Bəyyinə
Open in Telegram
Bəyyinə'nin Rəsmi Telegram Kanalı Digər sosial hesablarımız: ⚡️ youtube.com/@beyyinetv ⚡️ instagram.com/beyyinetv ⚡️ facebook.com/beyyinetv ⚡️ t.me/beyyinetv ⚡️ tiktok.com/@beyyinetv Email: salam@beyyine.az
Show more1 094
Subscribers
No data24 hours
-27 days
-1030 days
Posts Archive
1 094
🎯
"Görəsən, Səlahəddinin vaxtında da Şirvanşahlar dövlətində bu qədər səlibçiləri dəstəkləyən var idi?"
#freepalestine 🇵🇸
Siz nə düşünürsünüz? 🤔
| Bəyyinə - linktr.ee/beyyinetv
1 094
"Qərb heç vaxt mədəni olmayıb və onun indiki rifahı davam edən müstəmləkəçiliyə, tökdüyü qana, axıtdığı göz yaşına və çəkdirdiyi əzablara dayanır."
| Aliya İzzetbeqoviç
"Bəyyinə"ni izlə - instagram.com/beyyinetv
1 094
Fələstinli uşaqların arzuları...
Hollandiyalı yazıçı və aktyor Ramsey Nasrın BNN televiziyasında Qəzzada fələstinlilərə edilən etnik təmizləmələr barədə olan çox təsirli çıxışı.
1 094
Bütün müsəlmanları qeyd etdiyimiz markaları boykot etməyə, onlara hər hansısa bir şəkildə bir qəpik də olsa, xeyir verməməyə, ətrafımızdakıları bu markalardan alış-veriş etməkdən çəkindirməyə dəvət edirik.
Uşaq qatili, terrorist İsraili açıqca dəstəkləyən beynəlxalq markalar:
HP, Starbucks, Puma, McDonald's, Nestle, Hardee's, Nike, Lipton, Tide, Coca-Cola, Burger King, Hyundai, İBM, L'oreal, Subway+
Özünüz bu markaları boykod edin və ətrafınızdakıları da boykod etməyə təşviq edin.
1 094
Ceyhun Bayramov: "Azərbaycan Fələstin xalqının dövlətçilik mübarizəsini dəstəkləyir".
Azərbaycan hər zaman İslam həmrəyliyinə sadiq qalıb.
"APA" xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov İsrail-Fələstin münaqişə zonasında baş verən son hadisələr ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin nazirlər səviyyəsində keçirilən növbədənkənar iclasında bildirib.
Ölkəmizin Fələstin xalqının dövlətçilik mübarizəsini dəstəklədiyini qeyd edən nazir Ceyhun Bayramov, Azərbaycanın beynəlxalq hüquq normaları, habelə müvafiq BMT qətnamələrinə uyğun olaraq İsrail-Fələstin münaqişəsinin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olması ilə iki dövlət prinsipi əsasında həllinə tərəfdar olduğunu qeyd edib.
Münaqişənin nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycanın səylərindən bəhs edən nazir Ceyhun Bayramov, ölkəmizin Fələstinli qaçqınlara dəstək məqsədilə BMT-nin Yaxın Şərq Agentliyinə 1,6 milyon dollar maliyyə töhfəsi verdiyini diqqətə çatdırıb.
Xüsusilə, Qoşulmama Hərəkatına sədrliyimiz dövründə ölkəmizin Fələstin probleminə xüsusi diqqət yetirdiyi, bu xüsusda Hərəkatın Fələstin üzrə Nazirlər Komitəsinin işinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərdiyi bildirilib.
Nazir Ceyhun Bayramov bundan sonra da Fələstin probleminin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həllinə nail olmaq üçün səylərimizi davam etdirəcəyimizi bildirib.
| Bəyyinə: instagram.com/beyyinetv
1 094
"The New York Times" bir xəbər başlığını 3 dəfə dəyişib:
1) İSRAİLİN HÜCUMU xəstəxanada yüzlərlə insanın ölümünə səbəb oldu.
2) Qəzzada xəstəxanaya edilən HÜCUMDA ən azı 500 ölü var.
3) Qəzzada xəstəxanada BAŞ VERƏN PARTLAYIŞDA ən azı 500 nəfər ölüb.
| Bəyyinə: instagram.com/beyyinetv
1 094
BBC müxbiri: "Qəzza tərəfdən bu qədər güclü raketin atılma ehtimalı yoxdur."
| Bəyyinə - instagram.com/beyyinetv
1 094
Qatil İsrail ordusu raket zərbəsi ilə Qəzzadakı Əl Əhli Baptist Ərəb Xəstəxanasını vurub.
Hücum nəticəsində ölənlərin sayının 600-ü keçdiyi bildirilir.
"Əl-Cəzirə" ölənlərin sayının 1000-i keçə biləcəyini yazıb.
Ölənlərin 40%-nin uşaqlar olduğu bildirilir.
Ölənlər arasında xəstələrlə yanaşı binaya sığınan yüzlərlə adam da var idi.
İsrail ordusu terroruna davam etməkdədir. Bütün dünya isə bu terroru sadəcə izləyir. Çünki bu terror müsəlmanlara qarşı edilir.
1 094
İsrail ordusunun Qəzzaya hücumları nəticəsində ölüm sayı artmaqdadır:
Fələstinin Səhiyyə Nazirliyi bazar günü açıqlamasında, İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində həlak olan fələstinlilərin sayı 2670 nəfərə çatdığını bildirdi. Ölənlər arasında 750-si uşaqlardır. Yaralıların sayının isə 9600-ə yüksəldiyi bildirilir.
| Bəyyinə - @beyyinetv
1 094
"Əgər diqqətli olmasanız, qəzetlər (oxu: media, tv, internet) sizə məzlumlara nifrət etməyi, zalımları isə çox sevməyi təlqin edər".
| Malcolm X
Bu gün çox təəssüf ki, həmvətənlərimiz arasında çox kütləvi şəkildə Fələstindəki müsəlmanlara onillərdir zülm edən, uşaq, qadın, yaşlı demədən hər kəsin üzərinə bombalar yağdıran zalım, qatil İsrailə kor bir sevgi, məhəbbət var. Bu sevginin başında da əlbəttə ki, media, internet resurslarının payı çox böyükdür.
- Fələstinlilərin 44 günlük 2-ci Qarabağ müharibəsində İHH vasitəsilə Azərbaycana pul yardımı göndərmələri haqqında heç bir məlumatları yoxdur.
- 44 günlük müharibədə Fələstin əsilli Muhamməd Eissavinin bu vətən uğrunda şəhid olması barədə də çox insanın məlumatı yoxdur. (bax: Vikipediya - Muhammed Eissavi)
Bunların səbəbi isə medianın böyük kütləsini qərbin, İslam düşmənlərinin idarə etməsidir. Xalqımız isə Malcolm X-ın da dediyi kimi, bu mediadan gördükləri vasitəsilə artıq kor şəkildə zalıma sevgi bəsləyir, məzlumların isə çəkdiyi zülmlərə, faciələrə sevinirlər.
Allah Hud surəsinin 113-cü ayəsində belə buyurur: "Zalımlara meyl etməyin, yoxsa sizə od toxunar. Sizin Allahdan başqa dostlarınız yoxdur. Sonra sizə kömək də olunmaz."
Zalımlara meyl etməklər Allahın qəzəbini öz üzərinə çəkmiş bir cəmiyyətə gələcək olan bəlanın təsirlərindən Allaha sığınırıq!
Allah Fələstindəki məzlum qardaş və bacılarımıza, balalara səbr versin. Şəhid olanların şəhadətlərini qəbul etsin. Zalımın cəzasını isə bütün dünyaya görk olacaq şəkildə müsəlmanların əli ilə versin. Amin!
| Bəyyinə - @beyyinetv
1 094
Çox üzücüdür!
Fələstinli uşaqlar öz adlarını ovuclarına yazır ki, əgər bombalanaraq ölsələr, ailə üzvləri onların cəsədlərini tanıya bilsin.
- İsrailin Qəzzaya bütün dünyanın gözü önündə etdiyi hücumlar nəticəsində yüzlərlə günahsız uşaq dünyasını dəyişib. Allah zalımlara lənət eləsin. Allah müsəlmanlara kömək olsun, zalım qövmə qarşı onlara güc-qüvvət versin.
1 094
"Ey Rəbbimiz, bizim üzərimizə səbr yağdır, ayaqlarımıza qüvvət ver və kafir qövmə qarşı bizə yardım et!"
| Bəqərə surəsi, 250.
Allah müsəlmanlara güc-qüvvət versin və onları müzəffər etsin!
1 094
"Ey iman gətirənlər, Allaha və Onun Peyğəmbərinə itaət edin! (Quranı) eşitdiyiniz halda, ondan üz çevirməyin!"
| Ənfal, 20.
"Bəyyinə"ni izlə: instagram.com/beyyinetv
1 094
"İman gətirib saleh əməl işləyənlərin xoş halına! Onlar üçün gözəl bir qayıdış yeri (cənnət) vardır."
| Rad, 29.
"Bəyyinə"ni izlə: instagram.com/beyyinetv
1 094
"Ey Rəbbimiz, bizim üzərimizə səbr yağdır, ayaqlarımıza qüvvət ver və kafir qövmə qarşı bizə yardım et!"
| Bəqərə, 250.
Allah ordumuzu müzəffər etsin!
1 094
"Kimin günahı şəhvətdəndirsə onun üçün ümüdlü ol! Amma kimin günahı təkəbbürdəndirsə onun həlak olacağından qorx! Çünki Adəm şəhvətindən asi oldu, Allah onu bağışladı. Amma İblis təkəbbüründən asi oldu və buna görə lənətləndi."
| İbn Uyeynə
"Bəyyinə"ni izlə: instagram.com/beyyinetv
