Hebib Müntezir
前往频道在 Telegram
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
显示更多阿塞拜疆410未指定类别
📈 Telegram 频道 Hebib Müntezir 的分析概览
频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。
根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”
凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。
16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
16 874
Azərbaycan Ordusunun topoqrafiya ixtisaslı zabiti polkovnik-leytenant, Kürdəmir sakini, 1978-ci il təvəllüd Ağayev Vüqar Şümşad oğlunun Laçın rayonu istiqamətində döyüş tapşırıqları üzrə vəzifələrini yerinə yetirərkən məlum olmayan səbəbdən (qeyri-rəsmi diaqnoz: ürəktutma) həyatını itirərək şəhid olduğu deyilir. Məlumat rəsmi olaraq da təsdiqlənib.
16 874
AZTV İlham Əliyevlə Nikol Paşinyanın Münxendə debatını tərcüməli şəkildə göstərirdi. Paşinyan elə ki, başladı "bizdə azad seçkilər keçirilib, bizdə demokratiya var, problemin həll yolu demokratiya və şəffaflıqdır" söhbətlərinə gəldi, AZTV yayımı və tərcüməni dayandırdı. 🤦🏻♂️
16 874
Əliyev Münxendə Paşinyanla görüşüb, əsasən sülh müqaviləsindən danışıblar. Əliyev bildirib ki, Ermənistanın son mövqeyində tərəqqi olsa da, kifayət deyil və Qarabağ haqda hansısa müddəanın olması qəbuledilməzdir. Deyib həm Laçın, həm Zəngəzur dəhlizində Azərbaycanın nəzarət buraxılış məntəqələri olmalıdır. Ermənistandan bu haqda rəsmi cavab gözlənilir.
16 874
Siyasi-ictimai fəal Bəxtiyar Hacıyev aclığının 40-cı günündə, ölüm aclığının isə 2-ci günündədir. Bəxtiyar son olaraq vəkilinə bunları deyib: “Su içməyəcəm. Belə də davam edəcəm. Buradan ölü də olsa, çıxacam. Bütün məsuliyyət dövlət başçısı İlham Əliyevin üzərindədir”. Bəxtiyar şərlənib, hüquqları pozulub, onu dərhal azad etmək lazımdır.
16 874
Bu gün Qazax icrabaşı Rəcəb Babaşov Orta Salahlı kəndində yaşayan Axısqa türkləri ilə görüşüb və Türkiyədə baş vermiş faciə ilə bağlı onlara başsağlığı verib. Rəcəb Babaşov elə bilib ki, Axısqa türkləri Türkiyədən gəliblər. Bu barədə icra hakimiyyətinin saytına məqalə də yerləşdirilib. Sosial mediadakı tənqidlərə görə, məqalə sonradan rəsmi saytdan yığışdırılıb.
16 874
Yəqin ki, bilirsiz də, dünəndən etibarən kiçik ölçülü polietilen torbalar (klyoklar) 3 qəpiyə, böyük ölçülülər isə 5 qəpiyə satılır. Rəsmi statistikaları əsas götürərək, bir ay ərzində təxminən 100 milyon polietilen torbadan istifadə edilsə, bu 1 milyon manatdan çox vəsait deməkdir. "YeniAvaz"ın araşdırmasına görə Azərbaycanda polietilen istehsalı ilə yalnız “SOCAR Polymer” şirkəti məşğul olur. Şirkət Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən Yüksək Sıxlıqlı Polietilen zavodunda istehsalla məşğuldur. Şirkətin əsas səhmdarları arasında SOCAR ilə yanaşı birinci ailəyə məxsus “Paşa Holdinq” də yer alır. Allah gözünüzü doyursun, 3-5 qəpiklik torbaların satışından da milyonları bunlar qazanırlar.
16 874
Malatyada dağıntılar altında qalaraq həlak olan 4 gəncin tələbə yoldaşı İbrahim İbrahimov yazır ki, tətil idi. 3 həftə əvvəl, 2 dostumla Bakıya qayıtmışdıq. Quru sərhədlərin bağlı olması və "AZAL"ın dodaq uçurdan qiymətləri, o 4 uşağın tətildə öz doğma ölkələrinə gəlməyinə əngəl olub.
16 874
Hələ də paylaşıldığı üçün yazım ki, Türkiyədə zəlzələ bölgəsində erməni xilasedicilərinin oğurluqla məşğul olması xəbəri yalandır. Xəbəri ilk "Milli AZ" adlı xəbər portalı hazırlayıb, yayıb və hələ də silməyib. Saytın baş redaktoru, bir çoxunuzun tanııdğı Elçin Alıoğludur. Əsl hökumətin istədiyi reyestr mediası bax belə olur, əzizlərim. #icazəlimediaistəmirik
16 874
Dünən tanınmış rejissor, dublyaj aktyoru Kamal Yaşar xüsusi istedadı ilə, sosial şəbəkə vasitəsiylə İlham Əliyevə müraciət ünvanlamışdı. O, uzun müddətdir həm səs sənətçisi, həm rejissor kimi çalışmaqlarına baxmayaraq onlara diqqət ayrılmaması, ciddi maddi sıxıntlar yaşadıqlarını bildirmişdi. Bu gün müəllifi və aparıcısı olduğu veriliş dayandırıldı. Bu məhz bu gün, milli televiziyanın yarandığı tarixdə baş verdi.
16 874
Təəssüf ki, Malatyada Azərbaycandan olan 4 tələbənin də cansız bədəni dağıntılar altından çıxarıldığı deyilir. Rəsmi məlumata görə, zəlzələ nəticəsində ölənlərin ümumi sayı 35.418 nəfərə çatıb. Yaralıların sayı isə 105.505 nəfər olub.
16 874
Məktəblərdə müəllimlərin, xəstəxanalarda həkimlərin, bir çox rəsmi qurumlarındakı dövlət qulluqçularının maaşlarından "Türkiyədəki zəlzələdən zərər çəkənlərə yardım" adı ilə, güya könüllü olaraq müxtəlif faizlərdə pulların tutulduğu, yığdıqları deyilir. Hətta bəzi ticarət obyektləri və kiçik sahibkarları da buna görə incidirlər. Bu barədə heç bir rəsmi qərar olmamasına rəğmən, vətəndaşlardan bu formada pul yığılması qanunsuzdur. Nazirlər, iri çaplı məmurların belə ürəkləri yanırsa villalarını, saysız-hesabsız mülklərini satışa çıxarıb, yardım etsinlər. Bu şəkildə insanların hislərindən istifadə edib, cibinə girmək ayıbdır. Heç hələ bilinmir ki, bu icbari şəkildə yığılan vəsaitlər gedib ünvanına çatacaq ya yox, müəmmalıdır.
16 874
Zəlzələdə ən çox itki verən Hatay vilayəti olsa da, Hatayın Erzin adlı kəndində bircə nəfər ölü, yaralı olmayıb. Hətta bircə bina belə dağılmayıb. Səbəb isə bələdiyyə sədrinin iddiasına görə, 50 minlik əhalisi olan kənddə heç bir qaçaq yaxud qanunsuz tikintiyə və inşaata izin verilməməsidir. Hazırda Erzində həyat olduğu kimi davam edir, heç bir mağaza, dükan da qapadılmayıb. Təxmin edin bələdiyyə sədri hansı partiyanın üzvüdür? Əlbəttə ki, CHP.
16 874
Antakyada zəlzələ nəticəsində yerlə-yeksan olan 250 mənzildən ibarət və 1000 nəfərə yaxın insanın yaşadığı "Renessans Rezidans"ın sahibi, baş memarı və inşaat mühəndisi Monteneqroya qaçmağa çalışarkən hava limanında polis tərəfindən saxlanılıblar. 10 il əvvəl "Cənnətdən bir hissə" reklamları ilə açılışı edilən yaşayış kompleksinin dağıntıları altından yüzlərlə meyit çıxarılıb və axtarışlar hələ də davam edir.
16 874
MAXE hərbçi, Gədəbəyin Qalakənd kənd sakini Hüseynov Savalan Bəxtiyar oğlunun qar uçqununa düşərək həlak olduğu deyilir. Onun nəşi uçqundan çıxarılaraq, ailəsinə təhvil verilib. Müdafiə Nazirliyi hərbçinin xidmət yerini özbaşına tərk edərək qar uçqununa düşdüyünü bildirib.
16 874
Ərdoğan açıqlama yayaraq etiraf edib ki, axtarış-xilasetmə işlərini istədikləri sürətdə edə bilməyiblər. Bu arada zəlzələdə ölənlərin sayı 18991 nəfərə çatıb, 75523 nəfər isə yaralanıb.
16 874
Bu günə qədər 4 nəfər Azərbaycan Respublikası vətəndaşının vəfatı barədə məlumat mövcuddur:
- 1980-ci il təvəllüdlü Bünyatova Nailə Aydın qızı,
- 1973-cü il təvəllüdlü Məmmədova (Ökten) Rəna Xudaverdi qızı,
- 1975-ci il təvəllüdlü Məmmədova Sevinc Eldar qızı,
- 1976-cı il təvəllüdlü Karlı Leyla Vahid qızı.
16 874
XİN bildirib ki, indiyə qədər 4 nəfər azərbaycanlı Türkiyədə zəlzələdə həlak olub. Bundan başqa digər 4 azərbaycanlı tələbədən hələ də xəbər yoxdur. Dağıntılar altında qaldıqları ehtimal edilir. Ümumilikdə isə baş vermiş zəlzələdən sonra axtarışda olan 25 nəfər azərbaycanlı var.
16 874
Son məlumata görə ölənlərin sayı 14 014 nəfər, yaralıların sayı isə 63 794 nəfərə çatıb. Dağılan bina sayı 6444. Azərbaycandan gedən xilasedicilər sadəcə Kahramanmaraşda 8-i uşaq olmaqla ümumilikdə 37 nəfəri dağıntılar altından xilas ediblər. Axtarışlar davam edir.
16 874
Bakı sakinləri tərəfindən zəlzələ qurbanları üçün yığılan yardımlar sayəsində 36-cı TIR da yüklənərək Türkiyəyə yola salınıb. Əsasən daha çox quru yeməklər və pampersə ehtiyac var. Bunun üçün Avropa otelinin yanındakı İdman Kompleksinə, yaxud Əl Oyunları Sarayına gedə bilərsiz.
