ch
Feedback
Hebib Müntezir

Hebib Müntezir

前往频道在 Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

显示更多
阿塞拜疆410未指定类别

📈 Telegram 频道 Hebib Müntezir 的分析概览

频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410 位。

📊 受众指标与增长动态

自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。

根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”

凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
Qroznıda Boks üzrə beynəlxalq turnir keçirilib, izləyicilər arasında Çeçenistan lideri Ramzan Kadırov da olub. Kadırovun 13 yaşlı oğlu Adam da babasının adına olan boks turnirində iştirak edib. Rəqibinin zərbələri ilə üzləşən kimi, hakim Kadirovun oğlunu qalib elan edib. Yarışdan sonra çeçen mətbuatı yazıb ki, Adam Kadırov rəqibinə “heç bir şans verməyib” zad. Allah üzümüzə baxıb ki, bizdə belə şeylər olmur.

Soldakı 23 yaşlı hərbçi, Xaçmaz rayonunun Maqsudkənd kənd sakini Səbuhi Hüseynlidir, 6 aya yaxın komada idi, dünən şəhid oldu
Soldakı 23 yaşlı hərbçi, Xaçmaz rayonunun Maqsudkənd kənd sakini Səbuhi Hüseynlidir, 6 aya yaxın komada idi, dünən şəhid oldu. Sağdakı hərbçi, Ağstafa sakini İlkin Bayram oğlu Bayramovdur, aprel ayının 4-də Suqovuşanda minaya düşüb, bugünə kimi komada idi, ancaq bu gün şəhid oldu.

Rəsmi məlumata görə Bakıda bağçalarda uşaqlara geyim, körpələrə kakao alınması adıyla 2 milyon manata qədər vəsait qanunsuz xərclənib. Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusovdur. Bağçalarda valideynlərdən hər uşağa görə alınan təxminən 300-500 manat, bundan başqa, hər ay körpənin valideynlərindən 20 manat, bəzən 30-40 manat pullar bəs etməyib, büdcədən uşaqlara geyim, qida üçün ayrılan pula da göz qoyub. Eldar Yunusovun adaşı, keçmiş MTN şefi Eldar Mahmudovun adamı olduğu deyilir. Sizcə uşağın geyiminə, yeməyinə göz dikənlər uşaqpulu verərlər?

İlham Əliyevin tapşırığına əsasən yol infrastrukturunun yenidən qurulması istiqamətində görülən işlər əsnasında işğaldan azad olunmuş Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi zamanı Qubadlı rayonunun Yusifbəyli kəndində yerləşən XVlll əsrə aid məscidi söküblər. İndi də söküntüdə iştirak edən AAYDA əməkdaşlarının cəzalandırılacağı deyilir.

Bu gün İlham Əliyevin sərəncamı ilə tibb xidməti polkovniki Elxan Paşa oğlu İbrahimova “tibb xidməti general-mayoru” ali hərbi rütbəsi verilib. Elxan İbrahimov hazırda Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavinidir. Bir müddət isə idarənin rəisi vəzifəsini icra edib. O müdafiə naziri Zakir Həsənovun bacanağıdır.

Ermənistan rəsmiləri Azərbaycan hökumətinin əsirləri geri qaytarmadığını rəsmi olaraq bildirib. Azərbaycan XİN başçısı isə bildiririb ki, hərbi əməliyyatlar olmayan zaman hərbi əsirlər ola bilməz, onlar cinayətkardır, hərbi əsir deyil.

Ermənistan mənbələri iddia edirlər ki, Azərbaycan bu gün daha 50 əsiri Ermənistana təhvil verib. Ancaq bəzi mənbələr isə təyyarənin boş geri qayıtdığını bildirirlər.

Paşinyan Putinlə görüşündə bildirib ki, Qarabağ konflikti həll olunmayıb və gələcəklə bağlı xeyli suallar var. O deyib ki, Azərbaycan 9 noyabr 2020-ci il tarixli Qarabağla bağlı üçtərəfli bəyanatın müddəalarını pozub. O əsirlərlə bağlı problemin də tam həll edilməyini bildirib.

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, Tərtər sakini 23 yaşlı əsgər Sarızadə Elvin Azər o
Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, Tərtər sakini 23 yaşlı əsgər Sarızadə Elvin Azər oğlu aprelin 5-də məzuniyyətdə olarkən yanması nəticəsində vəfat etdiyi deyilir.

Dünən DSX-nın hərbi maşını Zəngilanda minaya düşüb 1 kapitan yaralanıb. Bundan başqa dünən daha bir DSX-nın giziri Qubadlıda minaya düşüb vəziyyəti ağırdır. Bu gün isə Qubadlıda daha bir DSX-nın giziri minaya düşüb, hərbi qulluqçunun vəziyyəti ağırdır.

"Onlar sizin üçün ölüb, bizim üçün sağdır". Hesablama Palatası ötən il 130,3 mln. manatlıq pozuntu aşkarlayıb. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda 16,2 mln. manatın təyinatı üzrə xərclənmədiyi müəyyənləşib. "Qaçqınkom"da ölən 40 nəfər məcburi köçkünə aylıq müavinət ödənişi edildiyi üzə çıxıb.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Cuma oğlu Əhmədzadə vəzifəsindən azad edilib. 76 yaşlı qohumbaz oliqarx 28 il idi ki, qaz vurub, qazan doldurur, yeyintilərlə özü, ailəsinin biznesini artırırdı. Qardaşı Mübariz Əhmədzadə Zaqatalanın, xalası oğlu Musa Şəkiliyev isə Qax rayon icra hakimiyyətinin başçısıdır.

Aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda məktəblər bağlanır. Əyani dərslərin bağlanması qərarı universitetlərə aid deyil. Karantin qaydalarının sərtləşdirilməsi gözlənilir.

Bu gün Almaniyanın Münhen şəhərindən 40-a yaxın Azərbaycan vətəndaşı Bakıya deportasiyası edilib. Onlar uzun müddət miqrasiya orqanlarına kimlikləri ilə bağlı düzgün məlumat verməyən və sığınacaq müraciəti rədd edilən şəxslərdir. Onlardan 14-ü sadəcə bir ailənin üzvləridirlər.

Bu gün İlham Əliyev səhiyyənin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə xalası oğlu Cəmil Əziz oğlu Əliyevi 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib. Onkologiya Mərkəzinin baş direktoru Cəmil Əliyevin bu gün 75 yaşı tamam olur. O qeyri-rəsmi olaraq Respublika Mərkəzi Klinik Xəstəxanasına, onun poliklinikasına nəzarət edir, şəxsi mülkiyyətində bir neçə özəl xəstəxana da var və bir çox başqa özəl tibb müəssisələrinə də kuratorluq edir. Onun Bakı şəhərində "AzeriMed" apteklər şəbəkəsi də mövcuddur. O tibb sahəsində səhiyyə maqnatı kimi tanınır.

Sabirabad rayonu Bala Həşimxanlı kənd sakini, 1993 təvəllüd gizir Əliyev Heydər Rövşən oğlunun Hadrut istiqamətində şəhid old
Sabirabad rayonu Bala Həşimxanlı kənd sakini, 1993 təvəllüd gizir Əliyev Heydər Rövşən oğlunun Hadrut istiqamətində şəhid olduğu deyilir. Rəsmi məlumat isə verilməyib. Bu artıq gün ərzində üçüncü şəhid xəbəridir.

Qubadlıda Dövlət Sərhəd Xidmətinin zastavasına erməni terrorçularının hücumu nəticəsində Əli adlı DSX hərbçisinin şəhid olduğ
Qubadlıda Dövlət Sərhəd Xidmətinin zastavasına erməni terrorçularının hücumu nəticəsində Əli adlı DSX hərbçisinin şəhid olduğu bildirilir. Bakı şəhərinin Xətai rayonunda yerləşən "Panorama Park" yaşayış kompleksi sakini olan şəhid əsgərin bu gün dəfn edildiyi deyilir. Rəsmi məlumat isə yoxdur.

22 mart tarixində xidmət keçdiyi Kəlbəcər rayonundakı "N" saylı hərbi hissədə güllə yarasından vəfat edən İlkin Ramin oğlu Z
22 mart tarixində xidmət keçdiyi Kəlbəcər rayonundakı "N" saylı hərbi hissədə güllə yarasından vəfat edən İlkin Ramin oğlu Zöhrabovun nəşi bu gün doğulduğu Masallı rayonu Ərkivan qəsəbəsinə gətirilib və torpağa tapşırılıb. Onun hansı şəraitdə, necə vəfat etməsi hələ ki, müəmmalı qalır. Hərbi xidmətdən tərxis edilməsinə bir həftə qalmış hərbçi, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdi.

Əcnəbi şəxslərin Qaxdakı Acınohur yasaqlığı ərazisində qanunsuz ovla məşğul olduqları 372 hektar ərazi 2017-ci ildə icarəyə verilibmiş. İcarəyə götürən isə “Aqroinkişaf-2017” MMC-dir. Şirkətin təmsilçisi Sadıxov Ruslan Oqtay oğludur. O, “Bakı Ağ şəhər” layihəsinin həyata keçirilməsində fərqləndiyi üçün 2018-ci ildə İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif olunub. Həmçinin sabiq İsmayıllı icrabaşı və Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 1-ci müavini Rövşən Sadıxovun qardaşıdır. Bu arada Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildiyib ki, Qax Dövlət Təbiət Yasaqlığı ərazisində əcnəbi turistlərin qurduğu çadırlar sökülüb.

Qaxda qanunsuz ov edən ərəb turistlər haqqında Azərbaycanda yaşayan bir ərəb vətəndaş sosial şəbəkələrdə yazıb ki, onlar 10 ildir Azərbaycanda ov edirlər və bunun üçün Ekologiya nazirliyinə pul ödəyirlər: “Ekologiya nazirliyi ov icazəsi üçün qeyri-rəsmi adambaşı 2500 dollar pul alır. Azərbaycana gətirilən şahin quşlardan ölkəyə girişinə görə isə hər şahin başına 500 dollar alınır”.