en
Feedback
Fövqəladə Hallar Nazirliyi

Fövqəladə Hallar Nazirliyi

Open in Telegram

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin rəsmi telegram kanalı 1️⃣1️⃣2️⃣-Qaynar xətt ☎️+994 12 512 00 28

Show more
2 164
Subscribers
-224 hours
+17 days
-530 days
Posts Archive
Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan “Gənc xilasedici” XII Beynəlxalq yarış və “Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika birinciliyi davam edir. #fhn #fövqəladəhallarnazirliyi #xilasetmə #yanğın

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 2 hektar sahədə kol-kos və taxta tullantıları yanıb. Ətraf ərazilər, o cümlədən ağaclıq sahə yanğından mühafizə olunub. #fhn #xilasetmə #mülkimüdafiə #yanğın #fövqəladəhallarnazirliyi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Corat qəsəbəsində ən yaxın xilasetmə məntəqəsində
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Corat qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 900 metr aralı, dənizdə nəzarətsiz ərazidə 2 nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub. Dalğıc-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı nəticəsində 2004-cü il təvəllüdlü Yarıyev Murad Azad oğlu xilas edilib, 1 nəfərin isə meyiti (qadın cinsli) suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. #fhn #fövqəladəhallarnazirliyi #xilasetmə #yanğın

#fhn #fövqəladəhallarnazirliyi #xilasetmə #yanğın
#fhn #fövqəladəhallarnazirliyi #xilasetmə #yanğın

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) təşkilatçılığı ilə Sumqayıt şəhəri, 18-ci mikrorayon, M.Əsədov küçəsində, yerləşən “Qərb” şadlıq sarayında “Fövqəladə hallar zamanı baş verə biləcək yanğınların söndürülməsi və insanların təxliyyəsinin təşkili” mövzusunda yanğın-taktiki təlim keçirib. #fhn #fövqəladəhallarnazirliyi #xilasetmə #yanğındanmühafizə

📢Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, b
+1
📢Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar tərəfindən avtomobillərin təyin olunmamış yerlərdə, nizamsız park edilməsi səbəbindən baş verən müxtəlif fövqəladə hallar, o cümlədən yanğınlar zamanı xüsusi təyinatlı texnikaların hadisə yerinə yaxınlaşması və çevik döyüş vəziyyətinə gətirilərək operativ müdaxilə imkanları məhdudlaşır. ℹ️Ötən gecə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayış kompleksinin ərazisində məişət tullantıları üçün ayrılmış yerdə baş vermiş yanğın hadisəsi də bunu bir daha nümayiş etdirir. Daha ətraflı: https://fhn.gov.az/az/melumatlar/fovqelade-hallar-nazirliyinin-avtoneqliyyat-vasiteleri-suruculerine-muracieti-video #fhn #fövqəladəhallarnazirliyi #xilasetmə #yanğın

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yanğın baş verm
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində məişət tullantıları üçün nəzərdə tutulan qutularda baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində məişət tullantıları üçün ayrılmış ərazidə altı ədəd plastik qutu, yaxınlıqda park edilmiş “AUDİ” markalı minik avtomobilinin arxa yük hissəsi, “NİSSAN” və “FORD” markalı minik avtomobillərinin arxa bamperi, “FORD” markalı yük avtomobilinin ön bamperi yanıb. Avtomobillərin böyük hissəsi və ərazidə park edilmiş digər avtomobillər yanğından mühafizə olunub. #fhn #fövqəladəhallarnazirliyi #xilasetmə #yanğın

@polisazerbaycan #fhn #2iyul #xilasetmə #yanğın
@polisazerbaycan #fhn #2iyul #xilasetmə #yanğın

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivində yerləşən “Nəhəng Daş” ticarət mərkəzində “Ticarət müəssisələrində baş verən yanğın hadisələrinin söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirib. #fhn #fövqəladəhallarnazirliyi #xilasetmə #mülkimüdafiə #yanğındanmühafizə

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilər
+4
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirib. #fhn #fövqəladəhallarnazirliyi #xilasetmə #yanğın

#fhn #maarifləndirmə #xilasetmə #yanğın
#fhn #maarifləndirmə #xilasetmə #yanğın

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yanacaq daşıyan avtomobil ilə qatarın toqquşması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub. Baş vermiş qəza zamanı yanacaq daşıyan avtomobildən ətrafa dağılan yanacaq təhlükəsizlik tədbirləri çərçivəsində yuyularaq mümkün yanğın təhlükəsi aradan qaldırılıb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. #fhn #xilasetmə #mülkimüdafiə #yanğın

Fövqəladə Hallar Nazirliyinin qüvvələri yüksək peşəkarlıq və hazırlıq səviyyəsi sayəsində əhali və ərazilərin fövqəladə hallardan təhlükəsizliyi istiqamətində fasiləsiz xidmət göstərir! #fhn #azerbaycanfhn #yanğındanmühafizə #fövqəladəhallarnazirliyi #xilasetmə

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Göyçay rayonu, Kürdəmiş kəndində içərisində vətəndaşın olduğu avtomobilin su kanalına düşməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc qrupu axtarışlara cəlb olunub. Hazırda avtomobilin kanala düşdüyü istiqamətdə vətəndaşın axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək. #fhn #fövqəladəhallarnazirliyi #xilasetmə #yanğın

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən H.Əliyev adına
+9
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən H.Əliyev adına Neft Emalı Zavodunun “Müvəqqəti Modernizasiya Lahiyələndirmə” ofis binasında yanğınların söndürülməsi mövzusunda yanğın-taktiki təlim keçirib. #fhn #fövqəladəhallarnazirliyi #xilasetmə #yanğın

FHN-in İdman-sağlamlıq klubunda respublika və beynəlxalq səviyyəli yarışlarda uğur qazanmış Nazirliyin idmançıları ilə görüş
+8
FHN-in İdman-sağlamlıq klubunda respublika və beynəlxalq səviyyəli yarışlarda uğur qazanmış Nazirliyin idmançıları ilə görüş keçirilib. #fhn #fövqəladəhallarnazirliyi #xilasetmə #yanğın

#fhn #yanğın #xilasetmə #socialmedia #30iyun
#fhn #yanğın #xilasetmə #socialmedia #30iyun

Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Neftçala rayon Dövlət Yanğından Mühafizə Hissəsində “açıq qapı günü” tədbiri
+7
Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Neftçala rayon Dövlət Yanğından Mühafizə Hissəsində “açıq qapı günü” tədbiri keçirilib. #fhn #yanğın #fövqəladəhallarnazirliyi #xilasetmə #yanğın

#fhn #yanğın #fövqəladəhallarnazirliyi #xilasetmə #yanğın

29 iyun 2026-cı il tarixində Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan “Gənc xilasedici” XII Beynə
+9
29 iyun 2026-cı il tarixində Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan “Gənc xilasedici” XII Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika birinciliyinin final mərhələsinə start verilib. #fhn #112 #fövqəladəhallarnazirliyi #xilasetmə #yanğın