en
Feedback
Science Arc

Science Arc

Open in Telegram

🔬Elmi məqalələr 📍 Xaricdə təhsil/karyera 📡Texnologiya ⏳Maraqlı faktlar 🔭Şəxsi inkişaf Digər platformalar: 🔍https://sciencearc.com 💡Facebook: ScienceArc 🎙Instagram: sciencearc.blog 🎬YouTube: https://www.youtube.com/c/AliyarAzimov Əlaqə: @azmff

Show more
1 050
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
photo content

🎭 Şəkildə gördüyünüz Napoleon Bonapartın ölümündən 40 saat sonra bürüncdən hazırlanmış maskasıdır. Onun dövründə vəfat etmiş
🎭 Şəkildə gördüyünüz Napoleon Bonapartın ölümündən 40 saat sonra bürüncdən hazırlanmış maskasıdır. Onun dövründə vəfat etmiş görkəmli liderlər üçün maska hazırlamaq adət halını almışdı. ⚔️ Napoleon 1821-ci ildə mayın 5-də müqəddəs Helena adasında vəfat etmişdi. Napoleonun maskasının isə həkimi Francesco Antommarchi tərəfindən hazırlandığı hesab olunur.

🐝 Çovdar arıları (Bumble Bee) adətən yerin altında yerləşən pətəklərdə (50-500 fərd olmaqla) ictimai şəkildə yaşasalar da, y
🐝 Çovdar arıları (Bumble Bee) adətən yerin altında yerləşən pətəklərdə (50-500 fərd olmaqla) ictimai şəkildə yaşasalar da, yem toplayanlar, yəni erkəklər, xüsusilə işdən sonra yorulduqda çiçəklərdə yata bilirlər.

🧐 1940-cı ildə nazilər işğal planını hazırlamaq üçün Böyük Britaniyaya 12 casus göndərirlər. Həmin dövrlərdə nazi kəşfiyyatç
🧐 1940-cı ildə nazilər işğal planını hazırlamaq üçün Böyük Britaniyaya 12 casus göndərirlər. Həmin dövrlərdə nazi kəşfiyyatçıları yaxşı işləsələr də, hazır olmadıqları situasiyalar da çox olurdu. İngilis mədəniyyəti ilə tanış olmamaları, ingilis dilində danışa bilməmələri həmin casusları ələ vermişdi. ⛔️ Hətta casuslardan ikisi yolun yanlış istiqamətində velosiped sürdüyünə görə həbs edilmişdi. Bir nəfə isə səhər saat 10-da spirtli içki qəbuluna görə tutulmuşdu.

⚔️ 1941-ci ildə nazilər Afinanı işğal etdikdən sonra Milli Arxeologiya Muzeyini yağmalamaq və buradakı sərvəti Almaniyaya daş
⚔️ 1941-ci ildə nazilər Afinanı işğal etdikdən sonra Milli Arxeologiya Muzeyini yağmalamaq və buradakı sərvəti Almaniyaya daşımaq üçün muzeyə doğru irəliləmişdilər. ⛔️ Ancaq qarşılaşdıqları boş otaqlar oldu. 🧐 Müharibə başladıqdan sonra nazilərin üstünlüyünü görən yunanlar bütün heykəl və artefaktları muzeyin zirzəmisində xəndəyə gizlədib, üzərini betonla örtmüşdü. Müharibə bitənə qədər isə muzeyin sirrini heç kim aça bilməmişdi.

🩺 Şəkildə bu iki uşaq 1900-cü ildə Dr Allan Warner tərəfindən İngiltərədə çəkilib. Hər iki uşaq çiçək xəstəliyi keçirib. Sol
🩺 Şəkildə bu iki uşaq 1900-cü ildə Dr Allan Warner tərəfindən İngiltərədə çəkilib. Hər iki uşaq çiçək xəstəliyi keçirib. Solda olan uşağa bu xəstəliyə qarşı peyvənd vurulmamışdı. ⛔️ Çiçək xəstəliyinə qarşı hazırlanmış peyvənd yoluxucu xəstəliklə mübarizə baxımından ilk peyvənd kimi tarixi əhəmiyyətə malikdir. 1796-cı ildə həkim Edward Jenner göstərdi ki, inəklərdə görünən çiçək virusu insanlarda görünün ölümcül çiçək virusuna qarşı immun yarada bilir. Müasir peyvənd istehsal olunana qədər bu üsulla insanları təbii olaraq sağaldırdılar. 🎯 1958-ci ildən 1977-ci ilə qədər Ümumdünya Səhiyyə Təşkilatı çiçək xəstəliyini uğurla aradan qaldıran qlobal peyvənd kampaniyasına rəhbərlik etdi. Çiçək xəstəliyi tamamilə aradan qaldırılan yeganə insan xəstəliyi kimi tarixə keçdi.

📸 Gördüyünüz bu foto bu yaxınlarda NASA tərəfindən çəkilib. Qlobal istiləşmənin təsirləri özünü ciddi şəkildə göstərir.
📸 Gördüyünüz bu foto bu yaxınlarda NASA tərəfindən çəkilib. Qlobal istiləşmənin təsirləri özünü ciddi şəkildə göstərir.

✈️ ABŞ prezidenti Teodor Ruzveltin oğlu Birinci Dünya müharibəsində pilot kimi mübarizə aparmışdı. O, intensiv döyüşlərin bir
✈️ ABŞ prezidenti Teodor Ruzveltin oğlu Birinci Dünya müharibəsində pilot kimi mübarizə aparmışdı. O, intensiv döyüşlərin birində öldürüldü və onun təyyarəsi düşmən sərhədlərinin daxilində yerə çırpıldı. 🧐 Almanlar onun şərəfinə hərbi dəfn təşkil etdilər. Prezidentin oğlunun bu seçimi onları olduqca heyran qoymuşdu.

🩺 Dr. Rogozov təkbaşına appendisit əməliyyatı keçirən həkim idi. ⛔️ “Novolazarevskaya” stansiyasının yeganə növbətçi həkimi
🩺 Dr. Rogozov təkbaşına appendisit əməliyyatı keçirən həkim idi. ⛔️ “Novolazarevskaya” stansiyasının yeganə növbətçi həkimi Leonid Roqozov orada işlədiyi müddətdə hiss etdiyi narahatlıqlar səbəbindən özünə appendisit diaqnozu qoyur. Tədqiqat qrupunda ondan başqa həkim olmadığı üçün özünü əməliyyat etmək qərarına gəlir. 💉 Son dərəcə əlverişsiz şəraitdə və yalnız qarşısına qoyulan güzgü vasitəsilə əməliyyata başlayan həkim, əvvəlcə ağrıyan nahiyəyə lokal anesteziya tətbiq edir. Yanında olan alətlərlə əməliyyata başlayan Roqozov güzgü və əlindəki tibbi qayçı ilə iki saat davam edən əməliyyat keçirir. ⭐️ Əməliyyatdan sonra qısa müddət ərzində zəiflik hiss etsə də, mövcud əlamətlər aradan qalxır. Leonid Roqozovun bədən istiliyi 5 gündən sonra normallaşır və əməliyyatdan 7 gün sonra tikişləri götürülür. Təxminən iki həftədən sonra işinə qayıdır. 🧐 Bu inanılmaz cərrahiyyə əməliyyatı ilə tibb tarixinə düşən Leonid Roqozov 1961-ci ildə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilir.

🧐 1910-cu ildə Yaponiya Koreyanı müstəmləkəşədirmiş və Koreya sakinlərinə görülməmiş qarşı represiyyaya başlamışdı. Onlar Koreya dilini tamamilə qadağan, məktəblərdən Koreya tarixi ilə bağlı isə hər şeyi ləğv etmişdilər. Yapon əsgərlər 200 mindən çox tarixi əhəmiyyətli abidəni dağıtmışdı. Koreyalılar həmçinin meşələrin qırılmasına, landşaftın dəyişdirilməsinə, sürətli urbanizasiyaya cəlb olunmuşdu. 🧭 1930-cu ildə Çinə qarşı səfərbərliyə minlərlə koreyalı cəlb edilmiş, ön cəbhəyə göndərilmiş, qadınlar isə köləliyə məcbur edilmişdi. 1939-cu ilə qədər yapon hökuməti əhalinin 80%-nin soyadını dəyişdirmişdi. ⛔️ 1945-ci ildə Yaponiyanın təslim olmasından sonra Koreyada böyük xaos başladı. Çünki ABŞ və SSRİ Koreya üzərində razılaşa bilmirdilər. 1950-ci ildə SSRİ dəstəkli Şimali Koreya qoşunları 38-ci paraleldə Koreya müharibəsini başlatdı. Döyüşlər ərzində paytaxt Seul dörd dəfə ələ keçirilmişdi. Müharibədə 3 milyon insan həlak oldu. 📌 Ən az bilinən faktlardan biri də budur ki, 40-50000 koreyalı atom bombalarına görə faciəvi tale yaşayıblar. Onların çoxu məcburi olaraq Hiroşima və Naqasakiyə aparılaraq, istismar edilmişdilər.

photo content

🏴‍☠️ Bir dəfə Yuli Sezar piratlar tərəfindən qaçırılmışdı. Piratlar onu kimi olduğunu bilmirdi və azad olması üçün pul tələb
🏴‍☠️ Bir dəfə Yuli Sezar piratlar tərəfindən qaçırılmışdı. Piratlar onu kimi olduğunu bilmirdi və azad olması üçün pul tələb edirdi. 🤑 Onlar Sezarı azadlığıa buraxmaq üçün 20 talent (ölçü vahidi) gümüş istəmişdilər. Ancaq Sezar zarafat edərək, onun dəyərinin 50 talent olduğunu bildirmişdi. Həmçinin azad olduqdan sonra qayıdıb onları tutacağını və öldürəcəyini demişdi. 🎲 38 günlük əsirlik müddətində Sezar onlarla münasibətini yaxşı saxladı. Bu müddət ərzində onların oyunlarına qoşulur, şeirlər yazır, onların sözlərini qeydə alırdı. ⛔️ Nəhayət piratların tələb etdiyi pul ödənilir. O, sözünün üstündə duraraq, azadlığa çıxdıqdan dərhal sonra donanma topladı və onu əsir alan piratları ələ keçirmək üçün hərəkətə başladı. Onları tutduqdan sonra əsirlikdə zarafat etdiyi kimi edam etdi. Bu hadisə onun həm hazırcavablığına, həm də qabiliyyətinə nümunə kimi yaddaşlarda qalmışdı.

⚔️ İkinci Dünya müharibəsi zamanı yaponların Pearl Harbora hücumundan sonra gərginlik Amerika qitəsinə də yayıldı və Los Ance
⚔️ İkinci Dünya müharibəsi zamanı yaponların Pearl Harbora hücumundan sonra gərginlik Amerika qitəsinə də yayıldı və Los Anceles ətrafında döyüşlərə səbəb oldu. ⛔️ Ancaq bu gərginlik gözlənilməz hadisələrə də səbəb oldu. 24 fevral 1942-ci ildə Yaponiyanın Los Ancelesə mümkün hücumu ilə bağlı narahatlıqların artması fonunda vəziyyətlə bağlı bir sıra hesabatlar yayımlandı. Təsadüfən, ertəsi gün meteoroloqlar hava monitorinqi təcrübəsi üçün hava şarları buraxdılar. 📡 Hərbi radarlar bu şarları öz sistemində göstərdi və ABŞ qüvvələri onları yapon təyyarələri zənn edərək vurmağa başladılar. Bu, böyük xaosa da səbəb oldu. Nəhayət, yaponların Los Ancelesə hücum etmədikləri təsdiqləndi və hadisənin əsl mahiyyəti ortaya çıxdı. 🧐 ABŞ hərbi qüvvələri və idarəçiliyinin bu səhvi isə daha sonralar məşhur "yadplanetlilər" hekayələrinə döndü.

✈️ 1990-cı ildə Britaniya Hava Yollarına məxsus 5390 uçuş nömrəli sərnişin təyyarəsinin 5000 km yüksəklikdə ön şüşəsi qırılmışdı. Bu, kabində təzyiqin birdən birə aşağı düşməsinə, kapitan pilotun isə təyyarənin ön şüşəsindən sallanmasına səbəb oldu. Ancaq Nigel Ogdenin həmin anda kabinə girməsi kapitan pilotun həyatının xilas olmasına səbəb oldu. Ogden pilotu 20 dəqiqə boyunca ayağından yapışaraq tutmuşdu. ⛔️ Kabindəki digər pilot isə təcili enişə keçmişdi. Kabindəki bütün heyət kapitanın həyatını itirdiyini düşünsə də, Ogden onu buraxmadı. Ogden düşünürdü ki, əgər onu buraxsa, pilotun bədəni mühərrikə, qanada və ya stabilizatora ilişib daha böyük faciəyə səbəb ola bilər. Ogden onu nə qədər bərk tutsa da, pilotun bədəni çölə doğru sürüşür, başı isə təyyarənin gövdəsinə dayanmadan çırpılırdı. 🧐 20 dəqiqə sonra təyyarə Southampton Hava Limanına eniş etdi. Bu 20 dəqiqə ərzində Ogdenin üzü donmuş, gözünün biri zədələnmiş, çiyni isə çıxmışdı. Kapitan pilotun da həyatı möcüzəvi şəkildə xilas olmuşdu. Onun da üzü donmuş, əllərində və qollarında müxtəlif zədələr əmələ gəlmişdi. 🎬 Bu gördüyünüz şəkil isə bu hadisə üçün çəkilmiş Mayday! seriyasından kadrdır.

photo content

🏔️ Çində yerləşən Tianmen dağının zirvəsində, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə dünyanın ən hündür təbii heykəltəraş
🏔️ Çində yerləşən Tianmen dağının zirvəsində, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə dünyanın ən hündür təbii heykəltəraşlıq arxı kimi sayılan əlamətdar Tianmen mağarası yerləşir. Bu misilsiz və əlamətdar yerə getmək üçün "cənnət pilləkənləri" boyunca 999 addım qət etməlisiniz. Çin əfsanələrində 999 rəqəmi xeyirxahlığı, xoşbəxtliyi və xeyir-dua anlayışlarını təcəssüm etdirir. 🎯 Mağaranın hündürlüyü 130, eni isə 57 metrdir. Onun əmələ gəlməsi isə eramızdan əvvəl 263-cü ildə dağın uçurum hissəsinin kəskin şəkildə yerini dəyişdiyi epoxal məqama təsadüf edir.

✈️ 2003-cü ildə Luanda beynəlxalq hava limanında aviasiya tarixinin ən qəribə hadisəsi baş verdi. İki şəxs Boeing 727 təyyarə
✈️ 2003-cü ildə Luanda beynəlxalq hava limanında aviasiya tarixinin ən qəribə hadisəsi baş verdi. İki şəxs Boeing 727 təyyarəsini oğurlayaraq, havaya qaldırıb, bütün səlahiyyətləri şəxsləri və kəşfiyyat orqanlarını çaşbaş qoydular. Təyyarənin və cinayətkarların tapılması üçün aparılan geniş səylərə baxmayaraq, onlardan tapmaq mümkün olmadı. ⛔️ İndiyə qədər də təyyarə və cinayətkarların aqibəti bəlli deyil. Bu oğurluq bu şəxslərin təyyarəni necə oğurladığı, necə plan qurduğu və hara apardığı ilə bağlı bütün sirləri özündə birləşdirir. Ona görə də aviasiya tarixinin ən sirli hadisəsi sayılır.

photo content

🎥 1975-ci ildə Kodak şirkəti rəqəmsal kamera ixtira etmişdi. Ancaq bu ixtiranı sirr kimi saxlamağı seçmişdi. ⛔️ Şirkət qorxu
🎥 1975-ci ildə Kodak şirkəti rəqəmsal kamera ixtira etmişdi. Ancaq bu ixtiranı sirr kimi saxlamağı seçmişdi. ⛔️ Şirkət qorxurdu ki, bu ixtira onların ənənəvi film satışlarına mənfi təsir göstərə bilər. Kodak bu texnologiyanı ilk üzə çıxaran olmasa da, patentindən 2007-ci ilə milyardlarla dollar pul qazanmışdı. 🧐 Bu şəkildə gördüyünüz də ilk ixtira olunan rəqəmsal kameradır. Hazırda Amerikan Tarixi Milli Muzeyində qorunur. Kodak firması isə iflas edib.

📸 Bu, 40 il əvvəl Venerada çəkilən son fotodur. Venera-14 kosmik gəmisi 1982-ci ildə səthə enməyi bacarmışdı və sadəcə 57 də
📸 Bu, 40 il əvvəl Venerada çəkilən son fotodur. Venera-14 kosmik gəmisi 1982-ci ildə səthə enməyi bacarmışdı və sadəcə 57 dəqiqə işləyə bilmişdi. Veneranın səthindəki temperatur 465 dərəcə, təzyiq isə 94 atmosfer gücündədir. 🪐 Venera 14-ün məqsədi buradakı torpaq qatının tərkibini anlamaq, sıxlığını öyrənmək və atmosferik gurultunu ölçmək idi. Əldə edilən qeydlər dərhal Dünyaya göndərilmiş və burada analiz edilmişdi. Həmin tədqiqatlar nəticəsində isə Venerada küləyin sürətinin saniyədə 0.3-0.5 metr olduğu müəyyənləşdirilmişdi.