İnnab Business Review
Open in Telegram
Bu kanala abunə olmaqla peşakar inkişafla bağlı video və məqalələrdən faydalana bilərsiniz
Show more856
Subscribers
No data24 hours
-27 days
-530 days
Posts Archive
📣Dekabr ayında başlayacaq qrup üçün qeydiyyat davam edir !!!
İnsan resursları üzrə kompleks 53 saatlıq peşəkar təlim, 5 modul və 4 peşəkar təlimçi😍
INNAB-ın təşkil etdiyi 53 saatlıq "İnsan resurslarının idarəedilməsi" təliminə qoşulmaqla, siz də İnsan resurslarını peşəkarlarından öyrənə bilərsiniz. Təlim proqramı çərçivəsində İnsan resurslarına aid 5 modul iştirakçılara peşəkar təlimçilər tərəfindən tədris ediləcək.
Təklifimiz bununla bitmir😍
Dekabr ayı üçün başlayacaq qrupda hər bir şəxsə 200 AZN endirim mövcuddur.
Ətraflı məlumat üçün bizə yaza və ya rəy bölməsinə "+" qeyd edə bilərsiniz.
Daha çox məlumat üçün:
📲 (+994 50) 290 61 21
📲 (+994 50) 299 61 21
☎️ (012) 465 20 71
✉️ contact@innab.org
📌 Nərimanov rayonu, Fətəli Xan Xoyski 118A, Talessemiya mərkəzinin yanı
Artıq videolarda səsinizin mükəmməl gəlməsi üçün bahalı mikrafonlara ehtiyac yoxdur 😉
Qudhart qanunu
İngilis iqtisadçısı Çarlz Qudhartın şərəfinə adlandırılan Qudhart qanununun mahiyyəti bir cümlədə ifadə olunur: “Ölçü hədəfə çevrildikdə o, yaxşı ölçü olmaqdan çıxır”. Başqa sözlə, bir spesifik məqsəd müəyyənləşdirildikdə, insanlar fəsadları nəzərə almadan həmin məqsədə çatmaq üçün çalışırlar. Nəticədə digər vacib amillərə laqeyd yanaşıldığı üçün problemlər meydana çıxır.
Nümunə 1. Gəliri artırmaq üçün rəhbərlik qərar qəbul edir ki, işçilər vaxtamuzd əməkhaqqı əvəzinə, gündəlik telefon zənglərinin sayına görə əməkhaqqı alacaqlar. Bir həftə sonra gün ərzindəki telefon zənglərinin sayı 2 dəfə artır. Lakin bir müddət sonra məlum olur ki, əməkdaşlar müştərilərə qısa cavablar verir və onların sağollaşmasını gözləmədən dəstəyi asırlar. Performansı yalnız zənglərin sayı ilə qiymətləndirən rəhbərlik istəmədən əməkdaşların müştəri məmnunluğundan daha çox sürətə əhəmiyyət verməsinə səbəb olmuşdur.
Nümunə 2. Mismar istehsal edən işçilərin performansı mismarların sayı ilə ölçüldükdə işçilər minlərlə xırda mismar istehsal edirlər. Performansın ölçülməsi çəkiyə əsaslandıqda isə işçilər yalnız bir neçə ədəd nəhəng mismar istehsal edirlər. Hər iki halda istehsal olunan mismarların ölçüsü istifadəyə yararsız olur.
Bu nümunələrdə müvəffəqiyyətin ölçülməsində yalnız bir meyardan istifadə olunduğu üçün işçilər digər heç bir meyarı nəzərə almadan yalnız qarşıya qoyulan hədəfə çatırlar, çünki onlar ölçüləcək standartı maksimallaşdırmağa çalışırlar.
Problemin həll yolu ölçü meyarlarını düzgün müəyyənləşdirməkdir. Fəaliyyəti qiymətləndirmək üçün bir yox, bir neçə meyardan birlikdə istifadə olunmalıdır.
Hazırladı: Madam Helpful
Exceldə neçə ay(il) sonranı hesabla
Siz də Excel haqqında daha ətraflı məlumat öyrənmək, biliklərinizi maksimuma çatdırmaq istəyirsinizsə dərslərimizdə iştirak edə bilərsiniz 😊
Yeni Excel qrupumuza qeydiyyatdan keç, sən də professional şəkildə Excel öyrən !
9 qutu matrisi
9 qutu matrisi işçinin təşkilata cari və potensial töhfəsini müəyyənləşdirən fərdi dəyərləndirmə alətidir. Matrisin şaquli oxu (sütunlar) işçinin potensialını, üfuqi oxu (sətirlər) isə işçinin cari performansını göstərir (işçinin performansı gözləntiləri aşır, gözləntiləri qarşılayır və ya gözləntilərdən aşağıdır). Sütunlar və sətirlərin kəsişməsi işçinin hazırkı yerini və inkişaf ehtiyacını müəyyənləşdirir.
Bu matrisdən təşkilatdakı potensial liderləri müəyyənləşdirmək məqsədilə əsasən istedadların idarə edilməsində və davamçıların yetişdirilməsində istifadə olunur.
Matrisdəki qutular aşağıdakıları ifadə edir:
1️⃣ Potensialı yüksək, performansı gözləntiləri üstələyən işçilər. Bu işçilər təşkilatın ən dəyərli işçiləri və gələcək liderləridirlər. Onları 6-12 ay ərzində liderliyə hazırlamaq lazımdır.
2️⃣ Potensialı yüksək, performansı gözləntiləri qarşılayan işçilər. Bu işçiləri daha yüksək vəzifələrə hazırlamaq üçün onlara gərilmə tapşırıqları vermək lazımdır.
3️⃣ Potensialı orta, performansı gözləntiləri üstələyən işçilər. Bu işçilər təşkilata kifayət qədər mühüm töhfə verirlər. Onların təşkilata bağlılığını qoruyub saxlamaq lazımdır.
4️⃣ Potensialı zəif, performansı gözləntiləri üstələyən işçilər. Bu işçilər karyera potensialının son həddinə çatsalar da, təcrübəli və dəyərli işçilərdir. Onlara diqqətlə yanaşmaq və fəaliyyət nəticələrinə görə mükafatlandırmaq lazımdır.
5️⃣ Potensialı yüksək, performansı gözləntilərdən aşağı olan işçilər. Bu işçilərin performansının 6-12 ay ərzində orta və yüksək səviyyəyə qaldırılması üçün kouç və ya mentor təyin olunmalıdır.
6️⃣ Potensialı orta, performansı gözləntiləri qarşılayan işçilər. Bu işçilərin performansını yüksəltmək üçün vəzifə səlahiyyətlərini genişləndirmək, onlara kouç təyin etmək olar.
7️⃣ Potensialı zəif, performansı gözləntiləri qarşılayan işçilər. Bu işçilər karyera potensialının son həddinə çatıblar. Potensialları zəif olduğu üçün onlara investisiya qoymaq müsbət nəticə verməyəcək. Onlara fərdi inkişaf planı hazırlayıb performanslarında inkişaf etdirə biləcəkləri məqamları göstərmək lazımdır. Əgər performans yüksəlməsə, onlar haqqında daha ciddi tədbirlər görülə bilər.
8️⃣ Potensialı orta, performansı gözləntilərdən aşağı olan işçilər. Bu işçilərin müəyyən qədər potensialları olsa da, performansları zəifdir. İlk növbədə bunun səbəbini aydınlaşdırmaq lazımdır. Bəlkə, onlar yeni işçilərdir və oriyentasiya prosesi düzgün təşkil olunmayıb. Bəlkə də, onlar gözləntilərin nədən ibarət olduğunu bilmirlər. Onlar üçün kouçinq tətbiq olunmalıdır. Əgər performansları yüksəlməsə, daha mürəkkəb qərarlar qəbul edilməlidir.
9️⃣ Potensialı zəif, performansı gözləntilərdən aşağı olan işçilər. Bu işçilər yanlış qərarın nəticəsində işə qəbul olunublar. Onlara investisiya qoymaq zaman, maliyyə və digər resursların itkisinə səbəb olur. Onları potensiallarına uyğun daha aşağı vəzifəyə keçirmək və ya təşkilatdan uzaqlaşdırmaq lazımdır.
Hazırladı: Madam Helpful
Excel'də barkod hazırlanması
Siz də Excel haqqında daha ətraflı məlumat öyrənmək, biliklərinizi maksimuma çatdırmaq istəyirsinizsə dərslərimizdə iştirak edə bilərsiniz 😊
Yeni Excel qrupumuza qeydiyyatdan keç, sən də professional şəkildə Excel öyrən !
Excel'də barkod hazırlanması
Siz də Excel haqqında daha ətraflı məlumat öyrənmək, biliklərinizi maksimuma çatdırmaq istəyirsinizsə dərslərimizdə iştirak edə bilərsiniz 😊
Yeni Excel qrupumuza qeydiyyatdan keç, sən də professional şəkildə Excel öyrən !
TOPSIS qərarvermə metodu
TOPSIS (Technique for Order of Preference by Similarity to Ideal Solution – ideal həllə oxşarlığa görə üstünlük sıralaması texnikası) çoxmeyarlı qərar qəbuletmə vasitəsidir. Bu metod ilk dəfə 1981-ci ildə Ching-Lai Hwang və Yoon tərəfindən irəli sürülmüşdür. TOPSIS metoduna əsasən, seçilmiş alternativ pozitiv ideal həllə ən yaxın məsafədə, neqativ ideal həllə isə ən uzaq məsafədə olmalıdır. Pozitiv ideal həll fayda meyarlarını maksimallaşdıran və xərc meyarlarını minimallaşdıran həll yoludur. Neqativ ideal həll isə xərc meyarlarını maksimallaşdırır və fayda meyarlarını minimallaşdırır.
Məsələn, ev almaqla bağlı qərar vermək lazımdır. Fərz edək ki, 2 ev alternativini qiymət və evin sahəsi olmaqla 2 meyar əsasında dəyərləndirib qərar verməliyik. Bu halda heç bir metoda müraciət etmədən sadə müqayisə yolu ilə ən uyğun (ən aşağı qiymətlə ən böyük sahə) alternativi seçmək mümkündür. Amma reallıqda alternativlərin və nəzərə alınmalı olan meyarların sayının 2-dən çox olduğu aydındır. Bu halda düzgün qərar vermək üçün sadə müqayisə üsulu faydalı olmur və elmi qərar vermə metodlarından istifadə etmək lazımdır. Qərar vermə prosesi müəssisələrdə daha mürəkkəb və maliyyə baxımından daha həyati əhəmiyyətli prosesdir. TOPSIS metodu mümkün alternativlərdən ən yaxşısını seçməyə imkan verir. TOPSIS metodu əsasında qərarvermə prosesi aşağıdakı mərhələlərdən ibarətdir:
1️⃣ Məqsədlərin müəyyənləşdirilməsi. Haqqında qərar qəbul edilməli olan məsələ və qərarvermə prosesinin düzgün istiqamətləndirilməsi üçün məqsədlər düzgün müəyyənləşdirilməlidir. Məqsədlərin düzgün müəyənləşdirilməsi çox vacibdir, çünki sonrakı mərhələlərdə bu məqsədə xidmət edən alternativlər və meyarlar seçilir. Məqsədlər aydın, real, yerinə yetirilə və ölçülə bilən olmalıdır.
2️⃣ Meyarların müəyyənləşdirilməsi. Meyarlar məqsədlərə çatmaq üçün alternativlərin dəyərləndirilməsində istifadə olunan komponentlərdir. Meyarların bəzisi fayda, bəzisi isə xərc keyfiyyətində ola bilər. Yuxarıdakı nümunədə evin qiyməti xərc, sahəsi isə fayda meyarıdır. Ən aşağı qiymət və ən böyük sahə məqsədə çatmağa töhfə verir.
Meyarlar qərar vermə prosesində effektiv olması üçün aşağıdakı tələblərə cavab verməlidirlər:
📌 Əhatəlilik. Meyar dəyərləndirilən hər bir alternativi təmsil edəcək səviyyədə əhatəli olmalıdır. Bizim nümunəmizdə qiymətin meyar olaraq qəbul edilməsi üçün bütün ev alternativlərinin qiyməti məlum olmalıdır. Əks halda, qiymət meyarı əhatəlilik tələbinə cavab verməyəcək.
📌 Ölçüləbilənlik. Meyarların qərar qəbuluna təsirinin hesablanması üçün meyar ölçülə bilən olmalıdır. Meyarlar ədədi və qeyri-ədədi ola bilər. Ədədi meyarların ölçülməsi aydındır. Qeyri-ədədi meyarların ölçülməsi üçün isə müxtəlif ölçü vahidlərindən istifadə olunur. Məsələn, subyektiv dəyərləndirmələrə əsaslanan meyarların ölçülməsində verbal ölçü vahidlərindən istifadə olunur.
📌 Yetərlilik. Alternativlərin düzgün dəyərləndirilməsi üçün meyarlar yetərli sayda olmalıdır. Haqqında qərar verilməli olan məsələlərdən asılı olaraq meyarların sayı dəyişə bilsə də, minimal və maksimal həddi aşmamalıdır.
3️⃣ Alternativlərin müəyyənləşdirilməsi. Bu mərhələdə qərar vermə prosesində dəyərləndiriləcək alternativlər müəyyənləşdirilir. Qərar vermə prosesinə daxil edilməyən bir alternativ prosesin sonunda qərar verən üçün xərclərə səbəb ola bilər. Məsələn, müəssisənin təchizatçı seçimində dəyərləndirmədiyi bir alternativ əslində meyarlar baxımından məqsədə ən uyğun alternativ ola bilər.
4️⃣ Alternativlərin meyarlara görə dəyərləndirilməsi. Bu mərhələ qərarvermə prosesinin analiz edildiyi mərhələdir. Meyarlara görə alternativlərin malik olduğu ballar əsasında riyazi hesablamalar aparılır.
5️⃣ Ümumi dəyərləndirmə və qərar vermə. Əldə edilən nəticələr əsasında ümumi dəyərləndirmə aparılır və yekun qərar verilir, yəni ən uyğun alternativ seçilir.
6️⃣ Qərarın yoxlanılması. Bu mərhələdə qərarvermə prosesinin düzgün aparılıb aparılmaması, qərarın effektivliyi yoxlanılır.
Hazırladı: Madam Helpful
Dostlar,
Komandamızı faydalı kontent hazırlamağa motivasiya edən faktorlar də qrupdakı abunə sayıdır. Daha çox adama çatmağımız üçün hər birinizdən bu qrupa dostlarınızı əlavə etməyinizi xahiş edirik
Formulasız eyni sütunda əməliyyat aparmaq🙃
Təlimə qoşul, sən də Exceli professional şəkildə öyrən!
Xanaya yazılan məlumatın yalnızca sözlərlə yazılmasını təmin etmək🙃
Siz də Excel haqqında daha ətraflı məlumat öyrənmək, biliklərinizi maksimuma çatdırmaq istəyirsinizsə dərslərimizdə iştirak edə bilərsiniz 😊
Yeni Excel qrupumuza qeydiyyatdan keç, sən də professional şəkildə Excel öyrən !
