ch
Feedback
Hebib Müntezir

Hebib Müntezir

前往频道在 Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

显示更多
阿塞拜疆410未指定类别

📈 Telegram 频道 Hebib Müntezir 的分析概览

频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。

根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
"Bravo işi"ndə tutulan Azər Məmmədovun atası deyir ki, oğlumu 19-cu polis bölməsinə çağırıblar. Durub gedib, gedəndən sonra cibinə narkotik atıb tutublar. Bölməyə gedən adam cibində narkotik aparar? "Bandotdel"də oğluna işgəncə verərək üzünün tükünü kəlbətinlə dartıb çıxarıblar. Ölkədə məhkəmə, hüquq, ədliyyə sistemini ağlar günə qoyanda, bax belə mafia qanunları at oynadır, kənd təsərrüfatındakı kimi.

Ekoaktivistlərin Laçın dəhlizindəki aksiyasının 118-ci günündə Quba sakini, meşəbəyi Şahin Qafarov Quba meşələrində ağacların
Ekoaktivistlərin Laçın dəhlizindəki aksiyasının 118-ci günündə Quba sakini, meşəbəyi Şahin Qafarov Quba meşələrində ağacların qanunsuz kəsilməsinə qarşı çıxdığı üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları - Taleh Abdullayev və Azad Heydərov tərəfindən döyüldüyünü deyir. Nazirlik rəsmi olaraq faktı dolayı da olsa təsdiqləyib. Təsəvvür edirsiz də, əslində tərsinə olmalı idi, rəsmi qurum əməkdaşları qorumaq əvəzinə, qorumağa çalışanı döyürlər. Narkotiklə şərləyib tutsalar təəccüblənmərəm.

Bunu PA kurasiyasında olan jurnalist Eynulla Fətullayev yazıb. Kirov deyərək birinci katib Sergey Mironoviç Kirovu nəzərdə tu
Bunu PA kurasiyasında olan jurnalist Eynulla Fətullayev yazıb. Kirov deyərək birinci katib Sergey Mironoviç Kirovu nəzərdə tutur. 1 dekabr 1934-cü ildə Leninqrad Komunist Partiyasının binasında tapanca ilə öldürüldü. Kirovun ölümü daha sonra Stalinin siyasi repressiyalarının artması və rəqiblərini sıradan çıxarmaq üçün Böyük Təmizləmə (Большая чистка) siyasəti üçün bir bəhanə olaraq istifadə edildi. Bəs Eynulla nəyi nəzərdə tutur?

Sui-qəsdə cəhd hadisəsindən 1 həftə sonra deputat Fazil Mustafanın ilk görüntüsü yayılıb.
Sui-qəsdə cəhd hadisəsindən 1 həftə sonra deputat Fazil Mustafanın ilk görüntüsü yayılıb.

AQTA-nın kolbasa və sosiska məhsullarında apardığı yoxlamalar zamanı bəzi məhsulların ("Sevimli Dad, Köhnə Dad, Əsl Dad, Səhliyalı") tərkibində ümumiyyətlə mal əti tapılmayıb. "ABAD"-ın "Bravo" marketlərdə satışa çıxardığı "Kəndli" markası ilə satılan kolbasaların üzərində yazılmadığı halda tərkibində donuz əti aşkarlanıb.

İranın Azərbaycandakı Səfirliyinin 4 əməkdaşı persona-non-qrata (arzuolunmaz şəxs) elan olunub. Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib. Bu arada Azərbaycanda hüquq mühafizə orqanları tərəfindən "İran cəsusu" əməliyyatı davam etdirilir. Bu gün daha onlarla şəxs ittiham edilərək, saxlanılıb və həbs edilib.

Mehdiabad qəsəbəsi 4 nömrəli məktəbdə şagird dərsə gecikdiyi üçün müəllim ona döşəmə sildirib. Növbəti dəfə gecikmə olarsa, məktəbin tualetinin də döşəməsini sildirəcəyini söyləyib. Müəllim və şagirdlə profilaktik söhbət aparıldığı, direktor Elnura Cavadzadəyə töhmət veridiyi deyilir.

Şirvan şəhərində icrabaşı 30 ildir Məhəmməd Əmin Rəsulzadənin adını daşıyan küçənin adını dəyişdirərək, "İstiqlaliyyət küçəsi" adlandırıb. İcra başçısı İlqar Abbasov sözügedən küçənin adının dəyişdirilməsi ilə bağlı işləri bacanağı və köməkçisi olan Etibar Yolçiyevə həvalə edib. İİcrabaşının bu addımının Şirvan sakinlərinin narazılığına səbəb olduğu deyilir.

Bakıda 3 saylı uşaq evinin 16 yaşlı sakini olan Məhəmməd Hacıyev Psixiatriya Xəstəxanasından çıxarıldı. 3 saylı uşaq evinin fəaliyyəti ilə bağlı isə araşdırmalara başlanıldığı, yoxlamaların olduğu bildirilir.

Bakıda Rusiya Ordusunda xidmətlə bağlı "Babalarımız kimi vətən üçün çiyin çiyinə duraq" başlıqlı bukletlər paylaşılır. Rusiya
Bakıda Rusiya Ordusunda xidmətlə bağlı "Babalarımız kimi vətən üçün çiyin çiyinə duraq" başlıqlı bukletlər paylaşılır. Rusiya uğrunda döyüşmək, hərbi əməliyyatlara qoşulmaq müqabilində Rusiya vətəndaşlığı, mənzil, yüksək maaş, ailə üçün xeyli güzəştlər və imtiyazlar vəd edirlər. Bunları araşdırmaq, qarşısını almaq əvəzinə günahsız insanları şərləyib tutmaqla məşğuldur hüquq mühafizə orqanları.

Meydan TV-nin reportajından sonra "Fazil Mustafa işi"ndə ittiham edilərək saxlanılan inanclı İlkin Süleymanov haqqında iş üzərindən götürülərək, "silahlı hücum, cəsusluq" maddələri ləğv edilib. Amma indi onun üzərinə narkotik maddəsi qoymaqla həbs etmək və cəzalandırmaq istəyirlər. Hazırda məhkəmə prosesi davam edir. Bax Azərbaycan hakimiyyətinin mahiyyəti budur. Günahsız insanları "İran cəsusu, vətənə xəyanət"lə damğalayıb, şəkillərini yayıb, rüsvay edib şərləyirlər. Görürlər etdikləri işin zibili çıxır, narkotik yükləyib həbs edirlər.

Kimsəsizlər evindəki özbaşınalıqları ictimailəşdirdiyi üçün cəzalanan uşaq haqqında "o psixi xəstə deyil, uşaq evinə göndərir
Kimsəsizlər evindəki özbaşınalıqları ictimailəşdirdiyi üçün cəzalanan uşaq haqqında "o psixi xəstə deyil, uşaq evinə göndəririk direktor qəbul etmir" deyən Psixiatriya Xəstəxanasının 68 yaşlı baş həkimi Ağahəsən Rəsulovu yaş həddini əsas gətirərək pensiyaya göndərdilər. Uşağı polisə verən səbəbkar, 3 saylı uşaq evinin 73 yaşlı direktoru Məhbubə isə hələ də vəzifədədir. 1950-ci il təvəllüd Məhbubə Əbdülmanaf qızı Hüseynovanı himayə edən, onu qoruyanlar kimlərdir? Nə üçün bu qadın haqqında bir tənqid edən o saat cəzalanır, işdən çıxarılır? Barəsində dəfələrlə şikayətlər olmasına baxmayaraq, müəssisədə dəfələrlə qanun pozuntuları aşkarlansa da, gigiyenik qaydalara əməl edilməsə də bu qadın niyə özünü hələ də qudurğan kimi aparır?

CNN Donald Trampın polis tərəfindən xüsusi əməliyyatla saxlanıldığı barədə xəbər yayıb.

İlham Əliyevin sərəncamı ilə İnam Kərimov kənd təsərrüfatı naziri vəzifəsindən azad edilərək Ali Məhkəmənin sədri təyin edildi.

Bu gün NATO-nun yaradılmasının 74-cü ildönümüdür. Finlandiya bu gün rəsmi olaraq NATO alyansına üzv olan 31-ci ölkə oldu. Növbədə İsveç var. Bu üzvlüklər qonşuluqda yerləşən Rusiya ilə birbaşa münaqişə riskinin artıracağını proqnozlaşdırır.

6 il ASAN xidmətin, 5 il isə kənd təsərrüfatı naziri olan İnam Kərimov Milli Məclis tərəfindən Ali Məhkəmənin hakimi təyin olundu. Onun ali məhkəmənin sədri təyin olunacağı deyilir.

Martın 25-də Azərbaycan Ordusunun keçirdiyi lokal hərbi əməliyyat nəticəsində Şuşa rayonunun Allahqulular və Zamanpəyəsi kəndlərinin nəzarətə götürüldüyü bildirilir.

Deputat Fazil Mustafaya qarşı sui-qəsddə şübhəli bilinən 6 nəfər şəxsin saxlanıldığı deyilir. Məlumatda onların hər birinin "şiə məzhəbli dindar şəxs" olduğu xüsusi vurğulanaraq, hadisənin İran İslam Respublikası tərəfindən təşkil edildiyi bildirilir. Son günlərdə Azərbaycanda dini inanclı şəxslər kütləvi şəkildə həbs olunur, onların əksəriyyətinə qarşı narkotik ittihamı irəli sürülür. Qeyri-rəsmi məlumatlara görə, həbs olunanların sayı təxminən 400 nəfərdən çoxdur. Onların arasında keçmiş Nardaran məhbusları, Gəncə məhbusları və Müsəlman Birliyi Hərəkatının üzvləri də var. DİN rəsmisi Elşad Hacıyev isə mətbuata açıqlamasında 400 nəfərin həbsindən xəbərsiz olduğunu bildirib.

Dünən Ağcabədinin Minəxorlu kəndi ərazisində ağır yol qəzası baş verib. Nəticədə hərbçilər Tovuzun Düz Cırdaxan kənd sakini,
Dünən Ağcabədinin Minəxorlu kəndi ərazisində ağır yol qəzası baş verib. Nəticədə hərbçilər Tovuzun Düz Cırdaxan kənd sakini, 1995-ci il təvəllüdlü Emin Nizami oğlu Məmmədov və gizir Fərhad Vüqar oğlu İbrahimli həlak olublar. Fotodakı Emin Məmmədovdur.

TƏCİLİ! Uşaq evindəki təminatdan şikayət etdikdən sonra, Psixiatriya Xəstəxanasına yerləşdirilən 16 yaşlı Məhəmməd Hacıyev video çəkərək, intihar edəcəyini bildirib. Azərbaycan rəsmi qurumları təcili şəkildə uşağın təhlükəsizliyi ilə əlaqədar hərəkətə keçməli və haqqını özünə qaytarmalıdır, uşaq evinin rəhbərliyi məsuliyyətə cəlb edilməlidir.