en
Feedback
SALEH▪️NASIROV

SALEH▪️NASIROV

Open in Telegram

🇦🇿 Sosial Məsələlər, Məsləhətlər və Təkliflər

Show more

📈 Analytical overview of Telegram channel SALEH▪️NASIROV

Channel SALEH▪️NASIROV (@nasirovsaleh) in the Azerbaijani language segment is an active participant. Currently, the community unites 35 033 subscribers, ranking 7 236 in the News & Media category and 79 in the Azerbaijan region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 35 033 subscribers.

According to the latest data from 25 June, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 3 699 over the last 30 days and by 2 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 22.60%. Within the first 24 hours after publication, content typically collects 17.00% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 7 919 views. Within the first day, a publication typically gains 5 958 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 31.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
🇦🇿 Sosial Məsələlər, Məsləhətlər və Təkliflər

Thanks to the high frequency of updates (latest data received on 26 June, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the News & Media category.

35 033
Subscribers
+224 hours
+1 4547 days
+3 69930 days
Posts Archive

Sülhməramlılara məxsus texnikalar Azərbaycan ərazisini tərk edir.

Bu iyrənc hərəkətlə bağlı izləyicilər mənə dəfələrlə yazaraq, irad və narahatlıqlarını bildirərək, məsələnin ictimailəşməsini xahiş ediblər. Küçədə, yolda, habelə maşında yerə tüpürən, burnunu boşaldan şəxslərlə necə mübarizə aparaq? 🤔 ▪️Çəkib paylaşmaq ▪️Yüksək cərimə ▪️İctimai işlər Sizin fikir və təklifləriniz də maraqlıdır👇

Xatırladaq ki, Ermənistan onilliklər ərzində ərazi bütövlüyü prinsipinə cüzi də olsa eyham vurmayıb. Mən erməni həmkarıma onu da xatırlatmaq istəyirəm ki, Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati vahid yoxdur. Həmin ərazi Azərbaycan Respublikasının Qarabağ İqtisadi Zonası adlanır. Ermənistanın beynəlxalq hüquqdan danışmağa mənəvi haqqı yoxdur. Onun qondarma etnik təmizləmə və işğalla bağlı iddiaları gülüncdür. https://youtu.be/ZjpPPYFvWFw?si=FelKDKsb79BSwhVj

Görüntülər Ordubadın Pəzməri kəndində çəkilib 🐻

Repost from SALEH▪️NASIROV
Köhnə Günəşlidə EV SATILIR. 🖼️ Şəkillər şərhdə👇 WhatsApp

Elektrik cərəyanının vurduğu 13 yaşlı Aslan Əliyev öncə Sumqayıt Təcili Yardıma, oradan isə Bakıya – 5 nömrəli Şəhər Klinik Xəstəxanasına aparılıb. Heç birində müalicə olunma və həyatda qalma şansı verilməyib. Bir qolu (naqilə toxunan əli) çiynindən amputasiya olunub. Bir neçə özəl xəstəxanaya müraciət ünvanlanıb, yalnız “Baku Medical Plaza” qəbul edib. Uşağın bibisi: “Corat qəsəbəsində yerləşən evlərindən bir qədər kənarda uşaqlarla top oynayırmışlar… Top yol qırağından kənardakı hasarın o biri tərəfinə düşüb. Aslan topu götürmək üçün hasara çıxıb və o biri tərəfə keçmək istəyib. Əyilib naqilin altından keçmək istəyəndə elektrik cərəyanı vurub. Boynundan “tok” vurandan sonra uşaq əlini uzadıb və elektrik cərəyanı qolunu da tamamilə sıradan çıxarıb. Hasar 10 min voltluq, alüminiumdan ibarət xəttə çox yaxın məsafədə olub. Hətta elə yaxın olub ki, uşaq heç ayaq üstündə belə durmayıb. Yol qırağında olan bir hasardır və yaşayış yoxdur. Kim tikib, onu da bilmirik. Öyrənmək lazımdır ki, hasara alınan bu ərazi kimindir? Yüksək gərginlikdə elektrik cərəyanı xətti istənilən halda hündür məsafədən çəkilməli idi. Yaxud da hasar olmamalı idi. Bu məsələ bizə də qaranlıqdır. Bizə məlumat verildi ki, Baş prokurorluq tərəfindən məsələ araşdırılacaq və ekspertiza təyin olunacaq. Cərəyan uşağın boynundan vurduğu üçün digər orqanlarını da zədələyib.”

🤦🏻‍♂️

Bakıda qətl törətməkdə təqsirləndirilən Zaur Babayev ömürlük azadlıqdan məhrum edilib. Hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hadisə bu ilin fevralında Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Belə ki, 1981-ci il təvəllüdlü Zaur Babayev qeyri-rəsmi münasibətdə olduğu, 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı, 2009-cü il təvəllüdlü Günay Şadatovaya bıçaq xəsarəti yetirib. 14 yaşlı yeniyetmə G.Şadatova ölüb. Z.Babayevə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 149, 150-ci maddələri üzrə ittiham irəli sürülüb.