ch
Feedback
Spektator

Spektator

前往频道在 Telegram
3 584
订阅者
-124 小时
+57
-3030

数据加载中...

相似频道
无数据
有任何问题?请刷新页面或联系我们的客服
标签云
无数据
有任何问题?请刷新页面或联系我们的客服
进出提及
---
---
---
---
---
---
吸引订阅者
七月 '26
七月 '26
+25
在0个频道中
六月 '26
+200
在1个频道中
Get PRO
五月 '26
+245
在0个频道中
Get PRO
四月 '26
+130
在0个频道中
Get PRO
三月 '26
+91
在0个频道中
Get PRO
二月 '26
+16
在0个频道中
Get PRO
一月 '26
+20
在0个频道中
Get PRO
十二月 '25
+11
在0个频道中
Get PRO
十一月 '25
+58
在0个频道中
Get PRO
十月 '25
+14
在0个频道中
Get PRO
九月 '25
+15
在0个频道中
Get PRO
八月 '25
+48
在0个频道中
Get PRO
七月 '25
+25
在0个频道中
Get PRO
六月 '25
+42
在0个频道中
Get PRO
五月 '25
+13
在0个频道中
Get PRO
四月 '25
+56
在1个频道中
Get PRO
三月 '25
+391
在2个频道中
Get PRO
二月 '25
+169
在2个频道中
Get PRO
一月 '25
+652
在3个频道中
Get PRO
十二月 '24
+41
在1个频道中
Get PRO
十一月 '24
+3 469
在2个频道中
Get PRO
十月 '240
在3个频道中
Get PRO
九月 '24
+140
在4个频道中
日期
订阅者增长
提及
频道
17 七月0
16 七月0
15 七月0
14 七月0
13 七月0
12 七月+15
11 七月+10
10 七月0
09 七月0
08 七月0
07 七月0
06 七月0
05 七月0
04 七月0
03 七月0
02 七月0
01 七月0
频道帖子
🇮🇳 Hindistanın Baş naziri Narendra Modi: 💬 “Təmizliyi vərdiş halına gətirəcəyik. Təmizlik mədəniyyətimizin ayrılmaz hissəsi olacaq. ▶️ Təmizliyi gündəlik həyatımızın ayrılmaz hissəsinə çevirəcəyik.”

2
🇮🇳 Hindistanın Baş naziri Narendra Modi: “Təmizliyi vərdiş halına gətirəcəyik. Təmizlik mədəniyyətimizin ayrılmaz hissəsi olacaq. Təmizliyi gündəlik həyatımızın ayrılmaz hissəsinə çevirəcəyik.”
1
3
📊 “Moody’s” Azərbaycanın iqtisadi dayanıqlılığını müsbət qiymətləndirib Beynəlxalq reytinq agentliyi “Moody’s Ratings” Azərbaycanın növbəti planlı qiymətləndirməsini başa çatdırıb. Agentlik reytinqdə hər hansı dəyişiklik etməyib və ölkənin “Baa3” səviyyəsində olan uzunmüddətli kredit reytinqini qoruyub. Əsas məqamlar: ▪️ Azərbaycanın güclü maliyyə ehtiyatları və Dövlət Neft Fondunun (ARDNF) aktivləri ölkənin iqtisadi sabitliyini dəstəkləyən əsas amillər kimi qiymətləndirilib. ▪️ Agentlik 2026-cı ildə Azərbaycanın iqtisadi artımının təxminən 1,5%, orta müddətdə isə 2–2,5% olacağını proqnozlaşdırır. ▪️ İnformasiya texnologiyaları, turizm və emal sənayesinin qeyri-neft sektorunda artımı dəstəklədiyi vurğulanıb. ▪️ “Moody’s” hesab edir ki, Azərbaycanın böyük maliyyə ehtiyatları ölkəni xarici iqtisadi şoklara qarşı daha dayanıqlı edir. ▪️ Agentlik həmçinin Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin genişlənməsini və regional nəqliyyat layihələrində irəliləyişi geosiyasi riskləri azaldan müsbət amillər kimi qiymətləndirib.
452
4
“Wizz Air” oktyabrda Bakı ilə Bratislava arasında birbaşa uçuşlara başlayacaq. 🔴 Spektator ✅
471
5
#TarixdəBuGün 17 iyul 1453 — Yüzillik müharibənin son döyüşü baş verib Fransanın Kastiyon şəhəri yaxınlığında baş verən döyüşdə Fransa ordusu İngiltərəni məğlub edib. Bu qələbə Yüzillik müharibənin faktiki sonu hesab olunur və Fransanın ərazi bütövlüyünü böyük ölçüdə bərpa etməsi ilə nəticələnib. 1487 — Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin doğum günü Azərbaycanın görkəmli dövlət xadimi, sərkərdəsi və şairi Şah İsmayıl Xətai (1487–1524) anadan olub. O, Səfəvi dövlətinin əsasını qoyaraq Azərbaycan tarixinin ən qüdrətli imperiyalarından birini yaradıb, eyni zamanda Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələrindən biri kimi tanınıb. 1918 — Çar II Nikolay və ailəsi edam edilib Bolşevik rəhbərliyinin gizli qərarı ilə Rusiyanın son imperatoru II Nikolay, həyat yoldaşı Aleksandra və beş övladı Yekaterinburqda güllələnərək öldürülüb. Bu hadisə Romanovlar sülaləsinin 300 ildən çox davam edən hakimiyyətinə son qoyub. 1945 — Potsdam Konfransı başlayıb SSRİ, ABŞ və Böyük Britaniya liderləri – İosif Stalin, Harri Truman və Uinston Çörçill Almaniyanın Potsdam şəhərində bir araya gəlib. Konfransda İkinci Dünya müharibəsindən sonrakı Avropanın siyasi xəritəsi və Almaniyanın gələcək taleyi müzakirə olunub. 1953 — Xalq artisti Telman Adıgözəlovun doğum günü Azərbaycanın tanınmış teatr, kino və televiziya aktyoru, Xalq Artisti Telman Adıgözəlov (1953–2010) anadan olub. Akademik Milli Dram Teatrında yaratdığı yaddaqalan obrazlarla yanaşı, "Ordan-burdan", "Qonşular", "Nəsimi", "Üzü küləyə" və digər televiziya layihələri və filmlərdəki rolları ilə geniş tamaşaçı sevgisi qazanıb. 1955 — İlk Disneyland istifadəyə verilib ABŞ-ın Kaliforniya ştatında Uolt Disney tərəfindən yaradılan ilk Disneyland əyləncə parkı qapılarını ziyarətçilərin üzünə açıb. Bu gün Disneyland dünyanın ən məşhur əyləncə parklarından və turizm məkanlarından biridir. 2014 — MH17 sərnişin təyyarəsi vurulub Malaysia Airlines-a məxsus MH17 reysi Ukraynanın şərqində raketlə vurulub. Təyyarədə olan 298 nəfərin hamısı həlak olub. Beynəlxalq araşdırmalar təyyarənin Rusiyanın dəstəklədiyi separatçıların nəzarətində olan ərazidən vurulduğu qənaətinə gəlib. 📌 Tarixdə bu gün baş verən hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin! 🔴 Spektator ✅
502
6
🏆 2026 Dünya Çempionatının finalında fasilə 30 dəqiqə olacaq. 🎤 Fasilə şousunda səhnəyə çıxacaq ulduzlar: ▪️ BTS ▪️ Justin
🏆 2026 Dünya Çempionatının finalında fasilə 30 dəqiqə olacaq. 🎤 Fasilə şousunda səhnəyə çıxacaq ulduzlar: ▪️ BTS ▪️ Justin Bieber ▪️ Shakira ▪️ Coldplay ▪️ Madonna
545
7
🎓 Bakıda 31 məktəbdə ali məktəbə hazırlıq üçün yeni tədris modeli tətbiq olunacaq. ▶️2026–2027-ci tədris ilindən X-XI siniflərdə şagirdlər seçdikləri ixtisas istiqamətinə uyğun fənləri daha dərindən öyrənəcəklər. ⚡️Layihənin məqsədi şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyac duymadan məktəbdə ali məktəbə qəbul üçün daha keyfiyyətli hazırlaşmasını təmin etməkdir. ⚠️Yeni model Bakıdakı 31 məktəbdə tətbiq ediləcək və şagirdlər elektron sistem vasitəsilə qeydiyyatdan keçə biləcəklər. 🔴 Spektator ✅
571
8
1136 — Atabəylər dövlətinin əsası qoyulub Görkəmli dövlət xadimi Şəmsəddin Eldəniz Aran hakimi təyin olunaraq Bərdəyə göndərilib. Bu hadisə Azərbaycan tarixində mühüm yer tutan Eldənizlər (Azərbaycan Atabəyləri) dövlətinin yaranmasının başlanğıcı hesab olunur. 1804 — Birinci Rusiya–Qacar müharibəsi başlayıb 1804–1813-cü illəri əhatə edən müharibə Azərbaycanın tarixinə ciddi təsir göstərib. Müharibənin gedişində bağlanan Kürəkçay müqaviləsi ilə Qarabağ və Şəki xanlıqları Rusiyanın himayəsinə keçib, sonrakı illərdə isə Azərbaycanın şimal torpaqlarının Rusiya tərəfindən işğalı sürətlənib. 1913 — Xalq artisti Mirzə Babayevin doğum günü Azərbaycan estrada musiqisinin görkəmli nümayəndəsi, Xalq Artisti Mirzə Babayev (1913–2003) anadan olub. Bülbülün tələbəsi olan sənətkar uzun illər Dövlət Filarmoniyasında çalışıb, 30-dan çox filmdə rol alıb və Azərbaycan estrada musiqisinin ən sevilən simalarından birinə çevrilib. 1934 — Əməkdar memar Rasim Əliyevin doğum günü Azərbaycanın Əməkdar Memarı Rasim Əliyev (1934–2021) anadan olub. Uzun illər Bakının baş memarı kimi fəaliyyət göstərən Rasim Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportu, Naxçıvan Hava Limanı, Hüseyn Cavid məqbərəsi, Bakı metrosunun bir neçə stansiyası və digər mühüm memarlıq layihələrinin müəllifi və həmmüəllifi olub. 1940 — Hitler İngiltərəyə hücum əmrini verib Adolf Hitler Böyük Britaniyanın işğalını nəzərdə tutan “Dəniz şiri” (Operation Sea Lion) əməliyyatına hazırlıq barədə göstəriş verib. Almaniya planı hazırlasa da, Britaniya Hərbi Hava Qüvvələrinin müqaviməti səbəbindən əməliyyat heç vaxt həyata keçirilməyib. 1945 — İlk atom bombası sınaqdan keçirilib ABŞ Manhattan Layihəsi çərçivəsində Nyu-Meksikoda tarixdə ilk nüvə sınağını – Trinity testini həyata keçirib. Bir neçə həftə sonra ABŞ Xirosima və Naqasakiyə atom bombaları atıb. 1958 — Xalq artisti İlham Əsgərovun doğum günü Teatr və kino aktyoru, Xalq Artisti İlham Əsgərov (1958–2015) anadan olub. Milli Dram Teatrında uzun illər çalışıb, televiziya tamaşalarında, filmlərdə və dublyaj sahəsində yaddaqalan obrazlar yaradıb. 📌 Tarixdə bu gün baş verən hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin! 🔴 Spektator ✅
580
9
▶️Azərbaycanda illik inflyasiya iyunda 5.8%-ə yüksəlib. – Dövlət Statistika Komitəsi 🔴 Spektator ✅
581
10
#TarixdəBuGün 15 iyul 1783 — İlk buxar gəmisi sınaqdan keçirilib Fransız mühəndis Klod Fransua Dorot de Joffrua tarixdə ilk buxar gəmisini sınaqdan keçirib. Bu hadisə müasir gəmiçiliyin inkişafında mühüm mərhələ hesab olunur. 1804 — Birinci Rusiya–Qacar müharibəsi başlayıb 1804–1813-cü illəri əhatə edən müharibə Azərbaycanın taleyinə ciddi təsir göstərib. Müharibə nəticəsində bağlanan Kürəkçay müqaviləsi ilə Qarabağ və Şəki xanlıqları Rusiyanın himayəsinə keçib, sonrakı illərdə isə Azərbaycanın şimal torpaqlarının Rusiya tərəfindən işğalı sürətlənib. 1915 — Xalq rəssamı Cəlal Qaryağdının doğum günü Azərbaycanın görkəmli heykəltaraşı, Xalq rəssamı Cəlal Qaryağdı (1915–1999) anadan olub. O, Həzi Aslanov, İsrafil Məmmədov, Nəriman Nərimanov, Mirzə Ələkbər Sabir, Qara Qarayev, Fikrət Əmirov və digər görkəmli şəxsiyyətlərə həsr etdiyi heykəl və büstləri ilə Azərbaycan monumental heykəltəraşlığının ən tanınmış simalarından biri olub. 1976 — Apple ilk məhsulunu olan Apple I kompüterini təqdim etdi 1976-cı ilin iyulunda Apple şirkətinin ilk məhsulu olan Apple I təqdim edilib. Stiv Voznyak tərəfindən hazırlanıb və əl ilə yığılan bu fərdi kompüter 666,66 ABŞ dolları qiymətinə satışa çıxarılıb. Apple I tam kompüter deyil, əvvəlcədən yığılmış ana plata (motherboard) kimi satılırdı və sonradan dünyanın ən dəyərli texnologiya şirkətlərindən birinə çevriləcək Apple brendinin təməlini qoydu. 1982 — Avropa Peyk Rabitəsi Konvensiyası imzalanıb Parisdə "Avropa Peyk Rabitəsi Təşkilatının yaradılması haqqında" Konvensiya imzalanıb. Azərbaycan bu Konvensiyaya 2002-ci ildə qoşulub. 1997 — Azpetrol təsis edilib Azərbaycanın aparıcı yanacaq və enerji şirkətlərindən biri olan Azpetrol təsis edilib. Şirkət hazırda ölkənin ən geniş yanacaqdoldurma şəbəkələrindən birinə malikdir. 2006 — Twitter istifadəyə verilib Cek Dorsi, Evan Uilyams və Biz Stoun tərəfindən yaradılan Twitter (indiki X) platforması ictimaiyyətə təqdim olunub. Platforma qısa mesaj formatını populyarlaşdıraraq dünyanın ən nüfuzlu sosial media şəbəkələrindən birinə çevrilib. 2016 — Türkiyədə hərbi çevriliş cəhdi baş verib 15 iyul 2016-cı ildə Türkiyə hökumətinin FETÖ terror təşkilatı ilə əlaqələndirdiyi qrup hərbi çevrilişə cəhd edib. TBMM və digər strateji obyektlər bombalanıb, lakin xalqın və təhlükəsizlik qüvvələrinin müqaviməti nəticəsində çevrilişin qarşısı alınıb. Hadisələr zamanı 251 nəfər həlak olub, 2 mindən çox insan yaralanıb. Türkiyədə bu tarix Demokratiya və Milli Birlik Günü kimi qeyd olunur. 📌 Tarixdə bu gün baş verən hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin! 🔴 Spektator ✅
610
11
☄️ Financial Times: Dubay Hörmüz boğazından yan keçmək üçün yeni dəniz limanı inşa edir. 🔴 Spektator ✅
617
12
#TarixdəBuGün 14 iyul 14 iyul — Fransanın Milli Bayramıdır 1789-cu ildə Bastiliya qalasının alınması Fransa İnqilabının başlanğıcı hesab olunur. Hər il 14 iyul Fransada Bastiliya Günü kimi milli bayram səviyyəsində qeyd edilir. 1942 — "Atılay" sualtı gəmisi batıb Türkiyənin "Atılay" sualtı gəmisi Çanaqqala boğazında təlim zamanı Birinci Dünya müharibəsindən qalmış minaya toxunaraq batıb. Qəza nəticəsində gəmidə olan 39 türk dənizçisi həlak olub. 1952 — Avtomobillərdə kondisioner kütləvi istehsala daxil edilib General Motors şirkəti ilk dəfə kütləvi istehsal olunan avtomobillərdə kondisioner sistemini tətbiq etməyə başlayıb. Bu yenilik sonradan avtomobil sənayesində standart avadanlıqlardan birinə çevrilib. 1969 — ABŞ iri nominallı dollar əsginaslarını dövriyyədən çıxarıb ABŞ hökuməti 500, 1 000, 5 000 və 10 000 dollarlıq əsginasların dövriyyəsini dayandırıb. Bu qərar onların faktiki istifadə edilməməsi və elektron bankçılığın inkişafı ilə əlaqədar qəbul olunub. 1969 — Heydər Əliyev Azərbaycan rəhbəri seçilib Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Heydər Əliyev birinci katib seçilib. Bu tarix Azərbaycanın müasir inkişaf mərhələsinin başlanğıcı kimi qiymətləndirilir. Heydər Əliyevin rəhbərliyi dövründə respublikada sənaye, təhsil, elm və mədəniyyət sahələrində geniş islahatlar həyata keçirilib, müstəqillik illərində isə ölkənin dövlətçiliyinin möhkəmləndirilməsində həlledici rol oynayıb. 1989 — Xankəndidə azərbaycanlılara qarşı terror aktı törədilib Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Xankəndidə azərbaycanlıların yaşadığı binada törədilən partlayış nəticəsində onlarla insan yaralanıb. Hadisədən sonra 26 azərbaycanlı ailəsi şəhəri tərk etməyə məcbur olub. 1992 — Azərbaycan Beynəlxalq Mülki Aviasiya Konvensiyasına qoşulub Azərbaycan Mülki Aviasiya haqqında Beynəlxalq Konvensiyaya (Çikaqo Konvensiyası) qoşularaq beynəlxalq aviasiya sisteminin tamhüquqlu iştirakçılarından birinə çevrilib. 2013 — Dünyanın son teleqramı göndərilib Hindistanın dövlət telekommunikasiya şirkəti teleqraf xidmətini dayandıraraq ölkədə son teleqramı göndərib. Bununla təxminən 170 illik teleqraf dövrü rəsmən başa çatıb. 2016 — Nitsa terror aktı baş verib Fransanın Nitsa şəhərində Bastiliya Günü qeyd edilərkən terrorçu yük maşınını insanların üzərinə sürərək 86 nəfərin ölümünə, yüzlərlə insanın yaralanmasına səbəb olub. Hadisə Fransa tarixinin ən qanlı terror hücumlarından biri hesab olunur. 2020 — Milli Qəhrəman Polad Həşimov şəhid olub General-mayor Polad Həşimov Tovuz istiqamətində Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən ön xətdə döyüşü şəxsən idarə edərkən şəhid olub. O, Azərbaycan Silahlı Qüvvələrinin döyüş zamanı şəhid olan ən yüksək rütbəli zabitlərindən biridir. Göstərdiyi şücaətə görə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Onun şəhidliyi ölkədə böyük həmrəylik yaratmış və Vətən müharibəsi öncəsi milli birliyin simvollarından birinə çevrilmişdir. 2020 — Milli Qəhrəman İlqar Mirzəyev şəhid olub Polkovnik İlqar Mirzəyev Tovuz döyüşləri zamanı ön xəttə rəhbərlik edərkən şəhid olub. Uzun illər Azərbaycan Ordusunda xidmət edən zabit peşəkarlığı və şəxsi nümunəsi ilə tanınırdı. O da ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb və Tovuz döyüşlərinin rəmzlərindən biri kimi xatırlanır. 📌 Tarixdə bu gün baş verən hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin! 🔴 Spektator ✅
683
13
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış edib: "Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət tanımırıq" "Qonşularla əlaqə qurulmadan tranzit ölkəyə çevrilmək mümkün deyil" "907-ci düzəliş" ermənipərəst senatorlar tərəfindən irəli sürülmüşdü" "Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir" "Qazaxıstanla fəal təmas olmadan regionda heç bir layihə mümkün ola bilməz" "Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və Afrika İttifaqı BMT TŞ-də təmsil olunmalıdır" "Azərbaycan üçün yeganə risk - ölkəni "hər hansı avantüralara" cəlb etmək cəhdləridir" "Qarabağın bərpasında Azərbaycana birinci yardım edən məhz Şavkat Mirziyoyev olub" "ABŞ ilə İran arasındakı münaqişəyə tezliklə son qoyulacağına ümid edirəm" "Azərbaycan və Çin arasında yeni əməkdaşlıq səhifəsi açılıb" "Yaponiya ilə müdafiə sənayesində birgə müəssisələr yarada bilərik" "Kolonial siyasəti tənqid etməyimizin Fransa ilə ikitərəfli münasibətlərimizə aidiyyəti yoxdur" "Fransanın dənizaşırı əraziləri kolonial müstəmləkəçilik siyasətindən əziyyət çəkir" "Azərbaycan və Rusiya münasibətləri normallaşdırıb və müsbət dinamikaya malikdir" "Donald Tramp sülhsevər və sülhü gətirə biləcək insandır" "Avropaya qaz təchizatının həcminin artırılması ilə bağlı danışıqlar gedir" 🔴 Spektator ✅
581
14
#TarixdəBuGün 13 iyul 1856 — İstanbulda Dolmabağça sarayının açılışı olub Krım müharibəsində qazanılan qələbə münasibətilə İstanbulda möhtəşəm mərasim keçirilib və Osmanlı sultanı I Əbdülməcidin sifarişi ilə inşa edilən Dolmabağça sarayı istifadəyə verilib. Bundan sonra saray Osmanlı hökmdarlarının əsas iqamətgahına çevrilib. 1897 — Radio ixtiraçısı Markoni patent alıb İtaliyalı ixtiraçı və elektrik mühəndisi Quqlielmo Markoni simsiz teleqraf sistemi (radio) üzrə patent əldə edib. O, bu sahədəki xidmətlərinə görə 1909-cu ildə Fizika üzrə Nobel mükafatına layiq görülüb. 1908 — Olimpiya Oyunlarında qadınlar ilk dəfə iştirak edib Londonda keçirilən IV Yay Olimpiya Oyunlarında tarixdə ilk dəfə qadın idmançılar yarışlara qatılıblar. Onlar tennis, oxatma və fiqurlu konkisürmə kimi növlərdə mübarizə apararaq Olimpiya hərəkatında qadınların iştirakının əsasını qoyublar. 1930 — İlk futbol üzrə Dünya Çempionatı başlayıb Uruqvayda keçirilən ilk FIFA Dünya Çempionatı start götürüb. Turnirin finalında ev sahibi Uruqvay Argentinanı 4:2 hesabı ilə məğlub edərək tarixdə ilk dünya çempionu olub. 1942 — Aktyor Harrison Fordun doğum günü Amerikalı aktyor Harrison Ford anadan olub. O, xüsusilə Indiana Jones və Star Wars filmlərində canlandırdığı obrazlarla dünya kinosunun ən məşhur aktyorlarından birinə çevrilib. 1996 — Azərbaycan Avropa Şurasına üzvlük niyyətini bəyan edib Ümummilli lider Heydər Əliyev Avropa Şurasının Baş katibinə məktub göndərərək Azərbaycanın təşkilata tamhüquqlu üzv olmaq və Avropa İnsan Hüquqları Konvensiyasına qoşulmaq istəyini rəsmən bəyan edib. Azərbaycan 2001-ci il yanvarın 25-də Avropa Şurasına tamhüquqlu üzv qəbul olunub. 2006 — Bakı–Tbilisi–Ceyhan kəmərinin rəsmi açılışı olub Türkiyənin Ceyhan şəhərində Heydər Əliyev adına Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac neft kəmərinin təntənəli açılış mərasimi keçirilib. Azərbaycan, Gürcüstan və Türkiyə üçün strateji əhəmiyyət daşıyan bu layihə ölkənin enerji siyasətində dönüş nöqtəsi hesab olunur və "Əsrin müqaviləsi"nin ən mühüm nəticələrindən biri sayılır. 2007 — Azərbaycan və Türkiyə arasında hərbi yardım sazişi imzalanıb Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında təmənnasız hərbi yardım haqqında saziş imzalanıb. Sənəd iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edib. 2012 — ASAN xidmət təsis edilib Prezident İlham Əliyevin fərmanı ilə ASAN xidmət yaradılıb. Vətəndaşlara dövlət xidmətlərinin şəffaf, operativ və rahat şəkildə göstərilməsi məqsədilə fəaliyyətə başlayan ASAN xidmət qısa müddətdə ölkənin ən uğurlu dövlət idarəçiliyi modellərindən birinə çevrilib. Hazırda mərkəzlərdə yüzlərlə dövlət və özəl xidmət göstərilir, layihə isə BMT-nin Dövlət Xidməti Mükafatı da daxil olmaqla bir sıra nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb və müxtəlif ölkələr üçün nümunə model kimi təqdim olunur. 2024 — Donald Trampa sui-qəsd cəhdi olub ABŞ prezidentliyinə Respublikaçılar Partiyasının namizədi Donald Tramp Pensilvaniyada keçirilən seçki mitinqi zamanı silahlı hücuma məruz qalıb. Güllə onun qulağını yaralayıb, hücum nəticəsində bir nəfər həlak olub, iki nəfər yaralanıb, hücumçu isə təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib. 📌 Tarixdə bu gün baş verən hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin! 🔴 Spektator ✅
715
15
📈 2008-ci ilin bu günü neftin bir barelinin qiyməti gün ərzində 147,27 dollara yüksələrək tarixi maksimuma çatmışdı.
📈 2008-ci ilin bu günü neftin bir barelinin qiyməti gün ərzində 147,27 dollara yüksələrək tarixi maksimuma çatmışdı.
820
16
#TarixdəBuGün 12 iyul 1724 — İstanbul müqaviləsi imzalanıb Osmanlı imperiyası ilə Rusiya arasında imzalanan İstanbul müqaviləsi Azərbaycan torpaqlarının iki imperiya arasında bölüşdürülməsini rəsmiləşdirib. Müqaviləyə əsasən, Xəzəryanı bölgələr Rusiyanın, Şimali Azərbaycanın böyük hissəsi isə Osmanlının nəzarətinə keçib. Bu sənəd XVIII əsrdə Azərbaycanın siyasi xəritəsini dəyişdirən ən mühüm müqavilələrdən biri hesab olunur. 1916 — İprit ilk dəfə döyüşdə tətbiq edilib Birinci Dünya müharibəsi zamanı Almaniya ordusu ilk dəfə zəhərləyici kimyəvi maddə olan ipritdən (xardal qazı) istifadə edib. Kimyəvi silahın tətbiqi müharibənin ən ağır humanitar faciələrindən birinə çevrilib. 1953 — Mircəfər Bağırov vəzifədən uzaqlaşdırılıb Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Mircəfər Bağırov 23 il tutduğu birinci katib vəzifəsindən azad edilib. Stalinin ölümündən sonra SSRİ-də başlanan siyasi dəyişikliklər nəticəsində o, sonradan mühakimə olunaraq 1956-cı ildə edam edilib. 1976 — “Family Feud” ilk dəfə yayımlanıb ABŞ-da məşhur televiziya viktorinası Family Feud ilk dəfə ABC kanalında efirə çıxıb. Veriliş sonradan dünyanın müxtəlif ölkələrində uyğunlaşdırılaraq televiziya tarixinin ən uğurlu layihələrindən birinə çevrilib. 1993 — TÜRKSOY yaradılıb Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın mədəniyyət nazirlərinin Almatıda imzaladığı sazişlə TÜRKSOY təsis olunub. Qurum bu gün Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı adı ilə fəaliyyət göstərir və türk xalqları arasında mədəni əməkdaşlığın inkişafına xidmət edir. 2020 — Tovuz döyüşləri başlayıb Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədində ağır döyüşlər başlayıb. Bir neçə gün davam edən əməliyyatlarda Azərbaycan Ordusu hücumların qarşısını alıb. Döyüşlər zamanı 12 hərbçimiz və 1 mülki şəxs şəhid olub. Şəhidlər arasında sonradan Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev də var idi. 📌 Tarixdə bu gün baş verən hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin! 🔴 Spektator ✅
842
17
🥊 Əfsanə qayıdır! ☄️Conor McGregor uzun fasilədən sonra yenidən oktaqona çıxır. Rəqibi Max Holloway olacaq. 🔥 Gecənin ikinc
🥊 Əfsanə qayıdır! ☄️Conor McGregor uzun fasilədən sonra yenidən oktaqona çıxır. Rəqibi Max Holloway olacaq. 🔥 Gecənin ikinci əsas döyüşündə isə Paddi Pimblett Benoit Saint-Denis ilə qarşılaşacaq. 📲Hər iki əsas döyüşü canlı olaraq Spektator Telegram kanalında paylaşacağıq. 🔜 Sabah səhər 7:00-da.
1 182
18
İndoneziya dizel yanacağına 50% palma yağı əsaslı biodizel qarışdırmağa başlayıb. B50 adlanan proqramla ölkə bu standartı məcburi tətbiq edən ilk dövlət olub. Məqsəd yanacaq idxalından asılılığı azaltmaq, yerli palma yağı istehsalını dəstəkləmək və enerji təhlükəsizliyini gücləndirməkdir. 🔴 Spektator ✅
955
19
Türkiyə S-400 sistemlərini Birləşmiş Ərəb Əmirliklərinə satmağı planlaşdırır. Moskva bunu müsbət qiymətləndirir, lakin bu məsələ üzrə danışıqlar hələ başa çatmayıb. Middle East Eye nəşri yazib. 🔴 Spektator ✅
923
20
“WhatsApp”da yeni funksiya: Doğum günləri ilə bağlı bildiriş göndərəcək. 🔴 Spektator ✅
919