MÜBARİZLƏR 5.45 ️
Open in Telegram
“Facebook”da ermənilərin şikayəti əsasında silinən 179.000 izləyiciyə sahib MÜBARİZLƏR səhifəsinin əvəzində açılan yeni səhifəmiz: ▶️https://www.facebook.com/mubarizler5.45/
Show more5 263
Subscribers
No data24 hours
-187 days
-8830 days
Posts Archive
5 263
Repost from BakuES
🇦🇿Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Balakəndə Vətən Müharibəsi şəhidi Amin Novruzovun ailəsini ziyarət edib.
5 263
Repost from Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti
“Çevikçi” kursunu bitirmiş hərbi qulluqçulara beretlər təqdim olunmuşdur
Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində növbəti “Çevikçi” kursunu uğurla bitirmiş hərbi qulluqçulara beretlər təqdim olunmuşdur.
Tədbirin rəsmi hissəsindən əvvəl hərbi hissənin ərazisində şəhidlərimizin əziz xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edilmişdir.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan mərasimdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu ordu quruculuğu siyasətindən, hərbi qulluqçuların peşəkarlığının, döyüş hazırlığının və mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən geniş danışılmışdır.
Bildirilmişdir ki, dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təmin olunmasında xüsusi rol oynayan çevik bölmələrin şəxsi heyəti dövlətə, xalqa, Ali Baş Komandana sonsuz sədaqət nümayiş etdirərək, qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetirir, Azərbaycanın sərhəd təhlükəsizliyinin və milli maraqlarının qorunmasına layiqli töhfə verir.
Beretləri böyük qürur hissi ilə qəbul edən hərbi qulluqçular göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etmişlər.
Çevikçilər Vətənə, xalqa və Dövlət Bayrağına, eləcə də Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına daim sadiq qalacaqlarına, dövlət sərhədlərimizin toxunulmazlığının və ölkəmizin təhlükəsizliyinin təmin olunması üçün hər an döyüşə hazır olacaqlarına, bu müqəddəs amal uğrunda canlarını və qanlarını əsirgəməyəcəklərinə and içmişlər.
Tədbirin sonunda şəxsi heyətlə xatirə fotoşəkilləri çəkilmişdir.
https://www.dsx.gov.az/news/2142
5 263
Repost from Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınmışdır
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində 78 kiloqram 250 qram narkotik vasitə və 1990 ədəd nakotik tərkibli həbin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.
Belə ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 6 kiloqram 380 qram narkotik vasitə (5 kiloqram 530 qram marixuana; 850 qram tiryək) və 1990 ədəd psixotrop tərkibli Metadon M-40 həbi, “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində isə 71 kiloqram 870 qram marixuana aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılmışdır.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
https://www.dsx.gov.az/news/2139
5 263
Repost from Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tibb sahəsində həqiqi hərbi xidmətə və işə QƏBUL ELAN EDİR
Dövlət Sərhəd Xidmətində hərbi tibb sahəsində həqiqi hərbi xidmətə və ya işə qəbul olmaq istəyən, aşağıda göstərilən ixtisaslar üzrə tibbi təhsili olan vətəndaşlar sənədlərini təqdim edə bilərlər:
- Anestezioloq-reanimatoloq;
- Travmatoloq;
- Radioloq;
- Ümumi cərrah.
Namizədlər Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına müraciət edə bilərlər.
Əlavə məlumat üçün:
Ünvan: Bakı şəhəri, Fətəli xan Xoyski küçəsi, 99
Əlaqə nömrəsi: +994 (50) 271 46 60
5 263
Repost from Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti
Müddətli həqiqi hərbi xidməti başa vurmuş sərhədçi əsgərlər Silahlı Qüvvələrin ehtiyatına buraxılmışlar
Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən müddətli həqiqi hərbi xidməti başa vurmuş hərbi qulluqçuların Silahlı Qüvvələrin ehtiyatına buraxılması münasibətilə təntənəli tədbirlər keçirilmişdir.
Hərbi hissələrin əsgəri şücaət, şərəf və şan simvolu olan Döyüş bayrağının sıra meydanına gətirilməsi ilə başlayan tədbirlərdə Dövlət Himni səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirlərdə çıxış edənlər hərbi xidməti başa vurmuş sərhədçi əsgərlərin dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsində üzərlərinə düşən vəzifələri yüksək məsuliyyət, ayıq-sayıqlıq və peşəkarlıqla yerinə yetirdiklərini vurğulamışlar.
Bildirilmişdir ki, onların hərbi xidmət dövründə nümayiş etdirdikləri nizam-intizam, vətənpərvərlik, hərbi anda sədaqət və xidmətə vicdanlı münasibəti Vətənə layiqli xidmət nümunəsi kimi yüksək qiymətləndirilir.
Xidmət dövründə müsbət keyfiyyətlərinə görə fərqlənmiş hərbi qulluqçular təltif edilmiş, Silahlı Qüvvələrin ehtiyatına buraxılan əsgərlər onlara göstərilən etimada, qazandıqları bilik və bacarığa görə minnətdarlıqlarını ifadə etmişlər.
Mərasimlərə dəvət olunan əsgər valideynləri övladlarına göstərilən diqqət və qayğıya, yaradılmış nümunəvi xidmət və məişət şəraitinə görə təşəkkür etmişlər.
Tədbirlərin sonunda sərhədçi əsgərlər təntənəli şəkildə yola salınmışlar.
https://www.dsx.gov.az/news/2138
5 263
Repost from Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti
2026-cı ilin iyun ayının icmalı
Dövlət Sərhəd Xidməti tərəfindən 2026-cı ilin iyun ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya və narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla həyata keçirilmişdir:
• Ay ərzində dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılmışdır. Onların 8-i Azərbaycan, 5-i İran, 2-si Əfqanıstan, 6-sı Nigeriya vətəndaşı оlmuşdur;
• Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 8 nəfər saxlanılmışdır;
• Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 25 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülmüşdür;
• Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 330 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilmiş, ölkədən çıxışı qadağan edilmiş 825 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 32 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınmışdır;
• Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 229 kiloqram 974 qram narkоtik vasitə və 9200 ədəd müxtəlif tərkibli həb aşkarlanaraq (6 halda pilotsuz uçuş aparatı vasitəsilə 47 kiloqram 6 qram narkotik vasitə və 2000 ədəd psixotrop həb) dövriyyədən çıxarılmışdır;
• Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 4 milyon 830 min 558 manat оlan qaçaqmal, о cümlədən dərman vasitələri, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülmüşdür.
Dövlət sərhədlərimizin еtibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam еtdirilir.
https://www.dsx.gov.az/news/2135
5 263
Repost from Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi qulluqçuların sosial rifahının yüksəldilməsi, xidmət və məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı göstərişlərinə əsasən Dövlət Sərhəd Xidmətində infrastrukturun müasirləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Sürücülük Mərkəzinin açılış mərasimi keçirilmişdir.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Dövlət Sərhəd Xidmətində müasir hərbi infrastrukturun yaradılması istiqamətində görülən işlərin şəxsi heyətin peşəkarlığının artırılmasına, onların sosial rifahının yaxşılaşdırılmasına və xidmət fəaliyyətinin daha səmərəli təşkilinə mühüm töhfə verdiyini vurğulamışlar.
Bildirilmişdir ki, Sürücülük Mərkəzində inzibati və tədris binaları müasir standartlara uyğun yenidən qurulmuş, sürücülərin nəzəri və praktiki hazırlığının təşkili üçün zəruri tədris bazası yaradılmış, müasir avadanlıqlarla təchiz edilmiş sinif otaqları, təlim meydançaları, texniki xidmət sahələri və nəqliyyat vasitələrinin saxlanılması üçün qarajlar istifadəyə verilmişdir.
Mərkəzdə yaradılan müasir infrastruktur təlim prosesinin səmərəliliyinin artırılmasına, sürücülərin peşə hazırlığının daha yüksək səviyyədə təşkilinə və Dövlət Sərhəd Xidmətinin nəqliyyat təminatı imkanlarının gücləndirilməsinə xidmət edəcəkdir.
Tədbirin rəsmi hissəsindən sonra Dövlət Sərhəd Xidmətinin rəhbərliyi mərkəzdə yaradılmış şəraitlə tanış olmuş, müasir qərargah binası, sürücülərin nəzəri-praktiki hazırlığının təşkilində zəruri infrastruktur, geniş və tam təchiz olunmuş tədris sinifləri, yataqxana, yeməkxana, eləcə də zabit evlərinə baxış keçirmişdir.
https://www.dsx.gov.az/news/2134
