Papirus
Open in Telegram
Maraqlı informasiyalar, siyasət, mədəniyyət, ədəbiyyat, idman, Breaking'lər... Bir sözlə qısa məzmunlu və operativ xəbərlərin ünvanı Kanal yaranıb: 15.04.2019
Show more6 982
Subscribers
+124 hours
-77 days
-3830 days
Posts Archive
6 977
🇮🇷🇺🇸❗️İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Esmail Baqayi ABŞ haqqında:
Onlar həddindən artıq tələblər irəli sürməyə alışıblar və danışıqları şərtlər diqtə etməklə səhvən eyniləşdirirlər.
6 977
🇵🇱❗️Polşa Baş naziri Donald Tusk:
İkinci Dünya Müharibəsinin başlamasından 87 il sonra, şər bir daha sərhədlərimiz arxasında gizlənir.
Yenə minlərlə və yüz minlərlə insanlar ölür.
Yenə uşaqlar bombalar altında, bir qapı arxası o yanda - Ukraynada ölürlər.
6 977
🇵🇱❗️Polşanın baş naziri Donald Tusk:
Bu payız və qış yalnız Ukraynanın müstəqilliyi üçün deyil, həmçinin Polşanın və bütün azad dünyanın təhlükəsizliyi üçün də həlledici əhəmiyyət kəsb edə bilər.
6 977
🇦🇿🇦🇲❗️İlham Əliyev:
Ermənistanla birgə qarşılıqlı ticarətin həcminin artırılması, onun nomenklaturasının genişləndirilməsi və yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində işləyirik.
6 977
🇦🇲🇦🇿🇹🇷❗️Paşinyan:
Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması sayəsində hazırda Azərbaycan və Türkiyə ilə dövlətlərarası kommunikasiyaların açılması istiqamətində işləyirik. Buraya, o cümlədən, TRIPP layihəsinin həyata keçirilməsi də daxildir. Bu, yeni nəqliyyat imkanları açacaq. Bu imkanlar təkcə Şərqdən Qərbə, yəni Xəzər dənizindən Aralıq dənizinə deyil, həm də Cənubdan Şimala - Fars körfəzini Qara dənizlə birləşdirəcək.
6 977
🇦🇿🇨🇳🛢❗️SOCAR və Çinin “CNOOC” şirkəti Anlaşma Memorandumu imzalayıb
Sənəd Azərbaycanda və digər ölkələrdə birgə “upstream” layihələrinin həyata keçirilməsini, habelə neft-qaz sektorunda texniki xidmətlər, avadanlıq və texnologiyaların təchizatı, mühəndislik, əməliyyat və texniki dəstək sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərini nəzərdə tutur.
6 977
❗️Dövlət Neft Fondunun da daxil olduğu strateji valyuta ehtiyatları 1 avqust 2026-cı il tarixinə 86 milyard 814,9 milyon dollara qalxıb.
6 977
❗️Valyuta bazarındakı təklif artımı Mərkəzi Bankın ehtiyatlarını genişləndirmək üçün münbit bir mühitə çevrilib. Mərkəzi Bankın məlumatına görə, 2026-cı ilin əvvəlindən etibarən onun xarici valyuta ehtiyatları 2,2 milyard dollar və ya 19,5% artaraq iyulun sonunda 13 milyard 768 milyon dollara çatıb.
Təkcə iyul ayında ehtiyatlar 610,3 milyon dollar və ya 4,64% artıb. İyunda isə artım 445,2 milyon dollar təşkil edib. Beləliklə, yalnız son iki ayda Mərkəzi Bankın xarici valyuta ehtiyatları 1,06 milyard dollar artıb.
6 977
❗️2026-cı ilin ilk yarısında valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib və bu vəziyyət həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib. Mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın müştərilərdən alışı satışı 482 milyon ABŞ dolları üstələyib.
6 977
❗️2026-cı ilin bütün ilk 7 ayında bankların valyuta alışları satışlardan yüksək olub. Ən böyük fərq iyun ayında qeydə alınıb. Həmin ayda banklar 186,4 milyon dollar valyuta alıb, 79,7 milyon dollar satıb. İyulda isə alış 165,3 milyon dollar, satış 100,4 milyon dollar təşkil edib.
6 977
❗️Bu ilin ilk 7 ayında illik müqayisədə bankların nağd valyuta satışı 42% azalıb, alış isə 5% geriləyib. Nəticədə alışın satış üzərindəki üstünlüyü 21 dəfədən çox artıb.
6 977
🇦🇿❗️2026-cı ilin ilk 7 ayında Azərbaycanda banklar tərəfindən əhali ilə nağd xarici valyutanın alış-satışında təklifin kəskin üstünlüyü müşahidə olunub. Bankların məlumatlarına əsasən, yanvar-iyul aylarında əhaliyə və müştərilərə nağd xarici valyuta satışı 669,4 milyon ABŞ dolları, alış isə 1 milyard 115 milyon ABŞ dolları təşkil edib. Beləliklə, bankların nağd valyuta alışının satışdan üstünlüyü 445,6 milyon dollar olub.
6 977
🇷🇺🇮🇷❗️Putin Pezeşkiana: Rusiya xalqı, İran xalqının öz maraqlarını müdafiə etmək uğrunda apardığı mübarizəylə həmrəydir. Rusiya və İran, hazırkı hərbi və siyasi vəziyyətə baxmayaraq, iqtisadi və ticarət əlaqələrini qoruyur.
6 977
🐟❗️Sentyabrın 1-dən Azərbaycanda kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədli balıq ovuna tətbiq olunan moratorium başa çatıb və balıq ovu mövsümü açıq elan edilib.
6 977
⚡️Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-20° isti, gündüz 25-28° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-21° isti, gündüz 26-31° isti, dağlarda gecə 9-14° isti, gündüz 17-22° isti olacaq.
6 977
🇦🇿❗️İlham Əliyev: Qətnamələrin icrasında BMT rol oynamayıb, Azərbaycan öz suverenliyini 30 il sonra özü bərpa edib.
6 977
🇨🇩❗️Konqo Demokratik Respublikasında Eboladan təxminən 3000 insan həyatını itirib.
Əlamətləri təsdiqlənən yoluxma hallarının sayı 6000-dən çoxdur, təxminən 2900 insan vəfat edib. Xəstələrin arasında ölüm nisbəti 50%-ə yaxın olub. Bu yoluxma, ölkənin tarixində ən böyük olanıdır.
