fikir mübadiləsi formatında davam edib. #ASAPES #İdmanAkademiyası #ASAPESABAH

Daha sonra Bolqarıstanın gənclər və idman nazirinin müavini Daniela Daşeva akademiyanın akt zalında professor-müəllim, inzibati heyət, tələbə və qonaqlar üçün “Olimpiya hazırlığının müasir sistemləri” mövzusunda mühazirəsini təqdim edib. Sonda qonaqlara simvolik hədiyyələr təqdim edilib və xatirə şəkli çəkilib. #ASAPES #İdmanAkademiyası

Ölkəmizə rəsmi səfərə gələn Bolqarıstan Respublikasının gənclər və idman naziri Dimitar İliev işgüzar görüşləri çərçivəsində
+9
Ölkəmizə rəsmi səfərə gələn Bolqarıstan Respublikasının gənclər və idman naziri Dimitar İliev işgüzar görüşləri çərçivəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) qonağı olub. Akademiyanın rektoru Fuad Hacıyev qonağı ASAPES-in Elmi-tədris laboratoriyası və Multimedia Mərkəzi ilə tanış edərək hər iki mərkəzin fəaliyyət istiqaməti və görülən işlər barədə məlumatlandırıb. Konfrans zalında baş tutan rəsmi hissədə akademiyanın rektoru Fuad Hacıyev Bolqarıstan nümayəndə heyətinə ASAPES-in hazırkı və gələcək fəaliyyət planları haqqında ətraflı məlumat verib. Daha sonra akademiyanın ümumi fəaliyyətini əks etdirən film nümayiş etdirilib. Görüş qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirəsilə davam edib.

🇧🇬Bolqarıstanın gənclər və idman naziri Dimitar İliev ASAPES-də qonaq olub
🇧🇬Bolqarıstanın gənclər və idman naziri Dimitar İliev ASAPES-də qonaq olub

SABAH qrupu tələbələrinə “İdmanda nutrisiologiya” mövzusunda seminar keçirilib ASAPES SABAH qruplarının müəllimi, Milli İdman
+7
SABAH qrupu tələbələrinə “İdmanda nutrisiologiya” mövzusunda seminar keçirilib ASAPES SABAH qruplarının müəllimi, Milli İdman Tibb və Reabilitasiya İnstitutunun (MİTRİ) uzman diyetoloqu Əfruz Namazova “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisasında təhsil alan SABAH qrupu tələbələrinə “İdmanda nutrisiologiya” mövzusunda seminar keçib. Seminarda tələbələrə idman nutrisiologiyasına aid yeni trendlər, idmançıların sağlam qidalanma mexanizmləri, onların qida seçiminin motivləri və qidalanma sistemləri, rasional insan qidalanması strategiyaları və idmançıların sağlamlığı ilə bağlı problemlərinin həlli yolları haqqında məlumat verilib. #ASAPES #İdmanAkademiyası

🏆🥇Tələbəmizdən ardıcıl iki çempionluq xəbəri ASAPES-in Məşqçilik fakültəsinin 212A5 qrup tələbəsi Quliyev Amin Asəf oğlu Sə
+5
🏆🥇Tələbəmizdən ardıcıl iki çempionluq xəbəri ASAPES-in Məşqçilik fakültəsinin 212A5 qrup tələbəsi Quliyev Amin Asəf oğlu Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən “World Combat Games”də və Portuqaliyanın Albuferia şəhərində keçirilən kikboksinq üzrə böyüklər arasında baş tutan dünya çempionatında bütün rəqiblərini geridə qoyaraq, hər iki yarışda qızıl medal qazanıb. Tələbəmizi təbrik edir, ona gələcək yarışlarda uğurlar arzu edirik! #ASAPES #İdmanAkademiyası #Student #Gold #Medal #Tələbə #Sport #İdman #Winner

♟️ASAPES tələbələri arasında şahmat turniri keçirilib Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdmanın oyun
+9
♟️ASAPES tələbələri arasında şahmat turniri keçirilib Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdmanın oyun növləri” kafedrası və ASAPES-in Həmkarlar Təşkilatı Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş ümumi kurs tələbələri arasında şahmat turniri təşkil edib. Şahmatın rapid növündə İsveçrə sistemi üzrə keçirilən yarış 7 turdan ibarət olub. 45 qeyri-ixtisasçı tələbənin iştirak etdiyi mübarizədə 7 oyundan 7 xal toplayaraq 111A9 qrupunun tələbəsi Rüfət Səlimli yarışın qalibi olub. 2-ci yerə 6 xalla Hacıməmməd Məmmədov (211A12), 3-cü yerə isə 5.5 xalla Ənvər Babayev (211R1) layiq görülüb. Sonda turnirin baş hakimi Lütfiyar Rüstəmov və hakim heyəti, həmçinin bütün turnir iştirakçıları sertifikat ilə təltif olunublar. #ASAPES #İdmanAkademiyası #Şahmat

🇷🇺Magistrantlarımız Rusiya Federasiyasının Soçi şəhərində tədris prosesinə başlayıb Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İd
+4
🇷🇺Magistrantlarımız Rusiya Federasiyasının Soçi şəhərində tədris prosesinə başlayıb Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (Universiteti) ilə ikili diplom proqramı çərçivəsində tədrisi rus dilində aparılan “İdman menecmenti” magistr proqramının II tədris ili magistrantları Soçi şəhərində üç fənn üzrə tədris prosesinə cəlb olunublar. Dekabrın 11-i Soçi şəhərində tədris proqramının açılışı ilə əlaqədar təşkil olunan tədbirdə Rusiya Beynəlxalq Olimpiya Universitetinin prorektoru Peşin Nikolay Leonidoviç və pedaqoji elmlər doktoru, professor Melnikova Natalya çıxış edərək tələbələrə uğurlar arzulayıblar. Dekabrın 22-dək davam edəcək proqram çərçivəsində magistrantlara “İdman maliyyəsi”, “İdman menecmenti” və “İdmanda davamlı inkişaf” fənləri tədris ediləcək. #ASAPES #İdmanAkademiyası #Master #Magistratura #Students #Tələbələr #MGİMO #İdmanMenecmenti #SportManagement

Düşərgə müddətində tələbələr “Bakı marafonu”, “Azərbaycanda idman qurğuları” və “Fərman Rəhimov” adlı məqalələr yazıb, idman və gənclər mövzularında Vikipediyada müxtəlif əsaslı redaktələr edərək öz töhfələrini veriblər. Tələbələrin məqalələri xüsusi təyin edilmiş komissiya tərəfindən qiymətləndirilib və müxtəlif hədiyyələrlə mükafatlandırılıb. Düşərgənin keçirilməsində məqsəd Azərbaycanda Vikimedia hərəkatının gücləndirilməsi, fəal istifadəçilər arasında sıx əlaqələrin və əməkdaşlığın qurulması, yeni gənclərin cəlb edilməsi, istifadəçilərin bacarıqlarını təkmilləşdirmək, yeni məqalələr yaratmaqla Azərbaycan dilində vikiməzmunu artırmaqdır. Sonda tələbələrə Azərbaycan Respublikasının gənclər və idman naziri cənab Fərid Qayıbov tərəfindən imzalanmış sertifikatlar təqdim edilib. Sertifikatı nazirliyin sektor müdiri Kənan Kərimov təqdim edib. #ASAPES #İdmanAkademiyası #Students #Tələbələr #Master #Magistratura #StudentLife

Tələbələrimiz Göygöl şəhərində “Gənclərin Vikipediya düşərgəsi”ndə iştirak ediblər 08-10 dekabr 2023-cü il tarixlərində Göygö
+8
Tələbələrimiz Göygöl şəhərində “Gənclərin Vikipediya düşərgəsi”ndə iştirak ediblər 08-10 dekabr 2023-cü il tarixlərində Göygöl Olimpiya İdman Kompleksində “Azərbaycan Vikimediaçıları” istifadəçi qrupu ilə birgə “Gənc vikipediyaçıların qış düşərgəsi” keçirilib. Tələbə və könüllülərlə iş şöbəsinin təşəbbüsü ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Kütləvi-tətbiqi idman” fakültəsinin “Atletika” ixtisasının 110A11 qrupunun tələbələri Qurbanov İsmayıl və İslamov İsmayıl, “Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq” fakültəsinin “Bədən tərbiyəsi və idman” ixtisasının M3222A1 qrupunun magistr tələbəsi Zeynalova Hökümə düşərgədə iştirak ediblər.