İnnab Business Review
Open in Telegram
Bu kanala abunə olmaqla peşakar inkişafla bağlı video və məqalələrdən faydalana bilərsiniz
Show more856
Subscribers
No data24 hours
-27 days
-530 days
Posts Archive
Bərəkət və bolluq rəmzi olan Torpaq çərşənbəniz mübarək!
Uğur, ruzi və firavanlıq evinizdən əskik olmasın! ✨
Bu bayramda əyləncəli oyunla endirim qazanın!🥳🥳🥳
Belə ki, İNNAB loqomuzun bir parçası yoxdur! Posterimizdəki puzzle-a diqqətlə baxın və düzgün parçanı tapın. Doğru cavabı bizə göndərən hər kəs istənilən təlimimizə 15% endirim əldə edəcək!🙌🏻
📅 Son iştirak tarixi: 31 mart
Siz də iştirak edin, Novruz endirimindən yararlanın!🤝
❗Qeyd edək ki, bu kampaniyamız digər hədiyyəli(endirimli) layihələrimizə şamil olunmur.
+5
Daima Excelin işimizdə səmərəlilik və effektivlik yaradacağından danışırq.
Bəs bu necə olur, heç düşünmüsünüzmü?
Birini biz deyək.
Sehirli qısa yollar✨
📌Bəli, Exceldə uzun, xeyli zaman aparan bəzi işləri sadəcə iki-üç addıma qısalda bilərsiniz.
Biz bu yollardan bəzilərini sizinlə paylaşırıq. Siz də bildiklərinizi paylaşın ki, daha çox insan öyrənsin.😌
+6
Məhsuldarlığınızı artırmaq və işlərinizdə daha diqqətli olmaq üçün nələr edirsiniz?
Məsələn, Pomodoro texnikası haqqında heç eşitmisinizmi?🤔
📌Belə ki, Pomodoro texnikası məhsuldarlığı artırmaq və diqqəti toplamaq üçün effektiv bir metoddur. Bu texnika 1980-ci illərdə Francesco Cirillo tərəfindən yaradılıb və adını italyanca "pomidor" mənasını verən "Pomodoro" sözündən götürüb.
Faydalarını aşağıdakı kimi sıralaya bilərik:
🔹 Diqqəti artırır – Vaxtı effektiv istifadə edərək işinizə tam fokuslanırsınız.
🔹 Prokrastinasiyanı (təxirəsalmanı) aradan qaldırır – İşə başlamağı asanlaşdırır.
🔹 Məhsuldarlığı yüksəldir – Daha çox işi qısa müddətdə görməyə kömək edir.
🔹 İş-stress balansını qoruyur – Beynin istirahət etməsinə imkan yaradır.
Bəs necə tətbiq edilir?
Bunu bilmək üçün paylaşımızı oxuya bilərsiniz.🤝
Bu gün baharın nəfəsi sayılan Yel çərşənbəsidir!
Ruzi-bərəkət gətirən küləklər hər kəsə yenilik, uğur gətirsin. 💙✨
Çərşənbəniz mübarək!
Python-u bilmədən Data analitikanı bilmək olarmı?✅
Bu mövzunun hər kəs üçün maraqlı olduğunu düşünərək “Data analitik olmaq üçün Python-un əhəmiyyəti” adlı ödənişsiz vebinar təşkil edirik.✅
Bu vebinarda👇
1. Python-un data sahəsində nömrə 1 olmağının səbəbi,
2. Obyekt-yönümlü proqramlaşdırmanın təməl prinsipləri,
3. Python-un ən seçilən xüsusiyyətlərindən biri olan list comprehensions kimi mövzularda danışacağıq.
📅 15.03.2024
🕐 19:00
📍 Zoom
Python ilə yaxından tanış olub onun Data analitikada niyə vacib olduğunu öyrənmək üçün bu fürsəti qaçımayın!🤝
Vebinarın qeydiyyat linki: https://forms.gle/y8GcL5th2LBbc6og7
📌Cədvəlin daxilindəki sətiri necə tez və rahat silə bilərik?
Əminik ki, sizi də həmişə belə qarışıq situasiyalar çaşdırır.👉👈
Videonu izləyin, bu mövzunu dəqiq öyrənmiş olun!🤝
#praktikiexcel
#inoffice
#excelbacarıqları
+5
Bu dəfə sizinlə yapon fəlsəfəsi olan Shoshindən danışacağıq.✅
📌Shoshin (初心) – yapon fəlsəfəsində "başlanğıc zəkası" deməkdir. Bu anlayış yeni başlayan bir insanın sahib olduğu açıq fikir, maraq və öyrənməyə həvəsli yanaşmanı ifadə edir. Shoshin bizə öyrədir ki, bilik və təcrübəmiz artsa da, hər zaman yeni fikirlərə və öyrənməyə açıq qalmalıyıq.
Zen buddizminin ustası Shunryu Suzuki bunu belə izah edir:"Başlanğıc zəkasında çoxlu imkanlar var, amma mütəxəssis zəkasında isə azdır."
Bu fəlsəfə yalnız şəxsi deyil, peşəkar həyatda da çox dəyərlidir. İş dünyasında uğurlu insanlar daim öyrənməyə açıq qalır, yeni trendləri izləyir və biliklərini təkmilləşdirir. «Shoshin» yanaşması ilə biz rahatlıq zonasından çıxıb daim yeniliklərə uyğunlaşa və böyüməyə davam edə bilərik.
Bəs bu fəlsəfənin əsas prinsipləri nələrdir? Buyurun, oxuyun, öz fikirlərinizi bizimlə bölüşməyi unutmayın.🤝
İnsan resursları (HR) sahəsində peşəkar olmaq üçün yalnız nəzəri biliklər kifayət etmir. Karyeranızı inkişaf etdirmək və sektorda fərqlənmək üçün bu addımlara diqqət yetirin:
✅ Hüquqi biliklərə sahib olun – Əmək qanunvericiliyi, əməkhaqqı hesablanması və işçi hüquqları ilə bağlı biliklər HR mütəxəssisləri üçün vacibdir.
✅ Kommunikasiya bacarıqlarınızı inkişaf etdirin – Effektiv ünsiyyət və aktiv dinləmə bacarıqları işçi münasibətlərinin idarə edilməsində əsas rol oynayır.
✅ Məlumat əsaslı qərarlar verin – HR Data analitika və rəqəmsal alətlərdən istifadə edərək daha dəqiq və strateji qərarlar qəbul edə bilərsiniz.
✅ Korporativ mədəniyyəti anlayın – İş yerində pozitiv mühit yaratmaq və işçi motivasiyasını artırmaq üçün şirkət dəyərlərini və mədəniyyətini yaxşı mənimsəyin.
✅ Peşəkar inkişafı davam etdirin – Müxtəlif HR təlimlərində iştirak edərək biliklərinizi yeniləyin və sertifikatlar əldə edin.
HR sahəsində uğurlu olmaq üçün daimi öyrənməyə və yeniliklərə açıq olun! 📈💡
Xocalı – Unutmadıq, Unutdurmayacağıq!
1992-ci il fevralın 26-da Xocalıda günahsız insanların qətliamı insanlıq tarixinin ən faciəli səhifələrindən biri oldu.
Bu ağrını ürəyimizdə daşıyır, şəhidlərimizi ehtiramla anırıq.
+6
Rəqabət mühitində oyunun qaydalarını bilmək istəyirsiniz? 🔍
Porterin beş güc analiz modelini bazarınızı daha dərindən analiz etməyə və strateji üstünlük əldə etmək üçün siz də bilin!
📌Bu model Michael Porter tərəfindən hazırlanmış və bir sənayenin rəqabət mühitini analiz etmək üçün istifadə olunan strateji idarəetmə alətidir. Bununla bir şirkətin bazardakı mövqeyini və rəqabət üstünlüyünü dəyərləndirmək üçün beş əsas qüvvəni nəzərdən keçirilir.
Porterin beş qüvvəsi modeli şirkətlərin bazar rəqabətini anlamaq, strateji qərarlar qəbul etmək və davamlı üstünlük əldə etmək üçün istifadə etdiyi mühüm idarəetmə alətidir.
Şirkətlər bu modeli tətbiq edərək daha rəqabətədavamlı ola bilər və uzunmüddətli uğur qazana bilər. 🚀
📖 21 Fevral – Beynəlxalq Ana Dili Günüdür. 📖
Ana dilimiz kimliyimizdir, mədəniyyətimizin daşıyıcısıdır!
Bu günü qeyd edərək dilimizin qorunmasına və inkişafına töhfə verək. 💙✨
#anadiligünü
#dilimizsərvətimizdir
#innab
🚀 Marketinqdə uğur qazanmağın açarı daim öyrənmək və yeniliklərə açıq olmaqdır!
Bunun üçün;
✔ Rəqəmsal bacarıqlarınızı inkişaf etdirin. – SEO, Google Ads, SMM və analitika bilikləri əldə edin.
✔ Data əsaslı qərarlar verin. – Excel, Power BI və Google Analytics ilə strategiyalarınızı daha effektiv qurun.
✔ Kreativ düşüncənizi gücləndirin – Trendləri izləyin, yeni yanaşmalar kəşf edin və fərqlənin.
✔ Şəbəkənizi genişləndirin – Konfranslar, vebinarlar və görüşlərdə iştirak edərək peşəkar çevrənizi böyüdün.
📈 Unutmayın, uğurlu marketoloq olmaq üçün həm analitik düşünmək, həm də yaradıcılıq bacarıqlarınızı daim inkişaf etdirmək vacibdir!
İşə qəbul zamanı bəzən sınaq müddəti olduğunu bilirdinizmi?
📌Sınaq müddətinin təyin edilməsinin əsas səbəbi iş ilə bağlı bir uyğunsuzluq olduğu halda daha asan yolla əmək müqaviləsinə xitam verə bilməkdir.
Bununla yanaşı, Əmək Məcəlləsinin 52-ci maddəsinə əsasən bəzi şəxslərlə əmək müqaviləsi bağlanarkən sınaq müddəti müəyyən edilmir.✅
Onlar kimlərdir?
Karusellərimizi izləyərək bu barədə məlumat əldə edə bilərsiniz.🤝🏻
Bu dəfə praktiki Excel videomuzun mövzusu "Ümumi saya nəzərən hər hansı sayın faiz nisbətinin tapılması"dır.✅
Buyurun izləyin, əldə etdiyiniz bilgini dostlarınızla paylaşmağı unutmayın!🤝
#excelbacarıqları
#praktikiexcel
#inoffice
#BirlikdəÖyrənək
📌Exceldə markalar üzrə məhsulların toplam satış sayını necə tapa bilərik?
MOSE (Beynəlxalq Excel Ekspert sertifikatı) imtahanına hazırlaşırsınız, amma hansı mövzulara fokuslanmalı olduğunuzu bilmirsiniz?
O zaman bu elanı diqqətlə oxuyun!
📍Belə ki, 22.02.2025 tarixi, saat 19:00-da İNNAB Business Schoolun təşkilatçılığı ilə “MOSE imtahanının əsas mövzuları” adlı vebinarımız baş tutacaq. 📣
📌Qeyd edək ki, “ödənişsiz” şəkildə keçirilməyi nəzərdə tutulan vebinarımıza sadəcə “ZOOM” platforması vasitəsilə qoşula biləcəksiniz.
🔹 Vebinarda;
✅ MOSE imtahanının strukturu və əsas tələbləri,
✅ Mütləq bilməli olduğunuz Excel funksiyaları və alətlər,
✅ Pivot Table və vizualizasiya texnikaları,
✅ İmtahanda vaxtı düzgün idarə etmə strategiyaları kimi mövzuları öyrənə biləcəksiniz.
Beynəlxalq imtahanı daha rahat vermək istəyirsinizsə, qeyd etdiyimiz tarixdə diqqətiniz bu vebinarda olsun!
Qeydiyyat linki: https://forms.gle/vyWf9ph6Ti8p31cz6
#Faydalı
📌İş müsahibəsi ilk təəssürat yaratmaq və işə uyğunluğunuzu göstərmək üçün vacib bir fürsətdir.
Siz də razısınız, düzdürmü?
Lakin bəzi ifadələr var ki, onlar müsahibədə peşəkarlığınızı azalda bilər və işə qəbul şansınızı zəiflədə bilər.
Bəs bu ifadələr nələrdir?
Sizin üçün bir qədər araşdırdıq və bölüşürük.
Siz də bizimlə öz variantlarınızı bölüşsəniz, sevinərik.
#işəqəbul
#müsahibə
#careerup
