Qərbi Kaspi Universiteti/Western Caspian University
Open in Telegram
İstiqlaliyyət 31, AZ1001 Bakı Azərbaycan http://www.wcu.edu.az E-mail: administration@wu.edu.az Tel: +994 12 492 74 18
Show moreThe country is not specifiedThe category is not specified
577
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
Qərbi Kaspi Universiteti kadr rezervi yaratmaq məqsədilə müxtəlif inzibati vəzifələr üzrə vakansiyalar elan edir.
Vakansiya istiqamətləri:
1. Keyfiyyətə nəzarət mərkəzi
2. Beynəlxalq əlaqələr departamenti
3. Əcnəbi tələbələrlə iş sektoru
4. Ömürboyu təhsil mərkəzi
Tələb olunan bilik və bacarıqlar:
1. Ali təhsil dərəcəsi (magistr və daha yüksək elmi dərəcəsinin olmasına üstünlük verilir)
2. Ən azı 5 illik professional iş təcrübəsi.
3. Azərbaycan, ingilis dillərində sərbəst danışıq və yazı qabiliyyəti (əlavə xarici dillərə üstünlük verilir)
4. Kompüter bacarıqları (MS Office, Outlook)
5. Peşəkar idarəçilik və ünsiyyət qabiliyyəti
6. Komanda ruhlu və prioritetlər üzrə işləmə bacarığı
7. Təşkilatçılıq və çevik qərar qəbuletmə bacarıqları
8. Sənədlərlə işləmək və kargüzarlıq bacarıqları
9. Universitetin etik kodeksinə hörmətlə yanaşmaq.
Müraciət üçün CV-nizi WCU Carrers mövzusu ilə emilya.sefereliyeva@wcu.edu.az elektron ünvanına göndərə bilərsiniz.
Son tarix: 10 fevral 2024-cü il
+9
Qərbi Kaspi Universitetində Əmək Yarmarkası keçirilib
Qərbi Kaspi Universitetində tələbə və məzunlar üçün növbəti Əmək Yarmarkası keçirilib. Ölkənin 20-dək aparıcı şirkəti müxtəlif vakansiya və təcrübə proqramları təqdim ediblər.
Açılış mərasimində çıxış edən universitetin professoru Hüseyn Bağırov Qərbi Kaspi Universitetinin tələbələrin əmək bazarına hazırlanması, təcrübi biliklərə yiyələnməsi ilə bağlı yanaşması barədə danışıb, bunun üçün həyata keçirilən layihələr, qurulan Texnopark və tədqiqat və təcrübə mərkəzləri barədə məlumat verib.
Digər çıxışçılar - Sumqayıt Texnologiyalar Parkının “Sabahın gücü" inkişaf layihəsinin rəhbəri, eyni zamanda Qərbi Kaspi Universiteti və ABŞ-ın UBİS Universitetinin ikili diplom proqramının tələbəsi Türkan Məmmədova, "PashpaPay" MMC-nin partnyorlarla əlaqə şöbəsinin baş mütəxəssisi Samirə Qasımova, "Narınc" Psixologiya Mərkəzinin təsisçi rəhbəri, Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, uzman-klinik psixoloq…
Qərbi Kaspi Universitetinin Kolleci 2023/2024-cü tədris ili üçün aşağıdakı sahələr üzrə vakant yerlərə müəllimlərin işə qəbulu müsabiqəsini davam etdirir. Vakansiyada mövcud olan sahələrin siyahısı aşağıdakı kimidir:
- İqtisadiyyat (maliyyə, mühasibat uçotu, audit) (rus bölməsi üzrə)
- Korporativ və regional idarəetmə (rus bölməsi üzrə)
- Kompüter elmləri və proqramlaşdırma (rus bölməsi üzrə)
- Metrologiya, standartlaşdırma və sertifikasiya (Azərbaycan bölməsi)
- Sənaye cihazları (Azərbaycan bölməsi)
NAMİZƏDƏ TƏLƏBLƏR
- Əlaqədar sahədə bakalavr və ya magistr dərəcəsinin olması;
- Minimum 2 il pedaqoji təcrübəyə malik olması;
- Müvafiq ixtisas və fənn üzrə yüksək bilik səviyyəsinə malik olması;
- Müasir informasiya - kommunikasiya texnologiyalarından istifadə bacarığına malik olması.
📌 Müraciət etmək üçün CV-nizi mövzu başlığında Kollec və tədris etmək istədiyiniz sahənin adını qeyd edərək administration@wu.edu.az e-mail ünvanına göndərə bilərsiniz.
