en
Feedback
SALEH▪️NASIROV

SALEH▪️NASIROV

Open in Telegram

🇦🇿 Sosial Məsələlər, Məsləhətlər və Təkliflər

Show more

📈 Analytical overview of Telegram channel SALEH▪️NASIROV

Channel SALEH▪️NASIROV (@nasirovsaleh) in the Azerbaijani language segment is an active participant. Currently, the community unites 34 705 subscribers, ranking 7 317 in the News & Media category and 81 in the Azerbaijan region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 34 705 subscribers.

According to the latest data from 01 September, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 23 over the last 30 days and by -17 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 19.51%. Within the first 24 hours after publication, content typically collects 9.85% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 6 773 views. Within the first day, a publication typically gains 3 418 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 40.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
🇦🇿 Sosial Məsələlər, Məsləhətlər və Təkliflər

Thanks to the high frequency of updates (latest data received on 02 September, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the News & Media category.

34 705
Subscribers
-1724 hours
+4647 days
+2330 days
Posts Archive
Repost from 1NEWS.AZ 🇦🇿
Интервью Президента Ильхама Алиева для СМИ по итогам визита в США

photo content

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-nin Vaşinqton şəhərində keçirilmiş görüşün nəticələrinə dair Birgə Bəyannamə imzalayıb. FOTO Sənəddə deyilir: 1) Biz, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş Naziri 8 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində görüşərək, aşağıdakıları bəyan edirik: Biz və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahidlik etdik. Bu kontekstdə, biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik və ölkələrimiz arasında sülhün təmin edilməsi və gücləndirilməsinin vacibliyini vurğuladıq; 2) Biz, həmçinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair Azərbaycan Respublikasının xarici işlər naziri və Ermənistan Respublikasının xarici işlər naziri tərəfindən ATƏT-ə birgə müraciətin imzalanmasına şahidlik etdik. Biz ATƏT-in bütün iştirakçı dövlətlərini bu qərarı qəbul etməyə çağırırıq; 3) Biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir; 4) Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir. Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik; 5) Biz BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq, keçmiş münaqişənin əsiri olmayan parlaq gələcək yoluna qədəm qoyulmasına olan ehtiyacı qəbul edirik. Dərin insan iztirablarına səbəb olmuş münaqişədən sonra nəhayət ki, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi əsasında dövlətlərimizin qonşuluq münasibətlərinin qurulmasına başlaması üçün şərtlər yaradılmışdır. Yenidən təftiş mövzusu olmayan və heç bir zaman olmayacaq bu reallıq dövlətlərimiz arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açır. Biz indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik; 6) Biz bu Zirvə görüşünün regionda qarşılıqlı hörmət və sülhün irəlilədilməsi üçün möhkəm təməl təşkil edəcəyinə əminliyimizi ifadə edirik; 7) Biz bu vacib Zirvə görüşünə ev sahibliyi çərçivəsində səmimi qonaqpərvərliyə və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ikitərəfli əlaqələrin normallaşdırılmasının irəlilədilməsinə vacib töhfələrinə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa dərin minnətdarlığımızı ifadə edirik. Bu Bəyannamə 8 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində imzalanmışdır”. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Nikol PAŞİNYAN Ermənistan Respublikasının Baş naziri Şahidlik etdi: Donald Tramp Amerika Birləşmiş Ştatlarının Prezidenti

Paşinyan: Məncə Tramp Nobel sülh mükafatını almağı haqq edir. Biz onu dəstəkləyəcəyik. İlham Əliyev: "Bu mövzuda baş nazir Paşinyanla həmfikirəm. Biz komitəyə müraciət edib Trampın namizədliyini dəstəkləyəcəyik".

Oval ofisdən İncilər. Tram deyir gəlin bu görüşə layk qoyaq 👍

İlham Əliyev və Tramp Anlaşma Memorandumunu imzalayıb

Tramp Prezident İlham Əliyevi Ağ Evdə qarşıladı

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində elmi-innovativ sahələrdə və ictimai platformalarda fəal olan
+6
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində elmi-innovativ sahələrdə və ictimai platformalarda fəal olan bloger və influenserlərin iştirakı ilə mediatur keçirilib. Tədbirin məqsədi peşə təhsilində son yeniliklərin, yeni ixtisasların və mövcud imkanların geniş ictimaiyyətə çatdırılması olub. Tədbirdə bildirilib ki, bu il ilk dəfə olaraq peşə təhsili alan tələbələrə dövlət nümunəli diplomla yanaşı, beynəlxalq sertifikat əldə etmək imkanı yaradılıb. Bu proqram çərçivəsində tələbələr əmək bazarında rəqabətədavamlı bilik və bacarıqlarla təchiz olunacaqlar. Daha sonra iştirakçılar mərkəzin infrastrukturu ilə tanış olublar. Müasir tədris avadanlıqları, praktiki təlim mühiti və texniki imkanlar barədə təqdimat keçirilib. Qeyd olunub ki, hazırda ölkə üzrə 78 peşə təhsili müəssisəsində, 152 ixtisas üzrə ümumilikdə 32 620 plan yeri üzrə qəbul həyata keçirilir. Bu yerlərin 24 280-i dövlət sifarişi, 8 340-ı isə ödənişli əsasda təklif olunur.

🇺🇸Tramp: Azərbaycan Prezidentini və Ermənistanın Baş nazirini sabah Ağ Evdə tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizl
🇺🇸Tramp: Azərbaycan Prezidentini və Ermənistanın Baş nazirini sabah Ağ Evdə tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyirəm “Mən Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı sabah Ağ Evdə tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyirəm. Bir çox lider bu müharibəni dayandırmağa çalışıb, amma indiyə qədər heç bir nəticə əldə olunmayıb. Bu isə "Trump" sayəsində mümkün oldu. Mənim Administrasiyam uzun müddətdir ki, hər iki tərəflə təmasdadır. Sabah Prezident Əliyev və Baş nazir Paşinyan Ağ Evdə rəsmi sülh sazişinin imzalanması üçün mənə qoşulacaqlar. Birləşmiş Ştatlar, həmçinin hər iki ölkə ilə ikitərəfli sazişlər imzalayacaq ki, bu da iqtisadi imkanları birgə araşdırmağa və Cənubi Qafqaz regionunun tam potensialını ortaya çıxarmağa imkan verəcək. Mən bu cəsarətli liderlərlə Ermənistan və Azərbaycanın böyük xalqları üçün düzgün iş gördüklərinə görə çox fəxr edirəm. Bu, Ermənistan, Azərbaycan, ABŞ və dünya üçün tarixi gün olacaq!”

photo content
+5

🇺🇸 From Ağ Ev with 🇦🇿 Azərbaycan himni

🤦🏻‍♂️🤣
🤦🏻‍♂️🤣

🇦🇿Bort nömrə 1 ABŞ-da 🇺🇸 Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın
🇦🇿Bort nömrə 1 ABŞ-da 🇺🇸 Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfərə gedib. Prezidenti “Joint Base Andrews” hərbi hava bazasında rəsmi şəxslər qarşılayıblar.

31 min təıləbə müraciət edib bu il Peşə Məktəbə. Tələbatı çox olan ixtisaslar; aşbaz, avto təmirçi, it, turizm, bərbər, kənd təsərrüfatı və sair….Amma foto-videoqraf yoxdur. Dedim əlavə edin, çünki əlinə kamera alan deyir fotoqrafam 🤦🏻‍♂️🤣 Bu ildən sosial media peşəsi də əlavə olunub. Müasir peşələr üzrə *beynəlxalq sertifikatlı peşə təhsili proqramları* da mövcuddur: Məqsəd: Əmək bazarının müasir tələblərinə uyğun kadr hazırlığını təmin etmək Beynəlxalq standartlara əsaslanan tədris, real iş mühiti təcrübəsi, karyera dəstəyi 🧑‍💻 Hazırda tələbə qəbulu aparılan ixtisaslar: *Qrafik dizayner* *Veb dizayner* *Proqram təminatçısı* *İnformasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi* *Aşpaz* *Beynəlxalq mühasibat uçotu* 📌 Peşə təhsili üzrə tələbə qəbulu – 2025/2026-cı tədris ili 🗓 Qeydiyyat tarixləri: 22 iyul – 11 avqust (18:00-a qədər) Müraciət platforması: portal.edu.az – “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti

Şəmkirdə yeddi nəfərin öldüyü qəza ilə bağlı cinayət işi açılıb. 1966-cı il təvəllüdlü Arif Bağırovun idarə etdiyi "Mercedes" markalı avtomobil Ağstafa istiqamətində hərəkətdə olan zaman qarşıda gedən "KamAZ" markalı yük maşınının qoşqusuna çırpılıb. Nəticədə sürücü və onun altı sərnişini hadisə yerində dünyasını dəyişib. Daha beş nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır, digərlərinin - orta ağır qiymətləndirilir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

🛴👵🏻

Əldə etdiyi məlumata görə, polis əməkdaşları tərəfindən heyvanla rəhmsiz rəftar edən 1990-cı il təvəllüdlü Ə.Qəniyev müəyyən olunaraq polis bölməsinə çağırılıb. Barəsində qanunvericiliyə uyğun tədbir görülüb. https://t.me/nasirovsaleh/8166

Feysbuk Profilim və Səhifəm qayıtdı 🥳 Qaldı 2 İnsta və TikTok səhifələrim 🙏🤲
+1
Feysbuk ProfilimSəhifəm qayıtdı 🥳 Qaldı 2 İnsta və TikTok səhifələrim 🙏🤲

Bu da belə getdi. Denən, gül kimi işin, rahat həyatın var idi, nəyin çatışmırdl? Sosial şəbəkələrdə iqtisadçı Fərhad Pərvizin
Bu da belə getdi. Denən, gül kimi işin, rahat həyatın var idi, nəyin çatışmırdl? Sosial şəbəkələrdə iqtisadçı Fərhad Pərvizinin son günlər etdiyi çıxışlarla əlaqədar işdən çıxarılması haqda məlumatlar yayılıb. İddialara görə, buna səbəb onun gender əsaslı ayrı-seçkiliyi təbliğ edən fikirləridir.  “Baker Tilly Azərbaycan”l şirkəti Fərhad Pərvizinin işdən çıxması xəbərini təsdiqləyib. 1 il müddətində Biznes və Məsləhət Xidmətləri Direktoru vəzifəsində çalışan Fərhad Pərvizi 4 avqustda şəxsi təşəbbüsü və könüllü ərizəsi əsasında şirkətdən ayrılıb.