Banco.az
Open in Telegram
Banklar və maliyyə haqqında ən maraqlı xəbərlər, analitika, məqalələr və vakansiyalar. Www.banco.az
Show more1 991
Subscribers
+324 hours
+17 days
-530 days
Posts Archive
1 991
💎Almazlarla bağlı Nazirlər Kabinetindən qərar
Nazirlər Kabineti 27 avqust 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Gömrük ekspertizasının aparılması Qaydaları"nda dəyişiklik edib.
Banco.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Azərbaycanda gömrük ekspertizası aparılması üçün "Qiymətli metallar və qiymətli daşlar haqqında" qanuna əsasən emal edilməmiş almazlara dair Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəyinin surəti lazım olacaq.
1 991
✈️✈️✈️Dünyanın ən yaxşı böyük hava limanları
1. Barselona-El Prat Josep Tarradellas Hava Limanı – İspaniya
2. Leonardo da Vinci-Fiumicino Hava Limanı – Roma, İtaliya
3. Los-Anceles Beynəlxalq Hava Limanı – ABŞ
4. Banqkok Suvarnabhumi Beynəlxalq Hava Limanı – Tayland
5. Şarl de Qoll Hava Limanı – Paris, Fransa
6. Kral Əbdüləziz Beynəlxalq Hava Limanı – Ciddə, Səudiyyə Ərəbistanı
7. London Hitrou Hava Limanı – Birləşmiş Krallıq
8. Adolfo Suárez Madrid-Barajas Hava Limanı – İspaniya
9. Tokio Beynəlxalq Hava Limanı (Haneda) – Yaponiya
10. Dubay Beynəlxalq Hava Limanı – Birləşmiş Ərəb Əmirlikləri
1 991
✅Məqsədli büdcə fondları ləğv ediləcək
Banco.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında fərmanda əksini tapıb.
1 991
🛑🛑🛑Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman
https://banco.az/az/news/dovlet-iscilerine-maas-elaveleri-ve-mukafatlar-bele-verilecek-prezidentden-ferman
1 991
🥇🥇Dünya bazarlarında qızıl fyuçerslərinin qiyməti cüzi azalır
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb.
Birja məlumatları xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,16% azalaraq 4 453,5 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti də 0,77% azalaraq 68,12 dollar təşkil edib.
1 991
🔵Azərbaycanda bank və ödəniş sektorları bir-birinə rəqib olacaq
Aərbaycanda banklar və ödəniş bazarı iştirakçıları (elektron pul və ödəniş təşkilatları - fintexlər) arasında əməkdaşlığın dayandırılması, iki sektor arasında sağlam və ədalətli rəqabət mühitinin formalaşdırılması müzakirə olunub.
Banco.az xəbər verir ki, bu məsələ "Azərbaycan Banklar Assosiasiyası" (ABA) və "Azərbaycan Fintex Assosiasiyası" (AzFina) İctimai Birlikləri arasında yaradılmış Birgə Komitənin növbəti iclasında müzkairə olunub.
Görüş zamanı iştirakçıların təklif və mövqeləri dinlənilib, qeyd olunan istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.
Tərəflər bank və fintex ekosistemləri arasında əməkdaşlığın inkişaf etdirilməsi və mövcud məsələlərin birgə müzakirəsinin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
1 991
🤔Azərbaycan əhalisinin gəlirləri 9 %-dən çox artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 63 milyard 511,3 milyon manat təşkil edib.
Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 % çoxdur.
1 991
⚖️Azərbaycanda 8 ayda orta illik inflyasiya 5,7 % olub
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 % artıb.
Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.
Xatırladaq ki, yanvar-iyul aylarında da orta illik inflyasiya 5,7 % olub.
1 991
🔵Bu dövlət qurumunda 130 nəfər ixtisara düşdü
Azərbaycanda dövlət qurumunun 130 əməkdaşı ixtisar ediləcək.
Banco.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə İçərişəhər Tarixi Memarlıq Qoruğunun yeni strukturu təsdiqlənib və işçi sayı azaldılıb.
Qərara əsasən, əvvəlki strukturda İdarənin Aparatından əlavə 8 tabeli qurum fəaliyyət göstərirdisə, yeni cəmi 2 tabeli qurum saxlanılıb, bunlar - Muzey və Turizm Mərkəzi və Ənənəvi İncəsənət Mərkəzidir.
1 991
✨🌟Qızıl və gümüş ucuzlaşıb
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb.
Birja məlumatları xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,46% azalaraq 4 418,5 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti də 0,36% azalaraq 66,76 dollar təşkil edib.
