Hebib Müntezir
前往频道在 Telegram
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
显示更多阿塞拜疆410未指定类别
📈 Telegram 频道 Hebib Müntezir 的分析概览
频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。
根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”
凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。
16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
16 874
Nizami rayonu, 24-cü polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Seymur Qarayevin qardaşı Samir Qarayev idmançı dostu ilə birgə sahibkarlardan birinin ofisinə daxil olaraq mübahisə edib, dəmir çayniklə sahibkara xəsarət yetirərək onu xəstəxanalıq ediblər. Nərimanov Rayon Məhkəməsi Samir Qarayev barəsində 3 aylıq ev dustaqlığı qətimkan tədbiri seçib.
16 874
Bu gün Bakıda çəkilən foto.
Bu arada Türkiyəyə yardım göndərmək istəyənlər yardımları Əl Oyunları Sarayına apara bilərlər.
Yardım üçün təzə isti geyimlər, yorğan-yastıq, təmiz uşaq geyimləri və qidalar gətirilməsi rica olunur.
16 874
SOCAR Türkiyə zəlzələ bölgələrindəki özünə aid olan yanacaqdoldurma stansiyalarından təcili yardım, yanğınsöndürən, AFAD və digər xilasedici texnikanın benzin və dizellə pulsuz təmin ediləcəyi barədə məlumat yayıb.
16 874
Paşinyan Ərdoğana zəng edərək başsağlığı verib. O, erməni xilasedicilərin və yardımların Türkiyəyə yola düşdüyünü bildirib.
16 874
İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən Azərbaycanda içki və siqaret bahalaşacaq. Belə ki, alkoqollu içki və tütün məmulatlarının aksiz dərəcəsi artırılacaq.
16 874
Türkiyədəki zəlzələdə bir Azərbaycan vətəndaşı - 1980-ci il təvəllüdlü, Suraxanı sakini Nailə Aydın qızı Bünyatovanın həlak olduğu deyilir. Bunu Türkiyədəki Azərbaycan səfirliyi bildirib.
16 874
Türkiyədə zəlzələdən zərərçəkənlərin əsasən, qış paltarları, o cümlədən gödəkçə, şalvar, əlcək, coraba ehtiyacları var.
Bundan başqa, çətin vəziyyətdə olan insanlara çadır, yataq, yorğan, döşək, əl fənəri, generator, poverbank, təmizlik alətləri lazımdır.
Yardımlar Bakı şəhəri, Babək prospekti 27, “Doğtaş” mebel mağazasında toplanır.
Türkiyənin Azərbaycandakı səfirliyi də məlumatlıdır, TIR-ların yerinə çatdırılmasına dəstək olacaqlarını bildiriblər.
16 874
Ərdoğan zəlzələ ilə əlaqədar son statistikanı açıqlayıb:
- Ölüm sayı 3549
- Yaralı sayı 22168
- Qurtulanların sayı 8000 nəfərdən çox
- 13 milyondan çox insan zərər görüb
- 70-dən çox ölkə Türkiyəyə yardım təklif edib
- Qətərdan 10 min konteyner yardım gələcək
- 10 bölgədə 3 aylıq fövqəladə vəziyyət elan edildi
16 874
Türkiyədəki zəlzələdən son statistika:
- Ölənlərin sayı 3432 nəfər,
- Yaralıların sayı 21103 nəfər,
- Dağılan bina sayı 5775,
- Qurtarılan insan sayı 8 mindən çox,
- Dağıntılar altında 194 min insanın olduğu deyilir.
16 874
Türkiyənin bu xaotik matəm dövründə ən azından oradakı azərbaycanlı tələbələr üçün quru yollarını açmaq lazımdır, şərtdir. Nigaran qalan ailələri, istər-istəməz panika yaşayan tələbələri bir neçə yüz manatlıq təyyarə biletlərinə məcbur və möhtac etmək, etik deyil. Ümumiyyyətlə quru sərhədlərinin qapalı qalması qeyri-qanuni qərardır, ləğv edilməlidir.
16 874
Malatyadakı zəlzələ nəticəsində dörd azərbaycanlı tələbənin dağıntılar altında qaldığı bildirilirdi. Bunlar Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadədir. Xilasedicilər tələbələri səsləyiblər, onlar da adlarını sayaraq salamat olduqlarını bildiriblər. Xilasetmə işləri davam edir.
16 874
Zəlzələ nəticəsində Kahramanmarşda yaşayan azərbaycanlılardan itkin düşmüş Günel Qayıbova axtarışlar nəticəsində tapılıb, hazırda vəziyyəti normaldır. Ondan 6 km uzaqlıqdakı bacısı Nərgiz Qayıbova və övladlarının axtarışı davam etdirilir.
16 874
Türkiyədə zəlzələdə ölənlərin sayı 1121 nəfərə, yaralı sayı 7634 nəfərə, dağılan bina sayı isə 2834-ə çatdı.
16 874
Malatyadakı zəlzələ nəticəsində dörd azərbaycanlı tələbənin dağıntılar altında qaldığı deyilir. Bunlar Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadədir. Qeyd olunur ki, onlar İnönü Universitetində oxuyan tələbələrdir. Kahramanmarşdakı tələbələr Nərgiz və Günel Qayıbova bacılarından isə məlumat yoxdur.
16 874
İndicə Türkiyənin bir neçə şəhərində yenidən zəlzələ hiss edilib. Bəzi şəhərlərdə yeni dağıntıların olduğu bildirilir. Son nəticələrə görə: ölü sayı 1000 nəfərdən çox, yaralı 5000-dən çox.
16 874
Ərdoğan 7,7 ballıq zəlzələ ilə əlaqədar son məlumatları paylaşıb:
🔴 912 nəfər hayatını itirib.
🔴 5385 nəfər yaralanıb.
🔴 2470 nəfər xilas olunub.
🔴 2818 bina dağılıb.
16 874
Türkiyə və Suriyada gecə 7.4 bal gücündə baş verən zəlzələ nəticəsində artıq hər ki ölkədə də ayrı-ayrı 400 nəfərdən çox şəxs ölüb, 500 nəfərdən də çox yaralı var.
Yüzlərlə insan isə dağıntılar altında qalıb. Bir çox ölkələr həmçinin Ermənistan yardım üçün hazır olduqlarını bildiriblər, bir çox ölkədən həmçinin Azərbaycandan artıq yardımlar yola çıxıb.
Bu arada hollandiyalı geoloq 2 gün əvvəl Türkiyə və Suriyada güclü zəlzələ olacağını proqnozlaşdırıb və gücünü də dəqiq təyin etmişdi.
16 874
Fotoqraf-jurnalist Vəli Şükürov 27 saylı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Səbəbi hələ ki, bilinmir. DİN-in mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bildirib ki, siyasi motivli saxlanma deyil, mətbuata ətraflı məlumat veriləcək. İddia olunur ki, o, məmurların maşın nömrələrini mediaya sızdırıb. Jurnalistin məlumat əldə etmək, yaymaq hüququ var, istənilən müdaxilə söz və mətbuat azadlığına basqıdır. #icazəlimediaistəmirik
16 874
Azərbaycanda şadlıq saraylarında menyu qiymətləri bahalaşıb. Belə ki, 40 manatadək olan menyular 30%, 40-80 manatlıq menyular 20%, 100 manatdan yuxarı menyular isə 17% bahalaşıb. Qiymətlərin daha da artmaması üçün restoranlar çəkiliş və musiqi heyətini bəzən menyudan çıxarırlar.
16 874
Bakının Nizami rayonu, 24-cü polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Seymur Qarayevin qardaşı Samir Qarayev saxlanılıb. O, Nərimanov rayonu ərazisində yerləşən obyektlərdən birinə basqın edərək, obyekt sahibi Musa Allahverdiyevi ağır şəkildə döyməkdə ittiham olunur. Sahibkar xəstəxanaya yerləşdirilib.
