en
Feedback
Maide.Az/MaideTV

Maide.Az/MaideTV

Open in Telegram

Maide.Az saytının rәsmi telegram kanalına xoş gəlmisiniz!📒 İslami maarif, moizə və İslam təqvimi. #maide #xeber #islam Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın. Bu süfrədən geri qalmayın!

Show more
4 885
Subscribers
+224 hours
-137 days
-4030 days
Posts Archive
Cabir Cöfidən nəql olunur ki, İmam Baqirdən (ə) soruşdum: مَتَى يَكُونُ فَرَجُكُمْ "Fərəciniz haçan olacaq?" İmam (ə) buyurdu
Cabir Cöfidən nəql olunur ki, İmam Baqirdən (ə) soruşdum: مَتَى يَكُونُ فَرَجُكُمْ "Fərəciniz haçan olacaq?" İmam (ə) buyurdu: هَيْهَاتَ هَيْهَاتَ لاَ يَكُونُ فَرَجُنَا حَتَّى تُغَرْبَلُوا ثُمَّ تُغَرْبَلُوا ثُمَّ تُغَرْبَلُوا يَقُولُهَا ثَلاَثاً حَتَّى يُذْهِبَ [اَللَّهُ تَعَالَى] اَلْكَدِرَ وَ يُبْقِيَ اَلصَّفْوَ. ""Heyhat, heyhat! Bizim fərǝcimiz siz ələnməyənədək olmayacaq. Sonra ələnəcəksiz, yenə də ələnəcəksiz!" - İmam (ə) bunu üç dəfə təkrarladı. - "Nəhayət, Allah bulanıqlığı aparacaq, saflığı isə saxlayacaq." "Əl-qeybət", Şeyx Tusi, c.1, səh.339 @MaideTV

Gündəlik təqvim və günün zikrləri #namazvaxtı #təqvim #gündəlikzikr #azan @MaideTV
Gündəlik təqvim və günün zikrləri #namazvaxtı  #təqvim #gündəlikzikr #azan @MaideTV

GÜNAH ETMƏYİN! - Şəhid Rəhbər Ayətullah Xamenei Məna əhli olanların hamısının, bəzən hüzuruna çatdığımız məna böyüklərinin tövsiyəsi bu idi ki, günah etməyin. Bəziləri deyirlər ki, ağa, hansı zikri oxuyaq ki, məsələn, çox yaxşı olsun və uca məqamlara çataq? Onlar deyirdilər: "Ağa, hələlik zikr qalsın,, günah etməyin!" İlk addım budur! Əgər bu addım təmin olunsa, sizin bir çox çətinlikləriniz - ruhi, mənəvi və maddi problemləriniz aradan qalxacaq. @MaideTV

“Ali-İmran” surəsi , ayə 5 إنَّ اللَّهَ لَا يَخْفَىٰ عَلَيْهِ شَيْءٌ فِي الْأَرْضِ وَلَا فِي السَّمَاءِ Şübhəsiz, yerdə və göydə olanlardan heç bir şey (o cümlədən sizin iman və küfrünüz) Allaha gizli deyildir. @MaideTV

Namaza diqqətli olmaq üçün nə etməliyik? @MaideTV
Namaza diqqətli olmaq üçün nə etməliyik? @MaideTV

🗓 Gündəlik təqvim və günün zikrləri #namazvaxtı #təqvim #gündəlikzikr #azan @MaideTV
🗓 Gündəlik təqvim və günün zikrləri #namazvaxtı  #təqvim #gündəlikzikr #azan @MaideTV

🕌 Gündəlik təqvim və günün zikrləri #namazvaxtı #təqvim #gündəlikzikr #azan @MaideTV
🕌 Gündəlik təqvim və günün zikrləri #namazvaxtı  #təqvim #gündəlikzikr #azan @MaideTV

Şübhəsiz, (səmimi qəlbdən) «bizim Rəbbimiz Allahdır!» deyən, sonra (əməldə) möhkəm duran kəslərə mələklər nazil olarlar (və deyərlər): «Əsla qorxmayın və qəmgin olmayın; (dünyada) sizə vəd olunmuş Cənnət müjdəsi ilə sevinin!» "FUSSİLƏT" / 30. @MaideTV

İmam Səccad (ə): إنّي أكرَهُ أن أعبُدَ اللّهَ لا غَرَضَ لي إلاّ ثَوابَهُ، فَأَكونَ كَالعَبدِ الطَّمِعِ المُطيعِ، إن طَمِعَ عَ
İmam Səccad (ə):   إنّي أكرَهُ أن أعبُدَ اللّهَ لا غَرَضَ لي إلاّ ثَوابَهُ، فَأَكونَ كَالعَبدِ الطَّمِعِ المُطيعِ، إن طَمِعَ عَمِلَ وإلاّ لَم يَعمَل. وأكرَهُ أن أعبُدَهُ (لا غَرَضَ لي) إلاّ لِخَوفِ عِقابِهِ، فَأَكونَ كَالعَبدِ السَّوءِ إن لَم يَخَف لَم يَعمَل. قيلَ لَهُ: فَلِمَ تَعبُدُهُ؟ قالَ: لِما هُوَ أهلُهُ بِأَياديهِ عَلَيَّ و إنعامِهِ.   “Mənim Allaha yalnız savab üçün ibadət etməkdən xoşum gəlməz. Çünki o vaxt müti, eyni halda tamahkar bir köləyə bənzəyərəm. Eləcə də, yalnız başı üzərində şallaq olduqda işləyən pis bir qul kimi, Onun əzab və cəzasından qoxaraq ibadət etməyi də xoşlamıram.” İmam Səccaddan (ə) “Onda Allaha nə üçün ibadət edirsən?” – deyə soruşulduqda, buyurdu: “Mənə mərhəmət etdiyi və nemət verdiyi üçün Onu ibadətə layiq bilirəm.”   “Ət-təfsirul-mənsub iləl-İmamil-Əskəri (ə)”, səh.328, hədis 180. @MaideTV

🕌 Gündəlik təqvim və günün zikrləri #namazvaxtı #təqvim #gündəlikzikr #azan @MaideTV
🕌 Gündəlik təqvim və günün zikrləri #namazvaxtı  #təqvim #gündəlikzikr #azan @MaideTV

🕌 Gündəlik təqvim və günün zikrləri #namazvaxtı #təqvim #gündəlikzikr #azan @MaideTV
🕌 Gündəlik təqvim və günün zikrləri #namazvaxtı  #təqvim #gündəlikzikr #azan @MaideTV

Rəbiül-əvvəl ayı üçün əlamətdar günlər 1 Rəbiül-əvvəl - 14 avqust “Leylətul-məbit hadisəsi” - Peyğəmbəri-Əkrəmin (s) Məkkədən
 Rəbiül-əvvəl ayı üçün əlamətdar günlər 1 Rəbiül-əvvəl - 14 avqust  “Leylətul-məbit hadisəsi” -  Peyğəmbəri-Əkrəmin (s) Məkkədən Mədinəyə hicrəti.   3 Rəbiül-əvvəl - 16 avqust - Kəbənin Müaviyə oğlu Yezid tərəfindən yandırılması.   5 Rəbiül-əvvəl - 18 avqust - İmam Hüseynin (ə) qızı xanım Səkinənin (s.ə) vəfatı.   8 Rəbiül-əvvəl - 21 avqust - İmam Həsən Əskərinin (ə) şəhadəti.   9 Rəbiül-əvvəl - 22 avqust - On ikinci imamımız həzrət Sahibəz-Zamanın (ə.c) imamətinin başlanğıc günü.   10 Rəbiül-əvvəl –23 avqust -  Peyğəmbəri Əkrəmin (s) xanım Xədicə ilə evliliyi.   12 Rəbiül-əvvəl - 25 avqust -  Peyğəmbəri- Əkrəmin (s) mövludu (əhli-sünnə mənbələrinə əsasən) – Vəhdət həftəsinin başlanması.   17 Rəbiül-əvvəl - 30 avqust -  Peyğəmbəri-Əkrəmin (s) mövludu (şiə mənbələrinə əsasən).   17 Rəbiül-əvvəl -30 avqust -  İmam Sadiqin (ə) mövludu. @MaideTV

Rəbiül-əvvəl ayının əməlləri 1-ci gün: Rəbiül-əvvəl ayının 1-ci günü Peyğəmbəri-Əkrəmin (s) Məkkədən Mədinəyə hicrət etdiyi günə təsadüf edir. Tarixdə göstərilir ki,Peyğəmbəri-Əkrəmin (s) peyğəmbərliyindən on üç il keçdikdən sonra, Əbu Cəhlin təklifi və Qüreyş qəbiləsinin böyüklərinin qərarı ilə bir dəstə o həzrətin evinə hücum edib o həzrəti qətlə yetirmək istədikdə, Cəbrail-Əmin Allah-Taala tərəfindən o həzrətin Məkkədən Mədinəyə hicrət etməsi əmrini gətirir. İmam Əli (ə) Peyğəmbərin (ə) yatağında yatır və Peyğəmbər (s) tərəfdarları ilə birlikdə Məkkədən çıxıb, üç gün “Sur” mağarasında qaldıqdan sonra Mədinəyə doğru hərəkət edir. Həmin gün imam Əli (ə) canını Peyğəmbərin (s) yolunda təhlükəyə ataraq o həzrətin yerində yatdığı üçün tarixdə “Leylətül-məbit” adlanır. Həmin gün oruc tutmaq, eləcə də, Peyğəmbər (s) və imam Əlini (ə) ziyarət etmək tövsiyə olunur. 9-cu gün: Rəbiül-əvvəl ayının 9-cu günü imam Zamanın (ə.c.) imamətinin ilk gününə təsadüf etdiyindən, bayram və şərafətli bir gün olması ilə yanaşı, rəvayətdə göstərilir ki, həmin gün Allah yolunda infaq edən və yoxsullara əl tutan şəxsin günahları bağışlanar. Yoxsul və kimsəsiz mömin bacı və qardaşları yedirmək, onları sevindirmək, qəmlərinə şərik olmaq, çoxlu sədəqə vermək və ibadət etmək bu günün müstəhəb əməllərindəndir. 12-ci gün: Sünni alimlərinin nəzərincə, Rəbiül-əvvəl ayının 12-ci günü Peyğəmbəri-Əkrəmin (s) mövlud gününə təsadüf edir. Həmin gün birinci rükətdə “Həmd” surəsindən sonra üç dəfə “Kafirun” surəsini, ikinci rükətdə isə “Həmd” surəsindən sonra üç dəfə “İxlas” surəsini oxumaqla iki rükət namaz qılmaq müstəhəbdir. 17-ci gün: Şiə alimlərinin nəzərinə əsasən, Rəbiül-əvvəl ayının 17-ci günü Peyğəmbəri-Əkrəmin (s), eləcə də altıncı imamımız imam Sadiqin (ə) mövlud gününə təsadüf edir. Həmin gün bir neçə əməlin yerinə yetirilməsi müstəhəbdir: 1. Qüsl etmək; 2. Oruc tutmaq; bu günün orucu bir illik orucun savabına bərabərdir. 3. Peyğəmbər (s) və imam Sadiqi (ə) istər uzaqdan, istərsə də yaxından ziyarət etmək (onlara məxsus ziyarətnamələri oxumaq); 5. Gün doğan zaman iki rükət namaz qılmaq; hər iki rükətdə “Həmd” surəsindən sonra on dəfə “Qədr” və on dəfə “İxlas” surələri tilavət olunur. 6. Sədəqə vermək və məhrum təbəqəni xeyirxah əməllərlə sevindirmək. Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Rəbiül-əvvəl ayının əməlləri” bölümü. Maide.Az-Maarif bölümü @MaideTV

photo content

Höccətül-İslam Nasir Rəfii: İmam Rzadan (ə) soruşdular ki, Allahın ən yaxşı bəndəsi kimdir? Buyurdu ki, beş xüsusiyyəti olan kəs: ​......‌ 1. الَّذِينَ إِذَا أَحْسَنُوا اسْتَبْشَرُوا O kəslər ki, insanlara xidmət edəndə (yaxşılıq edəndə), sözün əsl mənasında xidmət edirlər, sevinirlər və minnət qoymurlar. Allaha həmd olsun ki, o, məndən ona zamin olmağımı istədi. Allaha həmd olsun ki, məndən ona borc pul verməyimi istədi. Şükür Allaha ki, maşınımın qabağını kəsdi ki, onu mindirim. İnsan böyük qəlbə sahib olmalıdır ki, həm xidmət etsin, həm də təşəkkür etsin: "Ağa, çox sağ ol ki, məndən kömək istədin, lütf etdin məndən maşın istədin." الَّذِينَ إِذَا أَحْسَنُوا اسْتَبْشَرُوا Yaxşılıq edəndə, nə minnət qoyurlar, nə əziyyət verirlər, nə də kobudluq edirlər, üstəlik sevinirlər. ​....‌‌....... 2: Bu sizin daha çox işinizə yarayar. Bu ikinciyə daha çox diqqət edin. وَ إِذَا أَسَاءُوا اسْتَغْفَرُوا "Günah etdikdə, tövbə edirlər." Bir günah etdikdə, onu yozmurlar. (Əsaslandırmağa və haqq qazandırmağa çalışmırlar.) Həyatınızda günah baş verə bilər, gəncsiniz! Amma sizi and verirəm Həzrət Abbasa, onu yozmayın. Dərhal bağışlanma diləyin: "Əstəğfirullahə Rəbbi və ətubu iləyh" - deyin. Deyirlər ki, yeddi saat ərzində günahı yazmırlar. Əgər insan tövbə etsə, təmizlənər. Günahı yozmaq (ona bəhanə tapmaq) günahın özündən də pisdir. ​............. 3. وَ إِذَا أُعْطُوا شَكَرُوا "Allah onlara bir nemət verəndə, şükür edirlər." Bir az diqqətlə qulaq asın, bu nə deməkdir? "Yaxşı! İlahi, nə vaxt nemət versən, şükür edərik." "Nə vaxt nemət versən" nə deməkdir? Bu, hovuzda, suyun içində olan bir adamın "nə vaxt suya girsəm, üzəcəyəm" - deməsinə bənzəyir. Sən zatən suyun içindəsən! Fərqində deyilsən. "Nemət versə, şükür edərəm" — yəni nəfəs alırsansa nemətdir, baxırsansa nemətdir, danışırsansa nemətdir. Biz hər an nemətin içindəyik. Şükür hissimiz olmalıdır. ​................. وَ إِذَا ابْتُلُوا صَبَرُوا Əziz bəylər və möhtərəm bacılar! Allahın yaxşı bəndələrinin 4-cü xüsusiyyəti bəlalar və çətinliklər zamanı səbir etməkdir. "Səbbar" - çox səbir edən - kəlməsi Qurani-Kərimdə dörd dəfə işlənib. İndidən özünüzü səbirli böyüdün, səbirli olmağı məşq edin. Sizə bunun bir yolunu da deyim ki, necə məşq edəsiniz: "Əsr" surəsini çox oxuyun. Gün ərzində bir dəfə "Əsr" surəsini oxuyun. ​............ 5. وَ إِذَا غَضِبُوا عَفَوْا .......... "Qəzəbləndikdə bağışlayırlar." Söyüşə söyüşlə cavab vermirlər, təhqirə təhqirlə cavab vermirlər. Bu çox mühümdür. @MaideTV

Höccətül-İslam Nasir Rəfii: İmam Rzadan (ə) soruşdular ki, Allahın ən yaxşı bəndəsi kimdir? Buyurdu ki, beş xüsusiyyəti olan kəs:

Şəhid Rəhbər Ayətullah Xamenei: Həqiqətən də, mənim və mənim kimilərin dili Peyğəmbəri-Əkrəm (s) haqqında danışmaqdan acizdir. Mənim və mənim kimilərin zehni və qəlbi də o Həzrətin uca şəxsiyyətini dərk etməkdə acizdir. Bu, həqiqətən də belədir! ​Varlıq aləminin bu parlayan günəşinin bütün bəşəriyyət üzərində haqqı var. Bütün bəşəriyyət, istər bu dinə inananlar olsun, istərsə də inanmayanlar, Peyğəmbəri-Əkrəmə (s) borcludur. ​Bu böyük şəxsiyyətin bəşəriyyət üzərindəki böyük haqqı nədir? O budur ki, Peyğəmbəri-Əkrəm (s) bəşəriyyətin bütün əsas dərdlərinin müalicə nüsxəsini bəşərə təqdim etmişdir. @MaideTV

🕌 Gündəlik təqvim və günün zikrləri #namazvaxtı #təqvim #gündəlikzikr #azan @MaideTV
🕌 Gündəlik təqvim və günün zikrləri #namazvaxtı  #təqvim #gündəlikzikr #azan @MaideTV

Təvəssül duasından يَا أَبَا الْحَسَنِ يَا عَلِيَّ بْنَ مُوسَى أَيُّهَا الرِّضَا يَا ابْنَ رَسُولِ اللَّهِ يَا حُجَّةَ اللَّهِ عَلَى خَلْقِهِ يَا سَيِّدَنَا وَ مَوْلانَا اِنَّا تَوَجَّهْنَا وَ اسْتَشْفَعْنَا وَ تَوَسَّلْنَا بِكَ إِلَى اللَّهِ وَ قَدَّمْنَاكَ بَيْنَ يَدَيْ حَاجَاتِنَا يَا وَجِيها عِنْدَ اللَّهِ اشْفَعْ لَنَا عِنْدَ اللَّهِ Ey Əbəlhəsən! Ey Əli ibn Musa! Ey Rza (razı olan)! Ey Rəsulullahın oğlu! Ey Allahın Öz yaratdıqları üzərində hüccəti! Ey bizim sərvərimiz və mövlamız! Həqiqətən, biz Allaha sənin vasitənlə üz tutur, şəfaət diləyir və təvəssül edirik. Hacətlərimizi sənə təqdim edirik. Ey Allah yanında hörməti olan! Allah yanında şəfaətçimiz ol! #dua #təvəssülduası #peyğəmbər #peyğəmbəri_əkrəm @MaideTV

28 səfər (13 avqust) İmam Rzanın (ə) şəhadəti. (Hicri qəməri 203-cı il) @MaideTV
28 səfər (13 avqust) İmam  Rzanın (ə) şəhadəti. (Hicri qəməri 203-cı il) @MaideTV