Hebib Müntezir
前往频道在 Telegram
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
显示更多阿塞拜疆410未指定类别
📈 Telegram 频道 Hebib Müntezir 的分析概览
频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。
根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”
凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。
16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
16 874
5 gün əvvəl erməni iş adamı Vahan Kerobyan Laçında “Əl-Cəzirə”yə verdiyi müsahibədə deyirdi: “Bizə nağıl danışırdılar ki, biz güclüyük. Elə bilirdik, ordumuz çox güclüdür, çox böyükdür, biz istədiyimizi edə bilərik. Amma əslində cəmiyyət real vəziyyəti bilmirdi. İndi biz layiq olduğumuz nəticəni aldıq”. Bir az öncə isə Paşinyan onu İqtisadiyyat naziri təyin etdi.
16 874
Ermənistanın Kəlbəcərlə sərhəddində qırmızı darvaza çəkib, yeni sərhəd yaratmışdı dünənlərdə, yadınızdadır? Bax o darvazanı bu gün Azərbaycan əsgərləri dağıdıb, erməni hərbçilərini döyüblər. 1 saat vaxt veriblər ərazini boşaltmaq üçün. O kənddə Zod adlnan qızıl yatağı mövcuddur və beynəlxalq hüquqa görə Azərbaycanın ərazi bütovlüyünə daxildir.
16 874
Kəlbəcər və digər məsələlərə bir balaca aydınlıq gətirmək istəyirəm. Qeyd edim ki, bunlar rəsmi məlumatlar deyil, rəsmilər açıqlama vermirlər. Amma əsasən bəyanata uyğun, ümumi baş verənlərə görə, hər üç ölkənin media və müxtəlif rəsmi açıqlamalarına əsasən bunları demək olar:
1. Kəlbəcərin sadəcə üçdə ikisi Azərbaycana təhvil verilib. Digər 25-ə yaxın kənd rus-erməni nəzarətində qalıb, səbəb isə bu kəndlərin köhnə Ağdərə rayonuna aid olmasıdır, ruslar sovet xəritəsinə görə bölgü həyata keçiriblər.
2. Vəng kəndi və ordakı Xudavəng monastrı Azərbaycan tərəfdə qalacaq. Rus sülhməramlıları isə təhlükəsizliyi təmin edəcəklər.
3. Sərsəng su anbarı və ətrafdakı kəndlər rus-erməni nəzarəti altında qalır.
4. Qızıl yataqlarının bəzisi Azərbaycan, bəzisi isə rus-erməni nəzarətində qalacaq. Məsələn Söyüdlünün (Zod) qızıl yatağı bizdə, Heyvalı kəndi onlarda olur.
5. Ağdam rayonu ilə də eyni bölgü üzrə hərəkət etdilər. Laçın rayonu tam veriləcək, bircə Laçın şəhəri və dəhliz istisnadır. Qazaxın kəndləri və Kərki kəndi haqda da müsbət xəbərlər var.
6. Görünən odur ki, indiki məqamda hər üç ölkə də cəmiyyəti qızışdırmadan, sakit şəkildə təhvilvermə mərhələsini davam etdirirlər. Azərbaycan eyforiyadan və Ermənistan məğlubiyyət ab-havasından çıxandan sonra yeni mərhələyə keçiləcək.
7. Ermənilər əlbəttə daha çox ərazi əldə saxlamaq, bəzilərini Ermənistana qatmaq kimi təxribatlar edəcəklər, istəyəcəklər. Bu baxımdan Azərbaycanın ərazi bütövlü çərçivəsində dövlət olaraq qətiyyəti və güzəştə getməməsi əhəmiyyətli və önəmlidir.
8. Bu məsələdə məni ən çox narahat edən məqamlardan biri erməni silahlı qüvvələrin, yəni separatçıların mövcudluğu və ərazidən tam təmizlənməməsidir. Ümid edirəm Rusiya (ki, onlara inamım azdır) sülhməramlıları bu işi sona çatdırar. Türk əsgəri də gəlsin görək nə olur?!
9. O ərazilərdə, əsasən konfliktli bölgələrdə ermənilər yaşayacaqlar, buna xalq olaraq hazır olmalı, bu həqiqətlə barışmaq lazımdır. Bölgədə sülh və rusun barmağını istəmiriksə təbii ki. Əlbəttə Azərbaycanın nəzarəti və idarəsi olmaqla.
10. Ümumilikdə isə uzunmüddətli və soyuqbaşlı yanaşsaq, geosiyasi vəziyyət və s. nəzərə alanda hər şey Azərbaycan hökumətinin nəzarəti altında görünür.
16 874
Bəs yaxşı, vitse-prezident Mehriban Əliyeva etiraz üçün Fransanın ən ali ordeni olan "Legion" ordenini Makronun təpəsinə haçan çırpacaq? Fransanın dövlət olaraq mövqeyi dünən bəlli oldu axı, nəyi gözləyir ki? Yoxsa etiraz ancaq rəiyyət səviyyəsində olmalıdır?
16 874
Fransa Xarici İşlər Nazirliyi qətnaməni şərh edib: “Rəsmi Parisin “Dağlıq Qarabağ”ın müstəqilliyini birtərəfli tanıması nə Ermənistana, nə “Qarabağ xalqı”na, nə də Fransanın özünə fayda verməyəcək”.
Bir sözlə gora getdi qətnamə…
16 874
⚡️ Fransa senatı Fransa hökumətini qondarma “Dağlıq Qarabağ”ı tanımağa çağıran məsləhət xarakterli qətnamə qəbul etdi.
16 874
Argentinalı dünyaca məşhur futbolçu Diego Armando Maradona 60 yaşında, ürəktutmadan vəfat etdi.
16 874
Ermənilər əvvəllər Ağdərə rayonunun kəndləri olan, hazırki Kəlbəcərin Çərəkdar və Tərtərin Umudlu kəndlərindəki evlərini 2 gün əvvəl yandırıb çıxmışdılar. Bu gün isə sakinlərə deyiblər ki, qayıdın, kəndlər erməni tərəfində qalır. 🤦♂️
16 874
Azərbaycanın daha 6 hava limanı beynəlxalq uçuşların həyata keçirilməsi üçün rəsmi olaraq təsdiqlənib. Bunlar Zabrat, Yevlax, Naftalandakı hava limanları ilə yanaşı, işğaldan azad edilən Ağdam, Füzuli və Xankəndində (Xocalı) yerləşən hava limanlarıdır.
16 874
Estoniyanın təhsil naziri istefa verib. Səbəb isə xidməti avtomobilini bir neçə dəfə uşaqlarını məktəbə aparmaq üçün istifadə etməsi olub. Qeyd edim ki, nazir 6 uşaq anasıdır. Səhvini etiraf edib, üzr istəyib və istefa ərizəsini imzalayıb. Biz də nazir balalarının avtomobil kolleksiyasını sayıb qurtara bilmirik.
16 874
Azərbaycan Ordusu Göygöl rayonunun Toğanalı kəndi istiqamətindən Kəlbəcər rayonuna daxil oldu.
16 874
İlkin mərhələdə Füzulidən Şuşaya avtomobil yolu üçün 50 milyon manat, Bərdədən Ağdama isə dəmiryolu üçün 5 milyon manat vəsait ayrıldı. Bu yollar uğrunda onlarla şəhid verilib, canlar gedib. Ayrılan vəsaitin qəpiyinə toxunmaq o insanlara təhqir, hörmətsizlik olar. Xalqa bu xəyanəti etməyin.
16 874
Türkiyə müdafiə naziri Hulusi Akar: “Qarabağda atəşkəsi müşahidəetmə ilə bağlı işlər davam edir. Türk əsgəri Qarabağda qurulacaq müşahidə postları arasında patrul xidməti aparacaq, həmçinin bölgənin minalardan təmizlənməsində də iştirak edəcək”.
16 874
Ağdam şəhərində yerləşən Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı. İşğaldan ƏVVƏL və SONRA.
16 874
Bu gün Tərtərin Suqovuşan kəndində, meyitlərin dəyişdirilməsi zamanı minaya düşərək şəhid olan polkovnik Babək Səmidlidən başqa, bir rus sülhməramlısı yaralanaraq Bakıya müalicəyə gətirilib, 4 Ermənistan hərbçisi də ağır yaralanıb. Hadisə Azərbaycan ərazisində olub, o boyda polkovnik şəhid olub, Azərbaycan Müdafiə Nazirliyi yenə susub, ictimaiyyətə açıqlama verilmir. Xəbəri isə erməni-rus mənbələri bildirir, azərbaycanlılar da öz torpağında baş verənləri onlardan tərcümə edib yayırlar.
