ch
Feedback
Hebib Müntezir

Hebib Müntezir

前往频道在 Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

显示更多
阿塞拜疆410未指定类别

📈 Telegram 频道 Hebib Müntezir 的分析概览

频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。

根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
Ukraynanın aparıcı taksi şirkətlərindən olan "Uklon Taksi" şirkəti Bakıya gəlir. Azərbaycanda nizamnamə kapitalı 100 000 manat olan “Uklon Azərbaycan” MMC şirkəti “Paşa Holdinq”lə eyni, Neftçilər PR. ev. 153 ünvanında qeydiyyatdan keçib. Yeyin doymayın, bir taksi qalıb, onu da alın.

Bir neçə gün öncə qarşıdurmanın yaşandığı Gorusun Dığ (Tex) kəndindəki postlarda erməni və azərbaycanlı hərbçilər arasında gərginlik yaşandığı və dava düşdüyü deyilir. Məlumatı erməni mənbələri yayıb, rəsmi məlumat isə hələlik yoxdur.

5 il DSX, 11 il isə Səfərbərlik Xidmətinin rəisi olan general Arzu Rəhimov vəzifəsindən azad edildi. Generalın hərbi bilet biznesindən əldə etdi qeyri-qanuni vəsaitlər sayəsində Bakıdakı milyonçular məhəlləsində 2 milyonluq dəbdəbəli villası bir zamanlar KİV səhifələrini bəzəyirdi. 10 ildən artıq MTN-də çalışmış, daha bir "Paşa Holding"-in şirkəti "Kapital Bank" əməkdaşı olan Mürsəl İbrahimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis təyin edildi.

Qanunsuz silah və hərbi sursatla sərhədi qanunsuz keçmə maddələri ilə ittiham olunaraq, azərbaycanlı iki hərbi əsir, Azərbaycan Ordusunhn hərbçiləri Aqşin Bəbirov və Hüseyn Axundova Ermənistanda cinayət işi açıldı.

İrana müalicə üçün gedən azərbaycanlılar, Naxçıvanın Şərur rayon sakinləri Vüsal Quliyev və Rövşən Seyidin İranın hüquq mühafizə orqanları tərəfindən həbs edildiyi bildirilir. İki ölkə arasında olan gərginliyin qurbanı sadə vətəndaşlar olmamalıdır. İranda həbs olunan azərbaycanlı tələbədən də indiyə qədər xəbər yoxdur.

İlham Əliyevin sərəncamı ilə "Pasha Holding" əməkdaşı olan Məcnun Məmmədov kənd təsərrüfatı naziri təyin olundu. Digər sərəncamla isə Adil Kərimli mədəniyyət naziri təyin edilib. O, bir zamanlar Heydər Əliyev Mərkəzinin vəzifəlisi olub, daha sonra nazir müavini, indi isə nazir.

Salyanda yerləşən "Xalac türməsi"ndə ikinci Qarabağ müharibəsi qazisi Sübhan Ağayevin həbsxanadakı vəzifəli şəxslər tərəfindən, işgəncə ilə öldürülməsi barədə məlumat yayılıb. Oğurluq törətməkdə təqsirli bilinərək 3 il 6 ay müddətinə azalıqdan məhrum edilən şəxs, fevralın əvvəli həbsxanaya gəlib və fevralın sonunda əli-ayağı bağlanaraq, işgəncə ilə öldürüldüyü deyilir. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Ermənistan tərəfinə əsir düşən Azərbaycan əsgərinin işgəncə və şiddətə məruz qaldığını göstərən görüntülər yayılıb, onun cinayət məsuliyyətinə cəlb edilməsi ehtimal olunur. Ermənistan “Hərbi əsirlərlə rəftar haqqında” III Cenevrə konvensiyasına zidd davranışlar sərgiləyir, beynəlxalq humanitar təşkilatlar məlumatlandırılmalıdır. Azərbaycan hökuməti təcili humanitar və diplomatik olaraq hərəkətə keçməli və əsirlərini azad etməlidir, varsa digər əsirlərlə dəyişdirilməlidir.

Son günlər qalmaqalları ilə məşhurlaşan 3 saylı Uşaq evinin direktoru Məhbubə Hüseynova işindən azad edilib. Onun əvəzinə isə vəzifəyə Gülnarə Şəmiyeva təyin edilib. Uşaq evində baş verən hadisələrlə bağlı yaradılan komissiya müəssisədə xeyli sayda çatışmazlıqlar aşkar edib.

Erməni mənbələrinə görə, bir neçə gün öncə Naxçıvanın Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində itkin düşərək azan 2003-cü il təvəllüdlü hərbçi Axundov Hüseyn Əhliman oğlu da tapılaraq saxlanılıb.

Rusiya XİN: "Avropa Birliyinin missiyasının fəaliyyəti fonunda sərhəddə vəziyyətin gərginləşməsini onsuzda proqnozlaşdırmışdıq. Regionda münaqişənin həlli ilə heç vaxt məşğul olmayan digər qurumların müdaxiləsi effekt verməyəcək. Bu təəssüf ki, sülhə yox, gərginliyə gətirib çıxarır. Azərbaycan və Ermənistan danışıqların növbəti raundunun Rusiyada keçirilməsi ilə bağlı razılıq verib. Bundan əlavə biz erməni tərəfdaşlardan onların NATO təlimlərində iştirakı ilə bağlı rəsmi aydınlıq gözləyirik".

Bu gün şəhid olan hərbçilər soldan sağa doğru: 1. Abşeron rayonu, Saray sakini, gizir Zalov Vidadi Nizami oğlu. 2. Ağstafa sa
Bu gün şəhid olan hərbçilər soldan sağa doğru: 1. Abşeron rayonu, Saray sakini, gizir Zalov Vidadi Nizami oğlu. 2. Ağstafa sakini, 1994-cü il təvəllüd Həsənov Elşad Qabil oğlu. 3. Şahbuz rayonu, Şada kənd sakini, 1998-ci il təvəllüd Tağıyev Səbuhi Gündüz oğlu.

Ermənistan Müdafiə Nazirliyi məlumat yayaraq bildirib ki, 4 nəfər erməni hərbçisi həlak olub, 6 nəfər isə yaralanıb.

Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq bildirib ki, 3 nəfər hərbçi şəhid olub: Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu.

Qarşıdurmanın yarandığı Dığ (Tex) kəndində hər iki tərəfin qarşılıqlı razılaşması əsasında atəşkəsin elan olunduğu deyilir. Hazırda gərginliyin xeyli azaldığı bildirilir.

SEPAH-a yaxın mənbələr İranın Azərbaycanla sərhəddə PUA-larla kəşfiyyat uçuşları həyata keçirdiyini bildirir.

Gorus rayonu Dığ (Tex) kəndi yaxınlığında hazırda toqquşmalar baş verir. Hər iki tərəfin də minaatanlardan istifadə edildiyi deyilir. Erməni mənbələri özlərinin PUA-lardan istifadə etdiyini yazır. Vardenis (Basarkeçər) istiqamətində də atəşkəsin pozulduğu bildirilir. İtkilər barədə isə rəsmi məlumat yoxdur.

Sərhəddə vəziyyət gərginləşib, atəşkəs pozulub, hər iki tərəfdə itkilərin olduğu deyilir. Bunu həm Ermənistan, həm də Azərbaycan Müdafiə Nazirlikləri təsdiqləyiblər. Yaralılar arasında Ermənistan Ordusunun xüsusi təyinatlı korpusunun komandiri də var.

Azərbaycanda qəbul olunan “Siyasi partiyalar haqqında” yeni qanuna görə partiyaların qeydiyyatı üçün minimum 5000 üzv lazımdır. Bunu fürsət bilən bəzi kiçik partiyalar “üzv alveri” söhbətinə girişiblər. Böyük partiyalardan pul müqabilində üzv transfer edib, partiyalarını qeydiyyatdan keçirib, daha sonra üzvləri yenidən əvvəl təmsil olunduqları partiyaya geri göndərirlər. Seçkilərdə məntəqə-məntəqə gəzən xalalardan, partiya-partiya dolaşan daydaylara... YAP hər şeyə qadirdir.

Düz 5 gündür ki, Naxçıvanın Şahbuz rayonu N saylı hərbi hissəsində xidmət edən 2 Azərbaycan hərbçisi - Bakının Suraxanı sakin
Düz 5 gündür ki, Naxçıvanın Şahbuz rayonu N saylı hərbi hissəsində xidmət edən 2 Azərbaycan hərbçisi - Bakının Suraxanı sakini Aqşin Qabil oğlu Bəbirov (sağda) və Lənkəran sakini Hüseyn Əhliman oğlu Axundovun (solda) yolunu itirərək azdığı bildirilir. Onlardan biri Ermənistan hərbçilərinə əsir düşüb. Digərindən məlumat yoxdur. Azərbaycan MN isə məlumatı bu gün təsdiq edərək, ictimailəşdirib.