en
Feedback
Bi'rul-muəttələ

Bi'rul-muəttələ

Open in Telegram

İmam Musa əl-Kazim: "Neçə-neçə tərk olunmuş (istifadəsiz) quyular və (bomboş qalmış) böyük saraylar (vardır)." (Həcc / 45) ayəsi barədə buyurmuşdur: "Tərk olunmuş quyuda məqsəd samit (danışmayan) imamdır. Böyük sarayda məqsəd isə natiq (danışan) imamdır."

Show more
885
Subscribers
-124 hours
-27 days
-530 days
Posts Archive
Fitr bayramının gecəsinin və gününün əməlləri   Bu gecə də mübarək gecələrdən biridir. Bu gecənin fəziləti, ibadətlərinin savabı və onda əhya saxlamaq haqda çoxlu hədislər varid olmuşdur. Rəvayətdə gəlmişdir ki, bu gecənin fəziləti heç də Qədr gecəsindən az deyil. Bu mübarək gecənin bir neçə əməli vardır: 1. Gün batan çağı qüsl etmək.  2. O gecədə əhya saxlayıb namaz qılıb, dua oxumaq, istiğfar edərək Allah-təaladan istəklərini diləmək və məsciddə beytutə etmək (yəni məsciddə gecələmək) 3. Məğrib, işa, sübh və bayram namazlarından sonra bu duanı oxumaq: "Əllahu Əkbəru, Əllahu Əkbəru lə iləhə illələh, vəllahu əkbər Əllahu Əkbəru və lilləhil-həmd. Əlhəmdu lilləhi əla ma hədana və ləhuş-şukru əla ma ovlana" Allah böyükdür, Allah böyükdür. Allahdan başqa heç bir məbud, İlahi yoxdur. Allah böyükdür. Bütün həmd və sitayiş yalnız Allah üçündür. Həmd olsun Allaha, bizi hidayət etdiyinə görə, şükr olsun Ona bizi başqa ümmətlərdən üstün etdiyinə görə.

Ay getsə də, ayın sahibi bizimlədir... Ya Sahibəz-Zaman, insanlar bayram olmağı üçün şəvval ayının hilalını gözləyər, mənim b
Ay getsə də, ayın sahibi bizimlədir... Ya Sahibəz-Zaman, insanlar bayram olmağı üçün şəvval ayının hilalını gözləyər, mənim bayramım isə sənin hilal qaşlarını görüncə olacaq. Allahım bizə bayram hədiyyəsi olaraq zuhuru acil et...

23-cü gecənin (üçüncü Qədr gecəsinin) məxsusi əməlləri Bu gecə öncəki iki gecədən daha fəzilətlidir. Hədislərin bir çoxundan məlum olur ki, bu gecə Qədr gecəsinin özüdür. Bu gecədə bütün qərara alınmış işlərə möhür vurular. Bu gecənin xüsusi əməlləri bunlardır: 1. “Ənkəbut”, “Rum” surələrini oxumaq. İmam Sadiq (ə) buyurur ki, hər kim bu iki surəni bu gecədə oxusa, cənnət əhlindən olar. 2. “Duxan” surəsini oxumaq. 3. 1000 dəfə “Qədr” surəsini oxumaq. 4. “Fərəc” duasını təkrar-təkrar oxumaq: “Allahummə kun li vəliyyikəl-Huccət ibnil Həsən, sələvatukə əleyhi və əla abaihi fi hazihis-saəti və fi kulli saətin, vəliyyən və hafízən və qaidən və nasirən və dəlilən və eynən hətta tuskinəhu ərzəkə təv'ən və tuməttiəhu fiha təvilə”. 5. Bu duanı oxumaq: “Allahummə umdud li fi umuri və əvsi li fi rizqi və əsihhə li cismi və bəlliğni əməli və in kuntu minəl-əşqiyai fəmhuni minəl-əşqiyai, vəktubni minəs-suədai. Fəinnəkə qultə fi kitabikəl-munzəli əla nəbiyyikəl-mursəl, sələvatukə ələyhi və alihi yəmhullahu ma yəşau və yusbit və indəhu ummul kitab”. 6. Bu duanı oxumaq: “Allahumməcəl fima təqzi və fima tuqəddiru minəl-əmril məhtum və fima təfruqu minəl-əmril-həkimi fi ləylətil-qədri minəl-qəzailləzi la yurəddu və la yubəddəlu ən təktubəni min huccaci bəytikəl-hərami fi ami haza, əl-məbruri həccuhum, əl-məşkuri səyuhum, əl-məğfuri zunubuhum, əl-mukəffəri ənhum səyyiatuhum, vəc`əl fima təqzi və tuqəddiru ən tutilə umri və tuvəssiə li fi rizqi”. 7. Bu duanı oxumaq: “Ya batinən fi zuhurihi və ya zahirən fi butunihi və ya batinən ləysə yəxfa və ya zahirən ləysə yura, ya məvsufən la yəbluğu bikəynunətihi məvsufun və la həddun məhdudun və ya ğaibən ğəyrə məfqudin və ya şahidən ğəyrə məşhudin, yutləbu fəyusabu və ləm yəxlu minhus-səmavatu vəl-ərzu və ma bəynəhuma tərfətə əynin la yudrəku bikəyfin və la yuəyyənu biəynin və la bihəysu, əntə nurun-nuri və rəbbul-ərbab, əhəttə bicəmiil-umuri, subhanə mən ləysə kəmislihi şəy və huvəs-səmiul-bəsir, subhanə mən huvə hakəzə və la hakəzə ğeyruh”. Sonra hacətinizi istəyin. 8. Gecənin əvvəlində qüsl alınmasına baxmayaraq, gecənin sonunda yekun qüslü almaq da tövsiyə olunmuşdur. Şeyx Abbas Qumminin “Məfatihul-cinan” kitabından istifadə olunmuşdur.

🌊 əssəlamu ələykə ya Sahibəz-Zaman Ramazan ayının 23-cü gecəsi, cümə gecəsi, Cəbrail əleyhissalam İmam Zaman əleyhissalamın
🌊 əssəlamu ələykə ya Sahibəz-Zaman Ramazan ayının 23-cü gecəsi, cümə gecəsi, Cəbrail əleyhissalam İmam Zaman əleyhissalamın zühurunu elan edər. Kəmaluddin, Şeyx Səduq, cild 2, səh. 372 Əziz Əhli-beyt sevərlər, sabah axşam qədr gecəsidir. Və bu hədisin sabah təqdir olunmasıda biz şiələrin rolu böyükdür. Bu gecə əlimizdən gəldiyi qədər dua edək. Sübh namazında çox dua edin ağanın zühuru üçün. Ağlayın, sızlayın, təkidlə israr edin. Qurtuluşumuz Həzrətin zühurundadır. Bu işdə çox diqqətli olaq. Allah itaət və ibadətlərinizi ən ali dərəcədə qəbul etsin inşəallah. MÜVƏFFƏQİYYƏT ALLAHDANDIR ✊🏻

photo content

Yalan danışmaq Sual: Hansı növ yalan orucu batil edir❓ Bütün müctəhidlərin rə`yi (Behcət, Sistani və Məkarimdən başqa): Allah, İslam Peyğəmbəri (s), imamlar, vacib ehtiyata əsasən, sair peyğəmbərlər, onların canişinləri və həzrət Zəhranın (ə) adından yalan danışmaq orucu batil edir. Məkarim: Vacib ehtiyata əsasən, Allah, İslam Peyğəmbəri (s), imamlar, sair peyğəmbərlər, onların canişinləri və Həzrət Zəhranın (ə) adından yalan danışmaq orucu batil edir. Behcət: Allah, İslam Peyğəmbəri (s), imamlar, sair peyğəmbərlər, onların canişinləri və həzrət Zəhranın (ə) adından yalan danışmaq orucu batil edir. Sistani: Vacib ehtiyata əsasən, Allah, İslam Peyğəmbəri (s) və imamlara aid edərsə, orucu batil edir.

Orucun dərəcələri Sual: Mə`lum olduğu kimi, əxlaq alimləri orucu ümumxalq kütləsinin orucu, xüsusi adamlar və daha xüsusi ada
Orucun dərəcələri Sual: Mə`lum olduğu kimi, əxlaq alimləri orucu ümumxalq kütləsinin orucu, xüsusi adamlar və daha xüsusi adamların orucu növlərinə bölmüşlər. Bunun dini əsası varmı❓ Əxlaq alimlərinin yuxarıda qeyd olunmuş baxışı bu barədə mövcud olan rəvayətlərdən alınmışdır. İmam Baqir (ə) ümumxalq kütləsinin orucu barədə buyurur: «Oruc tutan şəxs dörd işdən çəkinərsə, onun gördüyü digər işlər orucuna xələl gətirməz: Yemək, içmək, qadınlarla cinsi əlaqədə olmaq və başı suya batırmaq.» İmam Sadiq (ə) xüsusi mö`minlərin orucu barədə buyurur: «Oruc olduqda sənin qulaq və gözün haram işlər qarşısında, həmçinin bütün bədən üzvlərin pis işlər qarşısında oruc olmalıdır.» Həzrət Əli (ə) isə daha xüsusi mö`minlərin orucu barədə belə buyurmuşdur: «Qəlb orucu və özünü günah fikirlərdən qorumaq, qarın orucu və özünü yeməkdən saxlamaqdan üstündür.»

Xəstə şəxsin orucu Sual: Əgər oruc tutmaq xəstəliyin gec sağalmasına səbəb olarsa, bu halda vəzifə nədir❓ Bütün müctəhidlərin rəyi: Gərək oruc tutmasın. Sual: Əgər xəstə olan şəxs orucun zərərli olmasına inamla oruc tutarsa, hökmü nədir❓ Bütün müctəhidlərin rəyi: Əgər oruc tutarsa, orucu düz deyil və gərək ramazan ayından sonra qəza etsin.

Əbussəlt Hərəsi rəvayət etmişdir ki, şəban ayının axırıncı gecəsi imamın hüzuruna getdim. Həzrət buyurdu: “Ey Əbussəlt, şəban
Əbussəlt Hərəsi rəvayət etmişdir ki, şəban ayının axırıncı gecəsi imamın hüzuruna getdim. Həzrət buyurdu: “Ey Əbussəlt, şəban ayının çox hissəsi keçdi və bu axırıncı cümə günüdür. Bu ayın keçmiş günlərində etdiyi günahların qalan günləri ərzində bağışlanmasını istə və çoxlu Quran oxu. Ayın axırında Allaha görə xalislərdən olasan deyə öz günahlarından tövbə et. Üzərində olan bütün haqları və əmanətləri ödə. Qəlbində olan kin-küdurəti çıxar. Bütün etdiyin günahları tərk et. Allahdan həya et və öz işlərinin gizli və aşkar məqamlarında Allaha təvəkkül et. Allaha hər kəs təvəkkül edərsə, Allah taala ona kifayət edər. Bu ayın qalan vaxtında bu duanı çox oxu: *Əllahummə illəm təkun ğə-fərtə ləna fima məza min şə`-ban, fəğfir ləna fima bəqiyə minh.* İlahi, əgər Şəban ayının keçən günlərində bizi bağışlamayıbsansa, onda, qalan günlərində bizi bağışla! Həqiqətən Allah, bu gecədə Ramazan ayının hörmətinə görə, bir çox bəndələri cəhənnəm alovundan qurtaracaq.

İmam Zaman (ə.f) ağanın namazı İki rükətdir və hər rükətdə “Həmd” surəsini “İyyakə nə`budu və iyyakə nəstəin”-ə qədər oxuyub,
İmam Zaman (ə.f) ağanın namazı İki rükətdir və hər rükətdə “Həmd” surəsini “İyyakə nə`budu və iyyakə nəstəin”-ə qədər oxuyub, həmin ayəyə çatdıqda onu yüz dəfə təkrarlayır, yüzüncü dəfə oxuduqdan sonra surəni tamamlayır, sonra “Tövhid” surəsini oxuyursan. (İkinci rükət də bu qayda ilə qılınır.)

Ağacan (ə.f), o gün olsun ki, bu bayramlar Sənin gəlişin münasibətilə olsun♥️ Əllahummə əccil li vəliyyikəl fərəc

Hər kim, nə qədər oxuya bilərsə adı ilə birlikdə yazar

🫧 *YENİ ZİKR* #zühurabirdahayaxın *Hər bir insan diqqəti sevir. Ələlxüsus əgər o insanın mövlud günüdürsə. Ən yaxınlarımızdan səmimi bir sözlə də olsa diqqət görmək istəyərik. Biz şiələr üçünsə bu maddi aləmdə ən sevimli kəs İmam Zamandır (Allah zühurunu təcil etsin!). Və bizim boynumuzda haqdır ki, ən çox ona qarşı diqqətli olaq.* ★ _İmam Hadidən (ə) nəql olunan *"Camieyi kəbirə"* ziyarətnaməsində belə buyurur:_ *"Allahı istəyən sizdən başlayar, onun birliyinə inanan yalnız sizin sözlərinizi qəbul edər, ona dоğru getmək istəyən sizə üz tutar. Sizi sevən Allahı sevmişdir.”* Nəhayət, İmam Mehdinin (ə) üzücü qeyb dövrü başa çatacaq və əzəmətli zühur dövrü, İslam və tövhidin qələbə dövrü başlayacaqdır. İmam Mehdini (ə) bu əqidə ilə tanıyanlar, onun vilayət və itaət peymanını öhdəsinə götürənlər həmişə gözüyolda olub, özlərini və cəmiyyəti zühur dövrünə hazırlamağa çalışırlar. 🌊 10 gün sonra Sərvərimiz İmam Zamanın mövlud günüdür. Həzrətə ən böyük diqqəti onun şiələri ayırmalıdır. Yəqinliyiniz olsun ki, Həzrətə sual etsək bu barədə, Həzrətin sözü "Mənə ən böyük diqqətiniz fərəci diləmənizdir." deyə olar.  🌊 İnsan sevdiyi şəxsin intizarında olar. Müqəddəs hədislərdə  belə buyurulur ki, İmam Mehdinin (ə) intizarını çəkmək, Allah yolunda cihad və hətta Peyğəmbər (s) qabağında cihad edib, şəhid olmağa bərabərdir. Bu, bir tərəfdən qeyb dövründə intizarda olmağın çox böyük əhəmiyyətini, digər tərəfdən isə, intizar yolunun çətinliklərini və bu yolda daha artıq zəhmətin lazım olduğunu göstərir. ★ _İmam Sadiq ع sözünü bir daha xatırlayaq:_ *"O Həzrətin dövründə yaşasaydım ömrümü ona xidmətdə keçirərdim.* ❗ *Hər bir şiə Həzrətin mövludu üçün ən böyük hədiyyəsini təqdim etsin! Zikrimiz elə İmam Zamanın istədiyi kimi olacaq. Ki, Həzrət özü belə buyurur: _"Əgər fərəcimin tezləşməyini istəyirsinizsə Allahı bibim Zeynəbə and verin."_* *Zikr:* ⬇️ اَللَّهُمَّ اِنٖي اَسْأَلُكَ بِحَقِّ زَيْنَبْ بِنْتِ عَلِيٍّ اَنْ تُعَجِّلَ فَرَجَ وَلِيِّكَ الْقٰائِمِ الْمُنْتَظَرْ (عليه السّلام) 🫧 *Allahummə inni əs'əlukə bihəqqi Zeynəb binti Əliyyin ən tuəccilə fərəcə vəliyyikəl Qaimil-Muntəzər!* _İlahi, Əli qızı Zeynəb hörmətinə sənin Vəlin olan (rəhbər qərar verdiyin) Gözlənilən Qiyamçının zühurunu tezləşdir!_ ❗ *Zikr müddəti şaban ayının sonuna qədərdir. Zikr sayını və adınızı qeyd etməyi unutmayın. Allahın izni ilə, ümumilikdə hər biri Həzrətin (ə.c) özünə təqdim olunacaq!* MÜVƏFFƏQİYYƏT ALLAHDANDIR. ✊🏻

Bir hədisdə nəql olunur ki, Peyğəmbərin (sallallahu əleyhi və alih) yanında Şaban ayının fəzilətlərindən danışıldıqda belə bu
Bir hədisdə nəql olunur ki, Peyğəmbərin (sallallahu əleyhi və alih) yanında Şaban ayının fəzilətlərindən danışıldıqda belə buyurdu: “Şaban ayı çox şərafətli aydır. Bu ay mənim ayımdır və ərşi daşıyan mələklər bu ayı çox hörmətli bir ay sayırlar və onun haqqını bilirlər. Bu ay elə bir aydır ki, bu ayda möminlərin ruziləri çoxaldılar. Bu ayda olan hər bir ibadətin yetmiş qat əcri vardır. Pis əməllər və günahlar bu ayda bağışlanar, xeyir əməllər isə qəbul olunar...” Şeyx Səduq, Fəzauilu-əşhuris-səlas, Kitabu-fəzaili-Şaban babı, 24-cü hədis.

_*✨Şəban✨ ayının 1 ci gecəsinin namazı.*_ _(Bu gecə qılınacaq)_ _12 rükətli namaz(2×2 qılınır.6 dəfə sübh namazı kimi.)_ _Niy
_*✨Şəban✨ ayının 1 ci gecəsinin namazı.*_ _(Bu gecə qılınacaq)_ _12 rükətli namaz(2×2 qılınır.6 dəfə sübh namazı kimi.)_ _Niyyət:Şəban ayının 1 ci gecəsinin namazını qılıram qurbətən iləllah._ _Hər rükətdə Fatihə surəsindən sonra 11 dəfə İxlas surəsi deyilir._

İmam Sadiqdən(ə) belə rəvayət olunur ki, şəban ayı olcaq İmam Zeynulabidin(ə) səhabələrini ətrafına toplayıb buyurardı:- “Ey
İmam Sadiqdən(ə) belə rəvayət olunur ki, şəban ayı olcaq İmam Zeynulabidin(ə) səhabələrini ətrafına toplayıb buyurardı:- “Ey mənim səhabələrim heç bilirsiz bu hansı aydır!? Bu şəban ayıdır. Peyğəmbər buyurardı:- “Şəban mənim ayımdır. Öz peyğəmbərinizin məhəbbətinə və Allaha yaxınlaşmaq üçün bu ayı oruc tutun! O Allaha and olsun ki, Əli ibn Hüseynin canı onun əlindədir, atam Hüseyn ibn Əlinin belə buyurduğunu eşitdim:- “Əmirəlmöminindən eşitdim ki, hər kəs peyğəmbərin məhəbbətinə və Allaha yaxınlaşmağa xatir bu ayı oruc tuta, Allah onu özünə yaxın edər. Qiyamət günü öz kəramətindən ona lütf edər və cənnəti ona vacib edər. Məfatihul-cinan kitabından

Azərbaycanda ayın gözlə görülməsi sabit oldu. Sabah Şaban ayının 1- idir. Allah Tutacağınız orucları Qəbul etsin.

Hara getsəm də, yenə qayıdıram, Yanında abrım yoxdur, Əlini (ə) vasitəçi seçmişəm. İlahi, Əlinin (ə) hörmətinə, bağışla bizi!
Hara getsəm də, yenə qayıdıram, Yanında abrım yoxdur, Əlini (ə) vasitəçi seçmişəm. İlahi, Əlinin (ə) hörmətinə, bağışla bizi!

Oruc ağızla və İftarda zəmanə İmamımızın (ə) salamatçılığı və zühuru üçün dua etməyi unutmayaq. @hicab_1iffetdir
Oruc ağızla və İftarda zəmanə İmamımızın (ə) salamatçılığı və zühuru üçün dua etməyi unutmayaq. @hicab_1iffetdir

İqra' bismi rabbikə-l-Ləzii xaləq. Oxu, səni yaradan Rəbbinin adı ilə.. Ələq 1 Məbəs bayramınız mübarək olsun! 💜