en
Feedback

Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe

SALEH▪️NASIROV

SALEH▪️NASIROV

Open in Telegram

🇦🇿 Sosial Məsələlər, Məsləhətlər və Təkliflər

Show more

📈 Analytical overview of Telegram channel SALEH▪️NASIROV

Channel SALEH▪️NASIROV (@nasirovsaleh) in the Azerbaijani language segment is an active participant. Currently, the community unites 34 906 subscribers, ranking 7 300 in the News & Media category and 69 in the Azerbaijan region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 34 906 subscribers.

According to the latest data from 05 November, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -438 over the last 30 days and by -30 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 20.79%. Within the first 24 hours after publication, content typically collects 8.19% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 7 258 views. Within the first day, a publication typically gains 2 858 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 41.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
“🇦🇿 Sosial Məsələlər, Məsləhətlər və Təkliflər”

Thanks to the high frequency of updates (latest data received on 06 November, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the News & Media category.

34 906
Subscribers
-3024 hours
-1037 days
-43830 days
Posts Archive
photo content

Yanvarın 1-də saat 18:30 radələrində akademik Əhəd Yaqubov, 15 ünvanında yerləşən Baku City Kartinq-də ölüm hadisəsi baş veri
Yanvarın 1-də saat 18:30 radələrində akademik Əhəd Yaqubov, 15 ünvanında yerləşən Baku City Kartinq-də ölüm hadisəsi baş verib. Yetkinlik yaşına çatmayan şəxsin idarə etdiyi avtomobil digər avtomobillə toqquşub və nəticədə o, hadisə yerində həlak olub. Faktla bağlı cinayət işi açılıb. Səbail Rayon Prokurorluğunda araşdırma aparılır. "Baku City Kartinq"in meneceri Əli Güləliyev hadisəni gizlətməyə çalışıb. O, belə bir hadisənin baş vermədiyini deyib.

Kimin əvvəli, kimin axırı. Növbədə Kolumbiya və Kuba 🫣

Bax əsl İşverənlik budur! Bir çoxlarının dediyi “işverənlik, sukalıq” əslində SOSİAL MƏSULİYYƏTLİ VƏTƏNDAŞ MÖVQEYİDİR! Odur ki, SƏHV SALMAYIN bunları! Polisə quldurluq hadisəsi barədə bilərəkdən yalan məlumat verən taksi sürücüsü saxlanılıb. Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan 42 yaşlı Hikmət Həsənov yanvarın 3-də Xətai rayonu ərazisində olan zaman avtomobilinə müştəri kimi əyləşən şəxs tərəfindən hücuma məruz qaldığı barədə polisə müraciət edib. O bildirib ki, naməlum şəxs onu kəsici-deşici alətlə hədələyərək 80 manat pulunu talayıb. Xətai Rayon Polis İdarəsi 36-cı Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə H.Həsənovun polisə bilə-bilə yalan məlumat verdiyi müəyyən olunub. O, müştərinin onun pulunu vermədiyi üçün polisə bilərəkdən quldurluq hadisəsi ilə üzləşdiyi barədə yalan məlumat verdiyini etiraf edib. H.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi başlanılıb. Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.

Maduro Trampa: duxun varsa, gəl məni apar, qorxaq! Tramp;

XÜSUSİ HƏRBİ ƏMƏLİYYAT BELƏ OLUR. CƏMİ 3 SAAT! ABŞ ordusunun Venesuelaya endirdiyi irimiqyaslı zərbələrdən sonra ölkə lideri Nikolas Maduronun ələ keçirilməsi ilə bağlı bəzi detallar məlum olub. Təxliyə əməliyyatı bir neçə gün əvvəl Ağ Ev tərəfindən təsdiqlənib. Bildirilib ki, Maduronun yerini Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) agentləri uzun müddət izləyiblər. Hətta CIA Venesuelada gizli əməliyyatlar keçirmək üçün bir neçə ay əvvəl Trampdan xüsusi icazə alıbmış.

Quba rayonunda yağan qar səbəbilə KİA markalı avtomobil idarəetmədən çıxaraq qayadan aşıb. Avtomobildə isə sürücü, onun həyat yoldaşı və azyaşlı övladı olub. Hadisə avtomobildə olan uşaq tərəfindən anbaan lentə alınıb. Sonradan qəzaya düşən avtomobilin sürücüsünün tanınmış meyxana ustası Namiq Mənanın kürəkəni olduğu məlum olub. Yayılan videogörüntülərdə qışqıran qadın meyxanaçının qızı, hadisəni çəkən azyaşlı uşaq isə Namiq Mənanın nəvəsidir.

⚠️DİQQƏT🔞 SÖYÜŞ və ŞİDDƏT VAR! SƏSİ AZALT! 🔉 Hadisənin nə zaman və harada baş verdiyi məlum deyil. Bilən, tanıyan varsa yazsın. Deyilənə görə uşaqlara narkotik satdığına görə tutub döyüblər barıqanı

Turistlərdi, Bakıdan "Rent a car"-dan "Lexus" götürüb, gediblər İsmayıllıya. Yolda avtomobil qəzaya uğrayıb, aşıb. Turistlər
+2
Turistlərdi, Bakıdan "Rent a car"-dan "Lexus" götürüb, gediblər İsmayıllıya. Yolda avtomobil qəzaya uğrayıb, aşıb. Turistlər maşından çıxa bilməyib FHN-i köməyə çağırıblar. FHN əməkdaşları gəlib, xüsusi avadanlıqlar vasitəsilə turistləri maşından çıxarıblar. Maşından çıxan turistlər başlayıblar gülə-gülə FHN əməkdaşları ilə selfi çəkdirməyə...

HƏR DƏFƏ QAR YAĞANDA EYNİ MƏNZƏRƏ 🤦🏻‍♂️ ❄️🛞 Sözsüz ki, qış təkərləri sürüşmür və təhlükəsizdir. Lakin, bizdə qar nadir hal olduğu və yağsa da 24 saatda əridiyi üçün, bu boyda məsrəfə, əziyyətə duyulmur. Əvəzində bütün fəsil 🛞 təkərləri almaq olar. Sadəcə, çoxu sürə bilmər, çünki təcrübəsizdir, maarifsizdir! Sürücülərin mütəq əksəriyyəti yağışda belə sürə bilmir, özünü itirir, qəza edir, qarda necə sürsün, ələlxüsus cipləri 🤦🏻‍♂️ Spuskada əyləcdən isrifadə qaydaları var, ümumiyyətlə az və ya heç istifadə edilməlidir…. Qarda ön aparıcı olan maşınların kefidir, onlar rahatlıqla padyomu qalxır, istənilən situasiyadan çıxır 👍

ŞAD XƏBƏR GƏLDİ 🤲 SƏRXAN BALAMIZ GÖZÜNÜ AÇDI! İndicə zəng edib məlumat verdilər ki, uşaa gözünü açıb və reaksiya verir. Allah çox şükür! Dualarımız eşidildi! 🤲

Yaşlı atasını döyə-döyə çimizdirən “oğul” Sizcə niyə belə edir?

XIRDALAN QƏBİRSTANLIĞINDAN İNCİLƏR İzləyicim; “Salam Saleh bey. Umidim sizedir, xaish edirem siz komeklik gosterersiz. Bu yaxinlarda yaxinimizi defn etdik Xirdalan qebirsanliqina. Orda yerler 2 min 3 minnen bashlayir, hemen an insan gormur yeri alirsan defn edirsen amma 2ci defe gedende oranin nece berbad vezyetde olduqnu gorduk. Deyende deyirlerki sexin erazisidi, sex alib. Cox berbad vezyetdedi, nolar ki oralari biraz duzeltsler hecolmasa yolunu temizleseler dashlarin mismarlarin ustuyle gedirik, videoda atacam. Men elave pul verib oranin bir az qismini duzeltdirmishem ama hec 10 faizi elemir bu yerin, deirlerki sex alib. Yolda ora bir denedi mecbur burdan kecmeliyik ayibdi axi bu goruntu”

🫣😞

Allah axırımızı xeyirli etsin! Yeni il hər kəsə düşərli, uğurlu olsun İnşallah!

AĞCƏBƏDİDƏN İNCİLƏR 📍Nəsimi küç., İcra Hakimiyyətinin arxasındakı su kanalı. Biz nə zaman düzələcəyik? Bunun çarəsi nədir? CAVAB İSƏ ÇOX SADƏ və DƏFƏLƏRLƏ SƏSLƏNDİRMİŞƏM: YÜKSƏK CƏRİMƏ ONLY! Kameralar vasitəsilə tək-tək cərimələmək! Dərhal ağılları gələr boş başlarına! Ən effektiv metod - yüksək cərimə! Mütləq hər yerdə kameralar quraşdırılmalı, polis nəzarəti olmalı və təbii ki, YÜKSƏK CƏRİMƏ! Vəssalam! P.S. Yeri gəlmişkən kəndlərdə vəziyyət heç də ürək açan deyil. Çaylara, kanallara nə gəldi atırlar, ətraf mühiti zəhərləyirlər. Nasaz və tüstüləyən maşınları demirəm heç. Təbiətimizi qorumasaq FƏLAKƏTLƏ ÜZLƏŞƏCƏYİK! O üzdən aidiyyatı dövlət qurumları TƏCİLİ NƏZARƏTİ GÜCLƏNDİRMƏLİ və CİDDİ TƏDBİRLƏR GÖRMƏLİDİRLƏR! Məsələn; kəndlər arası yollarda artıq RADARLAR quraşdırılır. Bu çox gözəldir! Zibil atanlarla bağlı da ciddi tədbirlərə başlamaq labüddür! S▪️N

Mersedes düz yağışlı yolda sürüşür. Qarlı, buzlu yolda nələr etməz 🤦🏻‍♂️ Ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti avtomobillərin hərəkətində çətinliklər yaradır. Hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunda, İsmayıllıda, Laçının Sus kəndi ərazisində, Lerikin Şingədulan kəndində yollar buz bağlayıb. Həmin ərazilərdə hərəkətdə olan nəqliyyat vasitələri ciddi çətinliklərlə üzləşirlər.

NFC QAZ KARTLARINDA PROBLEM VAR? İzləyicim; “Salih Bey salam, yeni iliniz mübarək olsun, İnŞaAllah yeni xalgımız üçün uğurlu
NFC QAZ KARTLARINDA PROBLEM VAR? İzləyicim; “Salih Bey salam, yeni iliniz mübarək olsun, İnŞaAllah yeni xalgımız üçün uğurlu olsun. Sizə bir şey bildirmək istəyirdim Badamdartda bütün posterminal aparatlardan təbii gazın ödənişi qabul olunur amma kartlara 0 oturur, deyilir bərpa edin, amma bərpalarar heç bir aparatlarda işləmir. Bu soyuq bayram günlərdə qalmışıq soyuqda. İnsanlar aparatların qabağında xamı bir birinnən soruşur neyniyək, evlərdə körpələr yaşlılar var. Heç bir qaynar hətt işləmir, zəng çattıysada 2 saniyəsində otboy verilir, xardan bir məlumat alaq bilmirik 🤦‍♀️ Bilmirəm bəlkə şəhərin başka yerlərindədə bu problem yaşanır. Bu ssadece bu kartlara aitdir. Göy kartlarda problem yoxdu”

MƏHƏCCAR yoxsa NİŞAN? Bütün xəbər səhifələri yazır ki, məhəccar (raşotka) aşdı uşağın üstünə. Amma videodan raşotka yox məhz znakın uşağın başına düşdüyü açıq aşkar görünür. Bu arada izləyicim; “Saleh bəy axşamınız xeyir. Bu uşaq 25 Dekabrdan MKX da reanimasiyadır. Hələ ki vəziyyəti ağırdır. Uşağın beyni çilik çilik olub. Uşağı polis sağ olsun çatdırıb xəstəxanaya. Vuranlardan sedan maşının sahibi ilk gündən maraqlanır, lakin cipin sahibi ML olmalıdır hələ dünən gəlib çıxıb. Allah o 10 yaşlı Sərxana balaya köməy olsun 🙏 Bu uşaq menim qizimin sinif yoldaşıdır. Həmin gün məktəbdə bayram edirdilər, əlindəki qırmızı hədiyyəsidir. Çox böyük zərbə alıb. Anasının gözünün yaşı qurumun.”