cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Türkcə Məktəbi

Mənim Anadilim dillərin anasıdır🌸🍃

Show more
Iran385 171The language is not specifiedThe category is not specified
Advertising posts
131
Subscribers
No data24 hours
No data7 days
No data30 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Azərbaycan! Cəlil Məhəmmədquluzadə Dünyavü aləm dəyişildi, mənalar özgə təbir əxz elədi, yəni bizim dilcə söyləsək, o şeylər ki əsl mənalarını itirmişdi, qayıdıb əslini tapdı – inna lillahi və inna ileyhi raciun, amma buna hamı qail oldu ki, vətən, vətən, vətən; dil, dil, dil; millət, millət, millət!.. Dəxi bu dairələrdən kənar bəni-növibəşər üçün nicat yolu yoxdur. Qur’an ayəsindəndir: “Biz Allahın bəndələriyik və [öləndən sonra] Ona tərəf [Onun gərgahına] qayıdacağıq” (Qur’an, “Bəqərə” surəsi: 156) . Bunuyla bərabər, yəni “bavücude inki” hər söz danışıldı, hər mətləbə əl vuruldu, hamı pəhləvanlarımız öz hünərlərini çıxartdılar meydana və lakin bunuyla bərabər bu qədər var ki, bircə lazımlı söz ki, mənim zəndeyizəhləmi aparır – haman söz Azərbaycan Vətənimin üstündədir. Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyalata cumuram, özümdən soruşuram ki: – Mənim anam kimdir? Öz-özümə də cavab verirəm ki: – Mənim anam rəhmətlik Zöhrəbanu bacı idi. – Dilim nə dildi? – Azərbaycan dili! – Yəni Vətənim haradır? – Azərbaycan vilayətidir. Demək, çünki dilimin adı türk-Azərbaycan dilidir, belə məlum olur ki, Vətənim də Azərbaycan vilayətidir. – Haradır Azərbaycan? – Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən; qalan hissələri də Gilandan dutub qədim Rusiya hökuməti ilə Osmanlı hökuməti daxillərindədir ki, bizim Qafqazın böyük parçası ilə Osmanlı Kürdüstanından və Bayəziddən ibarət olsun. Bilirsiniz bu söhbət haradan yadıma düşdü? Bu söhbət oradan yadıma düşdü ki, keçən həftə Tiflisdə müsəlmanların Milli Komitəsində bir məsələyə baxılırdı ki, aya, bizim bu məclisdə nə dil ilə gərək müzakirə olunsun? Biri dedi rusca, biri dedi osmanlıca, biri dedi ermənicə. Axırda belə qərar qoydular ki, türk dili müəllimlərinin və müəllimələrinin çoxusu türkcə danışmağı yaxşı bacarmır, bu səbəbdən bunlara izn verilsin ki, rusca danışsınlar. O ki qaldı rus darülfünunu oxuyub başa çıxan bəzi üzvlər – bunlara da izn verildi ki, rusca danışsınlar. Və həqiqətdə, mən ki gedib sümük sındırıb illər ilə kafirlər içində əlimi murdar prafessorlara verə-verə elm oxumuşam, insafdırmı ki, bugünkü gündə də oxuduğum elmi gizlədim və rusca danışmayım? Hərçənd məclisdə oturan əsnaflar və hətta axundlar rusca danışılan mətləbləri başa düşmürdülər, cəhənnəmə düşmürdülər, gora düşmürdülər! O ki qaldı Bakı qurultaylarında olan səliqəyə, bu barədə yaxşısı budur ki, heç danışmayım; onsuz da, düşmənimiz çoxdur, xəbərdar olarlar və gəlib baxıb və qurultaylarımızda olan nəzmü nizamı görüb bizə göz vurarlar, çünki nədənsə, bizim bədxahların hamısı bədnəzərdir. Ax, gözəl Azərbaycan Vətənim! Harada qalmısan? Gəl, gəl, bir gəl gör bizi zornan rusca danışdıran türk qardaşlar bizdən nə istəyirlər. Ay torpaq çörəyi yeyən təbrizli qardaşlarım, ay keçəpapaq xoylu, meşkinli, sərablı, coruslu və moruslu qardaşlarım, ay bitli marağalı, mərəndli, gülüstanlı qulibiyaban vətəndaşlarım, ey vəhşi ərdəbilli, qəlxanlı bəradərlərim! Gəlin, gəlin, gəlin mənə bir yol göstərin! Vallah ağlım çaşıb! Axır, dünyavü və aləm dəyişildi, hər bir şey qayıdıb öz əslini tapdı, hər mətləbə əl vuruldu, gəlin biz də bir dəfə oturaq və keçə papaqlarımızı ortalığa qoyub bir fikirləşək görək haradır bizim Vətənimiz. Gəlin, gəlin, ey unudulmuş Vətənin cırıq-mırıq qardaşları! Gəlin görək beşikdə yad millətlərin südünü əmmiş, Vətənimizdən yadırğamış və millətimizin ruhundan xəbərsiz bir para millət başçılarımız sizə nə gün ağlayacaqlar. Niyə sakitsiz, ey mənim lüt-üryan Vətən qardaşlarım?!. “Molla Nəsrəddin”, 24-cü sayı - 27 noyabr 1917-ci il
Show all...
J.S. Bach – Prelude in C minor, BWV 999 (arr. for harp) ✨💫 Bu da bir şeri-faniyi-digər Abdulla Şaiq Çiçək altında bir kiçik kəpənək Düşüb əfsürdə, çırpınır bipər. Qızınır son günəşdə titrəyərək, Əcələ pəncə fırladır bifər. Çəkilincə günəş həyatı sönər, Sabaha qalmaz artıq ondan əsər. Bu da bir şeri-faniyi-digər. Ya ki məhsullu, qos-qoca bir ağac Devrilib çöldə sərnigun olmuş. Şaxların yolçular edər tarac, Yoluq, əfsürdə, qəlbi xun olmuş. Saralıb yarpağı, zəbun olmuş. Günəşi sönmüş, ömrü dun olmuş. Bu da bir şeri-şakiyi-digər Bir qoyun çöldə ayrılıb sürüdən Dolaşır, yol arar, zavallı mələr. Önünə bir ayı çıxar birdən, Ürkərək qorxudan durub titrər. Ayının pəncəsində hey inlər, İztirabati-qəlbini dinlər. Bu da əhbaba navəki-digər Bürüyür kainatı sis və duman Nagahan sim-siyah olur aləm Qopar üsyan qılıqlı bir tufan. Gurlar həm arxasınca bərqi-kərəm Çəkilir sis-duman, olur bərhəm, Açar əzhar, günəş doğar xürrəm. Bu da bir şeri-şadiyi-digər. 1909
Show all...
Prelude in C minor, BWV 999 (arr. for harp) J.S. Bach.mp32.05 MB
Nasirül Mülk, Mirzə Rza Kermanı qulağında bir söz deyib, o fikrə düşüb, susur. Soruşurlar ki ona nə dedin? Bu məzmunda bir cavab verdi ki: «Ona dedim Nasirəddin Şahı öldürdün, heç bir Nadir qapının arxasında varın imiş?» #Tarix
Show all...
Dil Termologiyası/3 🔰Dialekt | Dialect: Bir bölgəyə (Coğrafiya baxımından) və ya Sosial bir qrupa aid olan, dilin alt qruplarıdır. Farscada Guyeş (گویش) və Azərbaycan dilində və Türkcədə Ləhcə/Lehçe kimi tərcümə olunur. Misal üçün: Azərbaycan dilində, Qaradağ, Bakı, Diyarbəkir, İrəvan, Qarabağ, Qars, Ərzurum, Təbriz, Xorasan, Qaşqai və s. dialektlərdən danışa bilərik. Türkcədə(İstanbul) Axısqa, Anadolu, İstanbul, Kipr və s. dialektlər vardır. Farscada, İsfahan, Kaşan, Həmədan, Məşhəd, Kerman və s. dialektlərdən danışmaq olar. 🔰Aksent | Accent: Aksentlər, dialektin alt hissələridir, tələffüz fərqinin nədənini nəzərə alaraq Aksent, Növ, şəxsi aksent və sayaq ünvanında araşdırıla bilər. Farscada Ləhcə (لهجه), Azərbaycan dilində Şivə və Türkcədə Ağız kimi anlamlanır. Qaynaqlar: –Türk dil kurumu –Azərbaycan dilinin izahlı lüğəti –Oxford Dictionary –Cambridge Dictionary –Reflections on Knowledge and Language in Middle Eastern Societies –Dialectology, J. K. Chambers & Peter Trudgill –Persian Dialects as Spoken in Iran, Corey Miller, Jace Livingston, Mark Vinson and Thomas Triebwasser Prado. –درآمدی بر گویش‌شناسی، علی‌اکبر شیری –Terbiyenin Sosyal Ve Kültürel Temelleri, Ziya Gökalp –زوال تدریجی گویش ترکی قشقایی، سیاوش حسین‌آبادی –The speakers of Turkic languages, L. Johanson and É. Á. Csató –Azərbaycan antroponimlərinin təşəkkülü və inkişafı, N. M. Xudiyev
Show all...
Türkcə Məktəbi

Dil Termologiyası/2.5 🔰Dil Federasiyası | Sprachbund Dillərin bölgəsi və oxşarlığı ortaq bir əcdaddan (dil genetikası) mövcudluğu ilə əlaqəli olmayan, lakin coğrafi yaxınlığın bir-birinə bənzəməsinə səbəb olan bitişik dilləri (coğrafi olaraq) əhatə edir. başqa sözlə desək, dil federasiyası, genetik tarixdən başqa səbəblərdən ortaq xüsusiyyətlərə malik olan bir qrup dildən ibarətdir. Dillərin tarixini bilmədən bəzi dil ailələrini kateqoriyaya ayırmaq cəhdləri bəzi dil ailələrinin dil federasiyaları kimi yanlış təsnif edilməsinə və ya digər tərəfdən dil federasiyalarını dil ailələri kimi tərif edilməsinə səbəb ola bilər. –Altay dil Federasiyası: Bəzi dilçilər Avrasiyadakı üç Turkic, MongolicTungusic* dil ailələrinin genetik birliyi nəzəriyyəsini müdafiə edir, bəzən onları KoreanicJaponic dil ailələri ilə birlikdə Altay dil ailəsi adlanan mübahisəli bir qrupa ayırırdılar. Bu təsnifatın əsas səbəbi ümumiyyətlə bu dillərin Aqqlütinativ olduğu Ahəng qanunu olduqları olmuşdur. –Avropa dil federasiyası: Balanslaşdırılmış Avropa Standart Dili (Standard Average European, SAE), Benjamin Vorf tərəfindən 1939-cu ildə Müasir Hind-Avropa dilləri qrupuna təqdim olunan bir konsepsiyadır. Vorf, bu dillərin digər dillərdən sintaksis, qrammatika, bir-birinə zidd sözlər, deyimlər, söz sırası və s. Arasındakı əlaqəni əhatə edən bir neçə oxşar cəhətləri ilə fərqləndiyini etibarilə, bu dillərin əslində bir "Kontinental Dillər Federasiyası" olduğunu iddia etdi. –Balkan dil Federasiyası: Bitişik dillərin yaxınlaşması fikri ümumiyyətlə Jernej Kopitarın 1830-cu ildəki təqdim etdiyi "Üç formada bir dil" adlı nəzəriyyəsinə ki onda Albaniya, BolqarRumıniya dillərini bir bilib, və Viktor Friedman tərəfindən "üç lüğətli bir qrammatika" kimi təqdim olunan nəzəriyyələrə əsaslanır. Hal-hazırda Balkan Dil Federasiyasına Albaniya, Rumıniya, Cənubi Slavyan dilləri (bolqar, makedon, bir qədər Serbo-xorvat), yunan, balkanın Türk köklü dilləriqaraçı dili daxildir. ترجمه فارسی مقاله را اینجا بخوانید. –––––––––––––––––––––––– *Azərbaycan dilində, Turkic və Turkish və bunlara bənzər anlayışların ayırd olmadıqları səbəbindən anlayışların eyni gətirilmişdir.
Show all...
Türkcə Məktəbi

ترمینولوژی زبان/۲.۵ 🔰فدراسیون زبانی|Sprachbund: منطقهٔ زبانی و شامل مجموعه‌ای از زبان‌های مجاور (از نظر جغرافیایی) است که شباهت آنها بدلیل وجود جد مشترک (ژنتیک زبانی) نیست بلکه مجاورت جغرافیایی سبب تشابه آنها به یکدیگر شده است و یا بعبارت دیگر فدراسیون زبانی متشکل از گروهی از زبانهاست که از ویژگیهای مشترک به دلایلی غیر از تاریخ ژنتیکی برخوردار هستند. اقدام برای دسته‌بندی برخی خانواده‌های زبانی بدون معلومات در خصوص تاریخ زبانها می‌تواند منجر به طبقه‌بندی اشتباه برخی از خانواده‌های زبان بعنوان فدراسیون زبان و یا از سوی دیگر تعريف فدراسیون زبان بعنوان خانواده زبان شود. –فدراسيون زبانی آلتاییک برخی زبان‌شناسان طرفدار نظریهٔ اشتراک ژنتیکی سه خانوادهٔ Turkic،* Mongolic و Tungusic در اوراسیا بودند و آنها را گاهاً همراه با زبانهای Koreanic و Japonic در گروهی بحث‌برانگیز تحت عنوان خانواده زبان‌های آلتاییک طبقه‌بندی می‌کردند. دلیل عمده برای این طبقه‌بندی نیز عموماً التصاقی بودن و تشابه هارمونی مصوتها در این زبانها میباشد. –فدراسیون زبانی اروپا زبان استاندار متعادل اروپایی(SAE) مفهومی است که توسط بنژامین وورف در ۱۹۳۹…

Dil termologiyası/2 🔰Dil ailəsi Bir qrup dilin, ailənin proto dili adı verilən ortaq bir ata dilindən və ya ana dilindən qaynaqlandığı deyilir. Bir ana dildən (Proto-language) qaynaqlanıb, bir-birinə ilginc olan dinlərin qrupuna Dil ailəsi (language family - Sprachfamilie) deyilir. Örnək üçün bu Dil ailələrindən ad aparmaq olar: Skandinaviya dil ailəsinə İsveç dili, Dan dili və Norveç dili daxildir. Türk(Turkic) dili ailəsindən Azərbaycan dili, Türk(Turkish) dili, Tatar dili, Özbək dili və s. dillərin adını çəkmək olar. İran(Iranic) dil ailəsinə Fars dili, Kürd dili, Talış dili, Tacik dili və s. dillər aiddir. Slavyan dil ailəsi Rus dili, Belarus dili, Ukrayna dili, Polşa dili, Çex dili, Slovak dili, Sloven dili, Bolqar dili, Makedon dili, Xorvat dili, Serb dili və s. dilləri əhatə edir. 🔰Bacı dili | Sister language Ortaq bir dil ailəsinin üzvləri olan dillər bir-birlərinə bacı dillərdir. Azərbaycan dili və Özbək dili, Türk dili və Tatar dili, Rus dili və Belarus dili, Belarus dili və Polşa dili, Fars dili və Gilək dili, Kürd dili və Talış dili, İsveç dili və Dan dili, İnglis dili və Şotlandiya dili arasında bacı dili əlaqəsi və qarşılıqlı anlaşma imkanı vardır, amma keçənki yazılarda deyilən kimi təkcə qarşılıqlı anlaşma hər bir dili "tam bir dildən daha az olan bir şey" tanımağa bir meyar ola bilməz. Bacı dillər genetik səbəblərdən və ortaq bir əcdadı dildən (Proto-language) əmələ gəldikləri üçün bir-birinə bənzərlikləri olur (Sprachbund mübahisəsini fərqləndirən amili). Qaynaqlar: –Dialectology, J. K. Chambers & Peter Trudgill –Language, Culture and Identity: An Ethnolinguistic Perspective, Philip Riley –The Power of Language and Rhetoric in Russian Political History: Charismatic Words from the 18th to the 21st Centuries, Richard S. Wortman –The Turkic Languages, Éva Ágnes Csató Johanson, Lars Johanson
Show all...
Türkcə Məktəbi

🔰Tam bir dildən daha az olan bir şey. «Qarşılıqlı anlaşma» bir dili dialekt bilməyimizə səbəb ola bilərmi? @Turkce_Mektebi Dialektləri "dilin dialektləri" kimi qəbul etmək çox vaxt faydalıdır. Dialektlər müəyyən bir dilin alt qrupları kimi qəbul edilə bilər. Beləliklə Fransız dilinin Paris dialektindən, İngilis dilinin Lankaşir dialektindən, Alman dilinin Bavariya dialektindən və s. danışa bilərik. Bununla bizim üçün problemlər yarana bilər. Çox vaxt dil və dialekti necə ayırmaq sualı ilə qarşılaşırıq. Bu problem Dil terminini necə izah etdiyimizdən qaynaqlanır. Bu məsələni araşdırmağın bir yolu çox vaxt “Dil qarşılıqlı anlaşılan dialektlərin toplantısıdır” deməkdir. Ancaq bu tərif həmişə uğurlu olmur. iki nümunəni nəzərə alaraq bir dialektlərin dilin alt qrupları kimi təqdim etmək təsvirini təsəvvür etmək nisbətən sadə olar: Əvvəlcə Skandinaviya dillərinə baxsaq, Norveç, İsveç və Dan dilinin ümumiyyətlə fərqli dillər kimi qəbul edildiyini görərik. Tərifimizin zəifliyi, bu üç müstəqil dilin qarşılıqlı…

🔰Tam bir dildən daha az olan bir şey. «Qarşılıqlı anlaşma» bir dili dialekt bilməyimizə səbəb ola bilərmi? @Turkce_Mektebi Dialektləri "dilin dialektləri" kimi qəbul etmək çox vaxt faydalıdır. Dialektlər müəyyən bir dilin alt qrupları kimi qəbul edilə bilər. Beləliklə Fransız dilinin Paris dialektindən, İngilis dilinin Lankaşir dialektindən, Alman dilinin Bavariya dialektindən və s. danışa bilərik. Bununla bizim üçün problemlər yarana bilər. Çox vaxt dil və dialekti necə ayırmaq sualı ilə qarşılaşırıq. Bu problem Dil terminini necə izah etdiyimizdən qaynaqlanır. Bu məsələni araşdırmağın bir yolu çox vaxt “Dil qarşılıqlı anlaşılan dialektlərin toplantısıdır” deməkdir. Ancaq bu tərif həmişə uğurlu olmur. iki nümunəni nəzərə alaraq bir dialektlərin dilin alt qrupları kimi təqdim etmək təsvirini təsəvvür etmək nisbətən sadə olar: Əvvəlcə Skandinaviya dillərinə baxsaq, Norveç, İsveç və Dan dilinin ümumiyyətlə fərqli dillər kimi qəbul edildiyini görərik. Tərifimizin zəifliyi, bu üç müstəqil dilin qarşılıqlı başa düşülə biləcəyində bilinir. Bu üç dildə danışanlar asanlıqla ünsiyyət qurub və bir-birini başa düşə bilər. İkincisi, normal olaraq Alman dilini vahid bir dil hesab edirik, amma bəzi Alman dilinin növləri vardır ki, digər Alman dillilər tərəfindən başa düşülmür. Beləliklə, tərifimizdən belə çıxacaq ki Dan dili bir dildən az olduğu halda Alman dili bir dildən daha çox olan bir şeydir. "Qarşılıqlı anlaşma" meyarı başqa problemlər də yaradır və bu meyarın əsas problemi bu qarşılıqlı anlaşmanın dərəcəsidir. misal üçün, bir çox isveçli bir çox norveçlini asanlıqla başa düşə bilər, eyni zamanda norveçlilər çox vaxt isveçliləri o qədər də yaxşı başa düşmürlər. Bu səbəblərlə, Skandinaviyalılar arasındakı qarşılıqlı anlaşma olsa da tamamlanmamışdır və bunun üçün də daha yavaş danışmaq və ya problemə səbəb ola biləcək sözlər və tələffüzləri sözdə işlətməmək lazımdır. "Qarşılıqlı anlaşma" da mümkündür iki cəhətdən eyni olmasınlar. Məsələn, Danimarkalılar Norveçliləri, Norveçlilərin Danimarkalılardan daha yaxşı başa düşüldüyü deyilir. bu doğru olsa, ola bilər ki, qarşılıqlı anlaşma həm də dinləyicinin başqa bir dillə təması, təhsil səviyyəsi, eyni dili anlamağa marağı və diqqəti kimi digər amillərdən asılı olsun. İskandinavların bəzən dediyi kimi, "Norveçcə Danimarkalı kimi tələffüz olunur". Danimarka dili isə öz yazımından daha mürəkkəb bir tələffüzə malikdir. Bu amil də spesifik dil amillərinə əlavə ola bilər. Afrikada aparılan bir araşdırma, A etnik qrupun B etnik qrupunun dilini anlaya biləcəyini iddia edərkən, B qrupunun A qrupunun dilini anlaya bilmədiyini iddia edirdi. daha böyük və güclü bir etnik qrup olan A etnik qrupu, əslində B qrupunun özləri olduqları və eyni dildə danışdıqları üçün onların ərazisini ələ keçirtmək istəyi, bu iddialara səbəb olmuşdur. Qaynaq: –Dialectology - J. K. Chambers & Peter Trudgill, p. 3-4, Cambridge press ترجمهٔ فارسی این مقاله را اینجا بخوانید.
Show all...
Türkcə Məktəbi

⚜ آیا "فهم متقابل" می‌تواند معیاری برای لهجه دانستن یک زبان مستقل باشد؟ اغلب در نظر گرفتن دیالکتها به عنوان «دیالکتهای یک زبان» بسیار مفید است. دیالکتها میتوانند به عنوان زیرمجموعه‌های یک زبان خاص در نظر گرفته شوند. بدین ترتیب ممکن است از دیالکت پاریسی زبان فرانسه، دیالکت لنکاشایری انگلیسی، دیالکت باواریایی زبان آلمانی و غیره صحبت کنیم. با این وجود، مسائلی برای ما ایجاد میشود. عمدتاً ما با این سوال روبرو هستیم که چگونه می توان بین یک زبان و یک دیالکت تمایز قائل شد و ریشهٔ این مسئله اینست که تعریف ما از زبان چیست؟ یکی از روشهای بررسی این مسئله اغلب این بوده است که بگوییم: "یک زبان مجموعه ای از دیالکتهای متقابل قابل فهم است". اما این تعریف همیشه موفق نیست. ارائهٔ این توصیف از دیالکتها بعنوان زیرمجموعه‌های یک زبان با تفکر در مورد دو نوع مثال زدنی معلوم نسبتاً ساده خواهد بود. اگر ابتدا زبانهای اسکاندیناوی را در نظر بگیریم، مشاهده خواهیم کرد که نروژی، سوئدی و دانمارکی معمولاً زبانهای مختلفی در نظر گرفته می شوند. ضعف این تعریف ما اینجا آشکار خواهد شد که این سه زبان مستقل متقابلاً قابل درک هستند. گویشوران این…

Bədənimin ritmi ana dilimlə eynidir. Onda yüksəklik tapdığım ritm, onunla anama kainatın hər bir yanında qayıda biləcəyim ritm. Kim Heysün
Show all...
Hörmətli abunəçilər! Əsasları öyrənmək məqsədi ilə, keçənki günlərdə "Dil termologiyası" ünvanı ilə olan paylaşımları, Azərbaycan dilində sizə təqdim edib, baxışlarınızı bizimlə iştirak etdiyinizi xahiş edirik. 🌹🌿
Show all...
Dil termologiyası/1 🔰Dilçilik (Lisaniyyat) Dili tədqiq edən elmə, dilçilik və ya Lisaniyyat deyilir. Bu tədqiqatlar dilin bütün aspektlərinin təhlilini, eləcə də tədris, öyrənmə və modelləşdirmə metodlarını əhatə edir və fonetika, fonologiya, morfologiya, sintaksis, semantika, semiologiya və praqmatik elmlərinə şamil olur. 🔰Dil (Dilçilik elmi nöqteyi-nəzərdən) Əsas ünsiyyət sistemi, insanların özlərini milli-sosial bir qrupun mədəniyyətinin üzvü və ya iştirakçısı kimi ifadə etdikləri ortaq danışıq, əlyazma və ya yazılı simvollardan ibarətdir. Dilin funksiyaları ünsiyyət, şəxsiyyətin ifadəsi, təxəyyülün ifadəsi və emosional azadlığını əhatə edir. Qaynaqlar: –Encyclopedia Britannica –Philosophy of Language: An Introduction, Chris Daly –Language, Culture and Identity: An Ethnolinguistic Perspective, Philip Riley –The Power of Language and Rhetoric in Russian Political History: Charismatic Words from the 18th to the 21st Centuries, Richard S. Wortman –و آنگاه معنا زاده شد، جمعی از مترجمان. –Dr. Mərziyyə Ətharının, sənətçilər mərkəzində müsahibəsi
Show all...
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.