Təbabət ve Saglamlig🌺
前往频道在 Telegram
,🌹ƏN BOYUK TƏBİB ALLAHDİR .Bizlər sadəcə vasitəsi rolu oynayırıq Bulunur hər dərdə istəsən gülüstana da dəva Hoqqəsində qoncənin sanki şəfa cullabi var (Məhəmməd Fizuli ) https://t.me/+9E7pbGDn3iUxNDZi
显示更多1 414
订阅者
-224 小时
无数据7 天
-1430 天
帖子存档
"Son zamanlar sosial şəbəkələrdə cəmiyyətin mənəvi dəyərlərinə zidd olan, 'üzdəniraq' adlandırdığımız şəxslərə geniş dəstək verildiyini görürəm.
Maraqlısı budur ki, bu dəstəyi ən çox da xanımlar nümayiş etdirir və onların cəmiyyətdə yayılmasına bilərəkdən ya bilməyərəkdən şərait yaradırlar. Məqsədlərinin nə olduğunu anlamaq çətindir, bu barədə fikir bildirəndə isə dərhal təhqir və hücumla qarşılaşırıq.
Mənim sözüm o şəxslərin özünə deyil. Onlar da insandır, hər bir kəs kimi yaşamaq haqları var, mən onları qınamıram. Sözüm onlara kor-koranə dəstək verənlərədir.
Əgər siz həqiqətən onlara kömək etmək, vəziyyətlərinin daha da pisləşməsinin qarşısını almaq istəyirsinizsə, bunun yolu onları bu tərzdə təbliğ etmək deyil! Əksinə, onlara doğru yolu göstərmək, normal həyata qayıtmaları üçün psixoloji dəstək və müalicə almalarına kömək etmək lazımdır. Çünki bu vəziyyətin tibbi və psixoloji tərəfləri var və mütləq şəkildə müalicə olunmalıdır ki, həyat tərzləri dəyişsin, cəmiyyətə sağlam fərd olaraq uyğunlaşsınlar. Niyə onların müalicəsinə dəstək olmaq əvəzinə, durumlarının daha da bərbad hala düşməsinə şərait yaradırsınız?
Unutmayaq ki, bizim sosial şəbəkələrdəki paylaşımlarımıza dost da baxır, düşmən də. Axı bizim vətənimiz, ölkəmiz neçə-neçə igidlərin, qəhrəmanların diyarıdır. Biz öz dəyərlərimizi qorumalıyıq, yad və mənfi meyillərin yayılmasına rəvac verməməliyik
🚨 Reytinq Xatirinə Yalan Yayanlar və Bütün Kütləni Günaha Sürükləyənlər!
Bu gün bəzi insanlar sadəcə baxış sayı, bəyənmə və reytinq qazanmaq üçün heç bir araşdırma aparmadan, həqiqəti tam aydınlaşdırmadan yalan xəbərlər yayırlar. Hər şey sizə bu qədər asand gəlir? Amma unutmayın ki, bunun hesabı hər iki dünyada çox çətin olacaq!
Görün bu yalan xəbərə nə qədər insan baxır, inanır və altına şərhlər yazır... Bir yalanla təkcə özünüzü yox, sizə inanan, o xəbəri paylaşan və şərh yazan bütün bir kütləni də özünüzlə bərabər günaha salır, cəhənnəm oduna sürükləyirsiniz!
Bir xəbərin tam əslini, astarını aydınlaşdırmadan, dəqiqləşdirmədən cavab yazmayın, yaymayın və şərik olmayın!
Hər kəs ağzından çıxan sözə, paylaşdığı xəbərə diqqət etsin. Virtual dünyada qazanılan üç-beş bəyənmə, axirətdəki böyük əzaba dəyməz. Özünüzü də, insanları da fəlakətə aparmayın
☕️Çayın məcaz soyuq və qurudur .
🔴Davamlı çay içmək
1⃣Çox və tünd rəngdə içildikdə sovdanin ve soyuqluqun artmasına səbəb olur .
2⃣Bağırsaqlarda qəbizlik ,yuxusuzluq ,mədə də ürək bulanma ,baş ağrısı yaradar
3⃣Qan dövranı pozar .Və soyuqluq yaradığı üçün laxtalanmaya səbəb olar .
4⃣Mədə və bağırsağın quruluğuna,
5⃣Başda quruluğa və beyin soyuqluğuna,
6⃣Qaraciyər xəstəliyinə,
7⃣Ümumi susuzluğa,
8⃣Əzələ kramplarına,
🔟Dəmir çatışmazlığına səbəb olur.
✍Qeyd .
Soyuq çay böyrəkdə daş əmələ gətirir
👉İsti çay mədə xərçəngi əmələ gətirir
👉Tünd çay qan azlığı əmələ gətirir
👉Yeməkdən sonra çay qan azlığı əmələ gətirir.
☕️Yaxşı olar ki ,çayınızı təsirlərini azaltmaq üçün çayınızı xurma ,kişmiş ,incir ve s içilə .
Sistit ucun
Mərcangilə bitkisi
Qarigadali sacagi
İtburnu meyvəsi
Ayiqulaqi bitkisi
Hamisindan eyni goturub qarisdirib. Umumi qarisimdan 2 xorek qasigi 2 st suda qaynar suda 15 deq dəmləyib gundə 3 dəfə 100 ml icilir
🔴 Sidik yolu infeksiyasının səbəbləri və müalicəsi
♻️ Qadınlarda sidik kanalının (uretra) qısa olması səbəbindən #sidik_yolu_infeksiyası kişilərə nisbətən 50% daha çox rast gəlinir. Nəticədə infeksiya asanlıqla sidik kisəsinə daxil olaraq orada çoxala bilir. İnfeksiyaların həcmi az olduqda, onlar sidik yolları və sidik-cinsiyyət sistemi tərəfindən bədəndən xaric edilir, lakin sidik yollarında qaldıqda sidik ifrazı zamanı göynəmə və yandırmaya səbəb olur.
🔹 Sidik yolu infeksiyasının əlamətləri:
Sidik ifrazı zamanı göynəmə (yandırma)
Sidik kisəsi nahiyəsində, bəzən isə düz bağırsaq (anal) və yan nahiyələrdə (bellərdə) ağrı
Sidiyin kəskin və pis qoxulu olması
🔹 Sidik yolu infeksiyasının yaranma səbəbləri:
#Gigiyena qaydalarına riayət etməmək
Sidik yollarında #tıxanma (məsələn, prostat vəzilərinin böyüməsi/iltihabı və ya böyrək daşı)
Nəzarətsiz #diabet (şəkər xəstəliyi)
Sidik reflüksü (sidiyin geriyə – böyrəyə tərəf qayıtması)
Yaşın artması və menopauza (klimaks); çünki menopauza dövründə qadın hormonlarının azalması səbəbindən bədənin infeksiya və mikroblara qarşı müqaviməti zəifləyir
💜 Lavanda (Lavandula)
Sakitləşdirici təsir: Təbii sedativ xüsusiyyətlərə malikdir, gərginliyi, stressi və emosional tükənməni azaldır.
Yuxu rejimi: Yuxusuzluqdan əziyyət çəkənlər üçün əla seçimdir; yuxuya getməni asanlaşdırır və yuxunun keyfiyyətini artırır.
Baş ağrıları: Stress və daxili narahatlıqdan qaynaqlanan miqren və baş ağrılarını yüngülləşdirir.
🤍 Yemişan çiçəyi (Crataegus)
Ürək-damar dəstəyi: "Ürəyin dostu" kimi tanınır. Sinir gərginliyindən yaranan ürək döyüntülərini (taxikardiyanı) tənzimləyir.
Təzyiqin normallaşdırılması: Yüksək qan təzyiqini aşağı salmağa kömək edir və qan dövranını yaxşılaşdırır.
Həyəcanın azaldılması: Ürək nahiyəsindəki sıxıntı hissini və daxili təşvişi aradan qaldırır.
💚 Bədrənc (Melisa / Lemon Balm)
Spazmolitik və sakitləşdirici: Sinir sistemini sakitləşdirməklə yanaşı, stress mənşəli spazmları (məsələn, stressdən yaranan mədə-bağırsaq ağrılarını) kəsir.
Əhval-ruhiyyəni qaldirir Beyin funksiyalarını dəstəkləyir, konsentrasiyanı artırır, xroniki yorğunluq və depressiv hisslərlə mübarizə aparır.
Həzm sisteminə xeyri Sinir mənşəli mədə göynəmələri və köp zamanı rahatlıq verir.
💛 Dazıotu
Təbii antidepressant Tərkibindəki hiperisin sayəsində yüngül və orta dərəcəli depressiyanın müalicəsində dünyada ən çox istifadə olunan bitkidir. Serotonin ("xoşbəxtlik hormonu") səviyyəsini qorumağa kömək edir.
Təşviş və qorxu Səbəbsiz qorxu, həyəcan, panik atak və apatiya hisslərini azaldır.
Mövsümi affektiv pozuntu Xüsusilə fəsil dəyişikliklərində yaranan halsızlıq və bədbinliyi aradan qaldırır
⚠️ Diqqət xanımlar!
Aybaşı dövrünü dərmanla gecikdirmək düzgün deyil.
❌ Bu vərdiş uşaqlığın daxili qişasını qalınlaşdırır
❌ Endometrioz kimi ciddi problemlərə səbəb ola bilər
🌸 Sağlamlığınız üçün aybaşı dövrünə müdaxilə etməyin
Post bəyəndisə ❤️qoy
Krossvord kressov
Beyni aktiv işləməyə məcbur edir
Yaddaşı içəridən gücləndirir
Səbir və diqqəti artırır
Beyin özü cavab tapır bu ən vacib hissədir
Yəni beyin işləyir və güclənir. Əvvəl cox istifadə olunurdu. İnsanlarda yaddaş problem yox idi. İndi ki kimi, beyin həmişə kitabla, qəzetlə, kressvor məşgul idi.
Telefonun beynə təsiri
Həddindən artıq telefon istifadəsi yaddaşa dolayı təsir edə bilər. Xüsusilə
Davamlı qısa videolar izləmək
Eyni anda çox məlumat almaq
Az yatmaq
Diqqətin tez-tez bölünməsi
bunlar beynin diqqət və yaddaş sistemini yorur. Adam hiss edir ki
Tez unudur
Fikri yayınır
Oxuduğu yadında qalmır
Konsentrasiya azalır
Nanənin Micazı
Ənənəvi təbabət qaydalarına əsasən, nanənin micazı isti və qurudur.
İstilik dərəcəsi: Bədəndə dövranı sürətləndirməyə və soyuqluğu aradan qaldırmağa kömək edir.
Quruluq dərəcəsi: Bədəndəki artıq rütubəti, xüsusilə mədə və bağırsaqlarda toplanan nəm və qazı təmizləmək xüsusiyyətinə malikdir.
Nanənin Əsas Faydaları
Nanənin insan sağlamlığı üçün bir çox faydalı tərəfləri mövcuddur:
Həzm Sistemini Rahatladır: Nanə mədə spazmlarını götürür, həzmi asanlaşdırır və ürəkbulanmanı aradan qaldırmağa kömək edir.
Nəfəs Yollarını Açır: Tərkibindəki mentol sayəsində nəfəs yollarını genişləndirir, öskürəyi yumşaldır və soyuqdəymə zamanı rahatlıq verir.
Sakitləşdirici Təsir: Sinir sisteminə müsbət təsir göstərərək stresi azaldır və baş ağrılarının (xüsusilə miqrenin) şiddətini zəiflədir.
Ağız Sağlamlığı: Antibakterial xüsusiyyətləri ilə ağızdakı xoşagəlməz qoxuları yox edir və diş ətlərini qoruyur.
İltihabəleyhinə: Bədəndəki mikroblarla mübarizə aparır və immuniteti gücləndirir
Təmizləmə resepeti
Çəki və şişkinliyi azaldan tərkibi.
1) Alma sirkəsi - 1 cay qasigi
2) limon şirəsi - 1 çay qaşigi
3)zeytun yağı - 1 çay qaşigi
4)bal - 1xorek qasigi
5)1st Su (menyuda 100 ml sudur. Mən 1 st daha məqsədə uygun bildim 😊).
👉 İstifadə qaydasi
Axşam yeməkdən 1 saat sonra və ya yatmazdan 3 saat sonra daxilə qəbula edilir. Mədə xorası və qanayan babasil zamanı əks gostərisdir.
✍️ Mənbə Dr, Elnur
https://whatsapp.com/channel/0029Vb5sEPh6LwHcQcjKb30T
Postu bəyəndisə qəlb vurmagi unutma 🥰
Əziz və hörmətli izləyicilərimiz,
Salam və gecəniz xeyirli olsun 🌙
Ümid edirik ki, hamınız tam sağlamlıq və rifah içindəsiniz.
Hər birinizə təşəkkür edirik ki, bizi izləyir və paylaşımlarımıza bəyənməklə dəstək olursunuz. 👍
Əgər fəaliyyətlərimizin daha genişləndirilməsini və daha çox paylaşım etməyimizi istəyirsinizsə, xahiş edirik postlarımızı daha çox bəyənin və kanalımızı dostlarınızla paylaşın.
Həmçinin, hər hansı təklif və ya tənqidiniz varsa, onu sevinclə qəbul edirik 😌♥️
İnzibatici Həvva 👩⚕️🩺
Gözlərin sağlam saxlanması 👁️
🔹 Düzgün qidalanın 🥕🥬
🔹 Telefona fasilə verin 📱
Hər 20 dəqiqədən bir 20 saniyə uzağa baxın
🔹 Gözlərinizi təmiz saxlayın 🧼
Gözlərinizi ovmayın, tozdan qorunun
🔹 Yaxşı işıqda oxuyun 💡
Zəif işıq gözlərə zərər verir
🔹 Kifayət qədər yuxu alın 😴
Az yuxu göz yorğunluğunu artırır
🔹 Mütəmadi müayinədən keçin 🩺
Problem varsa, vaxtında həkimə müraciət edin
✅ Sağlam gözlər aydın həyat
DÜNYANI FƏRQLİ GÖRMƏYƏ HAZIRSINIZ? 👁️
Qarşınızda Telegramın gizli bilik mərkəzləri. Hər mövzuda ən maraqlı məlumatlar, dərin təhlillər və maraqlı faktlar. Keçidə toxun, öyrənməyə başla! ✨
@kanalivo
Yanıq yarasının müalicəsi
Yanıqlar zamanı vaxtında ilkin yardım göstərmək lazımdır. Yanıq yerinin sonrakı vəziyyəti və müalicənin müddəti ilkin yardımın göstərilmə tezliyi ilə sıx əlaqədardır. İnsan orqanizmi öz-özünü tez bir zamanda bərpa etməyə və yüngül yanıqlar zamanı dəri səthində heç bir yara izi qoymadan sağaltmağa qadirdir. Daha ağır yanıqlar zamanı isə ağırlaşmaların qarşısının alınması məqsədi ilə mütləq təxirəsalınmaz tibbi yardım göstərilməlidir.
Əgər yara sahəsi böyük deyilsə, dəri səthində qızartı və suluq varsa onu axar su altında 10-15 dəqiqə soyutmaq lazımdır. Yanıq sahəsinə buz yaxud soyuq əşyalar qoymaq olmaz. Yanıq yarasının infeksiyalaşmasının qarşısını almaq üçün həmin nahiyəni mütəmadi olaraq iltihab əleyhinə xüsusi vasitələrlə işləmək və üstünə yanıq əleyhinə salfetlər qoymaq lazımdır. Xüsusilə ağır dərəcəli yanıqlardan sonra dəridə yara izləri, hətta müxtəlif kontrakturalar əmələ gəlir. Yanıqlardan sonra yaranan defektlər insanları estetik baxımdan çox narahat edir.
Demək olar ki, çox insanda müxtəlif travma və yaralanmalardan sonra dəri səthində yara izləri və çapıqlara rast gəlinir. Bu yara izləri və çapıqlar müalicəsiz öz-özünə keçmir. Yaralanmalar, kəsiklər, cərrahi əməliyyatlardan sonra da dəridə defektlər qalır. Əgər yaranın sağalma prosesi düzgün getmirsə bu zaman keloid çapıqlar əmələ gəlir. Bu çapıqlar zahirən şişə bənzəyir, ilkin zədə sahəsinin hüdudlarını aşır. Bəzi insanlar keloid xəstəliyinə meyillidirlər. Keloid çapıqlar bəzən hər hansı kəsik və zədə nahiyəsində yaranırsa, bəzən də travmasız özbaşına əmələ gəlir.
Estetik tibdə çapıqları aradan qaldırmaq üçün lipofilinq, dermobraziya, silikon plastırlar, rentgen-müalicə, hormonal preparatların yeridilməsi kimi müxtəlif metodlardan istifadə edilir. Zeytun yağı, Çaytikanı yağı, Kokos yağı yanıq və müxtəlif yara izləri, çapıqları aradan qaldırmaq üçün praktik istifadə zamanı effektli vasitələrdir
DÜNYANI FƏRQLİ GÖRMƏYƏ HAZIRSINIZ? 👁️
Qarşınızda Telegramın gizli bilik mərkəzləri. Hər mövzuda ən maraqlı məlumatlar, dərin təhlillər və maraqlı faktlar. Keçidə toxun, öyrənməyə başla! ✨
@kanalivo
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
