ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

90+

90+

前往频道在 Telegram

🗞️🔥Ən son futbol xəbərləri ⚽️📹Qol videoları

显示更多
5 478
订阅者
+324 小时
-47 天
-5130 天
帖子存档
90+
5 478
⚽️🇩🇪🚨🔴 Coşua Kimmixin Camal Musiala ilə bağlı geniş açıqlaması👇👇 🗣️ Kimmix: “Ümumiyyətlə, vəziyyətə müxtəlif tərəflərd
⚽️🇩🇪🚨🔴 Coşua Kimmixin Camal Musiala ilə bağlı geniş açıqlaması👇👇 🗣️ Kimmix: “Ümumiyyətlə, vəziyyətə müxtəlif tərəflərdən yanaşmaq lazımdır. Bunun klub üçün də asan vəziyyət olmadığını tamamilə anlayıram. Son iki ildə Camalın keçdiyi yolu yaxından izləmişəm. Avropa çempionatında komandamızı çiyinlərində daşıdı və turnirdən sonra da ən seçilən futbolçumuz oldu. Daha sonra müqaviləsini yenilədi, burada və Almaniya millisində 10 nömrəli formanı aldı. Ardınca ilk əzələ zədəsi gəldi. Şəxsi təcrübəmdən deyə bilərəm ki, xüsusilə həmin yaşda müqaviləni yeniləmək növbəti beş il ərzində arxayınlaşmaq və hər şeyin dadını çıxarmaq demək deyil. Əksinə, bu, insan üçün əlavə motivasiya və üzərinə götürdüyü məsuliyyətdir. Daha sonra Camal xəstələndi və ciddi zədə aldı. Unutmamalıyıq ki, son il yarım ərzində onun ardıcıl dörd-beş oyun keçirdiyini belə xatırlamıram. Buna görə də əvvəlki səviyyəsində çıxış edə bilməməsi müəyyən mənada başadüşüləndir. Klubun da xəstəlik səbəbindən narahatlıq keçirməsini anlayıram. Anlamadığım məsələ isə bütün bunların ictimaiyyətə çatdırılma formasıdır. Heç vaxt futbolçu bu vəziyyətin bütün ağırlığını öz üzərinə götürməli deyil. Əlbəttə, klub hər zaman birinci yerdədir və biz futbolçulardan daha böyükdür. Amma insandan daha böyük deyil. Bu, qətiyyən yolverilməzdir. Üstəlik, bu, “Bayern”in ənənələrinə də uyğun deyil. Xüsusilə də klubun nə qədər özəl olduğunu dəfələrlə vurğuladığım bu dönəmdə belə bir hadisənin yaşanması məni təəccübləndirir. Öz vəziyyətimdə də klubun nə qədər xüsusi olduğunu hiss etmişəm. Burada birlik və həmrəylik ruhunun həqiqətən yaşandığını görürdün. İndi baş verənlər isə heç vaxt bu şəkildə yaşanmamalı idi. Bunu qətiyyən başa düşə bilmirəm”. — Bu, kifayət qədər sərt açıqlamadır. Mövqeyinizi klub daxilində də bildirmisiniz? 🗣️ Kimmix: “Bəli, əlbəttə. Dediyim kimi, klubun vəziyyətini də anlayıram. Bununla belə, düşünürəm ki, bu məsələ bağlı qapılar arxasında müzakirə olunmalıdır. Camalın agenti və ya özü ilə danışmaq mümkündür. Hesab edirəm ki, qarşı tərəf də buna açıqdır. Onların artıq görüşdükləri və açıqlama yayacaqları barədə məlumat oxuduğumu da xatırlayıram”. — Camalla danışmısınız? Ona nəsə demisiniz? 🗣️ Kimmix: “Düzünü desəm, məndə belə təəssürat yaranır ki, Camal kənarda baş verənlərin hamısından heç xəbərdar da deyil. Məncə, bu, əslində yaxşı haldır. Əlbəttə, müəyyən müzakirələr olub. Mənim üçün ən vacib məsələ onun hər gün Zəbener Ştrassedə olması və futboldan zövq almasıdır. Düşünürəm ki, hazırkı vəziyyətdə onun üçün ən önəmli olan budur. Unutmamalıyıq ki, o, yayda yenidən əməliyyat olundu və bundan sonra başqa bir zədə aldı. Amma mən onu hər gün görürəm, onunla vaxt keçirirəm. Necə çalışdığını, nə qədər əziyyət çəkdiyini görürəm. Bu da vəziyyətin vacib tərəfidir. Söhbət onun qeyri-peşəkar davranışına görə problemlər yaşamasından getmir. Əksinə, o, hər gün buradadır, özündən maksimum nəticə almaq istəyir, çox ciddi çalışır və düşünürəm ki, komandamızın bir hissəsi olmaqdan həqiqətən zövq alır. Ümid edirəm ki, həm komandanın, həm də klub rəhbərliyinin onun 100 faiz arxasında olduğunu bilir”. Qeyd edək ki, Musialaya nevroloji pozğunluq səbəbindən qısa müddətli absans tutmaları diaqnozu qoyulub.
26 11月, 05:22

90+
5 478
⚽️🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿🥇🧤 Alisson “Brügge” ilə oyunda məhsuldar ötürmə edərək Çempionlar Liqasında assistlə yadda qalan ilk “Liver
⚽️🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿🥇🧤 Alisson “Brügge” ilə oyunda məhsuldar ötürmə edərək Çempionlar Liqasında assistlə yadda qalan ilk “Liverpul” qapıçısı olub!
26 11月, 03:58

90+
5 478
⚽️🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿🥇🧤 Alisson “Brügge” ilə oyunda məhsuldar ötürmə edərək Çempionlar Liqasında assistlə yadda qalan ilk “Liver
⚽️🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿🥇🧤 Alisson “Brügge” ilə oyunda məhsuldar ötürmə edərək Çempionlar Liqasında assistlə yadda qalan ilk “Liverpul” qapıçısı olub!
26 11月, 03:43
26 11月, ~03:43

90+
5 478
⚽️🇪🇸🎙️"Barselona"nın baş məşqçisi Hans-Diter Flik: "Belə oyunlarda qalib gəlmək heç də asan deyil. Xüsusilə ona görə ki, ‘
⚽️🇪🇸🎙️"Barselona"nın baş məşqçisi Hans-Diter Flik: "Belə oyunlarda qalib gəlmək heç də asan deyil. Xüsusilə ona görə ki, ‘Sabah"ın itirəcəyi heç nə yox idi. Onlar yalnız sürpriz edə bilərdilər. Düşünürəm ki, matç ərzində topa sahibolma göstəricimiz 70 faizdən çox idi. Narazı qaldığım yeganə məqam yol verdiyimiz səhvlərdir. Bunlar sadə səhvlər idi və belə halların qarşısını almalıyıq. İkinci hissədə qapımızda gördüyümüz qol da səhvdən qaynaqlandı. Bu, oynamaq istədiyimiz futbol deyil. Həmin çatışmazlıqları aradan qaldırmalıyıq. Xüsusilə "Sabah" haqqında danışmaq istərdim. Onlar dünyanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında çıxış edirlər və yaxşı iş ortaya qoyurlar. Baş məşqçinin topla oyuna dair aydın fəlsəfəsi var. Komanda yaxşı və cəsarətli futbol nümayiş etdirir. Bəzi məqamlarda bizə çətin anlar yaşatdılar. Burada üç xal qazanmağımıza görə çox şadam. "Sabah"a və klubda çalışan hər kəsə uğurlar arzulayıram. Düşünürəm ki, daim inkişaf etmək çox vacibdir. Burada gördüklərimdən belə qənaətə gəlirəm ki, onlar bu istiqamətdə çox yaxşı iş görüblər".
26 11月, 03:37

90+
5 478
⚽️🧤🇦🇿 “Sabah”ın kapitanı Stas Pokatilov UEFA Çempionlar Liqasının əsas mərhələsində ən çox seyv edən qapıçıdır! 33 yaşlı q
⚽️🧤🇦🇿 “Sabah”ın kapitanı Stas Pokatilov UEFA Çempionlar Liqasının əsas mərhələsində ən çox seyv edən qapıçıdır! 33 yaşlı qolkiper 5 turda 31 qurtarış edib və bu göstərici ilə bütün rəqiblərini qabaqlayıb. 👏🔥
26 11月, 03:27

90+
5 478
⚽️🇪🇸🏅 Entoni Qordon vurduğu 2 qol və “Matçın ən yaxşı futbolçusu” seçilməsi barədə danışıb. 🗣️ Qordon: “Hesab 3:0 olarkən
⚽️🇪🇸🏅 Entoni Qordon vurduğu 2 qol və “Matçın ən yaxşı futbolçusu” seçilməsi barədə danışıb. 🗣️ Qordon: “Hesab 3:0 olarkən belə hücum etməyi dayandırmadıq. Qol vurmağa çalışmaqda davam etdik. Bu, bizim oyun üslubumuzdur və məncə, çox vacibdir. Bakı mənim üçün xüsusi yerə çevrilir… Bu axşam daha bir het-trik etməli idim, amma sol ayağımla yaratdığım fürsəti boşa verdim”.
26 11月, 03:09

90+
5 478
⚽️🇮🇹😳 “Roma” bu mövsüm iki fərqli komanda təsiri bağışlayır! İtaliya A Seriyasında məğlubiyyətsiz çıxış edərək 2-ci pilləd
⚽️🇮🇹😳 “Roma” bu mövsüm iki fərqli komanda təsiri bağışlayır! İtaliya A Seriyasında məğlubiyyətsiz çıxış edərək 2-ci pillədə qərarlaşan komanda Çempionlar Liqasında isə istənilən nəticəni göstərə bilmir. PSJ ilə heç-heçədən sonra “Roma” cəmi 5 xalla turnir cədvəlinin 25-ci pilləsindədir. 📈📉
26 11月, 02:45

90+
5 478
⚽️🏆 UEFA Çempionlar Liqasında turnir cədvəli. 📌 5 turda 3 xal qazanan Sabah 33-cü pillədə qərarlaşır. ✈️ Vilyareal (S) 🏟 N
⚽️🏆 UEFA Çempionlar Liqasında turnir cədvəli. 📌 5 turda 3 xal qazanan Sabah 33-cü pillədə qərarlaşır. ✈️ Vilyareal (S) 🏟 Napoli (E) ✈️ Arsenal (S)
26 11月, 02:35

90+
5 478
⚽️🤝 Günün oyunları: 🗓️ 26 Noyabr 🏆 Avropa Liqası, Liqa mərhələsi. 5-ci tur ⏰ 21:45 🇹🇷 Beşiktaş - Hapoel 🇬🇷 CBC Sport;
⚽️🤝 Günün oyunları: 🗓️ 26 Noyabr 🏆 Avropa Liqası, Liqa mərhələsi. 5-ci tur ⏰ 21:45 🇹🇷 Beşiktaş - Hapoel 🇬🇷 CBC Sport; TRT 1; TV NET; Digiturk Play Tirkey; Okko Sport; tabii Turkey 📺 ⏰ 21:45 🇬🇷 Olimpiakos - Milan 🇮🇹 TV NET; Okko Sport; tabii Turkey 📺 ⏰ 21:45 🇭🇷 Dinamo Zaqreb - Bayer Leverkuzen 🇩🇪 Q Sport 1 League; Okko Sport; tabii Turkey 📺 ⏰ 00:00 🇮🇹 Yuventus - Omoniya TV NET; Okko Sport; tabii Turkey 📺 🏆 Konfrans Liqası, Liqa mərhələsi. 4-cü tur ⏰ 00:00 🇧🇬 ÇSKA Sofiya - Trabzonspor 🇹🇷 İctimai TV; TRT 1; TV NET; Digiturk Play Tirkey; Okko Sport; tabii Turkey 📺
26 11月, 02:19

90+
5 478
“ATLETİKO”DAN İKİ QOL, ÜÇ XAL! ✅ Sörlot və Alvares 5 dəqiqə ara ilə fərqlənərək qələbəni təmin ediblər. ⚽️⚽️ Dieqo Simeonenin
“ATLETİKO”DAN İKİ QOL, ÜÇ XAL! ✅ Sörlot və Alvares 5 dəqiqə ara ilə fərqlənərək qələbəni təmin ediblər. ⚽️⚽️ Dieqo Simeonenin komandası qapısını toxunulmaz saxlayaraq 3 xal qazanıb. Qonaqlar isə matçın sonlarında azlıqda qalıblar.
26 11月, 01:01

90+
5 478
“İnter” “Ştutqart”ı Almaniyaya məğlubiyyətlə yola saldı. Lautaro Martines meydana daxil olduqdan cəmi 5 dəqiqə sonra fərqlənd
“İnter” “Ştutqart”ı Almaniyaya məğlubiyyətlə yola saldı. Lautaro Martines meydana daxil olduqdan cəmi 5 dəqiqə sonra fərqləndi. 👏🇮🇹 “İNTER” FASİLƏDƏN SONRA COŞDU! 💙🖤🔥 İkinci hissədə iki qol, buraxılmayan qol və “İnter”in aktivinə yazılan 3 xal! ✅ 🚨🇨🇭 Manuel Akanji tarixə düşdü! 31 yaşlı müdafiəçi UEFA Çempionlar Liqasında 70 oyun keçirən ilk isveçrəli meydan oyunçusu oldu.
26 11月, 00:51

90+
5 478
“Lill” bu mövsüm “Bayern Münhen”i məğlub edən ilk komanda oldu! ✅ Karlo Ançelottinin oğlu Davide Ançelotti Çempionlar Liqasın
“Lill” bu mövsüm “Bayern Münhen”i məğlub edən ilk komanda oldu! ✅ Karlo Ançelottinin oğlu Davide Ançelotti Çempionlar Liqasında “Lill”i “Bayern Münhen” üzərində qələbəyə daşıdı.
26 11月, 00:41

90+
5 478
“Liverpul” Çempionlar Liqasında bu mövsüm ilk dəfə qapısını toxunulmaz saxladı! 🔥🔴 ⭐️🇸🇪 27 yaşlı Aleksander İsak bu mövsü
“Liverpul” Çempionlar Liqasında bu mövsüm ilk dəfə qapısını toxunulmaz saxladı! 🔥🔴 ⭐️🇸🇪 27 yaşlı Aleksander İsak bu mövsüm “Liverpul”da 16 oyuna 10 qol vurub! 🪄 İSAK ➕ VİRTS 🟰 MÖHTƏŞƏM FORMA 🥶 ⭐️🇩🇪 23 yaşlı Florian Virts klub və milli komanda səviyyəsində keçirdiyi son 5 oyunda 8 qolda birbaşa iştirak edib! ✅
26 11月, 00:32

90+
5 478
👏🇮🇹 “Roma” Çempionlar Liqasının son iki mövsümünün qalibi PSJ ilə başabaş mübarizə apararaq səfərdə dəyərli 1 xal qazandı.
👏🇮🇹 “Roma” Çempionlar Liqasının son iki mövsümünün qalibi PSJ ilə başabaş mübarizə apararaq səfərdə dəyərli 1 xal qazandı. 🐺⚔️ PARİSDƏ SON SÖZÜ “ROMA” DEDİ! Luis Enrike sabiq komandası ilə görüşdə qələbə qazana bilmədi. 🔴🇫🇷 PSJ Çempionlar Liqasının cari mövsümündə ilk dəfə xal itirdi. 🚨🇳🇱 27 yaşlı Doniell Malen bu mövsüm “Roma”nın heyətində keçirdiyi 17 oyunda 17 qol vurub! ⭐️Usman Dembele PSJ-də Çempionlar Liqasında 22-ci qolunu vuraraq klubun turnir tarixindəki ən yaxşı bombardirləri siyahısında Neymara çatıb və 3-cü pilləyə şərik olub. 29 yaşlı futbolçunu yalnız Kilian Mbappe və Edinson Kavani qabaqlayır. 💙❤
26 11月, 00:18

90+
5 478
🚨🇨🇴 28 yaşlı Luis Suares Çempionlar Liqasında keçirdiyi 5 oyunda 5 qol vurub! 🇵🇹💚 Bruno Fernandeşə sabiq klubu “Sportin
🚨🇨🇴 28 yaşlı Luis Suares Çempionlar Liqasında keçirdiyi 5 oyunda 5 qol vurub! 🇵🇹💚 Bruno Fernandeşə sabiq klubu “Sportinq”lə qarşılaşmadan əvvəl xüsusi forma hədiyyə edildi. Portuqaliyalı futbolçu bu klubda 3 il ərzində 137 oyunda 113 məhsuldar hərəkətlə (qol və assist) yadda qalıb və 3 titul qazanıb. 🥹✨ 🔴📊 “MANÇESTER YUNAYTED”İN PROBLEMLƏRİ DAVAM EDİR! ▪️ 36 buraxılan qol ▪️ Qapısına təyin olunan 5 penalti ▪️ 5 qırmızı vərəqə “Qırmızı şeytanlar” cari mövsümdə hər üç göstərici üzrə Premyer Liqa klubları arasında antirekord sahibidir. Maurisio Poçettino vəziyyəti dəyişə biləcəkmi?
25 11月, 23:56

90+
5 478
🔥 “Fənərbağça” mühüm qələbə qazanaraq Çempionlar Liqasının turnir cədvəlində 16-cı pilləyə yüksəldi 🔝 💛💙 VEDAT MURİQinin
🔥 “Fənərbağça” mühüm qələbə qazanaraq Çempionlar Liqasının turnir cədvəlində 16-cı pilləyə yüksəldi 🔝 💛💙 VEDAT MURİQinin matçın əvvəlində vurduğu qol VAR müdaxiləsindən sonra ləğv edilsə də, yenidən fərqləndi 🥹 Nqolo Kante və Romelu Lukaku... 2026-cı ildə hələ də Çempionlar Liqasında möhtəşəm oyun nümayiş etdirirlər. Bu iki futbolçunu “Fənərbağça”nın heyətində birlikdə izləmək futbolsevərlərə nostalji hisslər yaşadır.
25 11月, 23:40

90+
5 478
⚽️📹PSJ 2 - 2 Roma
25 11月, 16:59

90+
5 478
⚽️📹Sportinq 2 - 2 Man Yunayted
25 11月, 16:58

90+
5 478
+1
⚽️📹Brügge 0 - 3 Liverpul
25 11月, 16:57

90+
5 478
⚽️📹İnter 2 - 0 Ştuttqart
25 11月, 16:56