Bəyyinə
Open in Telegram
Bəyyinə'nin Rəsmi Telegram Kanalı Digər sosial hesablarımız: ⚡️ youtube.com/@beyyinetv ⚡️ instagram.com/beyyinetv ⚡️ facebook.com/beyyinetv ⚡️ t.me/beyyinetv ⚡️ tiktok.com/@beyyinetv Email: salam@beyyine.az
Show more1 094
Subscribers
No data24 hours
-27 days
-1030 days
Posts Archive
1 094
Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salamı olsun) xanımlarına: “(Cənnətdə) Mənə ən tez qovuşacaq olanınız – qolu ən uzun olanınızdır” – demişdi.
Xanımları bunu eşidincə , ‘hansımızın qolu daha uzundur‘ – deyə, qollarının uzunluğunu ölçərdilər. Fiziki olaraq qolu uzun olan – Sevda (Allah ondan razı olsun) idi. Lakin, Peyğəmbərimizin qəsd etdiyi məna başqa idi. O, bu ifadə ilə sədəqə verməyi, xeyir işlərdə öndə olmağı və cömərdliyi nəzərdə tuturdu. Bu mənada isə, ‘qolu ən uzun olan‘ – Zeynəb anamız idi (Allah onların hər birindən razı olsun).
| Səhih Muslim
@beyyinetv - Bəyyinəni sosial şəbəkələrdən təqib etməyi unutmayın.
#sədəqə #gününhədisi #hədis
1 094
"Onlar Quranı düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən gəlmiş olsaydı, həqiqətən, onda çoxlu ziddiyyətlər tapardılar". (Nisa, 82)
"Bəyyinə"ni izlə: @beyyinetv
1 094
Namaz məsciddən çıxanda,
Həcc Məkkədən dönəndə,
Ramazan oruc bitəndə başlayar...
| Necip Fazıl Kısakürek
📌Müəllif demək istəyir ki, bu ibadətlər zamanı necəyiksə, onlardan sonra da elə olmalıyıq. Məsələn, namazda olarkən heç kim harama baxmır, haram bir iş görmür. Eyni şəkildə namazdan sonra da buna diqqət etmək lazımdır.
1 094
"Allahın sizə verdiyi önəm, sizin namaza verdiyiniz önəm qədərdir".
| Nurəddin Yıldız
@beyyinetv
1 094
Tövhidin, təslimiyyətin, təvəkkülün, təzim və təqvanın işarəti olan mübarək Qurban Bayramı'nın ölkəmizə səlamət, ümmətimizə vəhdət, məzlumlara səadət, zalımlara zillət, bütün bir dünyaya ədalət gətirməsi duasıyla... Bayramımız mübarək olsun!
Allah bizdən də, sizdən də qəbul etsin!
"Onların nə ətləri, nə də qanları Allaha çatar. Lakin Ona çatan sizin təqvanızdır." (Həcc, 37)
#Qurban #QurbanBayramı #EidMubarak #KurbanBayramı #EidalAdha #Bayram
1 094
Repost from Bəyyinə
Tövhidin, təslimiyyətin, təvəkkülün, təzim və təqvanın işarəti olan mübarək Qurban Bayramı'nın ölkəmizə səlamət, ümmətimizə vəhdət, məzlumlara səadət, zalımlara zillət, bütün bir dünyaya ədalət gətirməsi duasıyla... Bayramımız mübarək olsun!
Allah bizdən də, sizdən də qəbul etsin!
"Onların nə ətləri, nə də qanları Allaha çatar. Lakin Ona çatan sizin təqvanızdır." (Həcc, 37)
#Qurban #QurbanBayramı #EidMubarak #KurbanBayramı #EidalAdha #Bayram
1 094
DİQQƏT!
Sabah Qurban bayramıdır. Bayram namazı məscidlərdə saat 7 və 8-də qılınacaq. Erkəndən məscidə getməyi, bol-bol dualar, zikrlər etməyi, namazdan sonra insanlarla bayramlaşmağı unutmatın! :)
1 094
ƏRƏFƏ GÜNÜNDƏN BAŞLAYARAQ BAYRAM GÜNLƏRİ BOYUNCA HƏR NAMAZDAN SONRA TƏŞRİQ TƏKBİRLƏRİNİ OXUMAĞI UNUTMAYIN.
Ərəbcəsi: اَللّهُ اَكْبَرُ اَللّهُ اَكْبَرُ لاا اِلهَ اِلاَّ اللّه وَاللّهُ اَكْبَرُ اَللّهُ اَكْبَرُ وَلِلّهِ الْحَمْدُ
Oxunuşu: Allahu Əkbər, Allahu Əkbər, Lə iləhə illəllahu, Vallahu Əkbər, Allahu Əkbər Va Lilləhil-Həmd!
Mənası: Allah hər şeydən ucadır, Allah hər şeydən ucadır, Allahdan başqa ibadətə layiq heç bir ilah yoxdur, Allah hər şeydən ucadır, Allah hər şeydən ucadır. Bütün tərif və şükürlər Allaha məxsusdur.
Qeyd: Təşriq təkbirləri Ərəfə günü Sübh namazından başlayıb, bayramının son günü (13 Zilhiccə) Əsr namazı da daxil olmaqla fərz namazlarından sonra oxunur.
📌Ərəfə günü orucu üçün
İmsak: 03:07
İftar: 20:22
1 094
ƏRƏFƏ GÜNÜ (27 İYUN) ORUC TUTMAĞI UNUTMAYIN
Peyğəmbərimiz ﷺ buyurmuşdur:
“Ərəfə günü tutulan oruc keçmiş bir ilin və gələcək ilin günahlarına kəffarə olar.”
| Muslim
Əbu Bəkrin oğlu Abdurrahman Ərəfə günü bacısı Aişənin (Allah onlardan razı olsun) hüzuruna girdi. Aişə oruclu idi. Həmçinin hərarəti (qızdırması) olduğuna görə üzərinə su tökülürdü. Abdurrahman ona: “Orucunu poz” dedi. Aişə cavab verdi: “Rəsulullahın (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) "Ərəfə günü oruc tutmaq özündən əvvəlki ilin günahlarına kəffarə olar" dediyini eşitdiyim halda orucumu pozum?” dedi. (Muslim)
Ərafa günü (27 iyun) orucu üçün:
İmsak: 03:07
İftar: 20:22
QEYD: Vaxtlar Bakı üçündür.
1 094
✨Rəhmət və bərəkət dolu Zilhiccənin ilk 10 günü/gecəsi...
Artıq Quranda xüsusilə qeyd edilən, Rəbbimizin üzərinə and içdiyi, rəhmət, bağışlanma və bərəkət zamanı olan Zilhiccə ayını yaşayırıq. (Bu gün Zilhiccənin 1-ci günüdür)
Peyğəmbərimiz ﷺ buyurmuşdur: "Allah qatında çoxca ibadət ediləcək və saleh əməl işlənəcək günlər içərisində Zülhiccənin ilk on günündən daha xeyirlisi yoxdur." (Buxari, İdeyn, 11)
Allah Rəsulu ﷺ bu on gündə təsbih ("sübhanAllah"), təhmid ("əlhəmdulillah"), təkbir ("Allahu Əkbər") və təhlil ("Lə ilahə illAllah") zikrlərini çoxaltmağımızı istəmiş, ərafa günündə tutulacaq orucun isə keçmiş və gələcək bir ilin günahlarına kəffarə olacağını müjdələmişdir.
Uca Allah hər birimizə bu mübarək günləri və gecələri haqqıyla əda edib bərəkətindən faydalanmağı nəsib etsin.
1 094
🌙Zilhiccə yaxınlaşır!
Peyğəmbərimiz ﷺ belə buyurmuşdur:
"Allahu Təalə qatında içərisində edilən saleh əməlin daha sevimli olduğu bu on gündən (Zilhiccə ayının ilk on günündən) başqa bir gün yoxdur." Səhabə (Allah ondan razı olsun): “Ey Allahın Elçisi! Allah yolunda cihaddamı? deyə soruşdu. Bunun üzərinə Rasulullah (Allahın ona salavat və salamı olsun) buyurdu: "(hətta) Allah yolunda cihad da… Ancaq Allah yolunda (döyüşmək üçün) canı və malıyla çıxan və bu ikisindən heç bir şeylə geri dönməyən (şəhid olan) kimsə bunun xaricindədir" buyurdu.
| Əbu Davud, Tirmizi, İbn Macə
- Bu günləri oruc tutmaq, çoxlu zikrlər etmək, nafilə ibadətlər, təhəccüd, Quran oxumaq və digər ibadətlərlə zənginləşdirməyi unutmayın.
1 094
Zarafatın Sərhədləri - İslamda Zarafat - Güldürmək Üçün Yalan Danışmaq
| Ömər Mənsuroğlu
Link: https://youtu.be/wfeTFDqt6ck
Patreondan kanalımıza maddi dəstək vermək istəyənlər üçün: https://patreon.com/beyyinetv
1 094
"Ey iman gətirənlər! Səbir edərək və namaz qılaraq (Allahdan) kömək istəyin! Şübhəsiz ki, Allah səbir edənlərlədir."
| Bəqərə surəsi, 153
1 094
Davamlı Tövbə Edib Sonradan Eyni Günahı işləməkdən Necə Qurtula Bilərəm?
1- İnsan olaraq xətaya və günahlara düşə biləcək fitrətdə yaradıldıq. Bütün insanlar xəta edə bilərlər, edirlər də. Yalnız Allah Təalanın nəbiləri bundan qorunmuşdur. O halda, biz xəta etməkdən ötəri deyil də xəta işləməyə qarşı laqeydlikdən,laübalılıqdan, etinasızlıq dolayı sıxıntıya girə bilərik. Qul olaraq, hansı növü olursa olsun xətadan çəkinməliyik, təkrarlamamağa səy və əzm göstərməliyik. Amma işlənən bir xəta kəsin olaraq işimizin bitdiyini, artıq rəhmət qapılarının bizə bağlandığını göstərməz. Əksinə işlənən hər xəta rəhmətə daha çox möhtac olduğumuzu göstərir. Bir tərəfdən xəta etdiyimiz halda, digər tərəfdən də vəzifələrimizi etməyə çalışırsaq bax məhz tam mənasıyla insanıq deməkdir; Əlimizdən gələn başqa bir şey yoxdur, yola davam edəcəyik.
#Hədəfimiz, yaxşılıqlarla pisliklərin mizana qoyulduğu gün yaxşılıqların ağır gəlməsi üçün çalışmaqdır. Unutmayaq ki, bir tək yaxşılığın artıq olması qazanmağımız, cənnətə girməyimiz deməkdir. Hədəf bəlli, problem bəlli, çarə bəllidir.
2- Tövbədən bezmək, tövbələri sulandırmaq, oyun-oyuncaq halına gətirmək deyə bir şey yoxdur. Min dəfə, milyon dəfə də olsa başqa bir yol yoxdur. Nəfəs alıb verdiyimiz kimi tövbə yolunu istifadə edərik.
3- Günahlar mövzusunda diqqət yetirilməsi lazım olan həssas nöqtələrdən biri çevrə, ətraf-mühit məsələsidir. İnsan tək başına yaşaya bilmədiyinə görə özünə yaxşı bir ətraf, çevrə təşkil etməlidir. Yaxşını tapa bilməyən isə ən az pis olanı axtarmalıdır. Əgər bir günahda israr edilirsə bu, o günaha təşviq edən ətraf mühitin təsirinin aradan qaldırılmadığını göstərir. Əvvəlcə ətraf-mühit təmizliyi üçün çalışmaq şərtdir. Saleh qullarla oturub-durmaq, qidadan göz təmizliyinə qədər hər sahədə halala yönəlmək məcburiyyətindəyik.
- Nurəddin Yıldız
1 094
AZAN DUASI
- Peyğəmbərİmİz ﷺ belə buyurmuşdur:
Hər kim azanı eşitdikdən sonra bunları desə, Qiyamət günü mənim şəfaətimə qovuşar. (Buxari)
Ərəbcəsi
اللَّهُمَّ رَبَّ هَذِهِ الدَّعْوَةِ التَّامَّةِ، وَالصَّلاَةِ الْقَائِمَةِ، آتِ مُحَمَّدًا الْوَسِيلَةَ وَالْفَضِيلَةَ، وَابْعَثْهُ مَقَامًا مَحْمُودًا الَّذِي وَعَدْتَهُ إِنَّكَ لاَ تُخْلِفُ الْمِيعَادَ
- Oxunuşu
Allahummə Rabbə həzihid-də'vətit-təmmə vəs-səlatil qaimə əti Muhəmmədən əl-vasılətə vəl-fadılətə, vəb'ashu məqamən məhmudənilləzi va'adtəhu. İnnəkə lə tuxliful-miad.
- Tərcüməsi
Bu tam dəvətin və qılınacaq namazın Rəbbi olan Allahım! Muhəmmədə vasitəçilik haqqı və fəzilət ver. Onu vəd etdiyin təriflənən məqama çatdır. Həqiqətən, Sən vədə xilaf çıxmırsan!
1 094
Oğrunun heç günahı yoxdur? - Müsəlman ölkələrini talan edənlər
Bu qısa video Bəyyinə Podkast #7-ci bölümdən kəsintidir. Podkastı izləmək üçün link: https://www.youtube.com/watch?v=fuOOUbPgj9I
1 094
🇰🇵 Bəyənmirsinizsə, Gedin Şimali Koreyaya!
Bu qısa video Bəyyinə Podkast #7-ci bölümdən kəsintidir.
Podkastı izləmək üçün link: https://youtu.be/fuOOUbPgj9I
#podkast #podcast #ateizm #stalin #koreya #bəyyinə
