en
Feedback
Saz və Söz

Saz və Söz

Open in Telegram

Saz və Söz, Azərbaycan musiqi və şeirinin ayrılmaz birliyi🌱 . . . Hər sözün varsa, mənə yaz; qulaq asıram: t.me/HidenChat_Bot?start=8536874899

Show more
The country is not specifiedThe category is not specified
1 286
Subscribers
-1024 hours
-277 days
-3730 days
Posts Archive
Barış Manço 🎙❤️
@Saz_ve_Soz

بیز تورک‌لر دئمیریک "سیتیزن دلِ پاکتم من"، دئییریک🙂‍↔️ :
« بئله غملی دایانما » ایفا ائدیر، #ممدباقر_باقرزاده بسته‌کار: طالع حاجی‌‌یئف سؤز مؤلفی: شامخال روستم « Belə Qəmli Dayanma » İfa edir: #Məmmədbağır_Bağırzadə Bəstəkar: Taleh Hacıyev Söz müəllifi: Şamxal Rüstəm
@Saz_ve_Soz

Mənim günahımdı o yaş, o damla; Bağışla, göz yaşını silə bilmədim .. :)
Elxan Şirinov 🎙✨️
@Saz_ve_Soz

اؤزونه باخ؛ باشقالارینا، بیر گون کیمسه‌نین سنه دئمه‌سینی آرزولادیغین عینی سؤزلرله تسللی وئریرسن ..
داستایفسکی
Özünə bax; başqalarına, bir gün kimsənin sənə deməsini arzuladığın eyni sözlərlə təsəlli verirsən .. - Dostoyevski
@Saz_ve_Soz

اونو آرزولارینا قالدیریردی نردیوان، منی خاطیره‌لره ائندیریردی بو زامان بیریمیز گون چیخانا بیریمیز گون باتانا .. قالخا بیلمزدیم داها نه او گوج، نه او طاقت اودا ائنه بیلمزدی حاق‌لی، حاق‌سیز، وئرمیشدی اؤز حوکمونو طبیعت گرک یا دوشمه‌‌یه‌یدی، بو گوروش هئچ آرایا یا او اول گَله‌یدی، یا من سونرا دونیایا ..
نریمان حسن‌زاده
Onu arzularına Qaldırırdı nərdivan, Məni xatirələrə Endirirdi bu zaman. Birimiz gün çıxana, Birimiz gün batana... Qalxa bilməzdim daha, Nə o güc, nə o taqət. O da enə bilməzdi, Haqlı, haqsız, Vermişdi öz hökmünü təbiət. Gərək ya düşməyəydi, Bu görüş heç araya, Ya o əvvəl gələydi, Ya mən sonra dünyaya .. Nəriman Həsənzadə
@Saz_ve_Soz

آلاگؤزلوم؛ سندن آیری گئجه‌لر بیر ایل کیمی اوزون اولور، نئیله‌ییم؟
« آلاگؤزلوم » ایفا ائدیر، #آکیف_ایسلام‌زاده بسته‌کار: #امین_ثابیت‌اوغلو سوز مولفی: نیگار رفی‌بئی‌لی « Alagözlüm » İfa edir: #Akif_İslamzadə Bəstəkar: #Əmin_Sabitoğlu Söz müəllifi: Nigar Rəfibəyli
@Saz_ve_Soz

هئچ بیلیردیز فریده‌م ماهنی‌سی‌نین ایفاچی‌سی #آکیف‌_ایسلام‌زاده‌‌ دی؟
« فریده‌م » ایفا ائدیر، #آکیف‌_ایسلام‌زاده بسته‌کار: آندری بابایئف خالق ماهنیسی « Fəridəm » İfa edir: #Akif_İslamzadə Bəstəkar: Andrey Babayev Xalq mahnısı
@Saz_ve_Soz

«بیر سس، بیر حکایه» #آکیف_ایسلام‌زاده، کولگه‌دن چیخان بیر سس #پارت_۲ ۱۹۴۸ - جی ایلین اوت آیی‌نین ۸-جی گونو، باکی‌دا بیر اوشاق دونیایا گؤز آچدی او زامان هئچ کس بیلمیردی کی بو بالاجا اوغلان ایل‌لر سونرا آذربایجان موسیقی‌سی‌نین اونودولماز سس‌لریندن بیرینه چئویره‌له‌جه‌ک آکیف دونیایا گوز آچان ائوده، نغمه‌لر تکجه دینله‌مک اوچون دئییل‌دیلر؛ هر نغمه یاشایان بیر دونیاایدی .. آناسی آذربایجانین اؤلوم ده سوسدورابیلمه‌دییی سس‌لریندن بیری‌ایدی، سارا قدیمووا هه، او سارانین اوغلوایدیر. اما هر کسین تانیدیغی بو آدین آرخاسیندا، اوز آدینی تاپماغا چالیشان بیر سس واریدی بئله بیر ائوده بویومک، بیر یاندان بویوک بیر نعمت‌ایدی و بیر یاندان آغیر بی مسئولیت چون کی هر کس اونا باخاندا، سارا قدیمووانین اوغولونو گوروردو هئچ کیم آکیفین اوز سسین گوزله‌مه‌ییردی .. اما زامان اونا باشقا بیر یول حاضیرلامیشدی‌ او آناسی‌نین سسی‌نین تکراری اولمادی، اوز سسین تاپدی آناسیندان سسی‌نین گوزلیینی، اما اوز یولوندان سسین گوجونو تاپدی. بیر گون، او بالاجا اوشاغین سسی ایلک دفعه رادیو و تلویزیون واسیطه‌سیله ائولره قوناق اولاجاقدی .. داوامی، پارت ۳ ..  Bir ses, bir hekayə #Akif_İslamzadə, kölgədən çıxan bir səs #Part_2
1948-ci ilin avqust ayının 8-ci günü, Bakıda bir uşaq dünyaya göz açdı. O zaman heç kəs bilmirdi ki, bu balaca oğlan illər sonra Azərbaycan musiqisinin unudulmaz səslərindən birinə çevriləcək. Akif dünyaya göz açan evdə, nəğmələr təkcə dinləmək üçün deyildilər; Hər nəğmə yaşayan bir dünyadır. Anası Azərbaycanın ölüm də susdura bilmədiyi səslərindən biri idi, Sara Qədimova. Hə, o Saranın oğludur. Amma hər kəsin tanıdığı bu adın arxasında, öz adını tapmağa çalışan bir səs var idi. Belə bir evdə böyümək, bir yandan böyük bir nemət idi, və bir yandan ağır bir məsuliyyət. Çünki hər kəs ona baxanda, Sara Qədimovanın oğlunu görürdü. Heç kim Akifin öz səsini gözləməyirdi .. Amma zaman ona başqa bir yol hazırlamışdı! O, anasının səsinin təkrarı olmadı, öz səsini tapdı. Anasından səsinin gözəlliyini, amma öz yolundan səsinin gücünü tapdı. bir gün, o balaca uşağın səsi, ilk dəfə radio və televiziya vasitəsilə evlərə qonaq olacaq .. Davamı, part 2 ..
@Saz_ve_Soz

«بیر سس، بیر حکایه» #آکیف_ایسلام‌زاده، کولگه‌دن چیخان بیر سس بعضی سس‌لر وار، بویوک بیر سسین کؤلگه‌سینده بویویورلر اما بیر گون، اوز یولارینی تاپیرلار و بیر گون آرتیق هئچ کسین آدی‌ایله یوخ، اوز سس‌لری ایله تانینیرلار چون‌ کی بعضی‌ سس‌لر میراث اولماق اوچون یوخ، اوزلری بیر وارثه چئوریلمک‌ اوچون دوغولورلار و هر وارث اوز ایزینی قویماق اوچون، اوز یولوندان کئچمه‌لی‌دیر بئله بیر سسین دونیایا گؤز آشدیغی گونون ایل دونومی اوچون، گلین بیرلیک‌ده حیکایه‌سین ائشیده‌ک .. داوامی، پارت ۲ دا .. Bir ses, bir hekayə #Akif_İslamzadə, kölgədən çıxan bir səs
Bəzi səslər var, böyük bir səsin kölgəsində böyüyürlər Amma bir gün, öz yollarını tapırlar Bir gün artıq heç kəsin adı ilə yox, öz səsləri ilə tanınırlar Çünki bəzi səslər miras olmaq üçün yox, özləri bir varisə çevrilmək üçün doğulurlar Və hər varis öz izini qoymaq üçün öz yolundan keçməlidir Bu gün belə bir səsin dünyaya göz açdığı günün ildönümü üçün, gəlin birlikdə hekayəsini eşidək. Davamı, Part 2 ..
@Saz_ve_Soz

منه بیرجه کلمه "جان" سویله‌سه‌یدین، او بیرجه کلمه‌ایله مین جان وئرردیم .. :)
« قوربان وئرردیم » ایفا ائدیر، #آکیف_ایسلام‌زاده بسته‌کار: #ائلزا_ایبراهیمووا سؤز مؤلفی: رفیق زکا خندان « Qurban Verərdim » İfa edir, #Akif_İsmayılzadə Bəstəkar: #Elza_İbrahimova Söz müəllifi: Rafiq Zəka Xəndan
@Saz_ve_Soz

تانری‌نین آدی‌یلا!