ch
Feedback
CSSC Baku

CSSC Baku

前往频道在 Telegram

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) Azərbaycanda, Bakıda yerləşən, Cənubi Qafqazda və onun qonşuluğunda siyasi və iqtisadi prosesləri tədqiq edən müstəqil qeyri-hökumət təşkilatıdır. Yayımlanan materiallara istinadın verilməsi vacibdir. www.cssc.az

显示更多
2 925
订阅者
-324 小时
-97
-3430

数据加载中...

标签云
无数据
有任何问题?请刷新页面或联系我们的客服
进出提及
---
---
---
---
---
---
吸引订阅者
六月 '26
六月 '26
+17
在4个频道中
五月 '26
+6
在4个频道中
Get PRO
四月 '26
+17
在5个频道中
Get PRO
三月 '26
+46
在4个频道中
Get PRO
二月 '26
+9
在5个频道中
Get PRO
一月 '26
+34
在5个频道中
Get PRO
十二月 '25
+24
在4个频道中
Get PRO
十一月 '25
+9
在5个频道中
Get PRO
十月 '25
+25
在4个频道中
Get PRO
九月 '25
+36
在5个频道中
Get PRO
八月 '25
+38
在6个频道中
Get PRO
七月 '25
+46
在6个频道中
Get PRO
六月 '25
+21
在5个频道中
Get PRO
五月 '25
+23
在5个频道中
Get PRO
四月 '25
+23
在4个频道中
Get PRO
三月 '25
+27
在5个频道中
Get PRO
二月 '25
+24
在4个频道中
Get PRO
一月 '25
+62
在5个频道中
Get PRO
十二月 '24
+57
在8个频道中
Get PRO
十一月 '24
+43
在7个频道中
Get PRO
十月 '24
+76
在8个频道中
Get PRO
九月 '24
+52
在8个频道中
Get PRO
八月 '24
+102
在8个频道中
Get PRO
七月 '24
+78
在8个频道中
Get PRO
六月 '24
+95
在12个频道中
Get PRO
五月 '24
+109
在7个频道中
Get PRO
四月 '24
+76
在11个频道中
Get PRO
三月 '24
+119
在11个频道中
Get PRO
二月 '24
+9
在0个频道中
Get PRO
一月 '24
+41
在13个频道中
Get PRO
十二月 '23
+72
在11个频道中
Get PRO
十一月 '23
+79
在11个频道中
Get PRO
十月 '23
+127
在9个频道中
Get PRO
九月 '23
+310
在0个频道中
Get PRO
八月 '23
+53
在0个频道中
Get PRO
七月 '23
+90
在0个频道中
Get PRO
六月 '23
+150
在0个频道中
Get PRO
五月 '23
+115
在0个频道中
Get PRO
四月 '23
+187
在0个频道中
Get PRO
三月 '23
+136
在0个频道中
Get PRO
二月 '23
+225
在0个频道中
Get PRO
一月 '23
+270
在0个频道中
Get PRO
十二月 '22
+118
在0个频道中
Get PRO
十一月 '22
+374
在0个频道中
Get PRO
十月 '22
+170
在0个频道中
Get PRO
九月 '22
+697
在0个频道中
Get PRO
八月 '22
+766
在0个频道中
Get PRO
七月 '22
+745
在0个频道中
日期
订阅者增长
提及
频道
24 六月0
23 六月0
22 六月0
21 六月0
20 六月0
19 六月0
18 六月+3
17 六月+1
16 六月0
15 六月0
14 六月+7
13 六月0
12 六月0
11 六月0
10 六月+2
09 六月0
08 六月0
07 六月0
06 六月0
05 六月0
04 六月+2
03 六月0
02 六月0
01 六月+2
频道帖子
CQTM-in direktoru Fərhad Məmmədov yazır: “Verdiyim cavablar BBC-nin maraqlarına uyğun olmadı” Ötən həftə, çərşənbə günü, 17 iyun tarixində BBC-nin Azərbaycan Bürosunun əməkdaşı mənə Ermənistanda keçirilən parlament seçkilərindən sonra Azərbaycan və Ermənistan arasında sülh gündəliyi ilə bağlı müsahibə vermək xahişi ilə müraciət etdi. Mən səfərdə olsam da, səhər saat 9:00-da müsahibə üçün vaxt tapa bildim. Britaniya təbliğatını dinləmək və küləyin hansı tərəfə əsdiyini görmək həmişə maraqlıdır. Suallar referendum, onun keçirilməsinin mümkünsüzlüyü, Azərbaycanın mümkün hərəkətləri və Ermənistandakı daxili siyasi vəziyyətin mürəkkəbliyi ilə bağlı idi. Suallar arasında Bakının öz referendum tələbləri ilə Ermənistan hökumətini lazımi nəticəni əldə etmək üçün inzibati resurslardan istifadə etməyə təhrik etməsi fikri də var idi. Mən sadəcə qeyd etdim ki, Vaşinqton, London və Brüssel Ermənistan seçkilərini demokratiyanın qələbəsi kimi tanıyıb və Ermənistan baş nazirinin seçkilərdən əvvəl və sonra atdığı bütün addımlar demokratik hesab olunur. Odur ki, Ermənistan baş naziri eyni qayda ilə, yəni demokratik üsullarla ölkədə referendum keçirilməsinə nail olmağa davam edə bilər. Xüsusilə də, nəzərə alaq ki, bu, Ermənistanın daxili işidir. Son sual Azərbaycanın Ermənistan-Türkiyə sərhədini bağlı saxlamaq üçün Türkiyəyə təzyiq göstərməyə davam edib-etməyəcəyi ilə bağlı idi. Mən cavab verdim ki, Türkiyə prezidenti öz qərarlarını özü verir və məsləhətə ehtiyac duymur. Ona təzyiq göstərmək isə sadəcə mümkün deyil. Azərbaycanın Ermənistanla razılaşdırılmış sülh gündəliyi və mövqeyi var, rəsmi Ankara bu gündəliyi dəstəkləyir. Suallara nəzər saldıqda Londondan alınan əsas tezislər aydın idi. İki gün keçdi, amma müsahibə BBC Azərbaycan Bürosunun “YouTube” kanalında görünmədi. Jurnalistə yazdım, cavabında mətn üzərində işlədiklərini bildirdi. Bir neçə gün sonra müsahibənin taleyilə bağlı yenidən soruşanda bürodan videomaterialdakı təsvirlə bağlı problemlərin olduğu bildirildi. Cavab verdim ki, əgər təsvirlərdə başım ekrandan kənara çıxarsa, incimərəm. Bir həftə keçdi... BBC-yə sonuncu dəfə xatırlatdığım zaman müsahibədə səsin boğuq olduğunu dedilər. Adətən media orqanları operativ olmalıdır, amma bu, BBC-yə aid deyil. Dünya səviyyəli media orqanı həm də peşəkar olmalıdır. Amma bu da BBC-yə aid deyil. Yekunda, müsahibə zamanı verdiyim cavabların BBC-nin maraqlarına uyğun olmadığı qənaətinə gəldim. Çünki müsahibədən üç və beş gün sonra təsvirin keyfiyyətsizliyi və səsin boğuqluğu kimi arqumentlərin irəli sürülməsi, yumşaq desək, heç bir tənqidə tab gətirmir. @cssc_cqtm

2
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Pressklub TV-nin efirində gedən “Əsas sual” verilişində "Rusiya Ermənistanda uduzdu, Paşinyanı nə gözləyir?" mövzusunda fikirlərini bölüşüb. Daha ətraflı: https://www.youtube.com/watch?v=HSfKDDacErI
620
3
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "Ermənistan seçkiləri 2026: Paşinyan qalib gələcək?"  mövzusundakı müzakirələrdə iştirak edib. Daha ətraflı: https://www.youtube.com/watch?v=kDDJaKD1TH8&t=2221s
830
4
ABŞ Cənubi Qafqazda nə tapıb? ABŞ-nin Cənubi Qafqazdakı fəaliyyətinin səbəbini anlamağa çalışarkən tez-tez bir sual ortaya çıxır: Vaşinqton Qafqazda nə itirib?! Biz əks istiqamətdə düşünməyə və ABŞ-nin bölgəmizdə nə tapmaq istədiyini anlamağa çalışacağıq. 1990-cı illərin əvvəllərindən bəri ABŞ regionda fəal iştirak edir. Onun ən böyük nailiyyəti Azərbaycandan Aralıq dənizinə neft kəmərinin çəkilməsi idi. Layihənin həyata keçirilməsindən sonra Obamanın rəhbərliyi altında ABŞ praqmatik yanaşmadan ideoloji yanaşmaya keçidə başladı ki, bu da münasibətlərdə böhranlara səbəb oldu. Obama ABŞ-nin regiondakı maraqlarından imtina edərək, Azərbaycan və Ermənistan arasında sülhə əhəmiyyət vermədən Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını dəstəklədi. Rusiya diplomatiyası solçu-liberal dairələr tərəfindən ABŞ prezidentliyinə gətirilmiş bu təsadüfi şəxsdən məharətlə istifadə etdi. Bu gün regionda yeni parametrlər ortaya çıxır: Azərbaycan və Ermənistan arasında sülh, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması və qalan kommunikasiyaların açılması. Trampın rəhbərliyi altında ABŞ yeni paramterləri nəzərə alaeaq və onları təşviq edərək, regional proseslərdə fəal iştirak etməyə başladı. ABŞ-nin İran və Rusiyadan fərqi də məhz budur. Mümkün geosiyasi səbəblər Əvvəlcə coğrafiyanın əsas anlayış kimi çıxış etdiyi geosiyasi amilləri nəzərdən keçirəcəyik. Cənubi Qafqaz Rusiya ilə İran arasında yerləşən bir bölgədir və Moskva ilə Tehran hazırda ən zəif vəziyyətdədirlər. Rusiyanın Gürcüstanla problemlərini həll etmək, yəni Abxaziya və Sxinvali bölgəsinin Gürcüstana qaytarılmasını asanlaşdırmaq niyyəti yoxdur; Rusiya Ermənistanla hələ illərlə davam edəcək ağrılı bir ayrılıq prosesi yaşayır; Azərbaycanla isə yeni bir normallıq formalaşır. İran isə müharibədən sonra bir neçə il özünə gələcək, hələ yeni toqquşmaların da baş verməsi mümkündür. ABŞ üçün Mərkəzi Asiyaya çıxış onun motivasiyasının vacib bir hissəsidir və Mərkəzi Asiya istiqamətində görülən bütün işlər Vaşinqtonun Cənubi Qafqazdakı marağına əlavə dəyər qatır. Həmçinin, burada Çinlə rəqabət məsələsi də var. Pekin artıq region ölkələri ilə strateji tərəfdaşlıqlar qurub, ticarət dövriyyəsini artırır və region ölkələrini ŞƏT-ə cəlb edir. Başqa sözlə, geosiyasi şərtlər aydındır... Mümkün iqtisadi səbəblər ABŞ-nin Azərbaycan və Ermənistanla münasibətlərinin iqtisadi məzmunu ən yüksək səmərəliliklə inkişaf etdirilir. Genişmiqyaslı hazırlıq işləri aparılır, diplomatik nümayəndəliklər, şirkətlər və infrastruktur təminatçıları müntəzəm olaraq regiona səfər edir, artıq konkret layihələr üçün maliyyə ayrılıb. Başqa sözlə, hər şey çox ciddidir. Region ölkələri ABŞ-nin iqtisadi maraqlarına konstruktiv yanaşma nümayiş etdirirlər. ABŞ-nin Aİ-nin qismində köməkçisi də var, Avropa ölkələrinin resursları geosiyasi və iqtisadi məqsədlərə çatmağa yönəldilə bilər. Beləliklə də ABŞ-nin regionda tapa biləcəyi çox şey var. Azərbaycan ənənəvi olaraq regiondakı xarici qüvvələrin fəaliyyətinə ehtiyatla yanaşıb. Lakin indi ABŞ ilə keyfiyyətcə yeni münasibətlərə nail olmaq üçün tarixi bir fürsətdir. Buraya 907-ci maddənin tamamilə ləğv edilməsi, münasibətlərin institusionallaşdırılması və Mərkəzi Asiyaya çıxış üçün yeni strateji funksiya daxildir. Bu vacib komponentlərlə yanaşı, ticarət, silah əldə etmək, investisiya qoyuluşu, olduqca vacib texnologiyaların əldə edilməsi və ABŞ-də maliyyə aktivlərinin yerləşdirilməsi imkanı da mövcuddur. @cssc_cqtm
20 848
5
Türkiyədə Azərbaycana qarşı kampaniya kimə sərfəlidir? Dünəndən bəri Türkiyənin sosial mediasında, xüsusən də bəzi diplomatla
Türkiyədə Azərbaycana qarşı kampaniya kimə sərfəlidir? Dünəndən bəri Türkiyənin sosial mediasında, xüsusən də bəzi diplomatlar və jurnalistlər arasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədova qarşı etirazlar başlayıb. Bu, diplomatın Ermənistanla bağlı Azərbaycan-Türkiyə koordinasiyasından danışdığı müsahibədən qaynaqlanıb. Əslində səfir yeni və ya Türkiyə prezidenti ilə xarici işlər nazirinin açıqlamalarından fərqlənən heç nə deməyib. (Müsahibənin mətni ilə burada tanış ola bilərsiniz: https://www.cumhuriyet.com.tr/turkiye/azerbaycan-buyukelcisi-resad-memmedov-cumhuriyet-e-konustu-2504606#) Lakin buna baxmayaraq, bəzi təqaüdçü diplomatlar və jurnalistlər Azərbaycan səfirinin etiraz üçün Türkiyə Xarici İşlər Nazirliyinə çağırılmasını tələb edən paylaşımlar edirlər. Özü də bütün bunlar Azərbaycan və Türkiyə liderləri arasında Ermənistanla münasibətlər, Cənubi Qafqaz, Mərkəzi Asiya, Suriya, Afrika, Aİ və s. kimi regional gündəmlər barədə tam qarşılıqlı anlaşma fonunda baş verir. Hələ ikitərəfli münasibətlərin bütün spektrini sadalamasaq belə, aydındır ki, Ankara üçün Azərbaycan mövzusu həssas mövzudur və bu qədər sərt reaksiyalar cari kampaniyanın arxasında bir “rejissorun” olduğunu göstərir. Zamanlama xüsusilə suallar doğurur... Ermənistanda seçki kampaniyası sona yaxınlaşır. Türkiyə diplomatik xidmətindəki hansısa qrup Azərbaycanla razılaşdırılmadan Ermənistanla bağlı hər hansı bir addımı həyata keçirməyə ümid edirdisə və bunu bacara bilmədisə, cari kampaniyadan müsbət nəticə əldə etmək üçün artıq çox gecdir. Makronun Ermənistan-Türkiyə sərhədini keçməsinin məhz belə bir addım olması nəzərdə tutulurdu və bunun qarşısı son anda Azərbaycan tərəfindən alındı. Beləliklə, görünür, Türkiyədə hələ də Türkiyənin Cənubi Qafqazdakı gücünün Azərbaycanla müttəfiqliyində olduğu reallığı ilə barışa bilməyən diplomatlar var və bu hal mütləq nəzərə alınmalıdır. Türkiyədə bu diplomatlar qrupu "monşerlər" adlanır - varlı ailələrdə doğulmuş, Qərbdə təhsil almış və milli baxışlardan məhrum olan diplomatlar. Beləliklə, heç bir monşer və ya onların sosial media uzantıları Azərbaycan və Türkiyə arasındakı müttəfiqlik münasibətlərinə nifaq sala bilməyəcək. Dünənki efirin bir hissəsi məhz bu mövzuya həsr olunub.
24 560
6
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Pressklub TV-nin efirində gedən “Əsas sual” verilişində qlobal və regional siyasi gündəmin ən aktual mövzuları üzrə fikirlərini bölüşüb. Daha ətraflı:  https://www.youtube.com/watch?v=SZsaIh1d2E4
2 513
7
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "Sülh məsələsində Ermənistana etibar etmək olarmı?"  mövzusunda fikirlərini bölüşüb. Daha ətraflı: https://youtu.be/ff_KfEYmjEA?si=CwD1Hj0QHHiXNPfI
25 866
8
“Sərdar Kılıçın davranışı və açıqlamaları məyusedici idi” - Fərhad Məmmədov “İrəvan dialoqu - 2026” beynəlxalq konfransında iştirak edən “Sülh körpüsü” təşəbbüsünün koordinatoru, Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov gündəmlə bağlı sualları cavablandırıb. Müsahibəni təqdim edirik: https://qafqazinfo.az/news/detail/serdar-kilicin-davranisi-ve-aciqlamalari-meyusedici-idi-ferhad-memmedov-508185
22 172
9
Ermənistanda parlament seçkiləri: Mürəkkəb seçki sistemi, namizədlər və proqnozlar Ermənistanda 2026-cı ilin iyun ayının 7-də keçirilməsi planlaşdırılan parlament seçkiləri, 2018-ci ildə baş verən Məxməri İnqilabdan bəri növbədənkənar keçirilməyən ilk parlament seçkisi olacaq. Ermənistan tarixinin ən vacib seçkisi olaraq qiymətləndirilən bu seçkiyə region ölkələri ilə yanaşı, Rusiya, Türkiyə, Aİ, İran və ABŞ-nin də böyük marağı var. Bu səbəbdən də, bir çoxları bu seçkini “Geosiyasi seçki” adlandırır. Bu səbəbdəndir ki, həm Rusiyada, həm də Aİ-də bu seçkiyə ciddi hazırlıq gedir. Belə ki, aprel ayının 1-də Moskvada keçirilən görüşdə Putin Paşinyana açıq şəkildə bildirmişdi ki, Ermənistanda Rusiyayönlü mövqeyə malik bir çox siyasi qüvvə var və Rusiya onların seçkilər zamanı bu daxili siyasi tədbirdə iştirak edə bilmələrini istəyir. Təbii ki, Rusiyanın Ermənistandakı seçkilərlə bağlı fəaliyyəti təkcə xahişdən ibarət deyil. Rusiya qonşu ölkələrdəki seçkilərə müdaxilə təcrübəsini Ermənistanda da istifadə etməyə çalışacaq. Bu səbəbdən də Avropa İttifaqı Ermənistana bu istiqamətdə yardım göstərməyə başlayıb. Belə ki, Avropa İttifaqı hələ 2025-ci ilin dekabr ayında Ermənistana seçkilərdən əvvəl Rusiyanın dezinformasiyasının qarşısını almaq üçün 12 milyon avro (təxminən 13,8 milyon dollar) ayırmağa hazırlaşdığını açıqlamışdı. Bu ilin mart-aprel aylarında Ermənistana səfər edəcək 9-14 nəfərlik ekspert qrupunun Ermənistanın Baş nazirinin ofisinə və Təhlükəsizlik Şurasına böhranların idarə olunması ilə bağlı məsləhətlər verməsi, eləcə də kiber təhlükələr və xarici müdaxilə, informasiya manipulyasiyası kimi riskləri nəzərə alaraq gələcək böhranların idarə olunması üçün qaydaların hazırlanmasına kömək etməsi nəzərdə tutulur. Mərkəzi Seçki Komissiyası, Daxili İşlər Nazirliyi və vergi orqanları da bu prosesdə iştirak edəcək. Bir sözlə, hazırda Ermənistanda 7 iyun parlament seçkilərinə hərtərəfli ciddi hazırlıqlar gedir və bu seçkinin təkcə ölkənin deyil, bütövlükdə regionun gələcək geosiyasi konfiqurasiyasına həlledici təsir göstərəcəyi gözlənilir. Qeyd edək ki, Ermənistan olduqca mürəkkəb seçki sisteminə malikdir. Burada parlamentdəki yerlərin sayı sabit deyil. Partiya və blokların topladığı səslərin faizi əldə edilən mandatların faizi ilə uyğun gəlmir. Mandatların bölgüsü isə bir neçə mərhələ və alt mərhələlərdən keçir. Saytımızda dərc olunan yeni araşdırmada bu sistemin necə işlədiyi, Parlamentdəki yerlərin sayı və mandat bölgüsünün necə müəyyən edildiyi əyani şəkildə real nümunələrlə öz əksini tapıb. Həmçinin, məqalədə seçkilərdə iştirak edəcək namizədlər barədə məlumat verilib və onların şansları qiymətləndirilib. Bununla yanaşı, araşdırmada Ermənistanda keçirilən ən son rəy sorğuları əsasında seçicilərin əhval-ruhiyyəsi təsvir olunub ki, bu da seçkilərin mümkün nəticələri barədə müəyyən təsəvvürlər yaradır. Yeni araşdırmamızla saytımızda tanış ola bilərsiniz: https://cssc.az/az/view/2/73/
0
10
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Pressklub TV-nin efirində gedən “Əsas sual” verilişində “Ukraynaya 90 milyard, Rusiyaya yeni sanksiyalar” mövzusunda fikirlərini bölüşüb. Daha ətraflı: https://www.youtube.com/watch?v=MvXur5InZ9o
0
11
Bu dəfə “Sülh Körpüsü” təşəbbüsü Qəbələyə çatdı Aprelin 10-12-də Qəbələ şəhərində “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində həyat+9
Bu dəfə “Sülh Körpüsü” təşəbbüsü Qəbələyə çatdı Aprelin 10-12-də Qəbələ şəhərində “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində həyata keçirilən Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin dördüncü görüşü baş tutub. Ermənistandan olan iştirakçılar bütün hüquqi prosedurlara riayət etməklə Qazaxda quru sərhədini keçərək avtobusla Gəncəyə, Gəncədən qatarla Qəbələyə gediblər, geriyə avtobusla qayıdıblar. Bu marşrut Qazax, Ağstafa, Tovuz, Qovlar, Şəmkir, Gəncə, Yevlax, Ağdaş və təbii ki, Qəbələ şəhərlərindən keçən səyahəti əhatə edib. Proqramdan göründüyü kimi, 4 müzakirə sessiyası baş tutub, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüş və mətbuat konfransı keçirilib. Qeyri-rəsmi ünsiyyətə çox vaxt sərf olunub. Müzakirələr əsasən regiondakı proseslər, qonşu ölkələrdəki müharibələr səbəbiylə artan qeyri-müəyyənliklər, daxili və xarici amillərin sülh prosesinə təsiri ətrafında olub. Ayrı-ayrı sessiyalar təşəbbüs iştirakçılarının öz ölkələrində gördüyü işlərə, iki ölkə cəmiyyətlərinin sülh gündəmi, maneələr və sülh üçün imkanlar haqqında təsəvvürlərin necə yayılmasına həsr olunub. Sülh prosesinin növbəti mərhələsində qarşılıqlı fəaliyyət forması ilə bağlı da fikir mübadiləsi aparılıb. Təbii ki, sülh gündəmini müəyyən edən əsas amil sülh gündəmini razılaşdıran iki ölkə hökumətlərinin legitimliyidir. İyunun əvvəli bu legitimliyin nə dərəcədə davamlı olacağı, vətəndaş cəmiyyəti nümayəndələrinin hansı şəraitdə birgə fəaliyyətlərini davam etdirə biləcəkləri aydınlaşmalıdır. Bu amil sülh prosesinin bünövrəsini təşkil edir və prosesin geriyə çevrilə biləcəyi, yoxsa dönməz xarakter alacağı sualına cavab verməlidir. Belə görüşlərin keçirilməsi bizə bir-birimizi anlamağa, reallıqlarla tanış olmağa, gələcək addımlarımızı müəyyən etməyə imkan verir. Bu gün deyə bilərik ki, sülh gündəliyi artıq aydın çərçivələr qazanır və real perspektivlər müəyyənləşdirilir. Müzakirələrdə münaqişənin dərin travmaları, həssas mövzular və cəmiyyətlərin sülhə hazırlığı araşdırılır. Məhz belə səmimi və etimad doğuran müzakirələr vasitəsilə hansı istiqamətlərdə irəliləyişin mümkün olduğunu anlamaq olar. Hər kəsə aydındır ki, bu, səbr, ardıcıllıq və dözüm tələb edən uzun bir yoldur. Sülh prosesinin dinamikası yüksəkdir, indiki şəraitdə edilə biləcək hər şey edilir. Vətəndaş cəmiyyəti də bu prosesin tərkib hissəsidir və həm birgə fəaliyyətləri həyata keçirir, həm də ölkələr daxilində öz rolunu müəyyənləşdirməyə çalışır. @cssc_cqtm
0
12
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "Rusiyadan Ermənistana açıq təzyiq: Paşinyan hakimiyyəti qoruya biləcəkmi?"  mövzusunda keçirilən müzakirələrdə iştirak edib və öz fikirlərini bölüşüb. Daha ətraflı: https://www.youtube.com/watch?v=krI1aqRosXg
0