Science Arc
Open in Telegram
🔬Elmi məqalələr 📍 Xaricdə təhsil/karyera 📡Texnologiya ⏳Maraqlı faktlar 🔭Şəxsi inkişaf Digər platformalar: 🔍https://sciencearc.com 💡Facebook: ScienceArc 🎙Instagram: sciencearc.blog 🎬YouTube: https://www.youtube.com/c/AliyarAzimov Əlaqə: @azmff
Show more1 050
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
1 050
🧐 Ötən əsrin 70-ci illərində Şimali Koreyanın banisi hesab edilən Kim İr Senin (Kim II-Sung) boynunun sağ hissəsində bədxassəli şiş yaranmışdı. Şişin onurğa beyni və əsas beynə yaxın olmasına görə cərrahi yolla kəsib götürmək mümkün olmamışdı.
⛔️ Bu vəziyyəti ictimaiyyətdən gizlətmək üçün Kim İr Senin bütün ictimai fotoşəkilləri ancaq sol tərəfdən çəkilirdi. Şiş böyüməyə davam etdikcə, fotolarda görünən hissələri aradan qaldırmaq üçün diqqətlə fotoşəkil redaktəsindən istifadə edilirdi.
📸 Bu gördüyünüz fotoşəkil Kim İr Senin nadir şəklidir və əksər şəkillərdə gizlədilən şiş açıq şəkildə görünür. Fotoşəkildə Kim İr Sen və Macarıstan kommunist lideri Yanos Kadar arasındakı görüş təsvir olunub.
1 050
🧐 Vyetnam müharibəsi zamanı ən təhlükəli işlərdən biri "tunel siçovulları" kimi tanınan seçilmiş bir neçə nəfər tərəfindən həyata keçirilirdi.
⛔️ Bu naməlum qəhrəmanlar döyüş mühəndisləri kimi xüsusi təlim keçmiş Amerika, Avstraliya və Yeni Zelandiya əsgərləri idi. Onlar gizli kəşfiyyat aparmaq və düşmənin missiyalarını məhv etmək üçün Vyet-Konq yeraltı tunellərində sürünürdülər.
ℹ️ Tunel siçovulları silahlı minaları deaktivləşdirmək üçün yerlərini tapıb, lazım olan işləri görürdülər. Bu zaman onların tək arzusu hər iki ayaqları üstə sağ qalmaq idi. Əsgərlərin əksəriyyəti könüllü və bəstəboy idi. Qısa boyları onların dar yeraltı boşluqlarda rahat manevr etmələrini asanlaşdırırdı.
1 050
🛕 Misirin Asvan şəhərində 3500 illik qranit karxanasındakı "Yarımçıq obelisk"in havadan görünüşü.
🧐 Bu indiyə qədər ucaldılmış hər hansı qədim Misir obeliskindən təxminən üç dəfə kiçikdir. Bu gün uzunluğu 25 m olan bu obelisk, əgər qədim misirlilər tərəfindən tamamlansaydı, təxminən 41,75 m uzunluğa, 1090 ton ağırlığa sahib olardı.
💡 Obelisk 1922-ci ildə Reginald Engelbach tərəfindən ətraflı tədqiq edilmişdi. Onun yaradılması Hatşepsut (e.ə. 1508-1458) tərəfindən sifariş edilmişdi. Obeliksin yarımçıq qalmasının əsas səbəblərindən biri yuxarı hissəsində meydana gələn çatlar idi.
1 050
📸 SSRİ vətəndaşları radioya ilk dəfə 1928-ci ildə qulaq asmışdılar.
📡 1887-ci ildə alman fizik Heinrich Hertz radio dalğaların mövcudluğunu subüt etmişdi. Ancaq ondan bu kəşfin potensial tətbiqləri barədə soruşulanda "düşünürəm ki, heç nə" deyə cavab vermişdi.
🎖️ Çox keçmədən, bir neçə il sonra italyan mühəndis Guglielmo Marconi radionu ixtira etmiş, buna görə də 1909-cu ildə Fizika sahəsində Nobel mükafatı qazanmışdı.
1 050
⚔️ Xəndək və istehkamçı tuneli hücuma başlamaq üçün düşmənin istehkam və ya səngərlərinin altında dar bir tunel qazmağı nəzərdə tutan hərbi mühəndislik texnikasıdır.
🧐 Bu, Böyük Britaniya qoşunlarının 1-ci Dünya Müharibəsində çox istifadə etdiyi texnika idi.
💣1917-ci ildə Messines döyüşü zamanı ingilis qoşunları almanlar tərəfdə bu tunellərdən istifadə etməklə 19 mina partlatmı, 20 saniyə ərzində on minə yaxın alman əsgərini öldürmüşdü. Həmin partlayışdan günümüzə qədər qalan kraterlər əmələ gəlmişdi. Bu hadisə bəşər tarixinin ən ölümcül qeyri-nüvə partlayışı hesab olunur.
📸 Şəkildə təsvir olunan diaqram xəndək-istehkamçı tunel sistemini göstərir.
1 050
📸 Gördüyünüz şəkil Michael Jacksonun nadir şəkillərindən biridir. 1984-cü ildə Pepsi reklamı üçün məşq zamanı ciddi şəkildə yanmışdı. Bunun səbəbi onun saçında sürtülən spreyin işığın təsiri ilə alışması olmuşdu. Bu yanıqlardan sonra onu hiperbarik oksigen kamerasına yerləşdirmişdilər.
🧐 Baş dərisində yaranan yanıqlar o qədər güclü idi ki, onun həyatına son qoya bilərdi. Hiperbarik oksigen kamerası bu cür yanıqların tez sağalması üçün istifadə olunan vasitədir. O, kamerada olarkən, özünün fotosunun çəkilməsinə də icazə vermişdi.
🗞️ Amma təəssüf ki, bəzi xəbər agentlikləri bu şəkli kontekstdən çıxararaq Jacksonun qocalmaqdan qorxduğunu və qarşısını almaq üçün kameradan istifadə etdiyini tirajlamışdı.
1 050
📸 Şəkildə gördüyünüz bu xanım Vesna Vulovicdir. O, ən yüksək nöqtədən yıxılıb sağ qalan şəxs kimi Ginnesin rekordlar kitabına düşüb. O, 1972-ci ildə JAT 367 saylı uçuş təyyarəsində baş verən partlama nəticəsində 10160 metr hündürlükdən yıxılıb və o zamankı Çexoslovakiya ərazisinə düşüb.
🧐 Bəs bu necə mümkün olmuşdu? Təyyarədə baş verən partlayışdan sonra təyyarədəki bütün sərnişinlər aşağı donma temperaturundakı hava məkanına sovrularaq öldülər. Vuloviç isə gövdənin içində sıxışıb, qida arabasına ilişib qalmışdı. Nəticədə o, qarla örtülmüş sıx meşəlik əraziyə düşdü. Onun sağ qalmasının əsas səbəbi isə kabindəki təzyiqin aşağı düşməsi ilə qan təzyiqinin də düşməsi və huşunu itirməsi olmuşdu. Beləliklə, həmin hündürlükdə və aldığı zərbələrdən ürəyinin partlamasının qarşısı alınmışdı.
✈️ Vuloviç qəzadan sağ qurtulan yeganə şəxs idi. Aldığı zərbədən onun hər iki ayağı, fəqərələri, və bir neçə qabırğası sınmışdı. Onun hətta kəllə sümüyündə və çanağında da sınıqlar var idi. Bir neçə gün komada qaldıqdan sonra Vuloviç oyanmış və həkimlərdən siqaret istəmişdi. O, partlayışı və qəzanı xatırlamırdı. Onun sağalması isə cəmi 16 ay çəkdi.
1 050
🧐 Marsın səthi ilə bağlı elm adamları uzun müddətdir ki, tədqiqatlar aparırlar. Son dövrlərdə bu tədqiqatlar daha geniş vüsət alsa da, indiyə qədər Mars səthinə bir çox kosmik cihaz endirilib.
🛰️ Onlardan biri də Viking Lander 2 idi. Tədqiqatların əsas hədəfi Marsda həyata dair elementləri tapmaqdır. Bu elementlərdən biri sudur. Təbii ki, su təkbaşına bir şey ifadə etməsə də, insanların Marsı tədqiq etmək səbəblərindən biridir.
📸 Bu şəkil 1979-cu il mayın 18-də Utopia Planitia (Viking Landerin endiyi yer) ərazisində çəkilib. Yüksək keyfiyyətli bu şəkildə Marsda mövcud olan buzlaqlar qeydə alınmışdı.
1 050
🧐 2021-ci ilin noyabr ayında elm adamları Şimali Amerika tarixində böyük əhəmiyyətə sahib kəşfə nail olmuşdular. Onlar 21 000 - 23 000 il yaşı olduğu hesablanan insan ayağının izləri olan fosilləri üzə çıxarmışdılar. Bu daşlaşmış ayaq izləri bir vaxtlar Tularosa hövzəsində mövcud olan tarixdən əvvəlki gölün qədim sahilləri boyunca qorunub saxlanılmışdı.
🔬 Bu əlamətdar tapıntı Şimali Amerikanın bəşər tarixinə dair anlayışların yenidən formalaşdırılmasına səbəb oldu və insanların qitəyə təxmini gəlişini 10.000 il geriyə apardı. Qrupun qazıntı işləri zamanı əsasən yeniyetmə və uşaqlara məxsus 61 ayaq izi aşkar edilib. Güman edilir ki, böyüklər gölün kənarında əsas işlərlə məşğul olur, yeniyetmələr və uşaqlar isə aparmaq, daşımaq və bu qəbildən işlərlə bağlı məsuliyyət daşıyırdılar.
1 050
🧐 Bir zamanlar Osama Bin Laden insanlara qəhrəman kimi tanıdılırdı. Onlardan biri də İngiltərədə 1993-cü ildə "The Independent" qəzetində anti-sovet döyüşçüsü kimi təqdim olunan Bin Ladenin ordusunun sülh gətirdiyi barədə geniş yazı idi.
🗞️ Məqalə Robert Fisk tərəfindən dekabrda qələmə alınmışdı.
1 050
🧐 Bataqlıqda bataraq ölmək mümkündürmü?
🎬 Film səhnələrində təsvir olunan səhnələrdəki iddialar belədir:
ℹ️ Bataqlıqlar insanları içinə doğru çəkir. Bataqlıq içində mübarizə aparmaq mənasızdır, çünki qüvvət böyük olduğu üçün bataqlıq insanı içinə çəkir və boğularaq ölməsinə səbəb olur.
📢 Amma reallıq tamamilə fərqlidir. Bataqlıqlar “yırtılma qüvvəsi ilə incələn qeyri-Nyuton mayesi (shear thinning non-Newtonian fluid) kateqoriyasına daxildirlər. Yəni üzərində hər hansı təzyiq olmadığı təqdirdə qatı görünürlər (əslində isə gel kimidir). Amma üzərindəki təzyiqin 1% dəyişməsi belə bu gelin axıcılıq müqavimətinin azalamasına səbəb olur (yəni maye kimi davranmasına gətirib çıxarır). Buna görə də kimsə bataqlığın üzərində yeriməyə çalışsa, bataqlıq ilk addımın atıldığı anda maye kimi davranacaq və fərdin batmasına səbəb olacaq.
✍️ Ətraflı oxumaq üçün şərhlərdəki yazımıza keçid edin.👇
https://sciencearc.com/bataqliqda-batmaq-mumkundurmu/
1 050
🧐 Təsəvvür edin ki, sahib ola biləcəyiniz bir vərdiş sizin həyatınızı tamamilə dəyişə bilər.
💡 Böyük ehtimalla gündəlik həyatınızda dəyişiklik etmək istəyirsiniz: məsələn işləri ertələməmək, idman etmək və ya yeni bir şey öyrənmək. Bunun üçün planınızı qurub, iradənizi toplayıb hərəkətə keçirsiniz. Ancaq əksəriyyət kimi siz də uğursuzluğa düçar olursunuz.
📢 Bu bloq yazısında vərdişlərin möhtəşəm dünyasına kiçik səyahət edəcəyik və üzdə olduqca sadə görünən kiçik dəyişikliyin necə böyük dəyişikliklər dalğasına səbəb ola biləcəyini kəşf edəcəyik.
Ətraflı oxumaq üçün şərh bölməsindəki yazıya keçid edin.👇🏻👇🏻👇🏻
https://sciencearc.com/bir-verdis-butun-heyatinizi-nece-deyisir/
Yazının videosu tezliklə kanalımızda aktiv olacaq:
https://www.youtube.com/@azimoffff
1 050
☄️ 1833-cü il noyabrın 12-də çox intensiv meteorit yağışı baş tutmuşdu. O qədər intensiv idi ki, hər saatda səmada 100 mindən çox meteorit keçdiyini görmək olurdu (təxmini hesablama ilə). Bunu görən insanların bir çoxu dünyanın sonunun çatdığına inanmışdı.
🎨 Bu rəsm əsəri isə Adolf Vollmy tərəfindən həmin gün çəkilmişdi.
1 050
👑 Kraliça Genepil (1905-1938) Monqolustanın sonuncu kraliçası və sonuncu Monqol xanının həyat yoldaşı idi. Həyat yoldaşının vəfatından sonra o, 1938-ci ildə Monqolustan mədəniyyətini və köhnə rejimin qalıqlarını məhv etmək üçün həyata keçirilən SSRİ repressiyalarının qurbanı oldu.
⛔️ Bu dövrdə şamanlar və buddistlər də daxil olmaqla təxminən 20000-35000 "inqilab düşməni" edam edildi. Bu, Monqolustan əhalisinin 3-5%-ni təşkil edirdi.
🧐 Repressiyalardan möcüzəvi şəkildə xilas olan Genepilin qızı Tserexand anası barədə bunları demişdi: "Onu bir gecə qəfildən apardılar. O, bizi oyatmadı, bunun əvəzinə yastığımızın altına bir parça qənd qoymuşdu. Mən hələ də səhər qəndi tapdığım andakı sevinci xatırlayıram."
1 050
🧐 Fleuss oksigen balonunu ixtira edən adam idi. Onun məqsədi oksigenin heç kəsilməməsi və nəfəssiz qalmaması idi. Bununla da ölməyəcəyinə inanırdı. ⛔️ Ancaq həddən artıq oksigen qəbul etdiyi üçün 1876-cı ildə dünyasını dəyişdi.
1 050
⛪️ Şəkildə gördüyünüz tərk edilmiş malikanə 110 otaqdan ibarətdir və bu vəziyyət düşməsinin səbəblərindən biri Titanikdir.
⛔️ Bu möhtəşəm mülk Peter Widener tərəfindən 1897-ci ildə tikilib. 1915-ci ilin noyabrında Peter 80 yaşında səhhətindəki problemlərə görə dünyasını dəyişdi. Bu mülk isə əvvəlcə onun böyük oğluna, daha sonra isə nəvəsinə keçməli idi. Təəssüf ki, oğlu və nəvəsi məşhur Titanik qəzasında vəfat etdilər.
🧐 Onun ailəsi bu mülkü satışa çıxardı, ancaq sonrakı illər ərzində bina artıq əvvəlki əzəmətini itirirdi. 1943-cü ildə İkinci Dünya müharibəsi zamanı isə hərbi itlər üçün təlim meydançası kimi istifadə olunmağa başlandı. Binanın torpaq hissələri də daha sonra ayrıca satıldı. 1952-ci ildən etibarən isə bu bina demək olar ki, tamamilə boşdur və xarabalıqdan ibarətdir.
1 050
🧐 XX əsrin əvvəllərində Skandinaviya ölkələrində yeni doğulmuş körpələri soyuq havada yatırtmaq ənənə halını almışdı. Bunun məqsədi uşaqların təmiz havanı udması ilə (mənfi temperaturda belə), immun sistemlərinin güclənməsi və daha sağlam olmasına nail olmaq idi.
📌 Bu ənənə SSRİ-də də bir çox ailə tərəfindən, xüsusilə ötən əsrin 50-ci illərində tətbiq edilməyə başlanmışdı. Bu gördüyünüz şəkil bu ənənəniz bir nümunəsidir.
📸 1958-ci ildə Moskvada çəkilmiş fotoşəkildə uşaq arabalarında çöldə yatan, yorğan və xəz papaqlarla örtülmüş bir sıra körpəni görmək olar.
1 050
🔬 İsaak Nyuton həvəsli oxucu olmasına və saatlarla öz otağında mütaliə etməsinə baxmayaraq, əsl kəşfin müşahidə ilə baş verdiyinə və biliyin müşahidə əsasında formalaşdığına inanırdı.
🧐 Bir dəfə o gözünün xarici təsirlərə qarşı reaksiyasını öyrənmək üçün iynə ilə gözünü dürtmüşdü. Bu, tarixin ən məşhur sınaqlarından biri hesab olunur. İsak Nyuton gözünün tor qişasını birbaşa stimullaşdırmaqla işığın və rəngin təbiətini araşdırmaq istəyirdi. O, göz yuvasına - gözü ilə sümüyü arasına küt ucu olan tikiş iynəsini soxaraq, müxtəlif naxışlar və rənglər görənə qədər davam etdirirdi. O, öz müşahidələrini 1704-cü ildə nəşr olunan "Optiklər" kitabından da qeyd etmişdi.
👁️ Bunu o, göz yuvasına, gözü ilə sümüyünün arasına küt ucu olan uzun tikiş iynəsini soxaraq, müxtəlif naxışlar və rənglər görənə qədər təzyiq göstərərək edirdi. O, öz müşahidələrini 1704-cü ildə nəşr olunan “Optiklər” kitabında qeyd etmişdir.
🧠 Nyutonun sınağı riskli idi, çünki görmə qabiliyyətini tamamilə itirə bilərdi. Ancaq bu təhlükə onu sınağından uzaqlaşdırmadı, çünki gözün və beyinin işləmə mexanizmasını anlamaq istəyirdi.
🎯 Nyutonun təcrübəsi göstərdi ki, gördüyümüz rənglər cisimlərə xas deyil. Rəngələr işığın gözlərimizlə qarşılıqlı təsiri nəticəsində əmələ gəlir. O, həmçinin ağ işığın prizma ilə ayrıla bilən müxtəlif rənglərdən ibarət olduğunu kəşf etdi. Nyutonun təcrübəsi onun ixtiraçılıq və cəsarətinin, dəliliyinin, eləcə də optika sahəsinə verdiyi töhfənin əlamətdar nümayişi idi.
