✎DİM-Azərbaycan dili
Open in Telegram
➤Azərbaycan dili üzrə qızıl qeydlər, qısa dərs izahları və quizlərdən faydalana bilərsiniz. ➤Müzakirə üçün: https://t.me/anadilimmuzakire
Show moreThe country is not specifiedThe category is not specified
367
Subscribers
-224 hours
+47 days
+430 days
Posts Archive
Düzəltmə sözlər həmişə leksik şəkilçi ilə düzəlir və həmişə bitişik yazılır.
🪄Vasitəsiz və vasitəli nitq qeydi
💎Vasitəsiz nitq başqasının sözlərinə deyilir. Məsələn :Anar dedi:"Bu gün evə gec gələcəm" Burada başqasının nitqi dedikdə Anarın nitqi, yəni "Bu gün evə gec gələcəm" hissəsi nəzərdə tutulur. Buna da vasitəsiz nitq deyirik.
💎Bir neçə durğu işarəsinə də diqqət etmək lazımdır
M:-V 👉M-müəllif, V-vasitəsiz nitq
Nümunə:Ana əsəbi halda :"Ay uşaq dur, iş gör".
Burada müəllifin sözü - Ana əsəbi halda olan hissədir, vasitəsiz nitq isə ananın nitqi, yəni Ay uşaq, dur, iş gör hissəsidir.
💎Digər durğu işarələrinə də baxaq 👇
M:" V", - m
Vasitəsiz nitqdən sonra yenə müəllifin sözü varsa, bu zaman müəllif sözündən qabaq ", -" işlənməlidir. Nümunə : Müəllimə sinifə girəndə :"Salam uşaqlar", -deyərək əyləşdi.
Bu nümunə M:"V", - m sxeminə uyğundur.
✅Cümlədə ilk öncə vasitəsiz nitq də gələ bilər.
Hansı cümlənin şəxsə görə növündə (növlərində) tərkibində eyni anda bütün cümlə üzvləri iştirak edə bilər?
🪄Qeyd edək
Yiyəlik hal olan cümlədə mənsubiyyət şəkilçisi olmaya da bilər. Əgər yiyəlik hallı söz xəbər olarsa, mənsubiyyət şəkilçisi işlənməz.
Nümunə-Bu məktəb bizimdir. Bu cümlədə "bizimdir " yiyəlik hallı sözdür və gördüyümüz kimi mənsubiyyət şəkilçili söz yoxdur🌚
🪄Qeyd edək
Sözdə "ea" birləşməsi varsa, tələffüzdə fərq yaranmır. Nümunə-laureat [laureat]
Azərbaycan dili izah⚡️
https://youtu.be/Jr5Mn_NgWCE?si=dAJq8cUGfldA8H0p
Ədəbiyyat izah⚡️
https://youtu.be/yIKIkN4a5gk?si=R1VoHMKLBpg-2f3a
✅NORMALAR QEYDİ
Qrammatik norma, fonetik norma, leksik norma.
⭐️Qrammatik norma -sözlər və cümlələr arasında düzgün əlaqəyə xidmət edir. Qrammatik normanın şərtləri 👇
✅Cümlədə söz sırası düzgün olmalıdır
✅Müəyyən miqdar sayından sonra gələn isimlər təkdə olmalıdır
✅Adlara qoşulan şəkilçilərin sırası düzgün olmalıdır(cəm, mənsubiyyət, hal, xəbərlik)
✅Cümlədə inkar bağlayıcı varsa, xəbər təsdiqdə olmalıdır.
✅Mübtəda və xəbər şəxsə və kəmiyyətə görə uzlaşmalıdır
⭐️Fonetik norma - bu normada sözlərin düzgün yazılışına diqqət etmək gərəklidir. Nümunə :Uşaq ayakqabısını geyindi _cümləsində norma pozulub, çünki ayaqqabı sözü yanlış yazılıb.
Fonetik normanın şərtləri 👇
✅Xüsusi isimlər böyük hərflə yazılmalıdır
✅Dırnaq işarəsi gərək olduqda qoyulmalıdır
✅Rum rəqəmindən sonra defis olmamalıdır (x əsr✅x-cu əsr ❌)
✅Söz sətirdən sətrə düzgün keçməlidir
⭐️Leksik norma - sözün cümlədə məna cəhətdən düzgün işlədilməsinə diqqət olunmalıdır.
Nümunə : Bayraq yellənirdi _bu cümlədə "yellənirdi" sözünün yerinə "dalğalanırdı" olmalıdır. Yəni söz məna cəhətdən yerində düzgün işlənməyib deyə leksik norma pozuntusu sayılır.
🌸Hazırladı :Ahu
