ch
Feedback
Hebib Müntezir

Hebib Müntezir

前往频道在 Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

显示更多
阿塞拜疆410未指定类别

📈 Telegram 频道 Hebib Müntezir 的分析概览

频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410 位。

📊 受众指标与增长动态

自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。

根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”

凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
İlham Əliyevin sərəncamı ilə 14 ildir Lerikin icra başçısı olan 55 yaşlı Rövşən Bağırov çıxarılaraq Ağsunun icrabaşı təyin edilib. 5 aydır ki, Ağsu başçısız qalmışdı. Çünki əvvəlki icrabaşı koronavirusdan vəfat etmişdi.

Rəsmi məlumata görə Şəmkirin icrabaşı Alimpaşa Məmmədov son 5 il ərzində ümumi 4 milyona yaxın dövlətin əmlak və vəsaitini cəmi 120 manata oğlu Adilin adına keçirib. Düşünürəm ki, atası kimi oğlu da istintaqa cəlb edilməli və barəsində ciddi araşdırma aparılmalıdır. Xalqdan oğurladıqları bütün pullar alınıb, büdcəyə geri qaytarılmalıdır.

DTX tərəfindən həbs edilən və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən Şəmkirin sabiq icrabaşı Alimpaşa Məmmədov Şəmkirin mərkəzində yerləşən böyük parkın ərazisini tikinti şirkətinə bir dəfə 1 milyon manat, növbəti dəfə isə 300 min manata satıb. Hazırda həmin ərazidə hürdürmərtəbəli binanın tikintisi aparılır. Bundan başqa Alimpaşa büdcədən ayrılan pulları da müxtəlif yollarla mənimsəyib. Hazırda o Cinayət Məcəlləsinin 179 (Mənimsəmə və ya israf etmə) və 311-ci (Rüşvət alma, passiv rüşvətxorluq) maddələri ilə ittiham olunur.

Bir neçə gün öncə həbs olunan FHN Tibb Mərkəzinin Zığda yerləşən Modul Tipli Hospitalının sabiq baş həkimi İmran Ağayevin vəzifəsi Yeganə Abbasovaya həvalə olunub. Yeganə Abbasova Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadənin qudasıdır. İmran Ağayev Faiq müəllimin bacısı oğlu idi. Müəllim dirəşib, bacıoğlunu tuturlar, qudasını vəzifəyə təyin etdirir, qudasını tutacaqlar, bacanağı gələcək...

Qarabağ xəbərləri: - İtkin düşən daha 2 şəhidin nəşi tapılıb - əsgər Mustafayev Elvin Fuad oğlu və əsgər Musayev Ələkbər Əlövsət oğlu. - Erməni mənbələri Azərbaycan Ordusunun Kəlbəcərin Heyvalı kəndi istiqamətində 370 metr irəlilədiyi iddia edir. Daha sonra geri cəkildikləri bildirilib. - Qarabağda Rusiya sülhməramlılarının avtomobili tank əleyhinə minaya düşüb, 2 rus hərbçisi yaralanıb. - Ermənistan mediası Azərbaycanın erməni zəvvarlarını Xudavəng monastrına buraxmadığını iddia edir.

21 ildir Mərkəzi Seçki Komissiyasının sədri olan 70 yaşlı Məzahir Pənahov yenidən MSK-nın sədri təyin olundu.

Soldakı dünən Şuşa döyüşlərində ağır yaralanaraq 6 aydır hospitalda müalicə alan Nardaran sakini Hüseyn Xəlilov şəhid olub. Ş
Soldakı dünən Şuşa döyüşlərində ağır yaralanaraq 6 aydır hospitalda müalicə alan Nardaran sakini Hüseyn Xəlilov şəhid olub. Şəhidin dəfnində polis iştirakçıların bəzilərini saxlayıb. Sağdakı İkinci Qarabağ müharibəsi iştirakçısı, 26 yaşlı İmişli sakini İmdad Qəhrəmanlı dövlətin laqeydliyi nəticəsində, doğum gününə 3 gün qalmış intihar edib.

Şəmkir rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirildiyi və 7 illik icrabaşı Alimpaşa Məmmədovun saxlanıldığı bildirilir. Onunla bərabər bir neçə məmurun da saxlanıldığı deyilir.

Öz tarixi başqa ölkələri zəbtlərlə, insan cinayətləri ilə, işğal və qətliamlarla dolu olan ABŞ-ın prezidenti Bayden "erməni soyqırımı"nı rəsmən tanıyan bir açıqlama verdi. Azərbaycan XİN Baydenin açıqlamasının təəssüf doğurduğunu bildirib. Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu isə deyib ki, tarix haqqında heç kimdən dərs alan deyilik və bu açıqlamanı tamamilə rədd edirik.

Azərbaycan səhiyyəsini əlləyə-əlləyə bərbad hala salan 71 yaşlı 16 ilin naziri Oqtay Şirəliyev Səhiyyə Naziri vəzifəsindən azad edildi.

Hüseynbala Mirələmov YAP-dan da qovuldu.

Gündəm olan Hüseynbala Mirəlləmov 3 oğlunun üçünü də yüksək vəzifələrə qoydura bilib: Fuad Mirələmov - DİN Baş İstintaq İdarəsində müstəntiq, Fərid Mirələmov - Dəmiryolu Nəqliyyatında Polis idarəsinin rəis müavini, Rauf Mirələmov - Xarici İşlər nazirliyində diplomat, 1-ci katib.

Bu gün Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi Ağayev İmran Əliağa oğlu həbs edilib. O bir qrup şəxslə rüşvət almaqda ittiham edilir. O həm də fövqəladə hallar nazirinin müavini Faiq Tağızadənin bacısı oğludur. Faiq isə Səhiyyə naziri Oqtay Şirəliyevin dayısı oğludur.

Deputat Elman Nəsirov: "Hələ görüntülər o demək deyil ki, Hüseynbala Mirələmov günahkardır". Eks deputat Hadı Rəcəbli: "Hazırda Hüseynbala müəllim oruc tutur. Belə bir videonun yayılması ancaq montaj ola bilər". Xalq şairi Nəriman Həsənzadə: "Hüseynbala müəllim çox yaxşı kişidir" — "Buna görə onu qınamağa dəyərmi?". Təhsil nazirinin müşaviri Elnur Nəsibov: “Ölkədə hamı əxlaqlı imiş, bir o kişidən başqa... Burada daha böyük problem şəxsi həyata dair məlumatın ictimailəşdirilməsidir".

Vəzifəyə gəlmədən öncə "erməni soyqırımı"nı tanıyacağı sözünü verən ABŞ prezidenti Co Bayden, bu sözü tutacağını bildirib. Şənbə günü bunu reallaşdıracağı gözlənilir.

15 il deputat olasan, sonuncu dəfə də təyin olunasan və qalibiyyətin ləğv oluna amma səni heç kim tanımaya, bir video ilə bütün ölkədə tanınasan. Bəli, o adam Hüseynbala Mirəlləmovdur. Onu məlum videoya görə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri vəzifəsindən də qovdular.

DSX-nın yaydığı rəsmi məlumata görə dünən gecə həm Zəngilan, həm də Qubadlı istiqamətində ermənilər təxribat törədib. Rusiya sərhədçiləri bildirib ki, bunu edənlər içkili olub və hadisəyə reaksiya verilməməsini xahiş ediblər. DSX bildirib ki, bir də təkrarlansa ən kəskin cavab veriləcək.

Erməni mənbələri Qubadlı ərazisi ilə Sünik bölgəsi ərazisindəki Azərbaycan və Ermənistan sərhədində Azərbaycan və Ermənistan hərbçiləri arasında atışma baş verdiyini bildirir. Digər məlumata görə Azərbaycan Ordusu Ermənistan Hərbi Hava Qüvvələrinə aid hərbi təyyarəni vurub. Hələlik heç bir rəsmi məlumat yoxdur.

Neft Akademiyasının Elmi Şurasının onlayn iclası zamanı, sabiq deputat Hüseynbala Mirələmov sekretarına qarşı seksual xarakterli qeyri-etik hərəkət edib, bu vəziyyəti səhvən iclasdakılar da görüb, video sosial şəbəkələrdə geniş yayılıb. Jurnalist zəng edib münasibət öyrənsin, deyib mən deyiləm, MƏNİM nömrəm deyil bu. Belə etikasız, axmaq adam 15 il millətin vəkilliyini edib.

Soldakı Hacıqabulun Muğan qəsəbə sakini, hərbçi Kərimli Qalası Müslüm oğludur. Uzun müddət axtarışdan sonra bu gün şəhid oldu
Soldakı Hacıqabulun Muğan qəsəbə sakini, hərbçi Kərimli Qalası Müslüm oğludur. Uzun müddət axtarışdan sonra bu gün şəhid olduğu bəlli olub. Sağdakı Masallının Şərəfə kənd sakini, hərbçi Əbilov Nurlan Fərrux oğludur. 6 ay komada qaldıqdan sonra dünən səhər saatlarında vəfat edib. Ruhları şad olsun.