İnnab Business Review
Open in Telegram
Bu kanala abunə olmaqla peşakar inkişafla bağlı video və məqalələrdən faydalana bilərsiniz
Show more856
Subscribers
No data24 hours
-27 days
-530 days
Posts Archive
İnsan resursları üzrə kompleks 53 saatlıq peşəkar təlim, 5 modul və 4 peşəkar təlimçi😍
INNAB-ın təşkil etdiyi 53 saatlıq HR Bootcampa qoşulmaqla, siz də İnsan resurslarını peşəkarlarından öyrənə bilərsiniz. Təlim proqramı çərçivəsində İnsan resurslarına aid 5 modul iştirakçılara peşəkar təlimçilər tərəfindən tədris ediləcək.
Təklifimiz bununla bitmir😍
Sentyabr ayı üçün başlayacaq qrupda hər bir şəxsə 200 AZN endirim mövcuddur.
Ətraflı məlumat üçün bizə yaza və ya rəy bölməsinə "+" qeyd edə bilərsiniz.
Daha çox məlumat üçün:
📲 (+994 50) 290 61 21
📲 (+994 50) 299 61 21
☎️ (012) 465 20 71
✉️ contact@innab.org
📌 Nərimanov rayonu, Fətəli Xan Xoyski 118A, Talessemiya mərkəzinin yanı.
Göbələk idarəetmə
Göbələk idarəetmə işçiləri “qaranlıq”da saxlayaraq onları idarə etməyə yönəlmiş idarəçilik metodudur. Bu metod qaranlıq yerdə göbələk yetişdirməyə oxşadığı üçün belə adlandırılır. Bu nəzəriyyəyə əsasən, rəhbər işçiyə tapşırıq verir, amma onu işin məqsədi haqqında məlumatlandırmır. Rəhbər qərarvermə prosesini tamamilə özü idarə edir, startegiya, gəlir, xərclər, risklər barədə işçiləri məlumatlandırmır. Rəhbərlə işçilər arasında kommunikasiya kanalları bağlıdır.
Aşağıdakılar göbələk idarəetmə nümunələridir:
· narsisistik liderlik: təşkilati hədəfləri şəxsi mənafeyə qurban vermək;
· səhvləri boynuna almamaq və işçiləri günahlandırmaq;
· işçilərin istedad və potensialını təhdid kimi qəbul edərək onları qərar qəbulu prosesindən kənarlaşdırmaq;
· məxfilikdən nəzarət aləti kimi istifadə etmək.
Bəzən isə göbələk idarəetmə faydalı ola bilər. Bu halda hər bir işçiyə yalnız işi üçün lazım olan informasiya ötürülür. Çünki konfidensiallıq baxımından heç də bütün məlumatların hamıya ötürülməsi doğru deyil. Beləliklə, rəhbərlər informasiyanı düzgün paylaşdırmağı bacarmalıdırlar. Bu isə olduqca çətindir və xüsusi bacarıqlar tələb edir.
Hazırladı: Madam Helpful
Silinmiş şəkil, video və fayllarınızı geri qaytarmaq istəyirsiniz? Elə isə bu paylaşım sizin üçündür.
"Android" smartfonunuzdan faylı sildikdə, əslində, o fayl silinmir. Sadəcə smartfon o faylları silinmiş kimi görür. Biz fərqli tətbiqlərdən istifadə edərək silinmiş məlumatları geri qaytara bilərik. Şəkilləri birbaşa smartfonunuzdan geri qaytarmaq üçün bu tətbiqlərdən istifadə edə bilərsiniz: "DiskDigger photo recovery", "Deleted Photo Recovery".
Kompüterlə isə "Dr. Fone for Android" tətbiqi vasitəsilə məlumatları geri qaytara bilərsiniz:
1. İlk öncə tətbiqi kompüterinizə yükləyin və quraşdırın. Daha sonra isə smartfonu USB kabel ilə kompüterə qoşun.
2. Açılan pəncərədə tətbiqin geri qaytara biləcəyi məlumat növlərini görəcəksiniz. Geri qaytarmaq istədiyiniz fayl növlərini seçib "Next" düyməsini sıxın.
3. Tətbiq məlumatları geri qaytarmağa başlayacaq. Bu proses bir neçə dəqiqə çəkə bilər. Ona görə də səbirli olun.
4. Proses bitdikdən sonra qarşınıza çıxan pəncərədə geri qaytarılan fayllar görünəcək. Sizə lazım olan faylları seçərək "Recovery" düyməsinə klik edin və faylları kompüterinizə köçürün.
📌 Bu tip məlumatların daha çox paylaşılmasını istəyirsinizsə, şərhdə "+" yazın.
Hazırladı: Aytən Cavadova
Exceldə yaşın hesablanması 😊
Siz də Excel təlimlərimizdə iştirak edərək, biznes dünyasında ən çox tələb proqramı peşəkar səviyyədə öyrənə bilərsiniz 😊
#innab #excel #microsoft
Kaizen
Kaizen (yaponca "kai"- dəyişiklik, "zen" - daha yaxşı) yaxşılığa doğru dəyişiklik və ya davamlı inkişafı ifadə edir. Bu, davamlı olaraq əməliyyatları inkişaf etdirən və bütün işçiləri əhatə edən yapon biznes fəlsəfəsidir. Kaizen məhsuldarlıqda irəliləyişi tədrici proses kimi görür.
Kaizen bir neçə ideyanı özündə birləşdirir. Buraya komanda ruhu yaradaraq iş mühitini effektivləşdirmək, gündəlik prosedurları inkişaf etdirmək, işi işçilərə sevdirmək, onlar üçün daha təhlükəsiz və daha az yorucu iş mühiti yaratmaq aiddir.
Kaizen metodologiyasına əsasən, kiçik dəyişikliklər gələcəkdə böyük nəticələrə səbəb ola bilər. Buraya keyfiyyətə nəzarət, vaxtında çatdırılma, effektiv ləvazimatlardan istifadə, tullantıların azaldılması kimi dəyişikliklər aiddir.
İnkişafa istənilən vaxt istənilən işçi səbəb ola bilər. Hər kəsin şirkətin uğurunda payı var və hər kəs daha yaxşı biznes modelin yaradılmasına kömək etməlidir.
Bir çox şirkətlər kaizen fəlsəfəsini qəbul etmişlər. Toyoto kaizeni əsas dəyərlərindən biri olaraq görür, istehsal sistemini inkişaf etdirmək üçün hər bir işçini potensial inkişaf sahələrini müəyyənləşdirərək həll yolları irəli sürməyə həvəsləndirir.
Kaizenin şirkətlər üçün aşağıdakı faydaları var:
· yüksək işçi məmnuniyyəti;
· yüksək müştəri məmnuniyyəti;
· kadr axınının azalması;
· yüksək işçi loyallığı;
· xərclərin azalması;
· yüksək effektivlik və məhsuldarlıq;
· daha yaxşı problem həlletmə.
Hazırladı: Madam Helpful
İngilis dilini əylənərək inkişaf etdirmək istəyirsiniz?
Film izləmək dil mənimsəmə prosesi üçün əla metoddur. Doğru seçilmiş filmlərin də böyük rolu var. Elə filmlər var ki, ya süjet xətti çətin olur, ya da qəliz sözlər və ifadələr istifadə olunur deyə heç nə anlamırıq. Aşağıdakı filmlər isə dil mənimsəmək üçün yararlıdır:
1. Dear John - Dram və romantika janrında olan bu filmi başa düşmək o qədər də çətin deyil. Bu film sayəsində gündəlik istifadə olunan ifadələri öyrənə, dinləmə bacarığınızı inkişaf etdirə bilərsiniz.
2. The Notebook - Bu film də dram və romantika janrında olduğu üçün anlamaq daha asandır. Bu cür filmlər, adətən, gündəlik istifadə olunan ifadələr ilə zəngin olduğu üçün olduqca faydalıdır.
3. The Bucket List - Morqan Frimanın əksər filmləri maraqla izlənilir. Filmlər nə qədər maraqlı olarsa, beyniniz dili bir o qədər sürətlə mənimsəyər.
📌 Əlavələriniz varsa, şərhdə qeyd edə bilərsiniz.
Hazırladı: Aytən Cavadova
Dunning-Kruger effekti
Dunning-Kruger effekti insanların özlərini daha ağıllı və daha bacarıqlı olduqlarını düşünməsini ifadə edən anlayışdır. Əsasən də bilik və bacarıqları zəif olan şəxslər özlərini düzgün qiymətləndirmək qabiliyyətinə malik olmurlar.
1999-cu ildə David Dunning and Justin Kruger adlı iki sosial psixoloq tədqiqat aparır. Onlar bir qrup insanın yumor, məntiq və qrammatika üzrə bilik və bacarıqlarını və bu sahələrdə özlərini qiymətləndirməsini yoxlayırlar. Nəticədə məlum olur ki, iştirakçıların əksəriyyəti öz bilik və bacarıqlarını reallıqda olduğundan yüksək qiymətləndirmişlər. İştirakçıların test nəticələri azaldıqca onların özlərini qiymətləndirməsi yüksəlir və əksinə, test nəticəsi yüksək olanlar özlərini daha zəif qiymətləndirirlər. İkinci hal imposter sindromunu ifadə edir və bu haqda ötən həftələrdə məqalə hazırlamışdıq. Nəticələri zəif olanların özlərini yüksək qiymətləndirməsi isə Dunning-Kruger effektini ifadə edir.
Bilik və bacarıqların kifayət qədər olmaması iki problem yaradır. Birincisi, şəxs fəaliyyət göstərdiyi sahədə yanlış qərarlar verir. İkincisi, şəxs öz bilik və bacarıqlarının yetərsizliyini anlaya bilmir. Buna görə də başqalarının özündən daha zəif olduğunu düşünür və onlardan öyrənmək imkanını nəzərə almır.
Dunning-Kruger effektinin öhdəsindən necə gəlmək olar?
✍️ Təlim almaq. Araşdırma göstərir ki, müəyyən sahədə təlimlər bilmədiklərimizi üzə çıxarır və biliklərimizi daha düzgün qiymətləndirməyə imkan verir. Komanda daxilində başqalarından öyrənmək imkanımız daha çox olduğu üçün qrup şəklində təlimlər bu sahədə effektivdir.
✍️ Konstruktiv tənqid. Başqalarından bizi qiymətləndirməsini xahiş edə bilərik. Tənqid eşitmək çətin olsa da, çox vacibdir.
✍️ Bilikləri sorğulamaq. Sizə tanış olmayan yeni sahələri araşdırın.
Hazırladı: Madam Helpful
Exceldə tarixlərə görə həftənin günlərini qeyd etmək😊
Siz də Excel təlimlərimizdə iştirak edərək, 0-dan peşəkar səviyyədə Excel öyrənə bilərsiniz.
#innab #excel #msexcel #msoffice #microsoft #data
İmtahan birincisinin pizza qonaqlığı ənənəsini pozmuruq😊
#innab #finance #mühasibatlıq #1C
Exceldə xanaların funksiya ilə birləşdirilməsi.
Siz də təlimlərimizdə iştirak etməklə Excel biliklərinizi maksimuma çatdıra bilərsiniz.
#innab #excel #msexcel #microsoft
3 aydır bir müəssisədə əmək müqaviləsi ilə işləyirsiniz. Bu vaxt BP-dən sizə çox yaxşı iş təklifi gəlir və siz indiki işdən çıxmaq qərarına gəlirsiniz.
Unutmayın ki, sizin istifadə etmədiyiniz məzuniyyətə görə kompensasiya almaq hüququnuz var.
Müdiriniz: "İşdə 6 ayın tamam olmayıbsa, sənə kompensasiya düşmür", - deyir?
Əmək məcəlləsinə görə, işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən 6 ay işlədikdən sonra yaranır. Göründüyü kimi, burada yalnız istifadə hüququndan söhbət gedir. 1 ay işləyib işdən çıxsanız belə, məzuniyyətə görə kompensasiya almaq hüququnuz var.
Odur ki, əziz işəgötürənlər, zaman hər şeydən qiymətlidir. Qızıl vaxtınızı işçilərin hüquqlarını pozmağa sərf etməyin.
Hazırladı: Aytən Cavadova
Bridal 🆚 bridle
Hər iki sözün tələffüzü eynidir: /ˈbraɪdl/. Lakin mənalar fərqlənir.
“Bridal” sifətdir, gəlinlə bağlı olan isimləri təyin edir. Bu söz “bride” (gəlin) ismindən yaranıb.
👰 a bridal gown – gəlin paltarı
👰 a bridal car – gəlin maşını
“Bridle” həm isim, həm də feildir. İsim kimi bu söz “yüyən” mənasını verir. Feil kimi isə 2 mənası var:
1. Atı yüyənləmək
He saddled and bridled her favourite horse. – O, sevimli atını yəhərlədi və yüyənlədi.
2. Qəzəblənmək
The senator bridled at the reporter’s question. – Senator müxbirin sualına qəzəbləndi.
Hazırladı: Madam Helpful
Collaborate vs. corroborate
1️⃣ Collaborate - əməkdaşlıq etmək
Researchers are collaborating to develop the vaccine. – Tədqiqatçılar vaksini tapmaq üçün əməkdaşlıq edirlər.
2️⃣ Corroborate – təsdiqləmək
🖋️ We now have new evidence to corroborate the defendant’s story. - İndi müttəhimin hekayəsini təsdiqləyən yeni sübutlarımız var.
🖋️ Professor Carling's findings have been corroborated by more recent research. - Professor Karlinqin tapıntıları daha yeni araşdırmalarla təsdiqlənib.
Hazırladı: Madam Helpful
Exceldə xananı fərqli formada rəngləmək😊
Siz də təlimdə iştirak etməklə Excel biliklərinizi maksimuma çatdıra bilərsiniz.
Ətraflı məlumat üçün bizə müraciət edə və ya rəy bölməsinə "+" yaza bilərsiniz.
Az ödənişlə inkişafına böyük dəyər qat!😍
INNAB Sizlərə yeni 15%-lik endirim kampaniyasını təqdim edir. Avqust ayı ərzində təlimlərimiz üçün qeydiyyatdan keçməklə, siz də endirimdən yararlana bilərsiniz. Kampaniya INNAB-ın tədris etdiyi bütün təlimlər üçün keçərlidir.
Ətraflı məlumat üçün bizə yaza və ya rəy bölməsinə "+" qeyd edə bilərsiniz.
📝Online qeydiyyat: https://innab.org/qeydiyyat/
Daha çox məlumat üçün:
📲 (+99450) 2906121/(+99450) 2996121
☎ (012)4652071
🌎 https://innab.org/
✉️ contact@innab.org
📍Nərimanov rayonu, Fətəli Xan Xoyski 118A, Talassemiya mərkəzinin yanı, Nərimanov və Gənclik metrolarının yaxınlığında
INNAB Business School-dan endirim kampaniyaları davam edir😍
Doğulduğun ayda öz yaşın qədər bizdən endirim qazan!🥰 Endirim kampaniyası bütün təlimlər üçün keçərlidir.
Elə indi müraciət et və endirimdən yararlan😊
Ətraflı məlumat üçün rəy bölməsinə "+" yaza bilərsiniz.
📝Online qeydiyyat: https://innab.org/qeydiyyat/
__________________________
📲 (+994 50) 290 61 21
📲 (+994 50) 299 61 21
☎️ (012) 465 20 71
🌎 https://innab.org/
✉️ contact@innab.org
📌 Nərimanov rayonu, Fətəli Xan Xoyski 118A, Talassemiya mərkəzinin yanı, Nərimanov və Gənclik metrolarının yaxınlığında
INNAB Business School-dan endirim kampaniyaları davam edir😍
Doğulduğun ayda öz yaşın qədər bizdən endirim qazan!🥰 Endirim kampaniyası bütün təlimlər üçün keçərlidir.
İyul ayının bitməsinə az qaldığını bilərək, elə indi müraciət et və endirimdən yararlan😊
Ətraflı məlumat üçün rəy bölməsinə "+" yaza bilərsiniz.
📝Online qeydiyyat: https://innab.org/qeydiyyat/
__________________________
📲 (+994 50) 290 61 21
📲 (+994 50) 299 61 21
☎️ (012) 465 20 71
🌎 https://innab.org/
✉️ contact@innab.org
📌 Nərimanov rayonu, Fətəli Xan Xoyski 118A, Talessemiya mərkəzinin yanı, Nərimanov və Gənclik metrolarının yaxınlığında
İmposter sindromuna necə qalib gəlmək olar?
Ötən həftələrin birində paylaşdığımız imposter sindromu haqqındakı məqaləni oxuyan izləyicilər “Bəs bu sindroma necə qalib gələk” tipli suallar ünvanladılar. Buna aşağıdakı üsullarla nail olmaq olar:
1. Öz dəstəkçiniz olun. Özünəgüvən hissini artırmaq üçün əldə etdiyiniz nailiyyətləri yada salın, uğurlarınızın siyahısını hazırlayın. Bunu vərdiş halına gətirib hər günün sonunda əldə etdiyiniz hər bir uğurun qeydini apara bilərsiniz. Belə etdikdə özünüzü başqalarının sizi gördüyü kimi görmək imkan əldə edəcəksiniz.
2. Özünüzə mentor tapın. Hər kəs karyerasının müəyyən mərhələsində ona tanış olmayan vəziyyətlə qarşılaşır. Əvvəllər həmin vəziyyətlə qarşılaşmış yaxşı bir mentor sizə dəstək olmaqla yanaşı, təcrübəsindən irəli gələn konstruktiv tənqidi yanaşma ilə də yardımçı ola bilər.
3. Təkrarlayın. Mənfi fikirlərə köklənmək əvəzinə, əvvəllər çətin vəziyyətin öhdəsindən hansı yollarla gəldiyinizi yada salın. Əgər həmin üsul əvvəl işə yaramışdısa, yenə də işə yaraya bilər.
4. Real gözləntilər müəyyənləşdirin. Əlçatmaz hədəflər qoymayın və şans, kömək kimi faktorların sizin uğurunuzda payı olması fikrindən uzaqlaşın.
5. Başqalarından rəy alın. İcra etdiyiniz işin keyfiyyəti barədə rəhbərliyin və ya həmkarlarınızın fikrini öyrənərək özünəgüvən hissini artıra bilərsiniz.
6. İşdən kənar fəaliyyətinizi artırın. Qeyri-kommersiya təşkilatlarına, idman cəmiyyətlərinə qoşularaq layihələrdə iştirak edə, liderlik bacarıqlarınızı inkişaf etdirə bilərsiniz. Bu isə özünəgüvən hissini artıracaq.
Hazırladı: Madam Helpful
Exceldə bir şərtə görə say tapılması😊
Siz də Excel təlimlərimizdə iştirak etməklə, Excel biliklərinizi maksimuma çatdıra bilərsiniz.
Qeydiyyat linki:🌎 https://innab.org/
#innab #excel #microsoft #msoffice #msexcel
Exceldə bir şərtə görə cəmləmək😊
Siz də Excel təlimlərimizdən yararlanaraq, mükəmməl səviyyədə Excel öyrənə bilərsiniz.
