Azərbaycan dili və Ədəbiyyat
Open in Telegram
Azərbaycan dili və Ədəbiyyatla bağlı testlər və izahları.Azərbaycan dilindən maraqlı məlumatlar, sözlərin izahlar
Show more5 982
Subscribers
No data24 hours
-147 days
-7330 days
Posts Archive
"Əkinçilərin çoxu orada- bələdiyyənin həyətində idi"
cümləsində əlavə nəyə aiddir?
📚Qeyd: Rədif və təkrir
✅ Rədif qafiyədən sonra işlənir; əgər şübhələndiyimiz sözün əvvəlindəki sözlər qafiyə təşkil edirsə, bu rədifdir, əks halda təkrirdir.
📌Rədif və təkriri ayırd etmək üçün aşağıdakı üsula diqqət yetirmək lazımdır:
✅Rədif həmişə qafiyədən sonra gəlir.
Bir sözün rədif olub-olmadığını yoxlamaq üçün, şübhəli sözün üzərini bağlayıb ondan əvvəlki sözlərin qafiyə təşkil edib-etmədiyinə baxmaq lazımdır.
✅Əgər əvvəlki sözlər qafiyəlidirsə, həmin söz rədifdir.
✅Əgər əvvəlki sözlər qafiyəli deyilsə, həmin söz təkrirdir.
✅Rədif şeirin forma xüsusiyyətlərinə uyğun gəlir.
✅Şeirin rədifi onun qafiyə qurluşuna uyğun gəlir.
✨✨✨✨✨✨✨✨✨✨✨✨✨
📚📝ŞAİR VƏ YAZIÇILARIMIZI NECƏ TANIYAQ?📝📚
📝Həkim şair - Nizami Gəncəvi
📝Poliqlot şair - Zülflüqar Şirvani
📝Hökmdar şair - Qazi Burhanəddin
📝Hökmdar şair - Cahanşah Həqiqi
📝Hökmdar şair - Şah İsmayıl Xətai
📝Nikbin şair - Molla Pənah Vaqif
📝Bədbin şair - Molla Vəli Vidadi
📝Meliküş-şüara - Həbibi (Ağqoyunlu dövlətinin sarayında )
📝Meliküş-şüara - Saib Təbrizi
(Səfəvilər dövlətinin sarayında )
📝Qəzəl ustadı - Məhəmməd Füzuli
📝Rübai ustadı - Məhsəti Gəncəvi
📝Poema ustadı - Nizami Gəncəvi
📝Realist şair - Molla Pənah Vaqif
📝Məhəbbətə dair fikirlərində ziddiyyətli şair - Qasım bəy Zakir
📝Təzkirəçi şair - Seyid Əzim Şirvani
📝Hürufi şair - İmadəddin Nəsimi
📝Haqqında daha çox rəvayətlər olan şair - İmadəddin Nəsimi
📝İkinci Sabirimiz - Əli Nəzmi
📝Böyük demokrat - Cəlil Məmmədquluzadə
📝Heydərbaba şairi - Məmmədhüseyn Şəhriyar
📝Dost şairlər - Molla Pənah Vaqif və Molla Vəli Vidadi
📝Dost şairlər - Səməd Vurğun və Osman Sarıvəlli
📝Dost şairlər - Rəsul Rza və Mikayıl Müşfiq
📝Tarixi roman ustası - Məmməd Səid Ordubadi
https://t.me/Filoloqlar123
📚 “Səyyar”, “Səyyad”, “Səyyah” sözlərinin mənaları
🔹 Səyyar — hərəkətdə olan, yerdəyişən, köçəri; müəyyən yerdə sabit qalmayan.
Nümunə: səyyar satıcı, səyyar xidmət.
🔹 Səyyad — ovçu, ova çıxan adam; quş və heyvan ovlayan şəxs.
🔹 Səyyah — səyahət edən adam, gəzməyi və müxtəlif ölkələri dolaşmağı sevən şəxs.
✨✨✨✨✨✨✨✨✨✨✨✨
Tərkibi
“kök,2 leksik şəkilçi,2 qrammatik şəkilçi”
sxeminə uyğun gələn feildən düzələn sözü müəyyən edin.
📚Sözlərin mənaları
1. Eskalator
– İnsanları bir mərtəbədən digərinə daşıyan hərəkətli pilləkən.
2. Elevator
– İnsan və ya yük daşıyan şaquli hərəkət edən lift.
3. Evakuasiya
– Təhlükə zamanı insanların müəyyən ərazidən təxliyə olunması, təhlükəsiz yerə köçürülməsi.
4. Ekskavator
– Torpağı qazmaq, yükləmək üçün istifadə edilən ağır texnika, qazıma maşını.
5. Eskalasiya
– Hər hansı bir prosesin get-gedə artması, şiddətlənməsi, gərginləşməsi.
✨✨✨✨✨✨✨✨✨✨✨✨✨
🔔 Bilmək maraqlıdır..
- Eyni adlı əsərlər
1. Görmədim
| Müxəmməs - M.P. Vaqif
| Qoşma - Aşıq Ələsgər
2. Durnalar
| Qoşma - M.P. Vaqif
| Qoşma - M. V. Vidadi
| Qoşma - Q. Zakir
3. Bax
| Qəzəl - M.P. Vaqif
| Qoşma - Q. Zakir
4. Ayrılır
| Qəzəl - İ. Nəsimi
| Qəzəl - Ş.İ. Xətai
5. Dəhnamə
| Poema - Marağa Öhvədi
| Poema - Hümam Təbrizi
| Poema - Ş.İ. Xətai
https://t.me/Filoloqlar123
✅Dramatik növün başlıca xüsusiyyəti hadisələrin surətlərin hərəkəti və danışığı yolu ilə canlandırılmasıdır.
✅Dramatik növdə yazılan bütün əsərlər pyes adlanır və daha çox nəsrlə yazılır
. ✅Nəzmlə yazılanlara isə mənzum dram deyilir.
✅Yazılı ədəbiyyatımızda dramaturgiyanın əsasını M.F.Axundzadə ("Hekayəti İbrahimxəlil kimyagər" komediyası - 1850), ilk mənzum dramı isə C.Məmmədquluzadə ("Çay dəsgahı" mənzum dramı - 1889) yazmışdır.
✅Dramatik əsərlərdə müəllif hadisələrə birbaşa müdaxilə edə bilmir
✅, əsərlər səhnədə tamaşaya qoyulmaq üçün yazılır və iki tərkib hissəsi olur:1. remarka (müəllifin dili) 2. surətlərin danışığı (monoloq və dialoqlar)
✨✨✨✨✨✨✨✨✨✨✨✨✨
📚Qeyd:
Epik və Lirik növün xüsusiyyətləri;
Epik növ:
1) Hadisə, Əhvalat danışmaq, nağıl etmək yolu ilə təsvir olunur. ( təhkiyə)
2) Həm nəsr, həmdə nəzmlə yazıla bilər.
3) Sujet xətti olur
Lirik Növ:
1) Tərənnüm əsas yer tutur.
2) Obyektə subyektiv münasibət ön plana çəkilir.
3) Lirika - Təəsüratın, düşüncənin qüvvətli həyəcanlarının məhsuludur.
4) Hadisə danışılmır.
5) Fikir və duyğular vəhdət təşkil edir.
6) Epik əsərlərlə müqayisədə həcmcə kiçik olur.
7) Lirik əsərlərdə insanın sevinci, kədəri, uğuru və.s ilə bağlı hisslər əsas yer tutur.
✨✨✨✨✨✨✨✨✨✨✨✨✨
