ch
Feedback
Coğrafiya Hazırlığı 🌎🌋🌊

Coğrafiya Hazırlığı 🌎🌋🌊

前往频道在 Telegram

✨XaLXıN MüəLLiMəSi✨ 📍Coğrafiyadan maraqlı faktlar, çaşdırıcı məqamlar,testlər, sınaqlar, qeydlər və coğrafiya ilə bağlı pdf-lər paylaşılır 📝

显示更多
424
订阅者
-124 小时
-87
-2130
帖子存档
🌱 STRUKTURLU TORPAQLAR
​ Dənəvər və kəsekvari olur. Humusla (çürüntü) zəngindir, hava və su keçiriciliyi əladır, çox münbitdir. ​Hansı torpaqlardır? - Qara və Şabalıdı torpaqlar (Meşə-çöl və çöl zonaları). ​📍 Dünyada haradadır? ​Ukrayna və Rusiya (Cənub və çöl zonaları) ​ABŞ və Kanada (Böyük Düzənliklər və Prerilər zonası) ​Argentina (Pampa düzənliyi) ​Qazaxıstan (Şimal çölləri) ​🇦🇿 Azərbaycanda - Dağ-şabalıdı və dağ-qara torpaqları (Ceyrançöl, Acınohur, Şamaxı-İsmayıllı yaylası, Gədəbəy)
​🏜️ STRUKTURSUZ TORPAQLAR
​ Tozvari və ya qumvari olur. Humus qatı çox zəifdir. Su dəyəndə tez palçıqlaşır, quruyanda isə bərk qabıq bağlayır. Münbitliyi çox aşağıdır. ​Hansı torpaqlardır? - Boz, Boz-qonur, Şorəkət, Podzol və Tundra torpaqları (Səhra, yarıməsəhra və Tundra zonaları). ​📍 Dünyada haradadır? ​Şimali Afrika ölkələri (Əlcəzair, Liviya, Misir — Saxara səhrası) ​Səudiyyə Ərəbistanı və Yaxın Şərq səhraları ​Mərkəzi Asiya (Türkmənistan — Qaraqum, Özbəkistan — Qızılqum səhraları) ​Avstraliya (Daxili səhra hissələri) ​Rusiya və Kanadanın ucqar şimalı (Tundra zonası) ​🇦🇿 Azərbaycanda - Kür-Araz ovalığı, Abşeron-Qobustan, Naxçıvanın düzənlikləri (Boz və şorəkət torpaqlar).

Mövzu: Torpaq
🌪️ Torpağın strukturlu olması üçün Rütubətlənmə Əmsalı (R.Ə.) 1-ə yaxın və ya bərabər olmalıdır (çöllər). Həddindən artıq quru (R.Ə. < 0.3 — Səhralar) və ya həddindən artıq rütubətli/soyuq (Tundra, Ekvatorial meşələr) yerlərdə torpağın strukturu pozulur və ya struktursuz olur.

05.07.2026 ikinci qrup qəbul D variantı .pdf24.45 MB

60°şm.e-də 1°lik qövsün uzunluğu 55,8 km olduğunu nəzərə alaraq Cavab:
Anonymous voting

Fərqli yöndən baxmalı olduğunuz suallardan: Coğrafi koordinatları 60°şm.e və 60°ş.u olan A məntəqəsi ilə coğrafi koordinatları 60°şm.e,120°q.u olan B məntəqəsi arasındakı ən qısa məsafə neçə km-dir?

Respublikamızın alçaqdağlıq və düzən ərazilərində geniş yayılmış ekzogen relyef formaları:
Anonymous voting

Mütəxəssislər açıqlayırlar ki, Amazon meşələrinin təxminən 60%-i bu günə qədər hələ də araşdırılmayıb. 😳 Bu elə nəhəng bir m
Mütəxəssislər açıqlayırlar ki, Amazon meşələrinin təxminən 60%-i bu günə qədər hələ də araşdırılmayıb. 😳 Bu elə nəhəng bir meşədir ki, hətta müasir texnologiyalar belə onun sıx yaşıl ağac örtüyünün (kanopisinin) altını aydın şəkildə görə bilmir. 🌱

Online fərdi coğrafiya dərsləri üçün müraciət edə bilərsiz✨ Əlaqə: 0705022042 (Whatsapp)

II Qrup Litosfer-Relyef-2 2025 CVB.pdf6.55 KB

II Qrup Litosfer-Relyef-2 2025.pdf5.60 KB

KARTOQRAFİYA - FATİMƏ ƏZİZOVA.pdf1.38 MB

Xəritə-sxem.Boğazlar.pdf1.16 MB

Amerika Ölkələri.Xəritə-sxem..pdf9.75 KB

Təsvirdən ölkəni müəyyən edin. Bu inkişaf etməkdə olan dövlət bir neçə min böyük və kiçik ada və yarımadada yerləşir; idarəetmə forması monarxiya, inzibati quruluşu isə federasiyadır.
Anonymous voting

Monarxiyası olmayan qitə:
Anonymous voting

Günəş işığının müddətini qeyd etmək üçün hansı cihazdan istifadə olunur
Anonymous voting

+2
Çaylar 1ci (2).pdf3.94 KB

Böyük Banyan dünyanın ən böyük örtük sahəsinə malik ağacıdır. Bu meşə ağacının bir deyil, minlərlə gövdəsi var. O, heç vaxt t
Böyük Banyan dünyanın ən böyük örtük sahəsinə malik ağacıdır. Bu meşə ağacının bir deyil, minlərlə gövdəsi var. O, heç vaxt tək başına böyümür, yalnız başqa bir ağacın rizomundan böyüyür. Banyan Hindistanın milli ağacıdır.

BETON CƏNGƏLLİYİN ORTASINDA ÜRƏK: Bu inanılmaz fotoda Çinin Quançjou şəhərinin Cencun məhəlləsində yerləşən *Xuanvuşan Parkı*
BETON CƏNGƏLLİYİN ORTASINDA ÜRƏK: Bu inanılmaz fotoda Çinin Quançjou şəhərinin Cencun məhəlləsində yerləşən *Xuanvuşan Parkı* göstərilir. Bu, məşhur "şəhər kəndlərindən" biridir - şəhərin yaşayış binalarının bir-birinə o qədər sıx yerləşdiyi və sözün əsl mənasında məkanı udduğu bir hissəsidir. Lakin, bu həddindən artıq beton bozluğun ortasında meşəlik bir təpə toxunulmamış qalıb. Və təkcə bu deyil - quş baxışından onun sıx örtüyü mükəmməl ürək forması yaradır! 🌳❤️