ch
Feedback
Ormilitarism

Ormilitarism

前往频道在 Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

显示更多
7 274
订阅者
无数据24 小时
-247
-8130
帖子存档
Ukraynanın yerli istehsalı olan FP-5 Flamingo qanadlı raketlərinin Rusiya daxilindəki hədəflərə buraxılışını göstərən yeni kadrlar. Fire Point şirkətinin baş konstruktoru Denis Ştiliermanın sözlərinə görə, bu partiyaya aid raketlərin bir hissəsi Kapustin Yar poliqonuna istiqamətləndirilib.

Çin ABŞ-ı xəbərdar edib ki, Tayvana yeni silah satışlarının davam etdirilməsi Prezident Trampın 2026-cı ilin aprelində Pekinə
Çin ABŞ-ı xəbərdar edib ki, Tayvana yeni silah satışlarının davam etdirilməsi Prezident Trampın 2026-cı ilin aprelində Pekinə planlaşdırılan səfərini poza bilər. Xəbərdarlıq Tramp və Si arasında baş tutan son telefon danışığından sonra səsləndirilib. Si Cinpin həmin danışıqda Tayvanın Çin üçün ən əsas qırmızı xətt olduğunu vurğulayıb və silah satışları məsələsində son dərəcə ehtiyatlı davranmağa çağırıb. Bildirilir ki, ABŞ Tayvan üçün növbəti iri həcmli müdafiə paketini nəzərdən keçirir.

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Abraham Lincoln aviadaşıyıcı zərbə qrupu Ərəb dənizində.
+3
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Abraham Lincoln aviadaşıyıcı zərbə qrupu Ərəb dənizində.

Səudiyyə Ərəbistanında keçirilən WDS2026 sərgisində Türkiyənin KAAN qırıcı təyyarəsinin modelinin quyruq hissəsində Səudiyyə
Səudiyyə Ərəbistanında keçirilən WDS2026 sərgisində Türkiyənin KAAN qırıcı təyyarəsinin modelinin quyruq hissəsində Səudiyyə Ərəbistanının bayrağı müşahidə olunub.

ABŞ rəsmi olaraq İranla ticarət edən bütün ölkələrə 25 faiz gömrük rüsumu tətbiq etməyə başlayıb.
ABŞ rəsmi olaraq İranla ticarət edən bütün ölkələrə 25 faiz gömrük rüsumu tətbiq etməyə başlayıb.

Fransız TF1 kanalı Ukraynada Shahed dronlarını vurmaq üçüb minigunla silahlanmış An-28 sərnişin təyyarəsini çəkib. Təyyarənin heyəti mülki könüllülərdən ibarətdir. İndiyədək ümumilikdə 150 pilotsuz uçuş aparatını məhv edib.

Təxminən 1500 türk hərbçisi NATO-nun “Steadfast Dart 2026” təlimləri çərçivəsində Almaniyanın Kil şəhərinə yola düşəcək. Bu t
Təxminən 1500 türk hərbçisi NATO-nun “Steadfast Dart 2026” təlimləri çərçivəsində Almaniyanın Kil şəhərinə yola düşəcək. Bu təlimlər Almaniya üçün ilin ən böyük hərbi donanma təlimi olacaq. Türkiyə kontingentinin əsasını LHD “Anadolu” təşkil edir.

Birləşmiş Ərəb Əmirliklərinə məxsus bəzi müdafiə şirkətləri Səudiyyə Ərəbistanında keçirilən Dünya Müdafiə Sərgisində iştirak
Birləşmiş Ərəb Əmirliklərinə məxsus bəzi müdafiə şirkətləri Səudiyyə Ərəbistanında keçirilən Dünya Müdafiə Sərgisində iştirakdan imtina edib.

Ruslar yenə bildiyimiz kimi

ABŞ-ın silahlara nəzarət üzrə baş nümayəndəsi Tomas DiNanno Çin tərəfini Yeni START müqaviləsinin müddətinin başa çatmasına a
ABŞ-ın silahlara nəzarət üzrə baş nümayəndəsi Tomas DiNanno Çin tərəfini Yeni START müqaviləsinin müddətinin başa çatmasına az qalmış gizli nüvə sınaqları keçirməkdə ittiham edib.

Anduril şirkətinin rəhbəri Palmer Laki Sinqapurda sərgidə nümayiş olunan J-35 modelini incələyərkən.
Anduril şirkətinin rəhbəri Palmer Laki Sinqapurda sərgidə nümayiş olunan J-35 modelini incələyərkən.

İranın xarici işlər naziri Araqçi ABŞ-la danışıqlar barədə açıqlama verib: Atmosfer müsbət idi. Ümumilikdə danışıqların davam etdirilməsi barədə razılıq var. Bu xətt iki tərəf arasında davam edərsə, qarşıdakı görüşlərdə danışıqlar üçün daha aydın çərçivə formalaşdırmağa imkan verəcək.

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İsrailin “Mossad” kəşfiyyat xidməti adından casusluq etdikləri iddiası ilə İstanbu
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İsrailin “Mossad” kəşfiyyat xidməti adından casusluq etdikləri iddiası ilə İstanbulda iki nəfəri saxlayıb. “MONITUM” adlı əməliyyat prokurorluq və terrorla mübarizə polisinin iştirakı ilə həyata keçirilib. Şübhəlilər: Mehmet Budak Derya (mühəndis/tacir, ticarət fəaliyyəti adı altında uzun müddət Mossad ilə əlaqədə olmaqda ittiham olunur) və onun əlaltısı Veysel Kerimoğlu. İddialara görə, onlar kəşfiyyat məlumatlarının toplanması və ötürülməsi, fələstinli şəxslərin izlənməsi və biznes fəaliyyətindən örtük kimi istifadə ilə məşğul olublar. Həbslər uzunmüddətli müşahidədən sonra, 2026-cı ilin yanvarında keçirilən əməliyyat nəticəsində həyata keçirilib.

Moskvada Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli zabitinə silahlı hücum edilib. Məlumata görə, general-leytenant Vladimir
Moskvada Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli zabitinə silahlı hücum edilib. Məlumata görə, general-leytenant Vladimir Alekseyev paytaxtın Volokolamsk şossesi ərazisində yerləşən yaşayış binasında naməlum şəxs tərəfindən atəşə tutulub. Hücumçu bir neçə dəfə atəş açdıqdan sonra hadisə yerindən qaçıb. Alekseyev ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, həkimlər onun həyatı uğrunda mübarizə aparır. Hadisə yerinə təcili tibbi yardım briqadaları, hüquq-mühafizə orqanları və istintaq qrupları cəlb olunub. Moskva İstintaq Komitəsi ərazidəki müşahidə kameralarının görüntülərini araşdırır, mümkün şahidlərin ifadələri toplanır. Qeyd edək ki, Vladimir Alekseyev BƏƏ-də Ukrayna ilə aparılan danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri İqor Kostyukovun müavini kimi fəaliyyət göstərir.

Omandakı ABŞ-İran görüşü sadəcə görüşməkdən başka bir şey olmadı.

Atəşdən əvvəl mərminin partladıcısı əvvəlcədən hesablanmış partlama vaxtına proqramlaşdırılır. Atəşdən sonra təyin olunmuş va
Atəşdən əvvəl mərminin partladıcısı əvvəlcədən hesablanmış partlama vaxtına proqramlaşdırılır. Atəşdən sonra təyin olunmuş vaxt bitdikdə partladıcı işə düşür və mərminin korpusundan hədəf rayonunun üzərində 800–2200 metr hündürlükdə sub-döyüş sursatları olan konteynerləri çıxarır. Konteynerlər açılan stabilizatorlara malikdir. Onların köməyi ilə sub-döyüş sursatlarının fırlanma sürəti azaldılır və səthə doğru nisbətən düzgün orientasiya təmin olunur. Daha sonra sub-döyüş sursatları konteynerlərdən ayrılır, qanadcıqları açılır və hədəf axtarışı üçün sensor bloku irəli çıxarılır. Bunlar modifikasiyadan asılı olaraq bir və ya üç ədəd infraqırmızı sensor və LIDAR olur. Hədəf aşkar edildikdən sonra tuşlama nöqtəsi hesablanır və kamulyativ yüklə hədəfə zərbə endirilir. Bu zərbə 200 metrədək məsafədən 130 mm qalınlığında homogen zirehi deşməyə qadirdir.

+2
USQ tərəfindən «Buk‑M3» ZRK-nın buraxılış qurğusuna zərbə endirmək üçün yüksək dəqiqlikli 155 mm-lik BONUS mərmisinin tətbiqi. Bu BONUS istifadələrini 3-4 il əvvəl tez-tez görərdik. Nexter və Bofors şirkətləri tərəfindən hazırlanmış BONUS özütuşlanan döyüş elementlərinə malik kaset tipli sursatdır. Bu elementlərin daşıyıcısı artilleriya mərmisidir.

İlk dəfə Əfqanıstanda Kandahar bazasında uçuşlara başlasığına görə ona Kandahar Beast yəni Kandahar Canavarı ləqəbi verilib.
İlk dəfə Əfqanıstanda Kandahar bazasında uçuşlara başlasığına görə ona Kandahar Beast yəni Kandahar Canavarı ləqəbi verilib.

Lockheed Martin şirkəti Venesuelada keçirilən “Absolute Resolve” əməliyyatı zamanı RQ-170 Sentinel pilotsuz uçan aparatının istifadəsini təsdiqləyib. Aparatın dəqiq rolu açıqlanmır, lakin ehtimal olunur ki, dron Venesuelanın HHM sistemlərini və ya birbaşa Nikolas Maduro və onun qorumasını müşahidə edib. İstehsalçı şirkətin bu barədə məlumat yayması kifayət qədər qeyri-adi haldır. Bu aparatla bağlı qeyd, son beş ildə onun fəaliyyəti barədə ilk məlumatdır. Dron 2007-ci ildə təqdim olunub və həmin il Əfqanıstanda döyüş sınaqlarına göndərilib. 2011-ci ildə RQ-170 Usama bin Ladenin Pakistanın Abbottabad şəhərindəki yaşayış yerini müşahidə etmək üçün “Neptune Spear” əməliyyatına hazırlıqda istifadə olunub. Eyni ildə Sentinel İranın nüvə proqramı obyektlərini müşahidə edərkən texniki nasazlıq və ya İranın REB sistemlərinin fəaliyyəti nəticəsində qəzaya uğrayıb. İran mütəxəssisləri qalıqlar əsasında Shahed-191 dronunu hazırlayıb. Media sızıntılarına əsasən 2022–2023-cü illər ərzində RQ-170-in Qara dəniz akvatoriyasında kəşfiyyat uçuşları həyata keçirdiyi ehtimal olunur. Uçuşlar İtaliyadakı Sigonella aviabazasından, həyata keçirilib. Keçən il RQ-170 dronları Cənubi Koreyaya köçürülüb və böyük ehtimal Şimali Koreya hava məkanına yaxın ərazilərdə uçuşlar edib.

S‑125‑2BM 2010‑cu illərin birinci yarısında Belarusda köhnə S‑125 ZRK-nın modernizasiyası kimi yaradılmış variantdır. “Peçora‑2BM” modernizasiyasına elektronikanın tam yenilənməsi, radiolokasiya ilə aşkarlama və tuşlamanın yaxşılaşdırılması, hədəflərin müşayiət alqoritmlərinin təkmilləşdirilməsi, maneələrə davamlılığın artırılması, reaksiya vaxtının azaldılması, məhv etmə zonalarının müəyyən qədər genişləndirilməsi, həmçinin passiv rejimdə işləmək üçün yeni optik-elektron sistem daxildir. Lakin hətta yüksək səviyyədə modernləşdirilmiş S‑125 belə, artıq HHM sisteminin “onurğa sütunu” tələblərinə cavab vermir, xüsusən də 2026-cı ildə ABŞ aviasiyasına qarşı durmalı olan bir sistem üçün.