1 783
订阅者
-124 小时
+37 天
-330 天
帖子存档
1 783
2026/2027-ci tədris ili üzrə Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanan təqaüdçülərin siyahısı müəyyən olunub.
Müsabiqənin nəticələrinə əsasən, Dövlət Proqramı çərçivəsində 125 bakalavriat, 353 magistratura və 22 doktorantura səviyyəsində olmaqla, ümumilikdə 500 nəfər təhsil almaq hüququ qazanıb.
Dövlət Proqramı çərçivəsində proqram iştirakçısı seçilən 500 nəfərdən 155 nəfəri dünyanın ən nüfuzlu 10 universiteti sırasında yer alan ali təhsil müəssisələrində təhsil alacaqlar. Bu təhsil müəssisələri sırasına "Stanford University", "Massachusetts Institute of Technology", "National University of Singapore", "University of Oxford", "University of California, Berkeley", "ETH Zurich", "Harvard University", "Yale University" kimi dünyanın ən nüfuzlu universitetləri daxildir.
Ətraflı: https://dp.edu.az/az/news/5016
1 783
22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini, xüsusilə cəmiyyətin elm və təhsil sahəsində maarifləndirilməsinə dəyərli töhfələr verən jurnalistləri təbrik edir, onlara peşə fəaliyyətlərində yeni uğurlar arzulayırıq.
1 783
📢 Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramına (BMU-İNHA İDP) 2026/2027-ci tədris ili üzrə sənəd qəbulu davam edir!
🎓 2019-2023-cü illər üçün Dövlət Proqramı çərçivəsində maliyyələşdirilən proqram bakalavriat səviyyəsi üzrə aşağıdakı ixtisasları əhatə edir:
- Komputer elmləri / Süni intellekt mühəndisliyi
- Data analitikası / Data elmləri
- İnformasiya texnologiyaları
- Elektrik və elektronika mühəndisliyi
Proqram çərçivəsində sizi gözləyir:
🏫3 il Bakı Mühəndislik Universitetində təhsil
🏢1 il İNHA Universitetində təhsil
🇰🇷Koreya Respublikasında 3 həftəlik yay məktəbində iştirak
📚Təhsilin tam dövlət hesabına maliyyələşdirilməsi
🧑🏻🎓Sonda iki universitetin diplomu
🗓️Son qeydiyyat tarixi: 1 avqust saat 23:59
📝Daxili imtahan: 4 avqust
📣Nəticələrin açıqlanması: 6 avqust
🔗 Ətraflı: https://dp.edu.az/az/news/5015
1 783
🎓Dövlət Proqramı təqaüdçüsü Edqar Şahbazov alimlərin uzun illərdir, üzərində çalışdığı mühüm elmi problemlərdən birinin araşdırılması üçün yeni tədqiqat modeli hazırlayıb.
Genomdan tam çıxarılması canlı orqanizm üçün ölümcül nəticə doğuran genlərin və onların uyğun zülallarınınfunksiyalarını öyrənməyə imkan verən bu model gələcəkdə xərçəng, Altsheymer və Parkinson xəstəlikləri, xroniki depressiya, müxtəlif ağır psixi pozuntular və digər mürəkkəbneyrodegenerativ xəstəliklər üzrə fundamental tədqiqatlarda istifadə oluna bilər.
Mançester Universitetində molekulyar biologiya ixtisas istiqaməti üzrə doktorantura təhsili alan Edqar bildirir ki, bu kimi tədqiqatların nəticələri yaxın gələcəkdə Azərbaycanıntəkcə Qafqazda yox, dünyada lider biotexnologiya mərkəzinə çevrilməsinə bilavasitə kömək edəcək.
Ətraflı: https://dp.edu.az/az/news/5014
1 783
Dövlət Proqramı çərçivəsində 🇹🇷Türkiyə Respublikasında təhsil alan təqaüdçülərimizin diqqətinə!
📢 Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin təhsil məsələləri üzrə fəaliyyətinin daha sistemli, operativ və peşəkar şəkildə işıqlandırılması məqsədilə rəsmi “Facebook” səhifəsi yaradılıb.
Həmin səhifədə mütəmadi olaraq aşağıdakı istiqamətlər üzrə məlumatlar paylaşılacaq:
🎓 Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq;
🏛️ Universitetlərarası əlaqələr və akademik tərəfdaşlıqlar;
📚 Təqaüd proqramları, təhsil imkanları və akademik mobillik;
🧑🏻🎓Türkiyədə təhsil alan Azərbaycan vətəndaşları üçün faydalı məlumatlar və elanlar;
🏆Türkiyədə təhsil alan Azərbaycan vətəndaşlarının akademik, elmi, innovasiya, mədəni və ictimai sahələrdə əldə etdikləri nailiyyətlər;
🌍 Beynəlxalq akademik əməkdaşlıq, elm və ali təhsil sahəsində aktual yeniliklər və s.
🔗 “Facebook” ünvanı: https://www.facebook.com/share/1BynnXezHM/?mibextid=wwXIfr
1 783
📣 2026/2027-ci tədris ilindən etibarən Qarabağ Universitetində dünyanın nüfuzlu texniki ali təhsil müəssisələrindən biri olan İstanbul Texniki Universiteti (İTÜ) ilə birgə mühəndislik ixtisasları üzrə ikili diplom proqramına start veriləcək.
- Elektrik və elektronika mühəndisliyi
- Mexanika mühəndisliyi
- Kimya mühəndisliyi
- İnşaat mühəndisliyi ixtisaslarını əhatə edən bu ikili diplom proqramı çərçivəsində sizi gözləyir:
🎓Dövlət hesabına təhsil
🏫3 il Qarabağ Universitetində təhsil
🏢1 il İstanbul Texniki Universitetində təhsil
🇬🇧İngilis dilində tədris
👩🏻🎓Sonda hər iki universitetin bakalvr diplomu
📚Xankəndidə müasir laboratoriyada təhsil
🇹🇷📍Türkiyədə istehsalat təcrübəsi və yay məktəbi
Qeyd edək ki, yeni ikili diplom proqramı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq həyata keçirilir və Dövlət Proqramı çərçivəsində maliyyələşdirilir.
🔗 Daha ətraflı: https://dp.edu.az/az/news/5013
1 783
🎓 Bakı Mühəndislik Universiteti ilə Cənubi Koreyanın İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının 3-cü məzun buraxılışı keçirilib.
✔️ Bu il 113 nəfər proqramı uğurla başa vuraraq məzun şəbəkəmizə qoşulub.
✔️Beləliklə BMU-İNHA ikili diplom proqramının məzunlarının ümumi sayı 256 nəfərə çatıb.
Tədbirdə ixtisas birinciləri və universitetin ictimai həyatında fəal iştirak edən məzunlar mükafatlandırılıb, bütün məzunlara diplomlar təqdim olunub.
Məzunlarımızı təbrik edir və bol uğur arzu edirik!
🔗 Daha ətraflı: https://dp.edu.az/az/news/5010
1 783
Dövlət Proqramı məzunu Fəqan Abdurəhmanov İsveç İnstitutu tərəfindən həyata keçirilən “Impact Pioneers ’26” proqramına qəbul olan liderlər arasında yer alıb.
🌏 10 ölkədən cəmi 54 gəncin seçildiyi bu platformada müxtəlif sektorlardan gələn iştirakçılar bir sual ətrafında birləşirlər: dayanıqlı gələcəyi necə daha sürətli qura bilərik?
Fəqan da bu proqram çərçivəsində Azərbaycanın bərpa olunan enerji♻️ sahəsində əldə etdiyi təcrübəni beynəlxalq platformaya daşıyacaq. O, növbəti 10 həftə ərzində Avropanın müxtəlif ölkələrindən olan mütəxəssislərlə birlikdə dayanıqlı inkişaf, innovasiya və yaşıl transformasiya sahələrində təcrübə mübadiləsi aparacaq, liderlik bacarıqlarını daha da inkişaf etdirəcək.✅
Daha ətraflı: https://dp.edu.az/az/news/5009
1 783
+3
Dövlət Proqramı İdarəetmə Qrupu ilə Qarabağ Universiteti arasında Qarabağ Universiteti–İstanbul Texniki Universiteti ikili diplom proqramına dair işgüzar görüş keçirilib.
Görüşün əsas məqsədi həyata keçirilməsi nəzərdə tutulan beynəlxalq ikili diplom proqramının maliyyələşmə və idarəetmə mexanizmlərinin, eləcə də növbəti mərhələdə görüləcək işlərin müzakirə edilməsi olub.
Daha ətraflı: https://dp.edu.az/az/news/5005
1 783
15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş Günüdür!
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası ilə başlayan bu tarixi gün, müstəqilliyimizin, sabitliyimizin və parlaq gələcəyimizin təməlidir.
1 783
+4
Dövlət Proqramı İdarəetmə Qrupu və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rəhbər heyəti arasında ADNSU–Vorvik Universiteti ikili diplom proqramının inkişaf perspektivlərinə həsr olunmuş görüş keçirilib.
Görüş zamanı proqramın mövcud vəziyyəti, beynəlxalq tərəfdaşlıq çərçivəsində əldə olunan nəticələr, maliyyə mexanizmləri, 2026–2027-ci tədris ili üzrə tələbə qəbulu ilə bağlı məsələlər, eləcə də proqramın idarəetmə və koordinasiya mexanizmlərinin təkmilləşdirilməsi istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Daha ətraflı: https://dp.edu.az/az/news/5004
1 783
ℹ️ Dövlət Proqramının tələblərinə cavab verən və sənədlərini uğurla təqdim etmiş namizədlərə növbəti mərhələyə keçid etmələrinə və müsahibəyə dəvət olunduqlarına dair bildirişlər #mərhələli şəkildə göndərilir.
Bu səbəbdən namizədlərə portal.edu.az platforması üzərindən elektron ərizələrini təqdim edərkən qeyd etdikləri 📧elektron poçt ünvanlarına daxil olan mesajları və 📲mobil nömrələrinə göndərilən SMS bildirişlərini mütəmadi olaraq yoxlamaları tövsiyə edilir.
Hər bir namizədə uğurlar arzu edirik!
1 783
📣2026-2027-ci tədris ili üzrə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu mərhələsi başa çatıb.
✔️15 aprel - 5 iyun tarixlərini əhatə edən sənəd qəbulu mərhələsində Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üçün dünyanın 21 ölkəsinə aid 106 ali təhsil müəssisəsi üzrə 1221 namizəd müraciət edib.
ℹ️Dövlət Proqramının iştirak tələblərinə cavab verən və I mərhələdə sənədlərini uğurla təqdim edən namizədlərlə bu gündən – 8 iyun tarixindən müsahibə mərhələsinə start verilib.
Müsahibə mərhələsinə dair məlumatlar namizədlərin portal.edu.az platformasındakı şəxsi kabinetləri üzərindən təqdim ediləcək.
🔗Daha ətraflı: https://dp.edu.az/az/news/5002
1 783
+4
Elm və təhsil naziri Emin Əmrullayev 2022–2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu ali təhsil müəssisələrində kompüter elmləri, informasiya texnologiyaları, statistika və verilənlərin təhlili, süni intellekt, eləcə də mühəndislik istiqamətləri üzrə təhsil almış gənclərimizlə görüşüb.
Görüş zamanı nazir Dövlət Proqramının ölkənin insan kapitalının inkişafında mühüm rol oynadığını vurğulayaraq məzunların xaricdə qazandıqları bilik və bacarıqları Azərbaycanın texnoloji inkişafına, innovasiya ekosisteminin gücləndirilməsinə və rəqəmsal transformasiya proseslərinə töhfə vermək üçün səmərəli şəkildə tətbiq edəcəklərinə əminliyini ifadə edib.
Daha ətraflı: https://dp.edu.az/az/news/5001
1 783
+1
📢 Namizədlərin Dövlət Proqramı çərçivəsində müsahibə mərhələsinə dair qeyd olunan məqamları nəzərə almaları tövsiyə olunur.
📧 Əlavə suallarınız olduğu təqdirdə dp22-28@edu.gov.az elektron poçt ünvanı üzərindən bizimlə əlaqə saxlaya bilərsiniz.
1 783
Dövlət Proqramına sənədlərini uğurla təqdim etmiş və müsahibə mərhələsində iştirak hüququ qazanan namizədlərə müsahibəyə dəvət bildirişi yalnız aşağıdakı yollarla göndərilir:
- 🌐 Portal.edu.az platforması üzərindən
- 📲 SMS şəklində
- 📧 Elektron poçt vasitəsilə
ℹ️Namizədlərin portal.edu.az platforması vasitəsilə Dövlət Proqramına müraciətləri zamanı qeyd etdikləri elektron poçt ünvanının və mobil nömrənin aktivliyindən əmin olmaları tövsiyə edilir.
Sizə uğurlar arzu edirik!
1 783
Dövlət Proqramı təqaüdçüsü Rəsul Feyzullayev ABŞ-nin Minnesota ştatının Senatında iştirak etdiyi təcrübə proqramını fərqlənmə ilə başa vurub.
Rəsul bildirir ki, 3 mərhələli seçim prosesindən ibarət olan bu rəqabətli proqramda iştirak haqqı qazanmaqda ona Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunu kimi hüquqi təhlil sahəsindəki bilikləri kömək edib.
Təcrübə müddətində o, qanun layihələrinin qanuniliyinin yoxlanılması, hüquqi məsləhətlərin hazırlanması və senatorlara təqdim olunan analitik sənədlərin işlənilməsi sahələrində fəal iştirak edib.
Daha ətraflı: https://dp.edu.az/az/news/5000
1 783
📣Dövlət Proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə sənəd qəbulunun başa çatmasına 5 gün qaldı.
ℹ️Namizədlərə sənədlərini təqdim etməzdən öncə rəsmi internet saytımızda yerləşən sənəd nümunələri ilə tanış olmağı tövsiyə edirik.
Müraciət edən hər kəsə uğurlar arzulayırıq!
1 783
Müqəddəs Qurban bayramı münasibətilə sizi səmimi qəlbdən təbrik edir, bu bayramın hər birinizə sevinc və uğur gətirməsini diləyirik!
1 783
Azərbaycan Respublikası Hesablama Palatasında növbəti Kollegiya iclası keçirilib.
ℹ️Kollegiya iclasında təqdim edilən “Ali təhsil sistemininbeynəlxalq rəqabətliliyinin artırılması üzrə fəaliyyətin auditinin nəticələrinədair Auditor hesabatı” müzakirə olunub.
📌Müzakirələr zamanı Milli Məclisin deputatları tərəfindən auditin nəticələri ilə bağlı bir sıra fikirlər səsləndirilib, təkliflər irəli sürülüb.
✔️Çıxış edən Elm və Təhsil Nazirliyinin nümayəndələri auditin nəticələrinin aidiyyəti sahədə fəaliyyətin təkmilləşdirilməsinə töhfə verəcəyini vurğulayaraq irəli sürülən təklif və tövsiyələrin nəzərə alınacağını qeyd ediblər.
Daha ətraflı:
https://dp.edu.az/az/news/4995
