Science Arc
Open in Telegram
🔬Elmi məqalələr 📍 Xaricdə təhsil/karyera 📡Texnologiya ⏳Maraqlı faktlar 🔭Şəxsi inkişaf Digər platformalar: 🔍https://sciencearc.com 💡Facebook: ScienceArc 🎙Instagram: sciencearc.blog 🎬YouTube: https://www.youtube.com/c/AliyarAzimov Əlaqə: @azmff
Show more1 050
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
1 050
🧐 Bu, Avropada və dünyada kəşf olunmuş ən qədim taxta pilləkən sayılır. 3100 yaşı olduğu hesablanan bu pilləkən Avstriyanın Halştat regionundakı duz mədənində üzə çıxarılıb. Uzunluğu 8 metr, eni isə 1.20 metr olan bu pilləkən Tunc dövrünün memarlıq stilində inşa edilib.
🗂️ Halştatda yerləşən duz mədəni olduqca qədimdir və arxeoloqlar burada öz tədqiqatlarını davam etdirirlər. Bu pilləkənin kəşf olunması da məhz bununla bağlıdır. Tapıntının əhəmiyyəti təkcə onun yaşı və tikinti üslubunda deyil, həm də keçmişin texnologiyaları və mühəndislik üsulları ilə bağlı yaratdığı fikirlərdədir.
1 050
⛵️ 1969-cu ildə britaniyalı iş adamı və həvəskar dənizçi Donald Crowhurst şöhrət və sərvət qazanmaq ümidi ilə yaxtası ilə dünya səyahətinə çıxmışdı. Lakin o, tezliklə qayığının bu çətinliyə tab gətirməyəcəyini anladı və apardığı qeydləri saxtalaşdırmaq qırarına gəldi.
✍️ Dünya səyahəti yarışında o, rekord sürətlə üzdüyünü qeyd etsə də, əslində Atlantik okeanında məqsədsiz şəkildi drift edirdi. Onun məqsədi finiş xəttinə yaxın məsafədə yenidən yarışa qoşulmaq və səyahəti tamamladığını göstərmək idi.
⛔️ Lakin onun hiylələri o qədər mürəkkəb və riskli idi ki, bir müddət sonra paranoyya və hallüsinasiyalardan əziyyət çəkməyə başladı. Qeyd dəftərində çox anlamsız ifadələr istifadə etmişdi. Bu qədər paranoyyalara dayana bilməyən Donald intihar edir. Onun haqqında bütün bu məlumatlar isə sonradan tapılan qayığından və qeyd dəftərlərindən əldə edilir.
1 050
📢 Misir kralı Tutanxamon Misirin ən eybəcər hökmdarlarından biri hesab olunur.
🧐 Onun atası firon Akhenaton öz bacısı ilə evlənmişdi, buna görə də Tutanxamonunun fiziki qüsurları çox idi. Buna baxmayaraq, o 9 yaşında taxta çıxmışdı. 19 yaşında faciəvi şəkildə dünyasını dəyişən hökmdar tələsik firon üçün nəzərdə tutulmayan məzarda dəfn edilmişdi. Sonrakı illərdə də onun adı bütün qeydlərdən silinmişdi.
⛔️ Onu tarixdən silmək istəmələrinə baxmayaraq, bu gün firon Tutanxamon Misirin ən məşhur və ən çox öyrənilən hökmdarı sayılır.
1 050
🐴 1919-cu ildə, Birinci Dünya müharibəsindən sonra 650 əsgər toplanaraq döyüş ərzində ən yaxın yoldaşları olan atlarını yad etmək üçün bu görüntünü əmələ gətirmişdilər. Milyonlarla heyvan müharibə dönəmində əsgərlərə xidmət etmiş, bu xüsusi çəkilmiş foto isə insanların heyvan həmkarlarını nə qədər yüksək qiymətləndirdiyini göstərirdi.
1 050
🤸🏻♀️ Rick Winters 1983-cü ildə 52 metr yüksəklikdən suya tullanaraq bu sahədə dünya rekordunu qırmışdı. Onunla bərabər 4 nəfər də bu yüksəklikdən tullanaraq bu rekorda adlarını yazdırmışdılar.
⛔️ Ancaq Randy Dickinson bu rekordu qırmaq üçün 53 metrdən tullanmağa qərar verir. Bu yüksəkliklərdən suya tullandıqda olduqca diqqətli olmaq lazımdır. Pozisiyanı düzgün seçmədikdə çox ağır nəticələri olur. Randy də suya tullanan zaman öz mövqeyini tənzimləyə bilməmiş, arxası üstə suya çaxılaraq ağır zədələr aldı. Onu xəstəxanaya çatdırmaq mümkün olsa da, sağaldıqdan sonra bir daha bu idman növü ilə məşğul olmadı.
1 050
🧐 ABŞ Hərbi Dəniz Qüvvələrinin kiçik zabiti Duqlas Brent Vyetnam müharibəsi zamanı əsir düşmüşdü. Onu əsir götürənlər lal olduğunu düşünürdülər, buna görə də ona "axmaq" ləqəbini vermişdilər. Əsir olduğu müddətdə danışmayan Duqlas axmaq kimi davranır, sadəcə mahnı zümzümə edirdi.
⛔️ Əsirlikdən xilas olduqdan sonra ABŞ-a qayıdan Duqlas ABŞ hərbçiləri tərəfindən axtarılan 256 yoldaşının adını söyləmiş, onların əsirlikdə olduğunu təsdiqləmişdi. O, bu adları yadında saxlamaq üçün "Old MacDoland Had a Farm" mahnısının sözləri ilə əlaqələndirmiş və beləliklə, orada olan əsirlərin adlarını əzbərləmişdi.
1 050
📸 Çernobıl nüvə stansiyanın ilk fotosu 1986-cı il aprelin 26-da, qəzadan 14 saat sonra çəkilmişdi. Fotonu əldə etmək üçün ərazinin olduqca yaxınlığında helikopterdən istifadə olunmuşdu. Fotonun dənəvərli keyfiyyəti ərazidə olan radiasiya ilə bağlıdır. Bu radiasiya foto çəkilişi zamanı kameranı da sıradan çıxarmışdı.
🧐 Fotoqraf İqor Kostin radiasiyanın onun kamerasının motoruna olan təsirini 20 foto çəkdikdən sonra anlaya bildi. İndi gördüyünüz şəkildən başqa çəkdiyi bütün fotolar tamamilə yararsız hala (sadəcə qara fonda idi) düşmüşdü.
📢 Kostinin Çernobıla səfəri icazəsiz idi, ancaq sonradan əldə etdiyi icazə ilə nüvə stansiyası və Pripyat şəhərinin fotolarını çəkərək fəlakətin dünyaya çatdırılmasında böyük rol oynamışdı. Qəza ərazisinə yaxın fəaliyyət göstərsə də, bədəni radiasiyaya məruz qalmamışdı. O, 2015-ci ilə avtomobil qəzasında 78 yaşında həyatını itirib.
1 050
📸 Dünyanın ən qədim fotolarından biri Nicéphore Niépce tərəfindən 1826-cı ildə çəkilmiş "Le Grasda pəncərədən görünən mənzərə" adlı şəkildir. Helioqrafiya (özünün ixtira etdiyi proses) adlanan bu fotonu çəkmək üçün 8 saatdan bir neçə günə qədər müddət lazım idi.
1 050
🧐 Kim Ung-Yong NASA-da işləməyə başlayan ən gənc şəxs idi. O, 6 aylığında artıq danışmağa başlamışdı. İki yaşı olarkən axıcı şəkildə fransız, alman, ingilis və koreya dillərində danışırdı. Üç yaşından etibarən cəbri öyrənmiş, çətin riyazi məsələləri həll edirdi.
🧭 8 yaşında isə ABŞ-a NASA tərəfindən tədqiqat üçün dəvət edilmişdi. Həmin ildə Kolorado universitetinin nüvə fizikası üzrə təhsil almağa başlamışdı. Bir çox mənbəyə görə o, 210 İQ dərəcəsinə sahibdir.
1 050
🧐 Şəkildə gördüyünüz şəxsi Sanju Bhagatdır. 20 yaşına qədər normal həyat yaşayan bu adamın qarnı birdən birə böyüməyə başlamışdı.
🩺 1999-cu ildə qarnının bu qədər genişlənməsinə görə o, artıq nəfəs ala bilmirdi. Vəziyyəti pisləşdiyi üçün xəstəxanaya aparılan Sanjunu həkimlər müayinə edib, mədəsində şiş (tümör) olduğu üçün əməliyyata hazırladılar.
🤯 Ancaq onun mədəsini yardıqda isə onun mədəsindən 35 ildir ki, doğulmamış qardaşı üzə çıxdı. Tibbdə buna fetus içində fetus deyilir və olduqca nadir hadisə sayılır.
🎯 Bu hal əkizlərin bir birindən ayrılmadığı hallarda baş verir. Belə olduqda əkizlərdən biri digərinin bədənində inkişaf edir və elmdə "parazit əkiz" kimi adlanır.
1 050
🛳️ SS Warrimoo gəmisi eyni anda fərqli iki gündə, ayda, ildə, fəsildə və əsrdə olmağı bacaran yeganə gəmidir.
🧭 Bu gəmi Vankuverdən Avstraliyaya doğru hərəkət edirdi. Ancaq o, ekvator xəttinə 31 dekabr 1899-cu ildə çatmışdı. SS Warrimoo gecə yarısı beynəlxalq zaman xəttinin keçdiyi yerdə ekvatorda yavaş sürətlə hərəkət edirdi.
🎯 Gəminin bu mövqesinin nəticələri isə bunlar idi:
- Gəminin burnu yayın qızğın vaxtında Cənub yarımkürəsində idi.
- Gəminin arxa hissəsi qış fəslini yaşayan Şimal yarımkürəsində idi.
- Gəminin arxa hissəsindəki tarix 31 dekabr 1899-cu il idi.
- Gəminin ön hissəsindəki (lövbər) tarix isə 1 yanvar 1900-cü il idi.
📢 Nəticədə bu gəmi sadəcə iki fərqli zamanda deyil, iki fərqli gündə, ayda, ildə və fəsildə idi.
1 050
🔍 VS-300 havada uğurlu şəkildə uçuş reallaşdıran ilk helikopter idi. İlk dəfə 14 sentyabr 1939-cu ildə 75 at gücünə (56 kW) malik motorla havalanmışdı. Ancaq ilk uçuşda kəndirlərlə bağlı vəziyyətdə hərəkət edirdi. İlk sərbəst uçuşu isə 13 may 1940-cı ildə reallaşdırmışdı.
ℹ️ Helikopterin ixtiraçısı isə Ukrayna əsilli ABŞ vətəndaşı Vought Sikorsky idi. VS-300 ABŞ-da tək qaldırıcı rotordan istifadə edən və antitork üçün tək şaquli təyyarə quyruq rotorunun konfiqurasiyasına malik olan ilk uğurlu helikopterdir.
1 050
🐺 Bu it dünyanın ən nəhəng və güclü itlərindən biridir. Qurd it kimi bilinən bu itin ölçüləri olduqca böyük olur.
Bu növün DNT analizində 87,5% boz qurd, 8,6% Sibir qurdu və 3,9% alman şepardının genləri aşkarlanıb.
🧐 Bu qədər nəhəng və güclü olmasına baxmayaraq, əhliləşdirilir və insanlara qarşı təhlükə yaratmır.
Şəkildə gördüyünüz bu it isə əvvəli sahibi tərəfindən ölçülərinə görə heyvan sığınacağına atılmışdı.
1 050
🐘 Şəkildə gördüyünüz Lyubadır. O, təxminən 41800 il əvvəl yaşamış, 30-35 gün ömür sürə bilmiş körpə mamontdur. İndiyə qədər olduqca yaxşı şəkildə qalmış mamont mumiyası sayılır.
ℹ️ Onu Yuri adlı ovçu və onun uşaqları Sibirdə təsadüfən tapıblar. Bəzi sınaqlardan sonra alimlər belə qənaətə gəliblər ki, körpə mamont ölümündən qısa müddət sonra bədəninə daxil olan bakteriyaların laktik turşu ifrazına görə belə qala bilib.
🔬 Müayinələr zamanı onun orqanlarının çürümədiyi, hətta bağırsaqlarında qida qalıqlarının da olduğu aşkarlanıb. Araşdırmalar zamanı mamontun ölümünə səbəbin palçıqlı suda olduğu müəyyən edilib.
🎯 Bu mamont təxminən 85 sm uzunluqda, 50 kq ağırlıqda olub.
1 050
⚔️ İkinci Dünya müharibəsi zamanı Berlin zooparkı bombalanmış və tamamilə dağıdılmışdı. Zoopardakı bəzi heyvanlar isə müvəqqəti olaraq baxıcılarının evlərinə yerləşdirilmişdi.
ℹ️ Bu gördüyünüz şəkil 1943-cü ildə çəkilib və tarixin ən təsirli 100 fotosu arasında öz yerini tapıb.
1 050
🦅 Bir qartalın pəncəsinin böyüklüyünü görmək istəyirsinizsə, bu şəkilə baxın. Qartallar şikarlarını seçdikdə, iri caynaqları ilə ölümcül zərbə endirə bilirlər.
1 050
⚔️ Şəkildə gördüyünüz eramızdan əvvəl 490-cı ildə Yunanıstana farsların ilk hücumu zamanı baş vermiş Marafon Döyüşündə həlak olmuş əsgərin kəllə sümüyü və dəbilqəsidir.
🎯 2500 il əvvəl 10000 yunan əsgəri işğalçı fars ordusu ilə döyüşmək üçün Marafon düzənliyinə toplaşmışdı. Yunan əsgərləri əsasən Afina vətəndaşlarından, eləcə də Plataeadan olan bəzi əlavə qüvvələrdən təşkil olunuşdu. Fars ordusunda isə 25000 piyada və 1000 süvari var idi.
🏃🏻♂️ Rəvayətə görə, qələbə xəbərini çatdırmaq üçün döyüşdən az sonra Afinaya bir xəbərçi göndərilir. O, Marafondan Afinaya qədər olan bütün məsafəni (təxminən 40 km) dayanmadan qaçmış, şəhər idarəsinə “Biz qalib gəldik!” demişdi. Daha sonra isə ürəyi partlayaraq dünyasını dəyişmişdi.
1 050
ℹ️ Şəkildə gördüyünüz dünyanın indiyə qədər ən yaxşı qorunmuş mumiyasıdır. 15 yaşında La Doncella adlı bu qız İnka İmpersiyasında yaşayıb. O, 16 mart 1999-cu ildə Johan Reinhard və onun arxeoloji qrupu tərəfindən Llullaillaco zirvəsi yaxınlığında kəşf olunub.
🎯 Bu qız təxminən 1500-cü ildə baş tutmuş İnka dini ritualında qurban ediliblər. Təxminən 500 il bu şəkildə qalan mumiyaları hazırda Argentinanın Salta şəhərindəki muzeydə ziyarət etmək mümkündür.
1 050
🧐 Şəkildə gördüyünüz mumya Misir tarixinin ən qədim mumyasıdır. Təxminən 5500 yaşı var. Ginger adlı bu mumyanın 19 yaşında kürəyindən bıçaqlanaraq öldürüldüyü hesab olunur.
🐂 Onun sağ əlində isə öküz formalı tatu var. Öküz qədim Misirdə gücü və kişiliyi təmsil edirdi. Bu tatu da dünyanın ən qədim tatusu sayılır.
ℹ️ Mumyanı 100 ildən çox sərgilənən Britaniya Muzeyində görmək olar.
1 050
✈️ 1988-ci il aprelin 28-də Aloha Airlines şirkətinə məxsus təyyarənin tavanı uçuş zamanı yerdən 7300 km yüksəklikdə tamamilə qopmuşdu. Buna baxmayaraq pilotlar təyyarəni təhkükəsiz şəkildə endirə bilmişdilər.
