en
Feedback
Samiq Mustafayev

Samiq Mustafayev

Open in Telegram

🎓SDU - Tarix 📚Hazırda- Ərəb dili, Əqidə və Təfsir elmləri 🕋 Elm, əməl, dəvət, səbir 🟣 https://www.instagram.com/samiq.mustafayev 🟢 https://whatsapp.com/channel/0029Va8WpSJAojZ1ZgYemG0j

Show more
2 100
Subscribers
-224 hours
-127 days
-3030 days
Posts Archive
Ey atalar! Gənclərinizin evlənməsini asanlaşdırın, çətinləşdirməyin. Hər bir gəncin çoxlu pulu olmaya bilər. Lakin onun saleh qəlbi, gözəl əxlaqı və xoşbəxt bir ailə qurmağa gücü ola bilər. Mehri həddindən artıq artırmağı, çoxlu tələblər irəli sürməyi və ağır xərcləri evliliyin gecikməsinə səbəb etməyin. Çünki asanlaşdırmaqda bərəkət, çətinləşdirməkdə isə sonu yaxşı olmayan qapıların açılması təhlükəsi vardır. Gəncin dininə və əxlaqına baxın, oğul və qızlarınıza halal yolda addımlamaqda kömək edin. Övladınıza verə biləcəyiniz ən gözəl hədiyyə onun məhəbbət və mərhəmət üzərində qurulan sabit bir həyata başlamasına yardım etməkdir. Asanlaşdırın, çətinləşdirməyin! Çünki ailələr çoxlu qızıl və zahiri dəbdəbə ilə deyil, məhəbbət və mərhəmətlə qurulur. 🪶Samiq Mustafayev

photo content

sticker.webp0.05 KB

✅Doğru cavab: Biz Musaya doqquz aş­kar möcü­zə verdik. (İsra, 101 mənaca tərcüməsi)

Repost from Samiq Mustafayev
Əziz izləyicilərimiz, böyük alimlərimizdən bəzilərinin ana dilimizdə xüsusi kanallarını sizə təqdim edirik. Hər alimin kanalında yalnız həmin alimə məxsus faydalar paylaşılacaq inşallah. Daxil olaraq faydalana bilərsiniz. 🟢ŞEYX İBN BƏZDƏN FAYDALAR http://T.me/sheyxibnbaz 🟢ŞEYX İBN USEYMİNDƏN FAYDALAR http://T.me/ibnuseymin 🟢ŞEYX ALBANİDƏN FAYDALAR http://T.me/seyxalbani 🟢ŞEYX MUQBİLDƏN FAYDALAR http://T.me/sheyxmuqbil 🟢ŞEYX FOVZANDAN FAYDALAR http://T.me/fevzan 🟢ŞEYX RABİDƏN FAYDALAR https://T.me/rabimadxali ⚠️Qeyd: Bütün bu kanallar bir admin tərəfindən idarə olunur. 🖊️Admin: Samiq Mustafayev

Musa peyğəmbərə (Ona Allahın salamı olsun) neçə möcüzə verilmişdir?
Anonymous voting

sticker.webp0.05 KB

photo content

[ DANIŞDIQLARINIZA DİQQƏT EDİN ] Böyük tabein Sufyan Sovri (Allah ona rəhm etsin) öz əshabına demişdir: Sizinlə bərabər danışıqları sultana (rəhbərə) çatdıran biri otursa, onun qəzəblənəcəyi bir şey danışarsınızmı? Dedilər: Xeyr.. O, dedi: Sizinlə bərabər danışıqları Allaha çatdıranlar var. Yəni: Mələklər 📚İbn Covzi "Təbsira", 2/237 🌐http://T.me/samiqmustafayev

photo content

Repost from Samiq Mustafayev
Peyğəmbərimiz ﷺ belə buyurmuşdur: “Həqiqətən, Allahın yer üzündə səyyah (dolaşan) mələkləri vardır. Onlar ümmətimin mənə göndərdiyi salamları mənə çatdırırlar.” 📚 Səhih Tərğib, 1664 Böyük alim İbn Qeyyim (Allah ona rəhm etsin) belə demişdir: “Bir qul üçün ən böyük şərəf olaraq kifayətdir ki, onun adı Allah Rəsulunun ﷺ hüzurunda xeyirlə zikr edilsin.” 📚 Cələul Əfhəm, səh. 532 🖋Samiq Mustafayev

Repost from Sünnəyə Dəvət
💥Yeni https://youtu.be/LCVPwHhTdlw?si=G6lp97YX3sGFHZFl 📶Daha çox fayda üçün videonu bəyənməyi və şərh yazmağı unutmayaq

photo content

Mutarrif ibn Abdullah (Allah ona rəhm etsin) belə demişdir: Əgər xeyir bizdən birimizin əlində olsaydı belə, onu öz qəlbinə yerləşdirməyi bacarmazdı (gücü çatmazdı). Allah Özü həmin xeyiri onun qəlbinə yerləşdirənə qədər. 📚İbn Əbi Şeybə, Musənnəf, 36281 🖊️Samiq Mustafayev

sticker.webp0.05 KB

photo content

İnsan hər gün Cənnət və Axirət haqqında oxumağa ehtiyac duyur ki, dünya həyatının sıxıntılarını və imtahanlarını özünə yüngül etsin. Dünyanın faniliyini heç vaxt unutmasın və yalnız Allahın yanında onu gözləyən əbədi mükafatı düşünsün. ﴿وَلَلْآخِرَةُ خَيْرٌ لَكَ مِنَ الْأُولَى﴾ “Şübhəsiz ki, Axirət sənin üçün dünyadan daha xeyirlidir.” — Duha, 4 🖊️Samiq Mustafayev

Allahım! Peyğəmbərimiz Muhəmmədə ﷺ salavat gətirənlər hər dəfə Ona salavat gətirdikcə, Sən də Ona salavat yetir. Salavat gətirməkdən qafil olanlar hər dəfə Onu unutduqca da, Peyğəmbərimiz Muhəmmədə ﷺ salavat yetir.

sticker.webp0.05 KB

Repost from Samiq Mustafayev
SubhanAllah. Allah halımızı islah etsin. Sübh (fəcr) namazında məscidlər boş qalıb, bəzi məscidlərdə barmaqla sayılacaq qədər insan var. Vallahi bu, müsibətdir, çünkü elm əhli deyir ki, sübh (fəcr) namazı möminin əməllərinin tərəzisidir. Bu maşına, bu ayağa nə olub ki, səni məscidə aparmır? Bəlkə elə bu, imkan məsələsi deyil, iman məsələsidir. İnsanlara namazın fəzilətindən danış, sonra özün Allahın evində görünmə, çox qəribədir. STADİONLAR DOLU, MƏSCİDLƏR BOŞ QALIB. Acınacaqlı haldır. Əlində olan nemətin qədrini bil və qəflətdən oyan. ✍🏻Samiq Mustafayev