Dalğa
Open in Telegram
♦️Bütün yatanları oyatmaq üçün bir oyaq insan kifayətdir. ♦️ Ehtiyatlı olmasan, media sənə məzlumlara nifrət, zalımları sevdirər. 🔹 Adminlə Əlaqə 👇 🆔 @payam_ziabot
Show more3 603
Subscribers
-224 hours
-167 days
-5930 days
Posts Archive
3 603
Seçdiklərimiz fəndlə seçilmiş özümüzdən,
Ondandı ki, nadanları qaçmış gözümüzdən.
Zahirlərimiz bəllidi parlaq boyamızdan,
Batinlərimiz yubkadakı razrezimizdən.
Hər atdığımız addım əgər bir yalan isə,
Bir gün qara torpaq bezəcəkdir izimizdən.
Ey körpələriynən gəzib iş axtaran, afət,
Bizlərdə hər iş asılıdı çılpaq dizimizdən.
Bu milli hərislik ilə göz onda doyar ki,
Hazırlana tabut bizə mənsəb mizimizdən.
Çoxüzlü fuqurlarla dolu həndəsəyik biz,
Yüz cür teorem yazmaq olar bir üzümüzdən.
Əsdikcə bu torpağa külək Kərbü-bəladən,
Sərkərdələr hasil olacaq hər birimizdən
Fir'onluq ilə xalqa xeyir gəlməz, əzizim,
Heç vaxt özümüzdən, nə də ki, varisimizdən.
Yozsan da deyilmişləri min bir yerə, Pünhan,
Haqdan savayı heçnə alınmaz sözümüzdən.
Baba Pünhan
https://t.me/meclisiuns
3 603
Vətən haradır? Vətən müqəddəsdir? Vətəni sevmək imandandır?
Mirağa Dadaş
https://t.me/miraga_dadas
3 603
Vüqar Biləcəri-Ya Əli, Mövla Əli.
Ey ədalət sahibi, ey səxavət sahibi, Babi-şəhri-elm olan sonsuz hikmət sahibi,
Natiqi-Quransan, ey bəlağət sahibi.
La fəta illa Əli, ya Əli, Mövla Əli!
Ey yədullah, mərhəba, sən vəliyyi-həqqsən,
Ey Əliyyəl Mürtəza, sən vəliyyi-həqqsən,
Sən vəsiyyi-Müstəfa, sən vəliyyi-həqqsən.
La fəta illa Əli, ya Əli, Mövla Əli!
Zərbeyi-dəsti-qəvi şirim, aslanım mənim,
Şahi-mərdanım mənim, Şiri-Yəzdanım mənim,
Mən bir aciz nökərin, sən də sultanım mənim.
La fəta illa Əli, ya Əli, Mövla Əli!
Sən gözəllik bürcünün bir məhi-tabanısan,
Gərçi İslam cism isə, sən o cismin canısan,
Sən şəfasız kəslərin dərdinin dərmanısan.
La fəta illa Əli, ya Əli, Mövla Əli!
Ey müqəddəs nur olan, ey mütəhhər nur olan,
Ey əxihi-Müstəfa, nur əndər nur olan,
Ey günəşdən pürziya, ey sərasər nur olan.
La fəta illa Əli, ya Əli, Mövla Əli!
Xaki-payin bus edib fəxr qılmış xaklər,
Dərk qılmazlar səni sahibi-idraklər,
Həqqini etməz qəbul nütfəsi napaklər.
La fəta illa Əli, ya Əli, Mövla Əli!
Vüqar Biləcəri
https://t.me/meclisiuns
3 603
Kişinin rəqs etməsinin şər'i hökmü
Fiqhi suallarınızı bu vatsap nömrəsinə göndərin; +989331780193
Azərbaycan Araşdırma Mərkəzinin fiqh bölməsi
3 603
Kim ki, zalımlar önündə desə haqq olan sözü
Ona yardım eləyər Haqq olan Allahın Özü
Mirağa Dadaş
https://t.me/meclisiuns
3 603
Şah İsmayıl ilə müharibə aparan Səlimin öz ailəsinə qarşı qəddarlığı
Azərbaycan Araşdırma Mərkəzi
3 603
Gəl ey gözümün nuru bu gözlər səni gözlər
Yollarda qoyub getdigin izlər səni gözlər
Sən getmisən əfsus qalan bircə qəmindir
Sənsiz qəmini qəlbim əzizlər səni gözlər
Öz sirrini bir kimsəyə sənsiz deyə bilməz
Qəlbim bu təmiz sevgini gizlər səni gözlər
Gözlər yolunu həsrət ilə aşiq olanlar
Tək mən degiləm mən təki yüzlər səni gözlər
Səndən utanıb gizlənəcək əyri gəzənlər
Əmma nə qədər var isə düzlər səni gözlər
Gəl çat bizim imdadımıza ey son ümidmiz
Həsrətlə baxıb yollara gözlər səni gözlər
Məsum mələkim lütf elə gəl Narini dindir
Qəlbimdə qalan sevgili sözlər səni gözlər
Cəsur Nari (Seyyid Ümmi)
https://t.me/meclisiuns
3 603
Şah İsmayılın edam olunan nəvəsi - Səfəvilərin süqut prosesinin başlanması
Azərbaycan Araşdırma Mərkəzi
