en
Feedback
Science Arc

Science Arc

Open in Telegram

🔬Elmi məqalələr 📍 Xaricdə təhsil/karyera 📡Texnologiya ⏳Maraqlı faktlar 🔭Şəxsi inkişaf Digər platformalar: 🔍https://sciencearc.com 💡Facebook: ScienceArc 🎙Instagram: sciencearc.blog 🎬YouTube: https://www.youtube.com/c/AliyarAzimov Əlaqə: @azmff

Show more
1 050
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
🗂️ Psixoloqlara görə dörd növ zəka var: 1. Zəka əmsalı (IQ) - qavrama qabiliyyətinin ölçüsüdür. Hesablama aparmaq, xatırlamaq, öyrənmək, təhlil aparmaq üçün sahib olduğunuz əmsaldır. 2. Emosional intellekt (EQ) - başqaları ilə ünsiyyət, zaman idarəetməsi, məsuliyyətli və dürüst olmaq, sərhədlərə hörmət etmək bu zəka əmsalı ilə ölçülür. 3. Sosial intellekt (SQ) - Dostluq əlaqələri qura bilmək, münasibətləri davam etdirmək qabiliyyətiniz bu zəka əmsalı ilə ölçülür. 🎯 Daha yüksək EQ və SQ sahibi olan insanlar, yüksək IQ sahibi, ancaq aşağı EQ və SQ əmsallarına malik insanlara görə daha uğurlu və mübariz olurlar. Məktəblərdə fərdlərin IQ dərəcələri daha yaxşı inkişaf etdirilir, ancaq EQ və SQ üzərində işlənilmədiyi üçün bir çox insanda bu zəka əmsalları zəif olur. 📌 EQ xarakterinizi, SQ isə xarizmanızı təmsil edir. Ancaq bu üç zəka əmsalını eyni anda inkişaf etdirmək üçün vərdişlərə sahib olmalısınız. Bu vərdişlər barədə uzun məqaləmiz olacaq. 4. Dözümlülük intellekti (AQ) - Həyatda çətin anlarda necə davrandığınızı və öhdəsindən necə gəldiyinizi ölçən zəka əmsalıdır. 🧭 Zəkasız insan yoxdur, ondan düzgün istifadə edə bilməyən, inkişaf etdirməyən insan var. Sadəcə IQ yox, digər keyfiyyətlərə də fokuslanmaq, insanların fərd olaraq yetişməsində böyük rol oynayır.

🐈 Yaponiyanın pişiklər adası Aoshima ℹ️ Yaponiyada yerləşən bu adanın bu cür adlandırılmasının səbəbi burada yaşayan pişiklə
🐈 Yaponiyanın pişiklər adası Aoshima ℹ️ Yaponiyada yerləşən bu adanın bu cür adlandırılmasının səbəbi burada yaşayan pişiklərin insanların sayından qat qat çox olmasıdır. Əvvəllər adada pişiklər olmadığı üçün siçanlarla mübarizə apara bilməyən insanlar, bu məqsədlə adaya 2 pişik gətirir. Siçovulları tutmaq üçün adaya gətirilən 2 pişik nəzarətsiz şəkildə çoxalmağa başladığı üçün sayları insan sayından 6 dəfə çoxdur. 📌 Ada sakinlərinin məqsədi balıqçı qayıqlarındakı siçanları təmizləmək idi. Sadəcə 22 nəfərin yaşadığı ada artıq pişiklər tərəfindən "işğal" olunub. Ancaq bu, eyni zamanda böyük marağa səbəb olub və hər il minlərlə turist bu adanı görmək üçün buranı ziyarət edir. 🗂️ Aoshima adasında 1945-ci ilə qədər 900 nəfər yaşayırdı. İkinci Dünya müharibəsindən sonrakı böhran dövründə ada əhalisinin əksəriyyəti köçmüşdü. Adada pişikləri bəsləmək üçün xüsusi yerlər var. Saylarının çox olmasına baxmayaraq, sakinlər onları bəsləyir və qayğısına qalır.

📢 1883-cü ildə baş verən Krakatoa vulkan püskürməsi dünyanın ən şiddətli səsə malik təbiət hadisəsi sayılır. ℹ️ Səs dalğalar
📢 1883-cü ildə baş verən Krakatoa vulkan püskürməsi dünyanın ən şiddətli səsə malik təbiət hadisəsi sayılır. ℹ️ Səs dalğaları dünyanı bir neçə dəfə dövr etmiş və müxtəlif yerlərdən eşidilmişdi. Bu partlayış həmçinin yaxınlığındakı insanların eşitmə qabiliyyətlərini tamamilə itirməsinə səbəb olmuşdu.

Bu ağacın altındakı torpağı dəniz dalğaları yuyub aparıb. Heç şübhəsiz ki, ağacın kökü çox dərindir. Həmin köklər torpağın də
Bu ağacın altındakı torpağı dəniz dalğaları yuyub aparıb. Heç şübhəsiz ki, ağacın kökü çox dərindir. Həmin köklər torpağın dərin qatlarına enməklə, həm torpaq üzərindəki hissənin inkişafına kömək edir, həm də dərin qatlardakı minerallarla ağacı qidalandırır. 🌲

🔍 Arıların riyaziyyatı anladığını desək, reaksiyanız necə olar? 🐝 ❓ Arı yuvaları üzərindən çox maraqlı analiz aparılıb. Bel
🔍 Arıların riyaziyyatı anladığını desək, reaksiyanız necə olar? 🐝 ❓ Arı yuvaları üzərindən çox maraqlı analiz aparılıb. Belə ki, arı yuvaları bildiyimiz kimi altı bucaqlıdır. Niyə ancaq altı bucaqlı? 🎙 Əgər beşbucaqlı şəkildə yuvanı qurmağa çalışsanız, sistem qəribə olar. Dairələr şəklində yığılsa, arada boşluqlar qalar. Ancaq elə bir sistem lazımdır ki, yuva qurmaq üçün az resurs sərf olunsun. Bu zaman önünüzdə sadəcə üç seçim var: bərabərbucaqlı üçbucaq, kvadrat və arıların istifadə etdiyi altıbucaqlı. Bəs arılar niyə məhz altıbucaqlı seçir? ℹ️ Riyazi hesablamalar nəticəsində məlum olub ki, əlsində üçbucaqlı və kvadrat şəklində yuvalar üçün daha çox bal mumu lazımdır, ancaq altıbucaqlı ilə arılar minimum bal mumu istifadə etməklə yuvalarını rahat qururlar. 🐝 Bu riyazi həll sonralar müşahidələr sonrasında təsdiqini tapdi. Ancaq arılar bu riyazi hesablamanı milyon illər əvvəl öyrəniblər.

🗳️ Bu gün Türkiyədə prezident seçkiləri keçirilir. Türkiyə siyasi tarixində ilk dəfə seçkilərdə 93,6% ilə rekord iştirak qey
🗳️ Bu gün Türkiyədə prezident seçkiləri keçirilir. Türkiyə siyasi tarixində ilk dəfə seçkilərdə 93,6% ilə rekord iştirak qeydə alınıb. ℹ️ 2018-ci ildə bu rəqəm 86,24%, 2014-cü ildə isə 74,13% olub. Qutuların açılma prosesi başlayıb və gün ərzində nəticələr elan olunmağa başlayacaq. ❓ Sizcə kim prezident seçiləcək?

📢 Fotolarda Antarktidanı həmişə ağ və buzlu görürük. Ancaq 1911-ci ildə kəşf edilmiş "qırmızı şəlalə" bunun belə olmadığına
📢 Fotolarda Antarktidanı həmişə ağ və buzlu görürük. Ancaq 1911-ci ildə kəşf edilmiş "qırmızı şəlalə" bunun belə olmadığına dair əyani sübut idi. 🧭 Təxminən 112 il əvvəl Avstraliyalı geoloq Taylor Griffith buzlaqların birində qırmızı rəngli su püskürən şəlalə kəşf etdi. O, suyun rənginin qırmızı yosunlarla bağlı olduğunu düşünsə də, sonradan onun bu nəzəriyyəsi təkzib edildi. Hazırda 'Qırmızı şəlalə' kimi adlandırılan suyun rənginin səbəbi, nümunələr götürülərək tərkibində dəmirin olmasının öyrənilməsinə qədər təxminən 100 il elm adamlarını çaş-baş qoydu. ℹ️ Məsələ burasındadır ki, şəlaləri qidalandıran su o qədər duzludur ki, donmur və mineral cəhətdən zəngindir. Duzlu su şəlalədən püskürüb oksigenlə əhatələndikdə, tərkibindəki dəmir elementləri oksidləşir və qırmızı tona çevrilir. Bu da şəlalənin suyunu qırmızı rəngə çevirir.

🔍Sənaye inqilabının ən pik nöqtəsi olan 18-ci əsrdə Britaniyada evlərdə quraşdırılan qızdırıcılarda əlavə bölmələr olurdu. �
🔍Sənaye inqilabının ən pik nöqtəsi olan 18-ci əsrdə Britaniyada evlərdə quraşdırılan qızdırıcılarda əlavə bölmələr olurdu. 📍Bu bölmələrdə insanlar yeməklərini qızdırırdılar. Buna görə də qızdırıcıların çəkisi olduqca ağır olurdu.

🔍 Roma imperatoru Caligulaya aid olan bu üzüyün təxminən 2000 yaşı olduğu düşünülür. Üzərində isə həyat yoldaşı Caesonianın
🔍 Roma imperatoru Caligulaya aid olan bu üzüyün təxminən 2000 yaşı olduğu düşünülür. Üzərində isə həyat yoldaşı Caesonianın silueti təsvir olunub.

📸 Nyu York şəhərində yerləşən "Azadlıq Heykəli"nin 1916-cı ildə çəkilmiş, nadir fotosu. ℹ️ Bu foto heykəlin məşəl hissəsində
📸 Nyu York şəhərində yerləşən "Azadlıq Heykəli"nin 1916-cı ildə çəkilmiş, nadir fotosu. ℹ️ Bu foto heykəlin məşəl hissəsindən çəkilib. 1916-cı ilə qədər bura turistlərin çıxmasına icazə verilirdi. Ancaq həmin ildə baş verən "Black Tom" partlayışından sonra məşəl hissəsi böyük zərər gördü və birdəfəlik bağlandı. 🎯 Partlayışın bu cür adlandırılması yaxında yerləşən ada ilə bağlı idi. Black Tom adasında o vaxt Birinci Dünya müharibəsi zamanı Avropa ölkələrinə satılacaq böyük miqdarda silah-sursat istehsal edirdi. ABŞ 1917-ci ilə qədər müharibəyə girmədi, lakin Amerika istehsalı olan silahların İngiltərə və Fransaya göndərilməsi Almaniya tərəfindən təcavüz aktı kimi qəbul edildi. 📢 Adadakı partlayışın əvvəlcə diqqətsiz işçilər, daha sonra da almanlar tərəfindən törədildiyi iddia olundu. Partlayışın qəlpələri heykəli ciddi şəkildə zədələdiyi üçün bu hissə birdəfəlik bağlandı. Sonradan partlayışın nazi Almaniyasının törətdiyi üzə çıxarıldı və 1970-ci ildən sonra 25 milyon dollarlıq zərər almanlara ödətdirildi

📸 Dünyanın ən gözəl parlament binalarından biri kimi qəbul edilən Macarıstan Parlament binası Budapeştdə Dunay çayının sahil
📸 Dünyanın ən gözəl parlament binalarından biri kimi qəbul edilən Macarıstan Parlament binası Budapeştdə Dunay çayının sahilində yerləşir. 🎯 Hər il 700000 turisti cəlb edən bina Avropanın ən sıx ziyarət edilən dövlət qurumu binasıdır. Bina həm muzey kimi, həm də qanunverici qurum kimi fəaliyyət göstərir. ℹ️ Tikintisinə 1885-ci ildə başlanılmış, 1904-cü ildə açılışı baş tutmuşdu. Hündürlüyü 96 metr olan bina 18000 kvadrat metr ərazini əhatə edir. Binada 691 otaq, 28 giriş, 10 həyət və 29 pilləkən var.

📸 Şəkildə gördüyünüz bu qəza 1895-ci ildə Fransanın Paris şəhərində baş vermişdi. 22 Oktyabr tarixində baş verən bu hadisəyə
📸 Şəkildə gördüyünüz bu qəza 1895-ci ildə Fransanın Paris şəhərində baş vermişdi. 22 Oktyabr tarixində baş verən bu hadisəyə səbəb Granville-Paris Express qatarının sürəti düzgün tənzimləməməsi və bufer zonasından çıxması olmuşdu. ℹ️ Lokomotivin yoldan çıxaraq bu cür çırpılmasına baxmayaraq, demək olar ki, saz vəziyyətdi idi. İçində olan 6 sərnişin də qəzadan yüngül xəsarətlə qurtulmuşdu.

📱 Dünyanın ilk funksional mobil telefonu ℹ️ 1983-cü ildə istifadəyə verilən ilk mobil telefon olan Motorola DynaTAC modeli 3
📱 Dünyanın ilk funksional mobil telefonu ℹ️ 1983-cü ildə istifadəyə verilən ilk mobil telefon olan Motorola DynaTAC modeli 3995 dollardan satışa çıxarılmışdı. Təxminən 1 kq ağırlığa malik olan telefon 10 saata enerji yığırdı və sadəcə 30 dəqiqə ərzində istifadə oluna bilinirdi. 🎯 Bu telefon cibə sığışmasa da, ölçülərinə və funksiyalarına görə ilk mobil telefon sayılır. Motorola DynaTAC 8000X ilə bağlı ilk fikirlər 1973-cü ildə ortaya çıxmış, ancaq real prototip 10 il sonra təqdim olunmuşdu. Olduqca az sayda istehsal edildiyi üçün böyük kütlə tərəfindən istehsal olunmamışdı. 📸 Şəkildə gördüyünüz şəxs - Motorola şirkətinin prezidentinin köməkçisi John F. Mitchell əlində yeni məhsulu tanıdır.

🔍 1989-cu ildə NATO-nun öz üzvləri barədə "zarafatyana" hazırladığı poster.
🔍 1989-cu ildə NATO-nun öz üzvləri barədə "zarafatyana" hazırladığı poster.

🦅 Şəkildə gördüyünüz dünyanın ən təhlükəli quşlarından biri sayılan Cassowary adlı quşun pəncəsidir. Caynaqları ilə ölümcül
🦅 Şəkildə gördüyünüz dünyanın ən təhlükəli quşlarından biri sayılan Cassowary adlı quşun pəncəsidir. Caynaqları ilə ölümcül yaralar açmaq qabiliyyəti var. 🎯 Əgər bu quş hər hansı canlını (insan daxil olmaqla) təhlükə kimi qəbul etsə, pəncələri ilə hücum edir. 1.5 metr hündürlüyə və 60 kq çəkiyə malik olduğu üçün aldığı güclə 10 sm uzunluqda dərin yaralar aça bilir. ℹ️ Ömürləri isə təxminən 50 ildir.

📚 Bu gün kitab oxumaq, mütaliə edib beynimizi qidalandırmaq üçün əlimizdə çox geniş imkanlar var: istər yanımızdan ayırmadığ
📚 Bu gün kitab oxumaq, mütaliə edib beynimizi qidalandırmaq üçün əlimizdə çox geniş imkanlar var: istər yanımızdan ayırmadığımız, demək olar, bədənimizin bir üzvünə çevrilmiş elektron ekranlar, istər gözlərimizi qımıldatmadan, sadəcə, qulaqlıqdakı səslərə qulaq verdiyimiz audio vasitələr, istərsə də ənənəvi, klassik, dördkünc formalı kağız kitablar… 🎯 Bir çox hallarda, əsasən də, məlumatsızlığa görə, böyük həvəslə kitab oxumaq istəyən insanlar nəyi, necə, hansı üsulla oxuyacaqlarına qərar verə bilmirlər. Oxu vasitələrindən – kağız, elektron və audio kitablar, onların üstünlükləri və çatışmazlıqlarından xəbərdar olsaq, bəlkə də, daha aktiv, dinamik, məhsuldar bir oxucuya çevrilərik. ✍️ Bu dəfəki bloq yazımızda kağız, elektron və audio kitablar və onlar arasındakı fərqlərdən bəhs edirik. https://sciencearc.com/kagiz-elektron-ya-audio-kitablar/

📸 National Geographic jurnalının çəkdiyi bu foto dünyanın ən trend, haqqında çox danışılan və 2022-ci ilin qalib olan şəkill
📸 National Geographic jurnalının çəkdiyi bu foto dünyanın ən trend, haqqında çox danışılan və 2022-ci ilin qalib olan şəkillərindən biridir. 🦏 Hazırda dünyada sadəcə iki ağ kərgədan yaşayır və onlardan biri - 33 yaşlı Najin 24 saatın hər saniyəsi qaçaq ovçulara qarşı qorunur. Najin və digər ağ kərkədan Fatu (qızı) təbiətdə yaşayan yeganə ağ kərkədanlardır və təəssüf ki, sonuncu erkək ağ kərkədan 2018-ci ildə həyatını itirib. ℹ️ Hazırda onun nəslini davam etdirmək üçün süni mayalanma metodu üzərində bir qrup alim çalışır və 2024-cü ildə ilk ağ kərkədan balasının doğulmasına ümid edirlər. Əgər bu baş verməsə, ağ kərkədanlar artıq nəsli kəsilmiş kimi qəbul ediləcək.

📢 Norveç xaç səfərləri (səlib yürüşü) digərlərindən olduqca fərqli idi. 1107-ci ildə Norveç kralı I Sigurd 60 gəmi ilə Qüdsə
📢 Norveç xaç səfərləri (səlib yürüşü) digərlərindən olduqca fərqli idi. 1107-ci ildə Norveç kralı I Sigurd 60 gəmi ilə Qüdsə doğru yola düşür. Onun məqsədi müqəddəs torpaqları ziyarət edən ilk avropalı olmaq idi. Yürüşü təxminən 4 il çəkdi və bu səfər zamanı Sirgud əsgərləri ilə birlikdə çox sayda müharibədə iştirak etdi. Xəritədə adlarını gördüyünüz hər yerə girmiş və talan etmişdilər.

🧐 Okeanın üzərində asılı vəziyyətdə göl görmüşdünüzmü? 🎯 Sorvagsvatn gölü Farer adalarının Danimarka arxipelaqında yerləşir
🧐 Okeanın üzərində asılı vəziyyətdə göl görmüşdünüzmü? 🎯 Sorvagsvatn gölü Farer adalarının Danimarka arxipelaqında yerləşir. Gölün ortalama dərinliyi 27 metr, ən dərin nöqtəsi isə 59 metrdir. ℹ️ Göl yerləşdiyi mövqeyə görə optik illuziya yaradır. Əslində bu göl dəniz səviyyəsindən cəmi 30 metr yüksəklikdə yerləşir. Göl 3.6 kv km.-lik ərazini əhatə edir. Hər il milyonlarla turisti cəlb edən gölü bu formada görmək üçün Trælanípa uçurumuna qalxmağınız lazımdır.

📢 İslandiya Orta Antlantik silsiləsində yerləşir və iki hissəyə ayrılır. Ölkənin bir hissəsi Şimali Amerika, digər hissəsi d
📢 İslandiya Orta Antlantik silsiləsində yerləşir və iki hissəyə ayrılır. Ölkənin bir hissəsi Şimali Amerika, digər hissəsi də Avrasiya plitəsində yerləşir. Bu plitələr il ərzində təxmin 2-3 sm bir birindən uzaqlaşır. Əgər İslandiyaya səyahət etsəniz, tektonik plitələrin izini çox yerdə görə bilərsiniz. ℹ️ Bu sahələrdən ən məşhuru Tingvellir Milli parkıdır. Bu ərazi iki tektonik plitə arasında gəzə biləcəyiniz yeganə yerdir və YUNESKO-nun Dünya Mədəni İrsi siyahısındadır. Parkın mərkəzində Öxarárfoss şəlaləsi var. Bu şəlalə Şimali Amerika plitəsindən Avrasiya plitəsinə doğru axır. 13 metr hündürlüyə malik olan şəlalə qışda uzun müddət donur. Parkda mövcud olan Silfra çatı iki tektonik plitə arasında üzə biləcəyiniz yeganə yerdir. Bu çat 1789-cu ildə baş verən zəlzələdən sonra əmələ gəlib. 📌 Maraqlı fakt: → “-foss” şəkilcisi şəlalə mənasını verir. İslandiyadakı şəlalələrin adları bu şəkilçi ilə bitir. → “-jökull” isə buzlaqlar üçün istifadə olunan şəkilçidir. Bütün buzlaqların adı bu şəkilçi ilə bitir.