ch
Feedback
Ormilitarism

Ormilitarism

前往频道在 Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

显示更多
7 302
订阅者
无数据24 小时
-297
-7230
帖子存档
DeepState dron operatorlarına istinadən yazır ki, Konstantinovkada Rusiya hücum qruplarını saxlamaq üçün Ukrayna Silahlı Qüvv
DeepState dron operatorlarına istinadən yazır ki, Konstantinovkada Rusiya hücum qruplarını saxlamaq üçün Ukrayna Silahlı Qüvvələrinin piyada qüvvələri çatışmır. Ukrayna ordusu dronlardan aktiv istifadə etsə də, Rusiya Silahlı Qüvvələrinin hücum bölmələri Konstantinovkanın kənarlarında möhkəmlənir və sıx şəhər tikililərindən istifadə edərək Ukrayna pilotsuz uçuş aparatlarından gizlənir. Bundan əlavə, Rusiya Hərbi-Kosmik Qüvvələri şəhəri aktiv şəkildə bombalayır. Konstantinovkadakı mövcud vəziyyət Pokrovskdakı vəziyyəti xatırlatmağa başlayır. Orada hücum oxşar sxemlə həyata keçirilmişdi. Ağır itkilər verən hücum qrupları şəhər daxilində toplanır, daha sonra aviasiya zərbələrinin örtüyü altında, piyada çatışmazlığı səbəbilə yaranan boşluqlardan istifadə edərək irəliləyirdi.

Ukraynalılar mülki An-28 təyyarəsisini “Shahed ovçusu”na çeviriblər.

photo content

+1
Suriya təhlükəsizlik qüvvələri 16 aprel 2013-cü ildə Dəməşqin Tədamun məhəlləsində törədilən qırğınla bağlı əsas şübhəlilərdən birini, devrilmiş Əsəd rejiminin hərbi kəşfiyyat zabiti kimi tanınan Əmşad Yusifini saxlayıb.

Volodimir Zelenski Azərbaycana səfər edəcək. Səfərin tarixi hələlik məlum deyil.

Mehr News agentliyinə görə Tehranın müxtəlif bölgələrində hava hücumundan müdafiə sistemlərinin hava hədəflərinə qarşı işlədiyi görülüb.

İspaniya Ordusuna məxsus VAMTAC hərbi maşını paraşütlə endirmə əməliyyatı təlimi zamanı bağlama sistemindəki nasazlıq səbəbindən təxminən 300 metr hündürlükdən yerə düşüb və tamamilə sıradan çıxıb.

Almaniyanın Bundesveri kifayət qədər hərbçini cəlb etməkdə çətinlik çəkir. Buna görə də Gamescom kimi tədbirlər vasitəsilə gəncləri hədəf almağa başlayıb.

Tramp: Mən ABŞ Hərbi Dəniz Qüvvələrinə əmir verdim ki, Hörmüz boğazının sularına mina yerləşdirən istənilən qayığı nə qədər k
Tramp: Mən ABŞ Hərbi Dəniz Qüvvələrinə əmir verdim ki, Hörmüz boğazının sularına mina yerləşdirən istənilən qayığı nə qədər kiçik olursa-olsun dərhal vurub məhv etsinlər. Heç bir tərəddüd olmamalıdır. Bundan əlavə, mina təmizləyən qüvvələrimiz hazırda boğazı təmizləyir. Bu fəaliyyətin üçqat artırılmış səviyyədə davam etdirilməsini əmr edirəm. Diqqətinizə görə təşəkkür edirəm.

Tomat imiş
Tomat imiş

Ötən gün Berlində iranlı etirazçı Rza Pəhləvinin üzərinə boya atıb.

Rheinmetall Almaniyanın Bundeswehri ilə FV-014 kamikadze dronları üçün müqavilə imzalayıb. İlkin sifariş 300 milyon avro təşk
Rheinmetall Almaniyanın Bundeswehri ilə FV-014 kamikadze dronları üçün müqavilə imzalayıb. İlkin sifariş 300 milyon avro təşkil edir və çatdırılmaların 2027-ci ildən başlanması planlaşdırılır. 10.000-dən çox dron mümkün (təxminən 2.4 milyard avro həddi) İlk partiya: təxminən 2.500 ədəd Məsafə: 100 km Havada qalma müddəti: 70 dəqiqə Döyüş başlığı: 6 kq (zirehə qarşı və çoxməqsədli hədəflər üçün)

ABŞ Hərbi Dəniz Qüvvələrinin NSW xüsusi təyinatlılarının Hind okeanında İrandan neft daşıyan M/T Majestic X tankerinə etdiyi
+3
ABŞ Hərbi Dəniz Qüvvələrinin NSW xüsusi təyinatlılarının Hind okeanında İrandan neft daşıyan M/T Majestic X tankerinə etdiyi əməliyyat kadrları. Əməliyyat iki ədəd SH-60 Seahawk helikopterindən, üçüncü helikopterin müşayiəti altında həyata keçirilib. ABŞ Müdafiə Nazirliyi bəyan edib ki, İranı maddi cəhətdən dəstəkləyən gəmiləri harada olmasından asılı olmayaraq ələ keçirməyə davam edəcək.

Ukraynada səfərbərlik.

Raund 2-dən nələr gözləyirsiz?

Hər hansısa bir görüntü və təsdiq yoxdur.

Hazırda yayılan xəbərlərə görə İranın bəzi şəhərlərində partlayış səsi gəlib. Görüntü yoxdur. Bu şəhərlərə Qum, Tehran, Kərəc və İsfahan daxildir.

Hörmüz boğazının blokadasını yarmağa cəhd edərkən Liberiya bayrağı altında üzən MSC EPAMINONDAS konteyner gəmisinin SEPAH Hərbi Dəniz Qüvvələrinin SNSF xüsusi təyinatlı bölməsi tərəfindən ələ keçirilməsi kadrları.

Ukrayna Silahlı Qüvvələrinin 412-ci “Nemesis” pilotsuz sistemlər briqadasının pilotsuz suüstü komplekslər divizionunun hərbçi
Ukrayna Silahlı Qüvvələrinin 412-ci “Nemesis” pilotsuz sistemlər briqadasının pilotsuz suüstü komplekslər divizionunun hərbçiləri tərəfindən pilotsuz suüstü qayıqların Sting interceptor dronları ilə təchiz olunması prosesi. Dron-kamikadzelərin dəniz platformalarından tutulması üçün texnologiyanın hazırlanması bir ildən çox vaxt aparıb və hazırda eksperimental xarakter daşıyır. Divizion komandirinin sözlərinə görə, dənizdə uğurlu əks tədbirlər üçün müxtəlif radar və sensorların vahid sistemdə birləşdirilməsi tələb olunur. Uzun məsafələrdə isə interceptor dronun idarə olunması daha mürəkkəbləşir, çünki hədəfləri aşkar edən kiçik radarların fəaliyyət radiusu məhduddur. Daşıyıcı katerin göyərtəsində interceptorlar üçün xüsusi sistemlər yerləşir, rabitə sistemləri radioelektron mübarizənin təsirindən qorunur. Bundan əlavə, katerin dron və ya digər qayıqlar tərəfindən məhv edilməsinin qarşısını almaq üçün pulemyot qülləsi də mövcuddur.