en
Feedback
Azərbaycan Dillər Universiteti

Azərbaycan Dillər Universiteti

Open in Telegram

Azərbaycan Dillər Universitetinin rəsmi telegram kanalı

Show more
1 466
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
ADU kollektivi Zəfər parkını ziyarət edib Parkın girişində xatirə daşının önünə gül dəstələri düzülərək qürur mənbəyimiz olan
+9
ADU kollektivi Zəfər parkını ziyarət edib Parkın girişində xatirə daşının önünə gül dəstələri düzülərək qürur mənbəyimiz olan qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən 27 Sentyabr - Anım Günü kimi qeyd edilir. Bu gün xalqımız ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edir. Şanlı tarix yazan qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyirik!

ADU-da Anım Gününə həsr olunmuş “Zəfər yolunda” adlı tədbir keçirilib https://adu.edu.az/az/xeberler/xeberler/7524.html
+9
ADU-da Anım Gününə həsr olunmuş “Zəfər yolunda” adlı tədbir keçirilib https://adu.edu.az/az/xeberler/xeberler/7524.html

Azərbaycan Dillər Universitetinə qəbul olmuş bütün abituriyentləri təbrik edir, onlara təhsil pillələrində uğurlar arzu edirik! Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin təlimatına əsasən, 2023/2024-cü tədris ili üzrə bakalavriat səviyyəsinə qəbul olmuş abituriyentlər 5 sentyabr saat 11:00-dan 14 sentyabr 18:00-dək http://portal.edu.az portalında qeydiyyatdan keçməli və tələb olunan sənədlərin elektron versiyasını sistemə yükləməlidir. Qəbul təsdiqləndikdən sonra, Universitetin qeydiyyat üçün tələb etdiyi sənədlər bunlardır: Şəxsiyyəti təsdiq edən sənəd (surəti) ; Tam orta təhsilini başa vurması haqqında sənəd (attestatın əsli), (subbakalavrlar üçün diplomun əsli) Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında sənəd, ağ bilet (oğlanlar üçün); Sağlamlıq haqqında tibbi arayış; 3/4 ölçüdə fotoşəkil; Təhsil haqqının ödənilməsi haqqında qəbz (ödənişli əsaslarla qəbul olanlar üçün); Təhsil haqqından azad olanların notarial təsdiqli müvafiq sənədləri (vəsiqələri). Tərcümeyi-hal DİQQƏT http://portal.edu.az – da qeydiyyat etməyən şəxslər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcəkdir. Tələbə kreditinə müraciət edənlərin diqqətinə: Standart kreditə müraciət etdikdə illik təhsil haqqının 20 faizi mütləq ödənilməlidir(tələbə tərəfindən), daha sonra kreditə müraciət edə bilərsiniz, əks halda sizin müraciətiniz qəbul olunmayacaq. QEYD Qeydiyyatla bağlı problem yaranarsa, ADU Sənəd Qəbulu Komissiyasına müraciət edə bilərsiniz. Tel: 012 441 22 78 İmtiyazlarla bağlı: Baş hüquqşünas Tel: 012 440 15 18

Azərbaycan Dillər Universitetinin tələbəsi adını qazanan bütün gəncləri təbrik edirik!

İyul ayının 7-də 2-ci imtahan, alman dilində riyaziyyat fənni üzrə imtahan keçirilib. İmtahanlara İSBA Almaniya Kooperativ Təhsil Universitetindən onlayn olaraq professorlar və ADU-nun Xarici dillər kafedrasının müdiri, dosent Aida Sobor və Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dosenti Qönçə Əbdülrəhimova nəzarət ediblər. İmtahanlardan uğurla keçən məktəblilər İSBA Almaniya Kooperativ Təhsil Universitetinin Beynəlxalq biznes idarəçiliyi fakültəsinə qəbul olunacaqlar. Onlar eyni zamanda Almaniyada işlə təmin olunacaqlar. İkitərəfli müqaviləyə əsasən növbəti hazırlıq kursu 2023-cü ildə yenidən fəaliyyətə başlayacaq. Qeyd edək ki, qəbul üçün B1 səviyyəsində alman dili tələb olunur. Müraciət üçün 050-330-48-42, 012-564-22-47 telefon nömrələri və knospe2124@gmail.com emaili ilə əlaqə saxlaya bilərlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 28.04.2023-cü il tarixli qərarı ilə Kərimli Tura
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 28.04.2023-cü il tarixli qərarı ilə Kərimli Turan Arif qızına filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. Təbrik edirik.

Səfir Nazim Səmədov ADU-nun qonağı olub https://adu.edu.az/az/xeberler/xeberler/7366.html
+4
Səfir Nazim Səmədov ADU-nun qonağı olub https://adu.edu.az/az/xeberler/xeberler/7366.html

ADU-da “Məzun günü” keçirilib https://adu.edu.az/az/xeberler/xeberler/7363.html
+9
ADU-da “Məzun günü” keçirilib https://adu.edu.az/az/xeberler/xeberler/7363.html

Pakistan Müasir Dillər Universitetində “Heydər Əliyev, ADR irsi və Azərbaycançılıq” mövzunda tədbir keçirilib https://adu.edu
+9
Pakistan Müasir Dillər Universitetində “Heydər Əliyev, ADR irsi və Azərbaycançılıq” mövzunda tədbir keçirilib https://adu.edu.az/az/xeberler/xeberler/7350.html

ADU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə Əlavə təhsilin təkrar ali təhsil növü üzrə sənəd qəbulu prosesinə start verilib. Azərbaycan Dillər Universitetində (ADU) təkrar ali təhsil almaq istəyənlər https://portal.edu.az/ vasitəsilə sənədlərini elektron formada təqdim edə bilərlər. Əlavə məlumat üçün mail: elavetehsil@adu.edu.az Sənəd qəbulu prosesi 31 avqust 2023-cü il saat 18:00-da bitəcək. 

Minsk Dövlət Linqvistik Universitetinin nümayəndə heyəti ADU-da tələbələrlə görüş keçirib Azərbaycan Dillər Universitetində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VI Beynəlxalq elmi konfransında iştirak edən qonaqlar, həmçinin universitetin tələbə və müəllim heyəti ilə görüşlər də keçirib. İyun 13-də Filologiya fakültəsinin dekanı, professor Şahin Xəlilli, tyutorları və tələbələri Minsk Dövlət Linqvistik Universitetinin (MDLU) rektoru Natalya Yevqenyevna Laptyeva və onun köməkçisi Rimma Fyodorovna Saxarova ilə görüş keçirilib. MDLU-nun rektoru rəhbərlik etdiyi universitetin müəllim və tələbə kollektivi adından tələbləri salamlayıb, müasir dövrdə təhsilin üstünlükləri, tələbə əməkdaşlığının üstünlükləri haqqında yeni fikirlər söyləyib və iki universitetin tələbələrini əməkdaşlığa dəvət edib. Rektorun köməkçisi Rimma Saxarova isə MDLU-də magistratura pilləsində təhsilin məzmunu, tədris olunan fənlər, təcrübə imkanları və qəbul qaydaları haqqınd şəkillər və məlumatlardan ibarət təqdimat keçirib. Rimma Saxarova tələblərin suallarına cavab verib, onlara MDLU-nun dostları üçün nəzərdə tutulan “xoşbəxtlik” döş nişanları və hər birinin üzərində xoş arzu və istəklərlə yanaşı universitetin kuar kodu olan şokoladlar hədiyyə edib.

Rektor İsmayıl Bayxanov: "Azərbaycan Dillər Universiteti ilə əlaqələrimiz daha da inkişaf edəcək" https://adu.edu.az/az/xeber
Rektor İsmayıl Bayxanov: "Azərbaycan Dillər Universiteti ilə əlaqələrimiz daha da inkişaf edəcək" https://adu.edu.az/az/xeberler/xeberler/7321.html