en
Feedback

Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe

SALEH▪️NASIROV

SALEH▪️NASIROV

Open in Telegram

🇦🇿 Sosial Məsələlər, Məsləhətlər və Təkliflər

Show more

📈 Analytical overview of Telegram channel SALEH▪️NASIROV

Channel SALEH▪️NASIROV (@nasirovsaleh) in the Azerbaijani language segment is an active participant. Currently, the community unites 34 872 subscribers, ranking 7 294 in the News & Media category and 69 in the Azerbaijan region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 34 872 subscribers.

According to the latest data from 06 November, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -483 over the last 30 days and by -20 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 20.85%. Within the first 24 hours after publication, content typically collects 8.10% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 7 275 views. Within the first day, a publication typically gains 2 826 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 40.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
“🇦🇿 Sosial Məsələlər, Məsləhətlər və Təkliflər”

Thanks to the high frequency of updates (latest data received on 07 November, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the News & Media category.

34 872
Subscribers
-2024 hours
-1627 days
-48330 days
Posts Archive
🇷🇺 Rusiyada Putinin göstərişi ilə qeyri millətlərə qarşı keçirilən aşağılayıcı "tədbirlər" artıq bir müddətdir davam etdirilir Rusiya rəhbərinin göstərişi əsasında Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Azərbaycan vətəndaşları müxtəlif bəhanələrlə saxlanılır. Onlar şərlənir və sonda məlum olur ki, əsas məqsəd həmin şəxsləri Ukraynaya qarşı müharibədə iştiraka cəlb etməkdir. Rusiyanın Kremldən idarə edilən müxtəlif teleqram kanalları təxminən 1 ay əvvəl hökuməti Azərbaycan vətəndaşlarına qarşı da tədbirlər görməyə çağırırdı.

Üç gün öncə Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə quyuya düşən Cümşüdlü Cümşüd Qalib oglunun axtarışları davam edir. O, hələ də tapılmayıb 😞

Şəbnəm Tovuzlunu “dollar yağışı”na tutan ailə narkotacir imiş 😳 Bir neçə gün əvvəl sosial şəbəkələrdə müğənni Şəbnəm Tovuzlunun Gürcüstanın Qardabani rayonunun Soğanlı kəndində keçirilən toy mərasimində “dollar yağışı”na tutulması ilə bağlı görüntülər yayılıb. Şəbnəm Tovuzlunu “dollar yağışı”na tutan həmin ailə, Ofeliya və “Luka” ləqəbli oğlu narkotik alverçisi imiş. Gürcüstanını Daxili İşlər Nazirliyinin (DİN) keçirdiyi əməliyyat nəticəsində həmin ailənin üzvləri saxlanılıblar. Qeyd edək ki, təqdim etdiyimiz görüntülərdə əməliyyatın keçirildiyi evlə bir neçə gün əvvəl toy mərasiminin keçirildiyi həyətin eyni olduğu görünür. Həmin mərasimdə müğənni Nəfəs də iştirak edib. Toyun gedişatı zamanı hər iki müğənniyə puldan əlavə qızıl-zinət əşyaları da hədiyyə edilib. Xatırladaq ki, Gürcüstanda yaşayan azərbaycanlılar da bu faktı təsdiqləyiblər. Həmin görüntüləri təqdim edirik:

Yerin dibinə girdi, qeyb oldu. İzləyicim; “Salam Saleh bey bu genc bizim tanisdi dunen axsamdan axtarilir. 1 usagdi anasi feryad edir. Durduq yerde olub masini saxlayib telefonla danisirmis düşüb masindan yaninda dayanib danişirmiş yol cöküb düşüb kanalzasyaya. Deyilene gore hadise şahidləri orda guclu su axini olub dunen, ele deyirmislər bu yolu duzledecekler amma bir əncam görülməyib. Hadisə şahidləri bircə səsin eşidiblər komək edin onlada ses kəsilib. Axşamdan anasi axtarir, polisə müraciyyet edibler xeber cixmayib bu gun seher melumat catib ki basina bele bədbəxt hadisə gəlib. Allah ede tapila anasi cox pis veziyyetdedi birce balasi bele bir hadise yasayib. Atasi rehmete gedib tek oglandi. Coxda mərifətli qabiliyyətli gencdi.”

Kinostudiyanın ərazisində baş vermiş partlayışla bağlı operativ məlumat 2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbarda partlayış hadisəsi baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının, Mədəniyyət Nazirliyinin əməkdaşları cəlb edilib. Hazırda hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırmalar davam edir. Mədəniyyət Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən təhlükəsizlik tədbirləri görülür, əraziyə texniki ekspertlər cəlb olunub. Əlavə məlumatlar rəsmi mənbələrdən daxil olduqca ictimaiyyətə çatdırılacaq.

🆘TƏBİB: Dərhal çağırış üzrə ilkin olaraq 5 təcili tibbi yardım briqadası əraziyə cəlb edilib. Hələlik hadisə ilə bağlı təcili tibbi yardım xidmətinə müraciət qeydə alınmayıb.

Yayılan xəbərlər həqiqətə uyğun deyil, “Alov” Zavodunda hər hansı partlayış, yanğın baş verməyib.

🚨 TƏCİLİ: Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib 📍 Hadisə Kinostudiyanın köhnə pirotexnika sahəsində qeydə alınıb. 🧯 Hadisə yerinə fövqəladə xidmətlər cəlb olunub.

Venesiyadan İncilər Amazonun rəhbəri Jeff Bezos, İtaliya şəhərində etirazlar davam etdiyi üçün Venesiyadakı toyu öncəsi problemlərlə üzləşir. Məlumatlara görə, yerli əhalinin iğtişaşları nəticəsində toy yerini dəyişmək məcburiyyətində qalıb. #JeffBezos #Amazon #Venesiya #İtaliya

26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günüdür.

Sertifikatlaşdırma müəllimin öz üzərində davamlı işləməsi, nəticəsini yaxşılaşdırması üçün ciddi stimul yaradır. Davamlı öyrənmə mühiti müəllim-şagird-ailə üçbucağının əsas missiyasıdır. Burada müəllim amili peşəkar, motivasiya edən, üfüq açan və daha yeni öyrənmə vasitələri ilə şagirdlərini gələcəyə hazırlayan şəxs kimi xarakterizə olunur. Müəllimlərin bilik və bacarıqlarının sertifikasiya vasitəsilə ölçülməsi öyrənmə prosesində məhz bu hədəflərə çatmanı ifadə edir. Bu həm də ölkəmizin “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın strateji hədəflərindən biridir. 2013 cü ildə qəbul olunmuş “Təhsilin inkişafı üzrə Dövlət Stradegiyası”da qoyulmuş hədəflərə çatırıq. Həm müəllimin davamlı peşəkar inkişafı təmin olunur, həm də müəllim peşəkarlığını artıraraq onun nüfuzunu artırmağa nail ola bilirik. Hədəf 2026 -cı ildə 150 min müəllimin pedaqoji yararlığını qiymətləndirmək və ehtiyaclara uyğun müəllim hazırlığını təmin etməkdir.

2022-ci ildən təşkil olunan sertifikatlaşdırma prosesində 64 901 müəllim iştirak edib. Sertifikatlaşdırmadan keçmiş 17 426 təhsilverənin vəzifə maaşına 35 faiz, 38 084 təhsilverənin vəzifə maaşına isə 10 faiz artım tətbiq olunub. 2024-cü ildə təşkil olunan sertifikatlaşdırma prosesində isə 31 853 müəllim iştirak edib. Sertifikatlaşdırmadan keçmiş 9 020 (44,64%) təhsilverənin vəzifə maaşına 35 faiz, 14 543 (55,33%) təhsilverənin vəzifə maaşına isə 10 faiz artım tətbiq olunub. 2025-ci il üçün təşkil olunacaq sertifikatlaşdırılma prosesində kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edəcəklər. Ümumilikdə 2025-ci il üçün təşkil olunacaq sertifikatlaşdırılma prosesində 21 000-ə yaxın təhsilverənin iştirakı nəzərdə tutulur.

İt əməliyyat və xilas olundu. 🤲 Bunu edən manyak(lar) mütləq tapılmalı və sərt cəzalandırılmalıdırlar ki, digərlərinə dərs, görk və örnək olsun! Ümumiyyətlə, heyvanlara rəhimsiz rəftar qanunu sərtləşməli, nəzarət gücləndirilməli, cərimələr və cəzalar artırılmalıdır! Cəmiyyətimizdə “Əhmədlərin” artmasına imkan və şərait yaratmaq olmaz! Bu çox təhlükəııidir!

Zabratda itin dalına truba soxdular 🤦🏻‍♂️🤯 Bu edən manyak(lar) təcili tapılmalıdır. Bu gün bunu itə edən, sabah uşaqlara edəcək!

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) 🌙MƏHƏRRƏM ayının başlaması ilə bağlı fətva verib. Fətvada bildirilib ki, Məhərrəm ayının 1-inin Miladi təqvimlə İyununun 26-na təsadüf etməsi gözlənilir: “Ümidvarıq ki, inşaAllah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında Allah rizası üçün İmam Hüseyn (ə) və əziz şəhidlərin xatirinə ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqların şəfa tapmasına yardımçı olacaqlar. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində (www.qafqazislam.com) yerləşdiriləcək. Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir. “Dini etiqad azadlığı haqqında” Qanununun müddəalarına riayət edərək dini mərasimlər məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir”.

UFC Fight Nightda zalın vaybı və energetikası möhtəşəm idi. Tədbirdən daha çox videolar burada

Pirşağıda Pirşağı market yanır.

Şirvanda betonqarışdıran maşın körpünü dağıdıb. Betonqarışdıran maşın körpüdən keçmək istəyib lakin keçə bilməyib. Hadisə nəticəsində körpü qəzalı vəziyyətə düşüb.

⚡️💥 6000 tok? 😳🤯🤦🏻‍♂️ İzləyicim; “Salam Saleh bey dunen oldu 2 ci alatavada usta yer qazirdi 6 minlik toka deydi partdadi yaziq fehlede bu veziyete qaldi”