5 478
⚽️🇩🇪🚨🔴 Coşua Kimmixin Camal Musiala ilə bağlı geniş açıqlaması👇👇
🗣️ Kimmix:
“Ümumiyyətlə, vəziyyətə müxtəlif tərəflərdən yanaşmaq lazımdır. Bunun klub üçün də asan vəziyyət olmadığını tamamilə anlayıram. Son iki ildə Camalın keçdiyi yolu yaxından izləmişəm. Avropa çempionatında komandamızı çiyinlərində daşıdı və turnirdən sonra da ən seçilən futbolçumuz oldu. Daha sonra müqaviləsini yenilədi, burada və Almaniya millisində 10 nömrəli formanı aldı.
Ardınca ilk əzələ zədəsi gəldi. Şəxsi təcrübəmdən deyə bilərəm ki, xüsusilə həmin yaşda müqaviləni yeniləmək növbəti beş il ərzində arxayınlaşmaq və hər şeyin dadını çıxarmaq demək deyil. Əksinə, bu, insan üçün əlavə motivasiya və üzərinə götürdüyü məsuliyyətdir.
Daha sonra Camal xəstələndi və ciddi zədə aldı. Unutmamalıyıq ki, son il yarım ərzində onun ardıcıl dörd-beş oyun keçirdiyini belə xatırlamıram. Buna görə də əvvəlki səviyyəsində çıxış edə bilməməsi müəyyən mənada başadüşüləndir. Klubun da xəstəlik səbəbindən narahatlıq keçirməsini anlayıram.
Anlamadığım məsələ isə bütün bunların ictimaiyyətə çatdırılma formasıdır. Heç vaxt futbolçu bu vəziyyətin bütün ağırlığını öz üzərinə götürməli deyil. Əlbəttə, klub hər zaman birinci yerdədir və biz futbolçulardan daha böyükdür. Amma insandan daha böyük deyil. Bu, qətiyyən yolverilməzdir. Üstəlik, bu, “Bayern”in ənənələrinə də uyğun deyil.
Xüsusilə də klubun nə qədər özəl olduğunu dəfələrlə vurğuladığım bu dönəmdə belə bir hadisənin yaşanması məni təəccübləndirir. Öz vəziyyətimdə də klubun nə qədər xüsusi olduğunu hiss etmişəm. Burada birlik və həmrəylik ruhunun həqiqətən yaşandığını görürdün. İndi baş verənlər isə heç vaxt bu şəkildə yaşanmamalı idi. Bunu qətiyyən başa düşə bilmirəm”.
— Bu, kifayət qədər sərt açıqlamadır. Mövqeyinizi klub daxilində də bildirmisiniz?
🗣️ Kimmix: “Bəli, əlbəttə. Dediyim kimi, klubun vəziyyətini də anlayıram. Bununla belə, düşünürəm ki, bu məsələ bağlı qapılar arxasında müzakirə olunmalıdır. Camalın agenti və ya özü ilə danışmaq mümkündür. Hesab edirəm ki, qarşı tərəf də buna açıqdır. Onların artıq görüşdükləri və açıqlama yayacaqları barədə məlumat oxuduğumu da xatırlayıram”.
— Camalla danışmısınız? Ona nəsə demisiniz?
🗣️ Kimmix: “Düzünü desəm, məndə belə təəssürat yaranır ki, Camal kənarda baş verənlərin hamısından heç xəbərdar da deyil. Məncə, bu, əslində yaxşı haldır. Əlbəttə, müəyyən müzakirələr olub. Mənim üçün ən vacib məsələ onun hər gün Zəbener Ştrassedə olması və futboldan zövq almasıdır. Düşünürəm ki, hazırkı vəziyyətdə onun üçün ən önəmli olan budur.
Unutmamalıyıq ki, o, yayda yenidən əməliyyat olundu və bundan sonra başqa bir zədə aldı. Amma mən onu hər gün görürəm, onunla vaxt keçirirəm. Necə çalışdığını, nə qədər əziyyət çəkdiyini görürəm. Bu da vəziyyətin vacib tərəfidir. Söhbət onun qeyri-peşəkar davranışına görə problemlər yaşamasından getmir. Əksinə, o, hər gün buradadır, özündən maksimum nəticə almaq istəyir, çox ciddi çalışır və düşünürəm ki, komandamızın bir hissəsi olmaqdan həqiqətən zövq alır.
Ümid edirəm ki, həm komandanın, həm də klub rəhbərliyinin onun 100 faiz arxasında olduğunu bilir”.
Qeyd edək ki, Musialaya nevroloji pozğunluq səbəbindən qısa müddətli absans tutmaları diaqnozu qoyulub.
26 نوفمبر, 05:22
