995
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
🇦🇿❄️ Azərbaycanın rayonlarına qar yağıb.
Qar örtüyünün hündürlüyü Zaqatala rayonunda (Əlibəy) 17 sm, Qaxda (Sarıbaş), Qubada (Qırız) 4 sm, Ordubad, Şahdağda 3 sm olub.
https://t.me/inf_online
🇦🇿🇮🇷 Azərbaycanda İranı təbliğ edən şəxslərə qarşı əməliyyatlar davam edir.
Həyata keçirilən əməliyyat tədbirləri çərçivəsində molla rejimini təbliğ edən daha iki nəfər, Şəmkir sakini Vasif Nəbiyev və Şabran sakini Zeynal Zeynalov saxlanılıblar.
https://t.me/inf_online
🔥 Ukrayna ordusunun artilleriya və ya HİMARS atəşindən sonra ölən rusların videosu yayılıb.
Məkan və videonun çəkilmə vaxtı dəqiq bilinməsə də görüntülərdən xeyli sayda rus hərbçisinin öldüyü və yaralandığı görünür.
Rusiya mənbələri onların dağıstanlılardan ibarət qrup olduğunu yazır.
https://t.me/inf_online
Aşıq Namiq Fərhadoğlu döyülüb.
Hadisə Nəsimi rayonunda yerləşən Zabitlər parkında baş verib.
Belə ki, aşıq parkda gəzən qadına söz atıb. Nəticədə qadının oğlu onu döyüb.
Daha sonra hər iki şəxs bir-birindən Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə şikayət edib.
https://t.me/inf_online
Ermənistan MN Fransa zirehli texnikasının ölkəyə tədarükü ilə bağlı xəbərləri şərh etməyib
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib ki, Müdafiə Nazirliyi, Ermənistan və Fransa arasında müdafiə sahəsində əməkdaşlığa dair rəsmi hesabat və bəyanatlardan başqa, hazırda hər hansı əlavə məlumat verə bilmir.
https://t.me/inf_online
🔞 Yevlaxda 32 yaşlı kişinin güllələndiyi anın görüntüləri yayılıb.
Görüntülərdə 1991-ci il təvəllüdlü Əhməd Nəsibovun 1989-cu il təvəllüdlü Saleh Əliyevdən qaçdığı və daha sonra güllələndiyi an əks olunub.
Qeyd edək ki, Fakta görə Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Saleh Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.
Qeyd edək ki, Əhməd Nəsibov sosial şəbəkələrdə "azəri canavar" adı ilə məşhur idi.
https://t.me/inf_online
Bakı-Ələt yolunda 10 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib, nəticədə yolda böyük tıxac yaranıb
https://t.me/inf_online
Mir Şahin Mirdilavər oğlu Ağayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
O, Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, M.Ağayev 1963-cü ildə Yardımlı rayonunda anadan olub. Sabah onun 60 illik yubileyidir.
https://t.me/inf_online
SON DƏQİQƏ:
🇮🇱İsrail ordusu HƏMAS-ın anti-tank əməliyyatları qüvvələrinin komandirini zərərsizləşdirdiyini bildirdi.
https://t.me/inf_online
Fələstin adminstrasiyasının rəhbəri Mahmud Abbasın konvoyu atəşə tutulub.
Nəticədə bir mühafizəçi yaralanıb.
Hücumun HƏMAS-a bağlı qruplar tərəfindən törədildiyi ehtimal edilir.
https://t.me/inf_online
Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən binalar “Yasəmən” hoteli kimi istifadəyə verilib.
https://t.me/inf_online
⛈ Sabahdan hava şəraiti dəyişəcək, güclü külək əsəcək, yağış yağacaq.
https://t.me/inf_online
